23 dek 22:50manset

“Neftçi” rəsmisi “Fənərbaxça”nın düşərgəsində

“Neftçi” rəsmisi “Fənərbaxça”nın düşərgəsində
Ən yaxın zamanda “Neftçi” TV fəaliyyətə başlayacaq
Mövsümün ilk yarısı başa çatan kimi “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Türkiyəyə üz tutub. O, çalışdığı sahədə əlavə təcrübə qazanmaq üçün “Fənərbaxça”nın düşərgəsinə yollanıb. Yaxşısı budu, səfərinin məqsədini və detallarını Allahverdiyevin öz dilindən eşidək: “Klubdakı işimlə bağlı “Fənərbaxça”nın təcrübəsi ilə tanış olmaq üçün bura gəlmişəm. Bilirsiz ki, bu komandanın televiziyası Türkiyədə ən böyük klub telekanalıdı. Bura gəlməyimdə məqsəd “Fənərbaxça” TV-də işlərin necə, hansı səviyyədə qurulması ilə tanış olmaqdı. Bundan başqa, azarkeşlərlə əlaqələrin qurulması, sponsorlarla əməkdaşlığın davam etdirilməsi, onların istəklərinin yerinə yetirilməsi, media ilə əlaqələr haqda təcrübələri bilavasitə görmək planlara daxildi. Bu gün FB TV ilə tanış olduq. Kanalın rəhbərliyi, içiləri ilə tanışlıqdan sonra gəzdik, texnikalara baxdıq. İşlərin necə aparılması ilə yaxından maraqlandıq. Növbəti görüşümüz “Fənərbaxça”nın marketinq müdiri ilə olacaq. Bazar günü “Fənərbaxça”nın U-19 komandasının “Qalatasaray”lı həmyaşıdları ilə oyunu var. Həmin qarşılaşmanı FB TV canlı yayınlayır. Biz də canlı yayının necə təşkil edildiyini, hansı texnikalardan istifadə olunduğunu görəcəyik. Bu qaydada dekabrın 27-nə qədər burdayam və İstanbul klubundakı təcrübə ilə yaxından tanış olacam. Həmçinin sadalananlardan nələri bizdə gerçəkləşdirə biləcəyimizi nəzərdən keçirəcəyik”.
“Neftçi” TV-nin nə vaxt fəaliyyətə başlayacağını da Rüstəm bəydən soruşduq: “Bu yöndə işlər gedir. Ancaq yayının nə vaxt start götürəcəyini konkret deyə bilmərəm. Amma yaxın zamanda başlamaq istəyirik. Bunun üçün də işlər gedir. Avadanlıqların alınması və başqa proseslər davam edir. Ən yaxın zamanda “Neftçi” TV fəaliyyətə başlayacaq”.
Yeri gəlmişkən, paytaxt təmsilçisi ilə bağlı digər məlumatları diqqətinizə çatdıraq. Ölkə kubokunun 1/4 final mərhələsinin "Sumqayıt”la cavab oyunundan sonra “Neftçi” istirahətə buraxılıb. Flaqman gələn il yanvarın 6-da bir araya gələcək. Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək "ağ-qaralar” həmin gün Türkiyəyə yola düşəcək. Onu da qeyd edək ki, yanvarın 13-dən 27-dək Antalyadakı Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq “ağ-qaralar” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də isə "Slovan”la (Çexiya) yoxlama oyunu keçirəcək. Ayın 26-dakı sınaqçı-rəqibin adına aydınlıq gələndən sonra bu haqda məlumat veriləcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar