11 yan 17:14manset

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”
Volkan Üst qaranlıq məqam qoymadı
Çərşənbə axşamı “CBC Sport”un redaksiyasına baş çəkdik. Telekanalın direktoru Volkan Üstlə söhbətdə bizi maraqlandıran bütün suallara aydınlıq gətirməyə çalışdıq.
“Nə vaxtsa “İdman Azərbaycan”ın qapısını döysək, bilirik ki, mənfi cavab almayacağıq”
- Əvvəlcə ötən ili “CBC Sport” üçün dəyərləndirərdiz.
- 2018l “CBC Sport”un yarandığı gündən bəri ən maraqlı ili oldu. Çünki Çempionlar Liqası, Avroliqa, İspaniya La Liqas kimi çox nüfuzlu turnirlərin yayın hüququna yiyələndik. Üstəgəl, bizim üçün hər zaman prioritet olan Azərbaycan premyer-liqasının oyunlarını həmişə olduğu kimi əskiksiz göstərdik. Bu üzdən çox uğurlu bir ili geridə qoyduğumuzu düşünürəm. Daha uğurlusuna başlamaq üçün də hazırlaşırıq (gülümsəyir).
- Payızda rəhbərlik etdiyiniz telekanal 3 yaşını qeyd etdi. Bəs bu 3 il ərzində “CBC Sport”un inkişafı haqda fikirləriniz necədi?
- Açığı, 25 ildi dünyanın müxtəlif ölkələrində televiziya sahəsində çalışıram. Yeni Zelandiya, Avstraliya, Amerikada, həmçinin uzun illər Türkiyədə bu sahədə fəaliyyət göstərmişəm. Siz də yaxşı bilirsiz ki, 3 yaş televiziya üçün çox kiçik bir dönəmdi. Yenilikləri 3 il ərzində arxa-arxaya gerçəkləşdirmək asan iş deyil. Bu təkcə mənim yox, “CBC Sport” ailəsinin uğurudu. Komanda şəklində burda can-başla çalışırıq. Bu, sadəcə, gəlir və ya iş yeri deyil. Bura bizim can yandırdığımız bir məkandı. Bu üzdən 3 ilə o qədər şey sığışdırdıq ki... “CBC Sport” hər zaman yenilik gətirməyə də çalışır. Bəzən haqsız tənqdilərə də məruz qalırıq. Lakin düşünürük ki, eybi yox, tənqid edənlər də dostlarımızdı. Biz ailə kimi hərəkət etdiyimiz üçün çox şeyi bir araya gətirə bildik. Fikrimcə, nəticədə uğur qazana bildik. Türkiyədəki telekanallarla müqayisə etsək, onların 3 ildə bu qədər turnirin yayın hüququna yiyələnmək şansları olmur. Maliyyə baxımından da sıxıntı yaşayırlar. Biz isə bütün məsələləri balansda tutduq. Pul da xərcləyirik, gördüyümüz işləri düzgün etməyə çalışırıq, məncə, yaxşı bir strategiya qururuq. Hər zaman iclaslarda da deyirəm, bizim strategiyamız təkcə “CBC Sport”un uğuru yox, həmçinin Azərbaycan idmanının inkişafı üçün keçərlidi. Bu baxımdan hər zaman üzərimizə düşəni edirik. Ən gözəl nümunə ÇL və AL oyunlarının yayınıdı. Tamaşaçılardan bizə tələb gəldi ki, bu iki turnirin digər oyunlarını niyə izləyə bilmirik? Biz də “İdman Azərbaycan”a dedik ki, gəlin, bunu birlikdə yayınlayaq. Pulsuz onlara yayın haqqını verdik. Televiziya tarixində görünməmiş bir addım idi ki, qarşılıqsız bunu etdik. Bunu etdik və “İdman Azərbaycan”la gözəl, başqalarına örnək olacaq bir işbirliyi yaratdıq. Yenilik təkcə verilişlərdə, yayınladığımız turnirdə yox, həm də əlaqələrdə də onu reallaşdıra bilməkdi. Fikrimcə, ən böyük uğurumuz bu oldu.
- “İdman Azərbaycan”ın əsas rəqibiniz olması bu güzəştlə bağlı sual yaradır.
- Təbii ki, biz rəqibik. Verilişlərdə, proqramlarda, xəbərlərdə bir-birimizi qabaqlamağa çalışırıq. İşin gerçəyi də budu və belə də olmalıdı. Ancaq rəqabəti iki yöndə aparmaq mümkündü. Birincisi, daim döyüşərək də bunu edə bilərik və bu, sərt bir rəqabət olacaq. İkincisi, milli mənafe olduğu anda geri çəkilib, müəyyən yerdə dayanıb, rəqabəti sağlam formada da apara bilərik. Biz də məhz ikinci yolu seçdik və məncə, doğru da etdik. Söhbət təkcə “İdman Azərbaycan”dan getmir. Biz istər qitə birincliklərindən, istərsə də ölkə çempionatından olan görüntüləri təmənnasız paylaşırıq. Çünki burda əsas məsələ tamaşaçıya lazımi materialın çatıdırılmasıdı. “Bizim efrimizdə getmirsə, heç kim izləməsin” fikri, məncə, doğru deyil. Biz də nə vaxtsa “İdman Azərbaycan”ın qapısını döysək, bilirik ki, mənfi cavab almayacağıq.
- 2018-i “CBC Sport” üçün uğurlu il kimi qeyd etdiz. Ancaq səhhətinizdə problem yarandı.
- Bəli, 25 il stress altında, özünə baxmadan yaşayınca, çox ağır bir infarkt keçirdim. Az qala ölürdüm, mən elə hiss etməsəm də, həkimlər belə dedi. Hər halda, tezliklə problemi geridə qoydum. Azərbaycanın havasının, suyunun, eləcə də yaxşı dostlarımızın dəstəyi ilə problemi arxada qoya bildik. Bu, mənim üçün yaxş bir xəbərdarlıq da oldu. Sağlıqlı yaşamaqla bağlı təbliğ etdiklərimizə özümüzün də riayət etməyimiz lazımdı.
“Maddi cəhətdən hər şey planlaşdırılan kimi getmir”
- İtaliya çempionatının oyunlarının yayını zamanı “1XBET”in reklamı diqqətimiz çəkdi. Təkrarlar göstərilən zamanı bu baş verir. Bildiyimizə görə, Rusiyada həmin görüntüləri yığışdırmaq üçün hətta bir həftə İtaliya çempionatı yayınlanmadı və “1XBET”in reklamı aradan qaldırıldı. “CBC Sport”da isə həmin görüntülər qalır.
- Biz bunu “Topaz”ın rəhbərliyi ilə də müzakirə etdik. Qanunsuz bir şey yoxdu. Qaydalar deyir ki, aldığın yayını heç toxunmadan yayınlamaq lazımdı. Bizim müqavilələrdə bununla bağlı maddə çox açıq şəkildədi. Bu “1XBET” yox, başqa bir marka, brend də ola bilərdi. İtaliyada da bununla bağlı danışığımız olmuşdu. Əslində onlar matçın əvvəlində, fasiləyə gedəndə və fasilədən qayıdanda da “1XBET”i göstərməyimizi istəyirdilər. Biz də bildirdik ki, ona icazə vermərik. Ancaq oyundakı təkrarlar zamanı həmin şirkətin loqosunun yığışdırılmasına onlar da razılıq vermədi. Bu baxımdan rus həmkərlarımıza da xəbərdarlıq edildi. Yəni tam razılıq əldə olunmayıb. Çünki doğrusu da budu. Yayının sahibi necə satırsa, elə də gedər. Sizə bir nümunə deyim. Biz də bir sıra oyunları çəkib, xaricə siqnal daşıyırıq. Onların hamısında “CBC Sport”un loqosundan istifadə edirik. Onlar da öz ölkələrində bunu edirlər. Siqnalı kim ötürürsə, sahibi odu. Dediyim kimi, “Topaz”la oturub bunu müzakirə etdik. Burda fəaliyyətdə olan bir şirkətə zərbə vurmaq doğru yanaşma deyil. Ancaq bəzən ticari şərtlər belə durumların yaranmasına səbəb olur. Hər halda, “Topaz”a ən başdan xəbərdarlıq etdik, iclaslar keçirdik, durumu anlatdıq. Qeyd etdiyim kimi, şəffaf olmaq hər zaman bizə uğur gətirir. Hazırda da “Topaz”la yolumuza davam edirik, bir sıxıntımız yoxdu.
- Klublar Komitəsinin son iclasında iki qərar sırf “CBC Sport”la bağlı idi. Onlardan biri premyer-liqa oyunlarının erkən saatlarda başlamasıydı. Öncə bu məsələ ilə bağlı fikirlərinizi bildirərdiz?
- Onu qeyd edim ki, sağ olsunlar, PFL ilə anlaşılan, gözəl çalışmamız var. Klublarla da əksər hallarda belədi, ancaq bəzən də olmur. Dünyanın hər yerində yayınçı şirkətlə klublar bir yerdə qərar verir. Çünki hər iki tərəfin ortaq qərarı olmalıdı ki, tamaşaçıya doğru olanı çatdıraq. Lakin elə şeylər olur ki... Bilirsiz ki, bizim üçün prioritet Azərbaycan premyer-liqasıdı. Biz çempionat oyunlarını bir şəkildə efirə verəcəyik. Ancaq “Real” - “Barselona” matçı premyer-liqa görüşü ilə üst-üstə düşdükdə və biz “El Klasiko”nu vermədikdə, tamaşçı bizi ciddi tənqid edir. Bu üzdən dedik ki, premyer-liqa matçlarını bir qədər erkən saatlara çəkərək, rahat çəkildə çalışaq. İkincisi, bizim stadionlar gündüz matçları üçün daha əlverişlidi. İşıq məsələlərində çox ciddi problemlər var. Bir çox stadionda bu belədi. Bəzən belə durumlarda bizə deyirlər ki, yaxşı çəkiliş etmirsiz. Amma işıqlandırmada problem varsa, nə etsək, problem aradan qalxmayacaq. Ona görə də oyunların erkən saatlarda başlamasını dəstəkləyirəm.
- Yayına görə klublara pul ödənilir?
- Yox, “yayınlayaq, ancaq pul verməyək” kimi razılıq yoxdu. Ancaq bu bir qədər də kommersiya sirridi. Özü də həmin məsələ strategiyamızın önəmli bölümüdü. İstər klublar, istərsə də PFL ilə hər mövsümdən öncə danışıqlarımız olur. Öz təkliflərimizi dilə gətiririk, onların təkliflərini eşidirik. Təkcə pul yox, başqa məsələlərdə də razılıq əldə edirik və bunların çoxu kommersiya sirridi. Niyə sirr olduğunu soruşursuzsa, bəzi şeyləri biz təmənnasız edirik ki, buna sayırıq. Hər halda, hər iki tərəf arasında razılıq əldə olunub və bu əlaqələri davam etdiririk. “CBC Sport”dakı ilk gündən bu məsələnin dünya standartlarına uyğun şəkildə reallaşmasına çalışırıq. Yəni klublar yayın haqlarından pul qazansın. Təkcə çempionat yox, qitəmiqayslı yarışlarda da klublara pul qazandırmaq işini üzərimizə götürürük. Ən son “Qarabağ”ın oynadığı bütün matçlarda klubla bərabər hərəkət edərək, pulunu ödədik. Klub da bizə kömək etdi. Nəhayət, yayını tamaşaçıya çatdıra bildik. Heç vaxt pul verməməyin tərəfdarı olmamışıq. Pul olsun ki, keyfiyyət, investisiya artsın, yaxşılığa doğru addım atılsın. Bəzən də çətinlik olur. Azərbaycan reallıqlarını da nəzərə almalıyıq. Maddi cəhətdən hər şey planlaşdırılan kimi getmir. Çətin vəziyyətlərdə qaldığımız an oturub bunu da müzakirə edirik.
“Özümü əcnəbi hesab etmirəm”
- Bəzən yayın zamanı çatışmazlıqlar diqqəti çəkir. Elə cari mövsümün ilk yarısında iki dəfə topun qapı xəttini keçməsi anı oldu ki, hakim qol qeydə aldı. Ancaq görüntüyə əsasən həmin epizodlarla bağlı qəti qərar vermək olmurdu...
- 2016-cı ilin sonunda stateji bir qərar verməliydim. Bunu ilk dəfə açıqlayıram. Bildiyiniz kimi, biz “Saran” şirkəti ilə çalışırdıq. Həmin şirkətin işçiləri də burda idi. Hər şey çox üst səviyyədə idi. Onların gətirdiyi təcrübəni də qeyd etməliyəm. Ancaq mən iki variantı dostlarla müzakirə etdim. Birinci yol kimi soruşdum ki, “Saran”a icarə haqqı verəkmi? Çünki bu şirkətə çox böyük pullar ödəyirdik. İkinci yol isə maşınların bir hissəsini, ala bildiyim qədərini satın almaq idi. Biz ikinci variantı seçdik. Öz texniki heyətimizin olmasına qərar verdik. Bu gün “CBC Sport”da məndən başqa əcnəbi yoxdu, mən də özümü əcnəbi hesab etmirəm. Xaricdə soruşanlar olanda da deyirəm ki, azərbaycanlıyam. Düzgün etdiyimi də düşünürəm, çünki işimi gördüyüm vaxt bunun fərqinə varıram. Məhz ikinci yolu seçməyimizin səbəblərinə gəlincə, öz istehsalımızın olmasını istədik. Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik. Düzdü, istərdik ki, daha çox pul olsun, əlavə maşınlar da alaq. Ancaq o vaxt pul da çatmadı. Devalvasiyadan sonra idi, ölkə çətin vəziyyətdəydi, hər şey asan həll olunmurdu. Hər halda, gücümüz çatan avadanlıqları götürdük və özümüzün oldu. Biz rahat işləyə biləcək hala gəldik. Ən öməlisi pul ölkədə qaldı. Mən buna çox dəyər verirəm. Ola bilər, bir az siyasi danışdım (gülür). Amma hisslərimi çatdırmaq istədim. Doğrudu, reallıq budu ki, həmin vaxta qədər olan kamera sayı azaldı. Baxa da bilərsiz, 3-cü STS (Səyyar Televiziya Studiyası) maşınını öz imkanlarımızla, demək olar, düzəltmişik. Mövsümün ikinci yarısında o da işləyəcək. Həmçinin ortalama 6-7 kamera ilə çəkdiyimiz matçlarda kamera sayını 8-ə çatdıracağıq. Onları sifariş etmişik. Texnika baxımından geriyə getdiyimiz görünə bilər, digər tərəfdən telekanalın özü inkişaf etdi. Hər şeyi aldıq, icarədən qurtulduq. Artıq öz avadanlıqlarımızla çəkiliş aparırıq, bəzən biz icarəyə veririk. Gürcülərə, həmçinin başqa ölkələrdən gələnlərə zaman-zaman icarəyə verib pulumuzu da qazanırıq. Məncə, çox yaxşı, gözəl bir şey edirik. Keçən yay 4-5, mövsümün əvvəlində daha ikisini aldıq. Bunlar bahalı avadanlıqlardı. Normal kameranı 1-2 min manata almaq olar. Ancaq matç çəkəcək səviyyədə olan kameraların qiyməti 15-20 min manatdı. Bəzən tənqid də olur. Hər həftə 4 matçı canlı çəkirik. Gəncədən, Lənkərandan, Qəbələdən, Naxçıvandan oyunları yayınlamışıq. Ona görə də bu işi görməkdən qürur duyuruq. Hər şeyi etməyə çalışırıq, ancaq bəzən çatır, bəzən yox. İnanın ki, sizin ekranda gördüyünüz səhvi biz də anında sezirik. Bəzən gecədən səhərə qədər harda hansı xəta olduğunu müzakirə edirik. Heç vaxt bizim ağzımızdan “boş verin, o matçı da efirə verməyək” sözü çıxmadı. Oyun bir şəkildə efirə gedəcək. Tamaşaçı “CBC Sport”un efirindən Topaz premyer-liqasını izləyəcək, bu bizim prioritetimizdi.
- “CBC Sport”un “Xəbərlər” proqramı sanki iki departament arasında bölünüb və onların arasındakı münasibət də xoş deyil. Hər halda, kənardan belə görünür.
- “CBC Sport” bir bötövdü, ancaq təbii ki, departamentlər var. Hər kəsin öz məsuliyyət daşıdığı sahə var. Bu baxımdan kanal daxilində hansısa problem yoxdu.
“Problem varsa, bilsinlər ki, “CBC Sport”un mikrofonu orda olacaq”
- BOS-da beynəlxalq turnirlərin keçirilməsi sizə problem yaradır?
- Problem yaratmır, biz də buranın üzvüyük. Burda hansısa tədbir varsa, ona uyğun davranırıq. Lakin incəsənət insanlarıyıq, hər dəfə yoxlanışdan keçə-keçə bira qədər gəlmək insanı darıxdırır, ancaq əsas cansağlığıdı (gülümsəyir).
- Klublarımızın Antalyadakı hazırlıq matçlarını yayınlamaq planınız var?
- Hazırda bu haqda düşünürük ki, nə edək, necə edək? Başqa bir-iki layihəmiz də var. Açığı, belə bir niyyətimizin olduğunu deməliyəm. Lakin asan iş deyil. Avadanlıqları, komandanı toplayıb getməliyik. Fevralın əvvəlində isə çempionat başlayır. Bu baxımdan strateji bir toplantı keçirib, qərar verəcəyik.
- Vaxtilə Türkiyə çempionatının yayın məsələsi gündəmə gəldi, ancaq sonda reallaşmadı. Nə vaxtsa həmin ideya yenidən gerçəkləşə bilər?
- Mənə tamaşaçılardan da bu haqda yazanlar var. Biz o vaxt müqaviləni bağladıq. Hətta həmin həftə matçların bütün kodları bizə gəlmişdi. Onlara bildirdik ki, yayınlayırıq, dedilər, gözləyin. Halbuki razılaşmışdıq, şifrələr də bizdəydi. Təxminim belədi ki, Türkiyədəki azarkeşlər ayağa qalxdılar, niyə biz pul ödəyib baxırıq, azərbaycanlılar yox? Sonra da danışığımız oldu, gələn mövsüm üçün də müzakirə edə bilərik. Olarsa, efirdə görəcəksiz. Çünki öncədən açıqlananda, sonu yaxşı olmadı. Biz hər şeyi doğru etmişdik. Nə biləydik “Digitürk”ün bizi yarıyolda qoyacağını?!
- Builki planlar nədi?
- 2019-da ən çox diqqət yetirəcəyimiz məqam məktəbli uşaqların inkişafına yönələn addımlar olacaq. Uşaqları ekrana çıxaracağıq. Futbol, cüdo, karate – fərq eləmir. İstəyirik ki, Azərbaycan idmanının gələcəyini işıqlandıraq. O zaman valideynlər bunu görəcək, idmana həvəs artacaq. Hiss edirik ki, idmanda bir qədər həvəssizlik var. Mən ilk dəfə Azərbaycana gəldiyimdə federasiyalar bir-biri ilə rəqabət aparırdı. Sanki sonradan bir qədər ruhdan düşdülər. Bəlkə buna bir köməyimiz dəyər. Uşaq futbolundan canlı oyunlar göstərəcəyik. Bunu artıq qətiləşdirmişəm. İlk işimiz bu olacaq. İkinci düşüncəmiz isə elə həmin işlə bağlı daha tənqidedici xəbərlər verəcəyik. Hardasa bir məşqçidə problem varsa, bundan sonra bilsinlər ki, “CBC Sport”un mikrofonu orda olacaq. Bazada bir çatışmazlıq varsa, onu açığa çıxaracağıq. Bunu etməsək, idmanımızın gələcəyi olmayacaq. Bu gün həmin çatışmazlıqları qabartsaq, 10 il sonra bəhrəsini görəcəyik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar