31 dek 13:51manset

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
Aqil Abbas: “Əmrah bəyə bu məsələyə görə cinayət işi açıldı”
Milli Məclisin üzvüı, tanınmış qəzetin baş redaktoru, yazıçı, “el ağsaqqalı” olmasına baxmayaraq, hər dəfə futboldan söz düşəndə sanki uşaqlıq illərinə qayıdır, özünü tribunada oturub oyunu izləyən azarkeş kimi aparırır. Yeri gələndə bəzi adını futbol mütəxəssisi qoyanlardan belə oyunu yaxşı incələyir, taktiki gedişləri müzakirə edir, seleksiya barədə ətraflı danışır. Yəqin ki, söhbətin qatı futbol azarkeşi, dəyərli ziyalı Aqil Abbasdan getdiyini başa düşdüz. Yeni il ərəfəsində onunla görüşmək üçün rəhbərlik etdiyi “Ədalət” qəzetinin reaksiyasına yollandım. Qapını döyüb içəri girəndə Aqil bəy xanım operatora yeni yazısını yığdırırdı. Həmişəki kimi şirin Qarabağ ləhcəsində “dədə, gəl, işimi indi yekunlaşdırıram” deyib, oturmağı təklif etdi. Bir neçə dəqiqədən sonra artıq onunla öz otağında, üz-üzə əyləşib çay içə-içə 2018-ci ildə ölkə futbolunda yaşananları müzakirə etməklə yanaşı, bir çox mətləblətə toxunduq.
“Milliyə və “Qarabağ”a görə üzülürəm”
Futbol mənasında 2018 yaddaşımda o qədər də xoş iz qoymadı. Xüsusilə də yığmanın Millətlər Liqasında uğursuz çıxışı məni çox məyus etdi. Əslində Avropada zəif komanda yoxdu. Seçmə mərhələnin əvvəlində qrupun favoriti kimi biz göstərilsək də, Kosovonun heyəti legioner həyatı yaşayan, İngilətərədə, Türkiyədə top qovan futbolçulardan qurulmuşdu. Rəqibin adına görə ona yuxarıdan aşağı baxmaq, “bunları rahat udacağıq” demək kökündən yanlışdı. Bəlkə də bunun acısını çəkdik. Açığı, “Qarabağ”a görə də bir qədər məyus oldum. “Vorskla”nı səfərdə udmasına baxmayaraq, Bakıdakı görüşdə qeydə alınan məğlubiyyət də məni çox incitdi. Ümumiyyətlə, çox sevdiyim klubun cari mövsümdə axsamasına üzülürəm. Ancaq ümidimi üzmürəm və inanıram ki, “Qarabağ” növbəti il həm çempion olacaq, həm də ölkə kubokunu başı üzərinə qaldıracaq. Komandanın son turlardakı inamlı oyunu belə deməyə əsas verir. Yaşananlara görə Qurban Qurbanovu da qınamıram. Onun əlində güclü “material” yoxdu. Bununla bağlı yazı da yazmışam. Orda qeyd etmişdim ki, Qurban zəmanəmizin Həzrəti Musasıdı. Ancaq əlində sehirli çubuq olmayandan sonra nə etsin? Klubların, demək olar ki, hamısında əsas söz sahibləri legionerlərdi. Yerdə qalır 40-45 oyunçu. Onlar da bilirlər ki, rəqbətsizlik fonunda baş məşqçi onları yığmaya çağırmağa məcburdu. Leninin bir gözəl sözü var: işsizlik ölkənin inkişafı deməkdi. Bənna işini görərkən gah siqaret çəkir, gah yeməyə gedir və bununla da tapşırılan işi yubadır. Birdən görür ki, işlədiyi yerin həyətinə 50-yə yaxın adam toplaşıb. Səbəbi ilə maraqlananda məlum olur ki, toplaşanların hamısı bekar bənnalardı və iş üçün gəliblər. Bunu görən tənbəl bənna başlayır sürətlə işləməyə, heç siqaretə də vaxt ayırmır. Başa düşür ki, işindən narazı qalsalar, onu həyətdəki bənnalardan biri ilə əvəzləyəcəklər. İndi bizim futbolçularda da yerini itirməklə bağlı qorxu olmalıdı. Bu olmayacağı təqdirdə millinin “sükanı arxasına” kimi gətirirsən-gətir, xeyri yoxdu. Onu da nəzərə almaq lazımdı ki, Qurbana yığmada çox az vaxt verdilər.
“Sözlərim onun xoşuna getməsə də, birtəhər udmalı oldu”
Berti Foqtsla heç vaxt yola getməmişəm. O Azərbaycana gəldiyi gündən həmişə bizə yuxarıdan aşağı baxıb. Dəfələrlə onunla mübahisəmiz düşüb. Oyunların birində elə alındı ki, mən, Elxan Məmmədov, Foqts və köməkçisi yan-yana oturmalı olduq. Əlimə fürsət düşdüyünü görüb başladım Foqtsa alman mədəniyyətindən, incəsənətindən, ədəbiyyatından, dövlətçilik tarixindən danışmağa. Tərcüməçisi və arada Elxan müəllim də dediklərimi ona tərcümə edirdi. Mən danışdıqca alman məşqçi diqqətini oyundan ayırıb dinləməyə başladı. O ki var danışdım və axırda da “elə bilmə ki, sən çox, biz az bilirik. Səndən çox ağıllı insanlar yaşayır bu torpaqda. Sadəcə, bəxtin gətirib ki, Almaniyada doğulub, futbolda ad-san qazanmısan” dedim. Bu sözlərim onun xoşuna getməsə də, birtəhər udmalı oldu. Həmin görüşdən bir müddət sonra yenə stadionda yanaşı oturduq. Dedim ki, “bura nəyə gəlmisən? Meydana çıxan iki komandanın heyətində cəmi iki yerli oyunçu oynayır, qalanı legionerlərdi. Sən yığmaya legionerləri dəvət edəcəksən ki, bu oyuna gəlmisən? Ondansa, get bölgədə keçirilən görüşlərdən birini izlə”. Bu sözlərdən sonra Foqts daha dözə bilməyib, çox əsəbi formada “məni niyə bunun yanında otuzdurursuz?” deyib, yanımdan uzaqlaşdı.
“Ağdamlılar çəyin vəziyyətdə komandalarına sahib çıxdılar, ancaq tovuzlular bunu etmirlər”
Məni narahat edən məsələlərdən biri də premyer-liqada çıxış edən klubların sayının azlığıdı. 8 komandalı çempionat çox darıxdırıcı və maraqsız görünür. Onların da “Qəbələ” istisna olmaqla hamısı Bakıda toplaşıb. Mən “Sumqayıt”ı da paytaxt klubu sayıram. Futbolun coğrafiyasını genişləndirmək, bölgələrə diqqət ayırmaq vacibdi. Dədə-babadan futbol bölgələrimiz olub. Gəncənin, Mingəçevirin, Tovuzun adını çəkə bilərəm. “Turan” elitadan düşəndə bununla bağlı da mətbuatda yazım getmişdi. Deyirlər ki, komandanın elitada oynamağa pulu yoxdu. Bu sözə çox əsəbləşirəm. Tovuzda çox imkanlı, pula pul deməyən milyonçular var. Hər kəndi bir rayon boydadı, villalar yan-yana düzülüb. Niyə onlar komandaya diqqət ayırmırlar, tarixi olan klubun ayaqüstə qalması üçün əllərini ciblərinə atmirlar? Necə olur ki, Ağdamsız qalan ağdamlılar çətin vəziyyətdə komandalarına sahib çıxdılar, ancaq tovuzlular bunu etmirlər? Həmin yazıya görə mənə nə qədər insan Tovuzdan zəng vurub təşəkkür etdi. “Turan” Azərbaycan futbolunun tarixində silinməz iz qoyub. Bunu unutmaq olmaz. “Qarabağ”ın çətin vaxtlarında aralarında mən də olmaqla bir qrup ziyalı sözün həqiqi mənasında qapı-qapı düşüb komandanın yaşaması üçün pul toplamışıq. Bu gün şükür Allaha, “Azərsun Holdinq”in rəhbərliyi “Qarabağ” üçün gözəl şərait yaradıb ki, buna görə də Gözəl ailəsinə təşəkkür edirəm. Ancaq 20 il əvvəl komandanı qoruyub saxlayanlar bizlər - ağdamlılar olmuşuq.
“Ondan sonra komanda, rəhbərlik sanki Quzanlıdan küsdü”
Çoxları deyir ki, “Qarabağ” niyə heç olmasa, mövsüm ərzində bir neçə oyunu Quzanlıda keçirmir? Xatırlayırsızsa, bir neçə il öncə komanda Quzanlıya üz tutmuşdu. Bu işdə ağdamlı ziyalılarla yanaşı, PFL prezidenti Ramin Musayevin də danılmaz xidməti var idi. Bu yerdə haşiyə çıxaraq bir məsələni də vurğulamaq istəyirəm: Musayev də ölkədə futbolun inkişafına çalışan insanlardan biridi. Qayıdım Quzanlı məsələsinə. “Qarabağ”ın ora yollanması bölgədə əsl bayram ab-havası yaratmışdı. Bizdə “Dördyol” deyilən bir yer var. Komandanı qarşılamaq üçün ora, bilirsiz, nə qədər insan toplaşmışdı? Yerli sakinlərlə yanaşı, Yevlaxdan, Bərdədən, Bakıdan belə azarkeşlər gəlmişdi. Ağdamın sabiq icra başçısı Həsən Sarıyev də futbol azarkeşi olduğundan komanda üçün hər cür şəraitin yaradılmasına göstəriş vermişdi. Bir sözlə, hamının üz-gözündən sevinc yağırdı. “Qarabağ” da Quzanlıda bir neçə oyun keçirdi. O qədər böyük maraq var idi ki, 2300 yerlik arenaya 5 minə yaxın insan gəlirdi və çoxları ayaqüstə matçı izləyirdi. Qarşılaşmaların birində protokol qaydasına uyğun hamıya yer ayrılmışdı. Quzanlı stadionunun direktorunun oğlu da gəlib Əmrah Çəlikəlin yerində oturmuşdu. Əmrah bəy çox nəzakətlə ondan yerindən durmağı xahiş etdi. Bütün bunlar gözümün önündə baş verdiyindən yaşananları təfsilatı ilə sizə danışıram. Həmin gənc bir qədər canlı və ucaboy idi. Görünür, əksər qarabağlılar kimi “qabağından yeyən” deyildi və Əmrah bəydən başqa yerdə oturmasını istədi. Çəlikəl növbəti dəfə yenə nəzakətlə eyni xahişi edəndə, qarşı tərəf onu vurdu. Çəlikəl də özünə görə bir oğlandı. Bunu həzm etmədi, o da onu vurdu. Belədə aləm dəydi bir-birinə. Birtəhər dalaşanları sakitləşdirdik. Sonradan Əmrah bəyə bu məsələyə görə cinayət işi açıldı. Mən işə qarışandan sonra cinayət işi xətm olundu. Ondan sonra isə komanda, rəhbərlik sanki Quzanlıdan küsdü.
“Ağdamda futbola sevgi bələkdən başlayır desəm, yanılmaram”
Söhbətimizin əvvəlində bölgə təmsilçilərinin olmamasından narahat olduğumu söylədim. Qəbələdə rayonun mərkəzində çox gözəl stadion tikilib, komanda da premyer-liqanın iddialılarından sayılır. Ancaq yerli sakinlər “Qəbələ”nin oyunlarına maraq göstərmirlər, tribunalar boş qalır. Zalım uşağı çəpəri aşsalar, tribunada olar, ancaq bunu da etmirlər. Bəzən də onları qınamıram. Çünki Qəbələ heç vaxt futbol rayonu olmayıb. Son illərdə rəhbərlik orda elə gözəl şərait yaradıb, futbolun inkişafına sərmayə qoyub. Futbol ənənəsi başqa şeydi. Götürək Ağdamı. Bizdə hər il məktəblər, kolxozlar, müxtəlif idman cəmiyyətləri arasında turnirlər təşkil olunurdu. Hətta məhəllələrarası yarışlara da maraq çox idi. Ağdamda 17 məhəllə var idi ki, hər birinin də ən azı iki komandası olurdu. Biz Ağdama köçəndən sonra “aclar” məhəlləsində yaşayırdıq. “İmarət” məhəlləsiylə aramızda keçirilən oyunlar həmişə gərginliyi ilə yadda qalırdı. Ağdamda futbola sevgi bələkdən başlayır desəm, yanılmaram.
“Sahə müvəkkili evinə gələrək bildirib ki, 1 saata paytaxtı tərk etməlidi”
Bir çox futbol adamları ilə dost olmuşam, indi də belələri çoxdu. Bilirsiz, futbolu mənə sevdirən nədi? Niyə adi azarkeş yox, futbol manyakı olmuşam? Çünki vaxtilə özüm də futbolçu olmaq istəyirdim. Ancaq alınmadı. Qapıçı idm, amma vaxtımın çox hissəsini “qızıl ehtiyat”da keçirirdim. Belə deyim: ilk sevgimə qovuşa bilməsəm də, məhəbbəti hələ də ürəyimdədi və onu başqa bir formada yaşadıram. Ona görə də daim dostlarımın arasında futboçular və futbol funksionerləri olub. Əhməd Ələsgərov “Araz”da işləyəndə Naxçıvana yollanıb, məşqlərini izləmişəm, oyunlarına baxmışam. Əhməd müəllimlə çox isti münasibətimiz olub. Heyf ki, onu burda layiqincə qiymətləndirmədilər. Onu bir nəfər bura dəvət etmişdi, həmin adam da qovdu. Bir gün redaksiyada oturmuşdum. Telefona zəng gəldi, dəstəyin o tərəfində Əhməd müəllim idi. Məni “İnturist”ə dəvət etdi. Getdim görüşdüm və bir qədər söhbət etdik. Məlum oldu ki, Bakıda oxuyan qızının imtahanları üçün gəlibmiş. Ancaq sahə müvəkkili evinə gələrək bildirib ki, 1 saata paytaxtı tərk etməlidi. Özü bu haqda danışa-danışa çox pis oldu. Ələsgərov çox güclü mütəxəssis idi. Düzdü, deyirdilər ki, o məqsədə çatmaq üçün hər yola əl atırdı. Buna baxmayaraq, işinin “professoru” idi.
“Həmin vaxt utanmışam deyəm ki, bir ara bu klubun prezidenti olmuşam”
Mən həmişə iki komandanın oyununu izləyəndə Allaha dua edirəm. Bir “Qarabağ”, bir də Türkiyə millisi üçün. İradə xanım (həyat yoldaşı İradə Tuncay) da hər dəfə bunu görəndə “bəyəm futbolçuların əvəzinə mələklər gəlib qol vuracaq” sualını verir. Mən də “nə çoxdu Allahın boş-bekar mələkləri. Bir-ikisi gəlib kömək etsə, bəsdi” cavabını verirəm (gülür). Ən pisi hər iki komanda uduzanda olur. İradə xanım ironiya ilə “sənin duaların da işə yaramadı” söyləyərək, boş yerə həyəcanlamamağı məsləhət görür. Onda da vəziyyətdən çıxmaq üçün “görünür, rəqib komandaya görə dua edənlər daha çox olub” cavabını verirəm. Ancaq bəzən türklərdən inciyirəm. Onların futbol verilişlərində, demək olar ki, Avropanın bütün çempionatlarının hesabları ekranın aşağısında titrlə göstərilir. Ancaq nədənsə bizim premyer-liqaya diqqət ayırmırlar. Bəs qardaşlıq harda qaldı? Sadə türklər isə “Qarabağ”ı çox sevir. Dəfələrlə Ağdam klubunun beynəlxalq oyunları zamanı Türkiyədə olmuşam və onların necə böyük həvəslə matç saatını gözlədiyini görmüşəm. Hətta qaldığım oteldə mənə dəfələrlə “əfəndim, bir azdan “Qarabağ”ın oyunu başlayacaq, birlikdə izləyərik” deyiblər. Həmin vaxt utanmışam deyəm ki, bir ara bu klubun prezidenti olmuşam.
“Bəlkə belə olan halda onlar futbol təsərrüfatını da yada salarlar”
2019-cu ildə Azərbaycan futbolunun irəli getməsini, uğurları sıralamasını istəyirəm. Ən böyük arzularımdan biri budu ki, premyer-liqada minimum 16 komanda çıxış etsin, bölgə təmsilçilərinin sayı artsın. Əvəzedici komandaların birinci divizionda oynamasına icazə verilməsin. Aşağı dəstədə qarşısına ciddi hədəflər qoyan klublar olsun ki, çempionatın sonunda elitaya yüksəlmək yönündə heç bir problem yaşanmasın. Region Liqasını da bəyənirəm. Bu liqanın da inkişaf etməsini arzulayıram. Çox istərdim ki, şəhər və rayonların icra başçılarına futbol komandalarına baxmaq yönündə yuxarıdan birbaşa göstərişlər verilsin. Bəlkə belə olan halda onlar futbol təsərrüfatını da yada salarlar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar