13 mar 11:34manset, gundem

Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib

Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib
“Disk gəlsə, “CBC Sport” oyunu göstərəcək”

Martın 9-da Qətərin paytaxtı Dohada beynəlxalq yoldaşlıq görüşü keçirən yığmamızın qələbəsi AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluya ikiqat sevinc bəxş etdi. Axı, həmin gün onun ad günü idi. Qurum rəsmisi 52 yaşını ölkədən kənarda qeyd etdi. Qətər səfəri, oyunun yayınlanmaması, protokolun tam formada saytda yerləşdirilməməsi, “Milli Dəstə” üzvlərinin “Əl-Sadd”a buraxılmaması kimi suallara aydınlıq gətirmək üçün aradığımız Mikayıl bəylə söhbətə elə doğum günü təbrikləriylə başladıq.
- Doğum gününüzü təbrik edirik. Belə demək olar ki, yığma qələbəni sizə həsr etdi?
- Təbriklərinizə görə sağ olun. Təkcə mənə yox, bütün Azərbaycan xalqına hədiyyə oldu.
- Sizin üçün tort kəsdilər?
- Oyundan əvvəl sürprizlə qarşılaşdım. Qaldığımız otelin rəsmiləri ad günümdən xəbər tutub özləri tort sifariş vermişdilər. Bu jestə görə təşəkkür edib, nuş etdik (gülür).
- Neçənci dəfədi doğum gününüzü ölkədən kənarda qeyd etməli olursuz?
- Vallah, dəqiq bilmirəm. Amma bir neçə dəfə baş verib.
- Keçək əsas mətləbə. Qətərlə oyun niyə yayınlanmadı və siz bunu əvvəlcədən bilirdizmi?
- Bu, qarşı tərəfin iradəsiylə baş verdi. Oyunun təşkili, yığmamızın səfəri iə bağlı bütün xərcləri qarşıladıqlarına görə belə bir şərt irəli sürdülər. Bizə Almaniya ilə oyun ərəfəsində yoldaşlıq görüşü keçirmək lazım olduğu üçün yayınla bağlı şərtlərini qəbul edib ora yollandıq. Təbii ki, əvvəlcədən bilirdik. Hətta bizə internet də söz verməmişdilər. Onu da qeyd edim ki, Qətər əksər oyunlarını qapalı şəraitdə keçirir. Yalnız Rusiya ilə oyun istisnadı ki, buna görə də böyük qalmaqal olmuşdu.
- Matçın qapalı şəraitdə baş tutacağını öncədən bilirdizsə, azarkeşləri niyə nəzərə almamışdız? “Milli Dəstə” üzvlərinə əziyyət verməmək üçün onları xəbərdar etmək olmazdı?
- Bizə yayınla bağlı durumu izah etmişdilər, azarkeşlərin stadiona buraxılmayacağını yox. Əksinə, azarkeşlərimizi özümüz təşkilatlandırmışdıq, onlara bayraq və başqa atributlar vermişdik. Stadiona keçmək istəyəndə dedilər olmaz. Çox çalışsaq da, mümkün olmadı. Bildirdilər ki, qətərli azarkeşlər də tribunaya buraxılmayıb. Həqiqətən oyun tam qapalı şəraitdə baş tutdu. Azarkeş məsələsiylə bağlı iradlarımızı eşidəndə günahı bir-birinin üstünə atdılar. Guya hansısa əməkdaşları bizə bu haqda məlumat çatdırmalıymış və sırf texniki yanlışlıq üzündən belə alınıb. Əslində isə bütün imkanlardan yararlandılar ki, rəqibləri bu oyundan məlumat əldə edə bilməsin. Sizə bir faktı da çatdırım: mən öz telefonumda 3G internetdən yararlanıram. Stadionda hətta öz internetim də “çəkmədi”. Bunu necə etmişdilər, anlamadım. Azarkeşlərə gəlincə, sağ olsunlar, 90 dəqiqə stadionun kənarında dayanıb matçın başa çatmasını gözlədilər. Daha sonra baş məşqçi Robert Prosineçkiylə görüşüblər. Mən disk gözlədiyim üçün o görüşdə iştirak etməmişəm, ancaq eşitdim ki, hər iki tərəf oyunun nəticəsindən razılığını ifadə edib, bundan sonrakı görüşlərdə də azarkeş dəstəyinin vacibliyini dilə gətiriblər.
- AFFA-nın texniki imkanları da var idi ki, oyunu lentə alsın. Belədə canlı yayın olmasa da, görüşün videoyazısını izləyə bilərdik.
- Qarşı tərəf çəkiliş aparırdı və bizə söz veriblər ki, disk göndərəcəklər. Əslində orda verməliydilər. Stadiondan ayrılmayıb xeyli gözlədik. İstəyirdik ki, disk əlimizə keçən kimi bunu “CBC Sport”a ötürək və videoyazı şəklində olsa da, tamaşaçılarımız millinin oyununu izləsin. Sonda dedilər ki, disk montaj olunmalıdı. Söz veriblər, bu gün-sabah göndərəcəklər.
- Göndərsələr, millinin oyunu videoyazı şəklində təqdim olunacaq?
- Mütləq. “CBC Sport” göstərəcək.
- Bəs AFFA-nın saytı niyə protokolu tam şəkildə izləyicilərə çatdırmadı?
- Biz saytda matçın rəsmi protokolunu yerləşdiririk. Onu hələ bizə verməyiblər. Əlimizə keçən kimi redaksiyanıza da göndərərik, statistika həvəskarı olan oxucularınıza təqdim edərsiz.
- Dohada azərbaycanlı jurnalist də olmadı ki, oyunun gedişiylə bağlı təfsilatı öyrənək. Bəlkə jurnalist fəhminizi işə salıb, matçın qısa icmalını bizə çatdırasız.
- Mümkündü. Əvvəlcə onu deyim ki, “Əl-Sadd”a qətərli jurnalistlər də buraxılmamışdı. Ümumiyyətlə, mən Qətər saytlarını izlətdirdim, oyunla bağlı xəbərləri tərcümə etdirdim. Hamısı bir-iki cümləylə kifayətlənmiş, sadəcə, hesabı yazmışdılar. Əlimin altında qeydlər var, ona əsasən sizə qısa reportaj verə bilərəm.
Oyuna futbolçularımız aqressiv, istəkli başladılar. Üç dəqiqə ərzində artıq iki künc zərbəsi yerinə yetirdik. Xüsusilə Ağabala - Ruslan - Cavid “üçlüy”ünün ifasında kombinasiyalı hücumlara şahidlik edirdik. Rəqib də döyüşkən komanda idi. Ancaq onların heyətində bir futbolçu həddən artıq sərt mübarizəsiylə diqqəti çəkirdi. 10-cu dəqiqədə sarı vərəqə alan Qətərin “14” nömrəsini (Məhəmməd Əl-Sayed) hakim daha iki epizodda bağışladı. Halbuki ona qırmızı vərəqə düşürdü. Vərəqədən sonra sistematik qayda pozuntusuna davam edən futbolçuya şifahi xəbərdarlıq edilmir axı. Təsadüfi deyil ki, Qətərin baş məşqçisi ilk yarı bitməmiş onu əvəz etməklə azlıqda qalmaq riskini aradan qaldırdı. 18-ci dəqiqədə Qətərin daha bir təhlükəli vəziyyəti oldu ki, Səlahət inamlı çıxış etdi. Bir qədər sonra Mirzəbəyovun zərbəsini qapıçı dəf etdi, top Ağabalanın önünə düşsə də, futbolçumuz yüzfaizlik şansdan yararlana bilmədi. 33-cü dəqiqədə Ağabala effektli əks-hücumu qolla tamamlaya bilmədi. Ən real qol imkanlarından biri fasilə ərəfəsində oldu. Ramazanovun ötürməsindən sonra Namiq qapıya zərbə endirdi ki, top dirəkdən döndü. İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçdi. Prosineçki fasilədən dərhal sonra üç əvəzetmə həyata keçirdi. Dəyişikliklər hücumların kəsərini daha da artırdı. 52-ci dəqiqədə künc zərbəsindən sonra Tərlan Arazın ötürməsini qola çevirdi. Düzdü, 3 dəqiqə sonra hesabda yenidən tarazlıq yarandı. Ancaq 62-ci dəqiqədə Cavidin ötürməsini Araz qola çevirməklə matçdan qalib ayrılmağımızı təmin etdi. Prosineçki oyunun gedişində Ağabalanı Mahir Mədətovla əvəz etməklə ona da debüt şansı verdi. Tellur isə ilk dəqiqələrdən meydana çıxmaqla bu imkanı qazanmışdı. 73-cü dəqiqədə Şahruddin də meydana çıxa bilərdi. Səlahət zədələnmişdi və həkimlər xeyli meydanda qalmalı oldu. Əvəzetmə hazırlanırdı ki, Səlahət oynaya biləcəyinə işarə edib “çərçivə”yə qayıtdı.
- Qətərlə oyun FİFA-nın “pəncərə”sinə düşürmü? Düşmürsə, reytinqə necə təsir göstərə bilər? Bunu izah edə bilərsiz?
- Düzdü, heç də bütün oyunlar reytinqdə hesablanmır. Məsələn, bizim bir neçə il bundan əvvəl Özbəkistanla, eləcə də Fələstinlə görüşlərimiz reytinqə təsir edən matçlar siyahısına daxil edilməmişdi. Fələstinlilərlə oyun sonradan siyahıdan çıxarılmışdı. Buna səbəb təşkilatçı tərəfin qurumu xəbərdar etmədən hakimi dəyişməsiydi. Özbəklərlə oyun isə ikitərəfli görüş sayıla bilər. Çünki beynəlxalq qurumu xəbərdar etmədən özümüz razılığa gəlmiş, münasib hakim tapıb oyunu idarə etməyi tapşırmışdıq. Reytinq üçün hər iki milli federasiyanın razılıq məktubunun quruma göndərilməsi və rəsmi təyinat istənilməsi barədə müraciət lazımdı. Gördüyünüz kimi, Qətərlə oyunu FİFA-dan göndərilən macarıstanlı hakimlər idarə etdilər.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar