14 mar 13:17manset, gundem

Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı

Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı
“Aydın hardan bilsin ki, həmin an jurnalistlər Prosineçki ilə danışmaq istəyir?”


Qətər – Azərbaycan qarşılaşması ətrafında müzakirələr səngimək bilmir. Asiya təmsilçisi ilə oyunun yayınlanmaması azmış kimi, nə matçdan öncə, nə də sonra mətbuat konfransı təşkil olunub. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenitinin rəhbəri Mikayıl Nərimanoğlunun sözlərinə görə, qarşılaşmanın ictimaiyyətdən gizlədilməsi ideyası meydan sahiblərinə məxsus olub. Məhz qətərlilərin uruqvaylı baş məşqçisi Xorxe Fossatinin istəyinə uyğun stadiona nə azarkeş buraxılıb, nə də mətbuatın bu oyunu işıqlandırlmasına icazə verilib. Bir sözlə, 21-ci əsrdə azərbaycanlı azarkeş orta əsrlər təfəkkürü ilə yaşayan ərəblərin “yeddi qapı arxasında” (hər qapının da qarşısına 7 div qoyublarmış) təşkil etdiyi sirli matçı izləmək hüququndan məhrum olub. Bu məsələdə şeyxləri qınadığımız qədər AFFA rəhbərliyi də tənqid atəşinə tutulmalıdı. Hər halda, ölkənin futbol təsərrüfatına rəhbərlik edən şəxslər qarşı tərəfin yoldaşlıq oyunu keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab verməmişdən öncə bütün xırda nüansları nəzərə almalıydı.
İctimaiyyətdən gizlədilən, bağlı qapılar arxasında keçən oyun barədə ətraflı məlumat əldə etmək istəyən Azərbaycan mətbuatı növbəti zərbəni paytaxtdakı hava limanında aldı. Bu dəfə yerli media nümayəndələrini nə uruqvaylı olmasına baxmayaraq, geridəqalmış ərəb mentallığını mənimsəyən Fossati, nə də Qətər Futbol Federasiyası məyus etdi. Dohadan geri dönən yığmanı hava limanında qarşılamağa yollanan jurnalistlər Qətərlə oyunda yaşananlara münasibət öyrənmək, Almaniya ilə qarşılama ərəfəsində ölkənin əsas komandasının durumu barədə məlumat əldə etmək üçün Robert Prosineçki ilə danışmaq istəsə də, baş məşqçinin tərcüməçisi Aydın Rüstəmov qələm əhlinə məyusluq yaşadıb. Belə ki, hava limanında jurnalistlərin suallarını cavablamaq istəyən xorvatiyalı mütəxəssis bunun üçün tərcüməçisini gözləməyi lazım bilib. Media mənsubları ilə birgə təxminən 20 dəqiqə Rüstəmovu gözləyən, bu müddətdə bir neçə siqaret çəkən Prosineçki Aydın bəyin gəlmədiyini görüb, əsəbləşərək hava limanını tərk edib. Və belədə azərbaycanlı azarkeşlər növbəti dəfə Qətərlə mtç barədə məlumat əldə etmək xoşbəxtliyindən məhrum olub. Bunun AFFA tərəfindən əvvəlcədən düşünülmüş addım və ya təsadüf olduğunu deyə bilmərik. Ancaq görünən odu ki, assosiasiya rəsmisinin sayəsində Bakıda belə sözügedən görüş barədə məlumat əldə etməyə imkan verilmədi.
Hava limanında yaşananlarla bağlı Prosineçkinin tərcüməçisi Aydın Rüstəmovun fikirlərini öyrənmək istəsək də, onun telefonuna zəng çatmadı. Belədə məsələyə aydınlıq gətirmək üçün Mikayıl bəyi aradıq. O isə başverənlərə belə reaksiya verdi: “Aydın Rüstəmov yükünü gözlədiyindən bir qədər orda yubandı. Ondan fərqli, Prosineçki yükünü tez götürmüşdü. Aydın hardan bilsin ki, həmin an jurnalistlər yığmanın çalışdırıcısı ilə danışmaq istəyir? Heç olmasa, məni əvvəlcədən xəbərdar etsəydilər, bununla bağlı tədbir görərdim. Millinin çalışdırıcısı da bir qədər gözlədikdən sonra hava limanını tərk etməyə qərar verib”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar