08 mar 18:09manset

Sumqayıtda və Gəncədə işləri korladılar…

Sumqayıtda və Gəncədə işləri korladılar…
Üçüncü dövrənin son turu da hakim idarəçiliyindəki səhvlərdən xali olmadı. Xüsusilə Sumqayıtda və Gəncədə kobud səhvlərə şahidlik etdik. Reportyorlarımızın qeydlərini diqqətinizə çatdırırıq.
Ramil Diniyev, Sumqayıt – Qarabağ
Görünür, 5 oyunluq cəza Ramil Diniyevə dərs olmayıb. Əslində “Qarabağ”la “Neftçi”nin oyununda “yanan” hakimin dönən kimi yenidən Ağdam təmsilçisiylə “görüşdürülməsi” absurd təyinat idi. Ancaq onda “ağ-qaralar”ın əleyhinə səhvləriylə diqqəti çəkən Diniyev yenə “Qarabağ”a “ayı xidməti” göstərdi. “Sumqayıt”ın qapısına təyin olunan penalti yanlış idi. Hər halda, Miçelə toxunuş vardısa, bu ikili mübarizə nəticəsində baş vermişdi. Əvəzində referi oyunun sonlarında “Sumqayıt”ın lehinə “11 metrə” verməliydi. Ehtiram Şahverdiyevin zərbəsindən sonra Elvin Yunuszadə əllə topun qarşısını kəsdi. Hakim isə davam işarəsi verdi. 58-ci dəqiqədə Bədavi Hüseynov da cərimə meydanının önündə əllə oynamışdı, buna baxmayaraq, Diniyevin fiti susdu.
Fariz Yusifov, İnter – Qəbələ
Gərginlik vəd edən matçda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov yenə də Fariz Yusifova güvənməli oldu. Belə çıxır, mövsümün sonuna kimi eyni tendensiyanın şahidi olacağıq. Elə ki prinsipial qarşılaşma oldu, yükün altına Yusifov girəcək. Sabiq FİFA referisi bu dəfə də etimadı doğrultdu. Hansısa diqqəti çəkən səhvi, mübahisəli qərarı olmadı. Düzdü, sürətli başlayan oyunun əvvəllərində tez-tez fitini səsləndirməsi matçın tempinə təsirsiz ötüşmürdü. Ancaq ümumilikdə təcrübəli referinin işini müsbət qiymətləndirmək olar.
Orxan Məmmədov, Kəpəz – AZAL
Sabiq FİFA referisi üçün hər şey yaxşı qurtaracaqdı, gözdən qaçan bir epizod olmasaydı. Oyunun sürəti yüksək deyildi, bu hakimə manevr etmək imkanı verirdi. Ancaq sərt mübarizələr var idi ki, Orxan Məmmədov qayda pozuntularına anında reaksiya verir, fitini səsləndirirdi. Vərəqələri də yerində verdi. Di gəl ki, Omeqa Robertsin Jülyen Ebahı qəsdən təpikləməsini gözdən qaçırdı. Əslində “Kəpəz”in futbolçusuna qarşı qayda pozuntusu var idi və penalti tələbi haqlı idi. Üstəlik, AZAL-ın futbolçusu yerdə qalan Ebahı qəsdən vurdu ki, bu epizodda yüz faiz qırmızı vərəqə göstərilməliydi. Məmmədov hücum başa çatan kimi dərhal geri dönməyib 2 saniyə ləngisəydi, iki addımlığındakı insidenti görəcəkdi. Maraqlıdı ki, köməkçiləri də onu xəbərdar etmədilər.
Rəhim Həsənov, Neftçi – Zirə
FİFA referisi prinsipial qarşılaşmanın öhdəsindən gəlməyi bacardı. Düzdü, bir neçə dəfə “Zirə”li futbolçular hakimə etirazını bildirmək üçün Rəhimin üstünə şığıdılar. Xüsusilə penalti epizodu ilə bağlı qonaqların narazılığı başadüşüləndi. Adil Nağıyev cərimə meydançasında topu Rəhman Hacıyevin ayağından vurub çıxarmaq istəyərkən, rəqibin ayağına da toxundu ki, FİFA referisi 2-3 saniyəlik pauza ilə fitini səsləndirdi. Düzdü, ayağa təmas var idi, ancaq Rəhman yıxılarkən özünü süni şəkildə yerə atdı ki, “Zirə”nin futbolçuları onun simulyasiya etdiyini zənn etdilər. Həsənovun hər xırda epizoda görə fit çalmadığını və sərt mübarizələrə imkan verdiyini də əlavə edək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar