02 dek 21:25manset

Elxan Məmmədovun dostu Qurban Qurbanova yol göstərdi

Elxan Məmmədovun dostu Qurban Qurbanova yol göstərdi
Rəhman Hacı: “Milliyə belə məşqçi lazım deyil”
Yığmanı çalışdıran Qurban Qurbanovla AFFA-nın baş katibi Elxan Məmmədovun münasibətlərinin qaydasında olmadığı gün kimi aydındı. Tərəflər hər nə qədər bir-birinin üzünə gülsələr də, hansı proseslərin getdiyini yaxşı bilirik. Qurbanov yetərincə normal biridi, ən vacibi, futbolun inkişafını düşünür və bunun üçün gecəsini gündüzünə qatıb çalışır. Bu isə Məmmədova sərf etmir. 10 ildi ölkə futboluna nəzarət edən, əcnəbilərin bura gəlib-getməsi üçün səy göstərən baş katib heç vaxt özümüzkülərlə işləməyin tərəfdarı olmayıb. Ona görə də Qurban Qurbanovun yığmada uğur qazanmaması üçün bütün mümkün vasitələrə əl atmaqdadı. Çünki azərbaycanlı məşqçinin millini zirvəyə daşıması ölkə rəhbərliyində “özümüzkü varkən illərdi əcnəbilərə niyə bu qədər pullar xərclənir” sualı yaradacaq ki, bu suala da Elxan Məmmədov cavab verməlidi. Qısası, AFFA-ya rəhbərlik edənlərə, baş katibə və çevrəsindəkilərə gəlmə mütəxəssis lazımdı, bizimki yox.
Əbəs yerə çevrəsindəkilər demədim. Çevrəsindəkilərdən biri də illərdi dostluq etdiyi, hətta qohumluq əlaqələrinin olduğu deyilən, “1news” saytının və “Bakinski raboçiy” qəzetinin redaktoru, yığmanın səfər oyunları zamanı turist funksiyasını daşıyan və ən nəhayət, “Sabah”ın Müşahidə Şurasının üzvü Rəhman Hacıdı. Bir müddət əvvəl sosial şəbəkədə Elxan Məmmədovla birgə fotosunu yayan, bunu da illərdi dostluq etmələri ilə əlaqələndirən Rəhman bəy “feysbuk”da xeyli fəal görünür. Adam yığmanın Kosovoya 0:4, “Qarabağ”ın “Sportinq”ə 1:6 hesablı məğlubiyyətlərinə biganə qalmayıb. Adam qəzetin baş redaktorudusa, deməli, yazmaq, təhlil etmək, yol göstərmək peşəsidi. Heç kim onu qınaya bilməz. Amma yazıdan-yazıya fərq var.
Kosovo ilə görüşün ertəsi, noyabrın 21-də 35 abzasdan ibarət elə bir yazı yazıb ki, oxuduqca qurtarmır. Sona qədər oxudum. Di gəl, Qurban Qurbanovun adından başqa heç nəyə rast gəlmədim. “Qarabağ”dan vurub Prosineçkidən çıxıb, Mirabdulladan danışıb, Reynaldonu yada salıb, taktikadan, iki yerdə işləməyin çətinliyindən, kosovoluların bacarığından söz açıb. Amma hara fırladıbsa, sonuncu sözü o olub ki, Qurbanov yığmada uğur qazana bilmir və buna görə də ya “Qarabağ”dan, ya da yığmadan getməlidi.
Eyni ssenari “Sportinq”lə oyundan sonra da təkrarlanıb. Rəhman bəy səbirsizliklə matçın başa çatmasını gözləyib və Petr Ardeleanu final fitini səsləndirən kimi Elxan Məmmədovun dostu “feysbuk” səhifəsində Kosovo ilə oyunla bağlı yazdıqlarını yenidən xatırladaraq başlıq qoyub: “mübahisə etməkdə davam edin. Mənə elə gəlir ki, Qurban müəllim fikirlərini “Qarabağ”a yönəltməlidi. Milliyə belə məşqçi lazım deyil”.
Bəli, bu arzunun sahibi Elxan Məmmədovun yaxın dostu olan şəxsdi. Kosovoya yenilgidən sonra “iki yoldan birini seç” məsləhətini verən şəxs nədənsə “Sportinq” faciəsindən sonra baş məşqçinin yığmadan uzaqlaşmalı olduğunu qeyd edib. Maraqlıdı, niyə “Qarabağ”dan yox, məhz millidən? Digər sualı isə dostluq siyahısında olanlardan biri verib: “Rəhman, baş məşqçi postuna kimi layiq görürsən? Siyahını təqdim et, xahiş edirəm”. “Sabah”ın şura üzvünün cavabı özünü çox gözlətməyib: “Azərbaycanda beləsi yoxdu”.
Bax, bu başqa məsələ. Azərbaycanda məşqçi yoxdu, xaricdən gətirmək lazımdı. Tam bir Elxan Məmmədov ideologiyası. 10 il ölkənin milyonlarını Berti Foqtsla Robert Prosineçkiyə yedirən baş katibin Qurbanovun işləməsinə qarşı çıxması dostunun cavabından açıq-aşkar görünür. Çünki onlara sözünü deyən, qayda-qanun tərəfdarı olan, hər görülən işdən xəbərdar olmasının vacibliyini qeyd edən məşqçi sərf etmir. Ən əsası, qazanc krantları bağlanır.
“Qarabağ” – “Sabah” oyunundan əvvəl Elxan Məmmədovun qaçış zolağında Qurban Qurbanovla uzun-uzadı söhbət etməsinin süni olduğunu biz qeyd etmişdiksə, Rəhman Hacı kimi dostu sağ olsun, necə lazımdı, sübuta yetirib. Rəhman bəydən xahiş edərik, növbəti yazılarının birində ölkə futbolunun bu gündə olmasının səbəblərini araşdırar, gəlib-getmiş əcnəbi mütəxəssislərin futbolumuza verdiyi uğurları sadalayar, Elxan Məmmədovun 10 illik kabinetdə yox ha, ölkə futbolunda gördüyü işlərdən söz açar. Qurbanovu yığmadan iyrəndirmək, uzaqlaşdırmaq yönündəkı aksiyasınızı davam etdirməyinizdə olun. Bir şeyi unutmayın ki, siz baş katibin ətrafında fırlanan 5-10 nəfərsiz, Qurban Qurbanovun arxasında isə yüzminlər dayanıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Dünən, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Dünən, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Dünən, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Dünən, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Dünən, 12:29 “Neftçi”də ispan məşqçi Dünən, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Dünən, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Dünən, 12:20 “Zirə” Krnetanı qaytardı Dünən, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Dünən, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Dünən, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Dünən, 12:07 Rüfət Dadaşovu qınayırlar... Dünən, 12:05 2020-ci ildə ilk heç-heçə Dünən, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Dünən, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar