13 yan 17:46manset

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir
“Oyanmaz, çünki vicdanları yoxdu”
Ölkə futbolunun məlum durumla üzləşməsinin başlıca səbəblərindən biri də futbolun incəliklərindən xəbərdar olan, bu sahədə saç ağartmış şəxslərin kənarda qalmasıdı. Onlardan biri də Yaşar Seyidovdu. Həmin Seyidov ki, 1998-2006-cı illərdə AFFA-nın İcraiyyə Komitəsinin üzvü olub, 1999-2004-cü illərdə “Dinamo-Bakı”nın prezidenti funksiyasını yerinə yetirib və “Bakı” tarixin yaddaşına qovuşana qədər klubda icraçı direktor postunu tutub. Ümumi götürsək, ömrünün 22 ilini peşəkar futbola həsr edib. Bu gün isə ona futbola cavabdehlik daşıyanlar arasında yer yoxdu.
Yaşar bəy bir neçə ay əvvələ qədər indiki adı Biləcəri Futbol Mərkəzi olan, vaxtilə “Bakı”nın təlim-məşq bazası kimi tanıdığımız məkana nəzarət edirdi. Belədə hansısa məsələylə bağlı onunla əlaqə saxlayır, fikirlərinə yer verirdik. İndi həmin baza fərqli qurumun, fərqli insanların nəzarətindədi. Və buna görə də Seyidov kölgəyə çəkilib, xeyli vaxtdı ondan səs-soraq yoxdu. Fasilə dönəmindən yararlanaraq səbəbkarla əlaqə saxlayıb, fərqli mövzular ətrafında söhbətləşməyi lazım bildik.
- Çoxdan xəbər-ətər yoxdu sizdən. Haralardasız, nə işlə məşğulsuz?
- Hazırda İsgəndər Cavadov adına “Bakı” Futbol Akademiyasında çalışıram. İsgəndər müəllim akademiyanın rəhbəridi, mən də müavinəm.
- Dolanışıq var?
- Bu günümüzə şükür. Futbol adamıyıq, nə olur-olsun, işimiz budu.
- Ötən günlər üçün darıxırsız?
- “Bakı” əfsanədi və buna görə də daim futbol ictimaiyyətinin qəlbində yaşayacaq. Fikrimcə, görəcəyimiz xoş günlər hələ qabaqdadı. Ona görə də pessimist olmaq istəmirəm.
- Darıxmırsız?
- Böyük futbol ailəsindən kənarda qalmaq çox təsirli və ürək ağrısıdı. Bəli, olur.
- 20 ildən artıq böyük futbolda işləmisiz, son vaxtlar fəaliyyətinizi gələcəyin futbolçuları ilə davam etdirirsiz. Hansı daha maraqlıdı?
- Böyük futbolda olduğum dönəmdə də işim təkcə əsas komanda ilə məşğul olmaq deyildi. “Bakı”da akademiya yaratmışdıq və həmin akademiyaya ölkənin hər yerindən gənc və perspektivli gənclər toplaşmışdıq. Hər zaman paralel işləmişəm. Həm peşəkar futbolunda, həm də uşaq futbolunda. Ona görə də indiki fəalliyyətim mənim üçün yenilik deyil.
- Bir məqamı dəqiqləşdirim. “Bakı”nın tərkibindəki gənclərin və yeniyetmələrin hamısı İsgəndər Cavadov akademiyasına köçürüldü?
- Bu dəqiqə premyer-liqanın bütün klublarında “Bakı”nın yetirmələri çıxış edir. Təkcə bir faktı deyim. İndiyə qədər klubun 46 yetirməsi əsas və müxtəlif yaş qruplarından ibarət komandaların şərəfini qoruyub və qorumaqdadı. Akademiya fəaliyyətini dayandırandan sonra fasilə yarandı. Həmin dönəmdə akademiyamızın uşaqları müxtəlif klublara keçdi. Bəziləri icarə əsasında, bir çoxu isə təmənnasız. Deməyim odu ki, “Bakı”nın akademiyasında yetişənlərdən İsgəndər Cavadov akademiyasında heç kim yoxdu. Sıfırdan yığılmış heyətdi.
- Yeri gəlmişkən, “İsgəndər Cavadov akadamiyası” adı altında müxtəlif yaş qruplarından ibarət yarışlarda iştirak edən komandaların nəticələri niyə acınacaqlıdı?
- “Bakı”da işləyəndə rayonları gəzirdik, istedadlı uşaqları tapıb akademiyaya cəlb edirdik. Daha sonra onlar proqram üzrə futbolçu kimi yetişdirilirdi. “İsgəndər Cavadov akademiyası”ndakı uşaqları isə ətraf kənd və qəsəbələrdən cəlb etmişik. Böyük əksəriyyətinin futboldan anlayışı yoxdu. Futbolçu olmaq istəyirlər, amma çox şey öyrənməlidilər. Ona görə də başlanğıcda müəyyən uğursuzluq oldu. Fikir versəz, ötənilki nəticələrlə builki göstəricilər arasında müsbətə doğru dəyişikliyin olduğunu görərsiz. Nəticələr deyirsiz, amma bu günün özündə premyer-liqa klublarının bəziləri futbolçularımıza “elçi düşür”.
- “Bakı” adlı kitabı bağlanmış saymaq olar?
- Belə düşünmürəm. Yusifi quyudan çıxardan Allah var da. Ona görə də tələsmək lazım deyil. Qapını bağlayan da odu, açan da.
- Klubun möhürü, VÖEN-i qalır, kimdədi?
- Əlbəttə, qalır. “Bakı”nın təsisçisində, Hafiz Məmmədovdadı.
- Sonuncu dəfə Biləcəridəki bazada nə vaxt olmusuz?
- Sentyabrda.
- O vaxtdan sonra getməmisiz...
- Xeyr.
- Amma Biləcəri enişindən maşınla keçəndə baxırsız...
- Desəm ki, baxmıram, yalan olar. Həyatının yarısını həsr etdiyin, daşını-dəmirini doğma bildiyin yerdən üz döndərmək mümkün deyil. Biz ilk dəfə ora baxmağa gedəndə bataqlıq idi. Yəqin ki, yadınıza gələr. Amma oranı ölkədə sayılıb-seçilən bazalardan birinə çevirə bildik. Cənab prezident açılışda iştirak etdi, neçə-neçə əcnəbi komandalar baş çəkdi, Avropa Klublar Birliyinin sertifikatı ilə mükafatlandırıldıq. Ona görə də o tərəfdən keçəndə baxmamaq mümkün deyil.
- Baxanda ürəyiniz ağrıyır, yoxsa fəxr edirsiz?
- Bu günə qədər Azərbaycan futboluna vicdanla xidmət etmişəm. Və indiyə qədər gördüyümüz işlərə görə fəxr edirəm. “Bakı”dan çıxan heç bir futbolçu Yaşar Seyidov haqda mənfi fikir söyləyə bilməz, söyləməz. Mən nəinki onların futbolçu kimi yetişib üzə çıxmalarında, həmçinin təhsil almalarında, ali məktəbə daxil olmalarında, hərbi xidmətlərinin başa vurulmasında – bütün proseslərdə valideynləri kimi yaxından iştirak etmişəm. Tək “Bakı”da yox, “Dinamo”da işlədiyim dönəmdə də bu cür olmuşam. Keçmiş futbolçuların bir çoxunun ailə-məişət problemlərini və başqa çətinliklərini həll etmişəm. Ona görə də fəxr etməyə borcluyam.
- Fəxr edirsizsə, niyə bazaya gedib-gəlmirsiz?
- Çünki baza artıq bizə məxsus deyil.
- Axı ora ilə bağlı xoş xatirələriniz var. Ən azı arada baş çəkib, baxa bilərsiz. Qapını ki, üzünüzə bağlamırlar.
- Dediyim kimi, ora qamışlıq, bataqlıq idi. Gecəmizi gündüzümüzə qatıb hansısa işlər görməyə, ortaya nəsə çıxarmağa çalışdıq. Olduqca çətin günlərimiz oldu. Sözün düzü, bəzi şeylər oldu, mənə toxunan. Ona görə də getmirəm, gedə bilmirəm.
- Yaxşı xatırlayıram, “Bakı”nın yaxşı günlərində ətrafınızda dost-tanış çox idi, kabinetiniz boş olmazdı, telefonunuz susmazdı. İndiki vəziyyət necədi?
- Umu-küsüdən, şikayətdən uzaq adamam. Ona görə də keçmiş günləri yada salıb, kimlərəsə söz çatdırmaq istəmirəm. Bilənlər bilir ki, bir çox insanların futbolçu və məşqçi olmasında, hətta PRO kateqoriyasına gəlib çatmasına qədər əlimdən gələn hər cür köməyi etmişəm. Axtaran axtarır, axtarmayanın Allah canını sağ eləsin.
- Sualıma cavab verməli olsaz?
- İnsan həyatda zəifləməsin. İnsan xaraktercə dəyişmir, eynidi. Amma vəzifəsini itirəndə səni unudurlar, uzaqlaşırlar. Deyirlər, təkcə müsəlmanlar belədi. Yox, hamıya aiddi. Ona görə də buna təbii baxıram.
- “Bakı”nın bir neçə legionerə borcu qalmışdı. Onların aqibəti necə oldu?
- Elə futbolçularımız var idi ki, vəziyyətimizin yaxşı olmadığını biləndən sonra şikayətlərini geri götürdülər. Lakin bir çoxu rəmzi məbləğ qarşılığında razılaşa biləcəklərini dedilər. Şikayət edən bütün futbolçuların şikayət məktublarının nüsxəsi məndədi. Onlar müqavilədə göstərilən məbləğlə müqayisədə olduqca kiçik rəqəm qarşılığında günü bu gün geri çəkilməyə razıdılar.
- İndi o rəmzi məbləğ də yoxdu axı. Bəs sonu necə olacaq?
- “Bakı”nın çempionatda iştirakı gündəmə gəlsə, yenidən həmin futbolçularla əlaqə saxlayıb razılaşa bilərik. Həmin vaxt AFFA-nın hüquqşünası kimi çalışan Rəmiş Malıyev də bildirmişdi ki, futbolçuların özləri bura gəlib, şikayətlərini geri götürdüklərini desələr, heç bir problem qalmayacaq. Söz olaraq həll etmişik, amma əməl olaraq qalıb.
- Çempionat oyunlarına baxırsız?
- Premyer-liqanın bütün oyunlarını yaxından izləyirəm. Hətta imkan düşəndə stadionlara da baş çəkirəm.
- “Əvvəlki maraq, ajiotaj, rəqabət yoxdu” – bu fikirlə siz də razısız?
- Bunu, bilirsiz, niyə deyirlər? Çünki o vaxt çempionluq uğrunda 6-7 komanda mübarizə aparırdı. “Simurq”a ortabab kimi baxırdıq, amma son turlara qədər “qızıl” şanslarını davam etdirirdilər. İddialıların sayı azalanda istər-istəməz ajiotaj da azalır. Azarkeş amilini də unutmayaq. “Xəzər Lənkəran” – “Neftçi”, “Bakı” – “Xəzər Lənkəran” oyunlarını yadınıza salın. Nə qədər azarkeş gəlirdi stadionlara. Hələ mən Gəncə və Tovuz səfərlərini demirəm. Tovuzdan, Gəncədən 1 xalla qayıdan komandanın üzvləri sevinirdilər. Çünki komanda bir tərəfə, əsas gücləri azarkeşləri idi. O cür dəstəyin qarşısında qonaqlar futbol oynaya bilmirdi. Azarkeş olmayan yerdə ajiotajdan danışmaq yersizdi. Çünki ajiotajı yaradan fanatlardı.
- Oğlunuz Valeh “Sumqayıt”ın düşərgəsində baxışdadı. Halbuki Portuqaliyada qalacağına ümid edirdik.
- Valehin Azərbaycana qayıtmasının səbəbi var. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır. Son vaxtlar davamiyyət və imtahan məsələlərində nəzarət gücləndirilib. Belədə iki yolu var idi: ya təhsili dondurub, futbolun dalınca getmək, ya da vətənə qayıdıb həm burda futbol oynamaq, həm də diplomunu almaq. Son beş ayı qalıb. Düşündük ki, indiki məqamda diplom alması daha vacibdi. Maya qədər karyerasını burda davam etdirməsini istəyirik. Ondan sonra necə olacağını zaman göstərəcək.
- Həqiqətənmi bugünkü çempionatda Valehə yer yoxdu? Və ya vaxtilə qolçuluq bacarığını sübut edən oğlunuza soyuq münasibətin səbəbi nədi belə?
- Valehin oynamamasının öz səbəbləri var. İndi bu haqda geniş danışmaq istəmirəm, hər şeyin öz zamanı var. Üç il ard-arda bütün yaş qruplarından ibarət yarışlarda bombardir olan futbolçu azərbaycanlı məşqçilərin təzyiqi nəticəsində yığmalardan kənarda qaldı. Cihanları, cem fələkləri dəvət etdilər, Valeh kənarda qaldı. Hanı Cem Fələk? Hardadı o? Bu gün əsas yığmanın yükünü çiyinlərində layiqincə daşıya biləcək futbolçular yoxdu, varsa da, azdı. Vaxtilə azərbaycanlı gənclərə arxa çevirən həmin məşqçilər Kosovo önündəki darmadağını görüb xəcalət çəkdilərmi, vicdanları oyandımı? Oyanmaz, çünki vicdanları yoxdu. Bu gün əsas millinin bərbad gündə olmasının səbəbkarı vaxtilə yığmaları çalışdırmış məşqçilərdi. Heç bir ölkədə cənab prezidentimizin yaratdığı şərait yaradılmır, rəhbərlik səviyyəsində bu cür diqqət göstərilmir. Belə diqqətin qarşılığında yığmalarımız indiyə qədər bizi sevindirməliydi.
- Çox əsəbləşmədən mövzunu dəyişək. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Frits Stuxliklə əvəzlənməsinə münasibətiniz necə oldu?
- Həyatda hər şey mümkündü. Bəzən inanmadığın, inana bilməyəcəyin hadisələr baş verir. Ona görə də dəyişiklik məni təəccübləndirmədi. İndiki məqamda avstriyalı mütəxəssisin işini görmədən nəsə demək çətindi. Azı mövsümün sonuna qədər gözləyək. Onda nəsə deyə bilərik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar