06 mar 18:20manset

“CBC Sport” daha iki şərhçi ilə yollarını ayırdı

“CBC Sport” daha iki şərhçi ilə yollarını ayırdı
Anar İsmayılov: “CBC Sport”un ömrü bu gedişlə çox uzanmayacaq”

İstər ötən ilin sonu, istərsə də bu ilin geridə qalan iki ayında “CBC Sport” telekanalında ciddi maliyyə problemlərinin olduğu haqda bir neçə dəfə yazmışdıq. Düzdü, telekanal rəsmiləri böhranın olmadığını bildirmişdilər. Lakin biz bilirik ki, bu telekanal SOCAR-dan maliyyələşir. Dövlət Neft Şirkətinin də hazırda əli aşağı olduğundan, törəmə şirkətlərinə istədiyi kimi maddi yardım edə bilmir. Bu üzdən ötən ilin sonunda telekanal rəsmi yayınçısı olduğu premyer-liqanın matçlarını da tam formatda təqdim edə bilməmişdi. Çünki “CBC Sport” “Saran Holdinq”dən icarəyə götürdüyü STS-in (Səyyat Televiziya Stansiyası) pulunu ödəyə bilməmişdi. Lakin qış fasiləsində bu problem həllini tapdı, “CBC Sport” adını açıqlamaq istəmədiyi başqa şirkətdən STS aldı. Amma çempionat matçlarının keyfiyyəti əvvəlki səviyyədə deyil. Bunu adi tamaşaçıdan tutmuş jurnalistlərə kimi hər kəs deyir. Böhranın hətta işçilərə maaşlar ödənilməyəcək dərəcədə kəskin olduğunu da qeyd etmişdik. Üstəlik, telekanal büdcəsini doldurduğu və yaxşı gəlir əldə etdiyi “Topaz”la da münasibətlərini sonlandırıb. Martın 1-dən bukmeker konrotu telekanala reklam vermir.
Bütün bunlardan ən çox əziyyət çəkən, təbii ki, telekanalın yaradıcı heyətidi. İndiyə kimi bir neçə şərhçi və operatorla vidalaşan “CBC Sport”u daha iki həmkarımız tərk edib. Futbolu şərh edən Orxan Sübhan və tennisin aparıcısı Anar İsmayılov telekanaldan ayrılıb. Birincinin öz xoşu ilə vidalaşdığı deyilir. O daha yaxşı təklif alıb və Rusiyaya yollanıb. Maraqlıdı ki, İsmayılov da “CBC Sport”u tərk edən kimi şimal qonşumuzun paytaxtı Moskvaya yollanıb. Amma Anar bəyin işdən çıxarılmasına səbəb ixtisara düşməsi olub. Belə ki, telekanalda tennislə bağlı verilişlərin efir vaxtı azaldıldığından, İsmayılova az məvacib təklif olunub. Amma o, bununla razılaşmayıb və iş yerini dəyişmyə məcbur qalıb.
Hər iki şərhçinin ayrılığının detalları ilə yaxından maraqlanmaq üçün telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. Onun açıqlaması belə oldu: “Biz artıq bunu açıqlamırıq. Bunlar bizim daxili işlərimizdi. Bu haqda maraqlananlara nəsə demək istəmirik. Amma onu deyim ki, bu şərhçilər ixtisara görə “CBC Sport”dan ayrılmayıb. Kimsə səhv məlumat verib. Başqa nəsə deyə bilmərəm”.
Ardınca Anar İsmayılovla danışdıq. O ayrılmasının səbəbini elə eşitdiyimiz kimi açıqladı: “Mən telekanalda böyük tennisi şərh edirdim. Ancaq bu işlə məşğul idim. Lakin sonradan mənə futbolu şərh etmək təklif olundu. Mən də bunu qəbul edə bilmədim. Çünki futboldan xoşum gəlmir. Mənim işim tennisdi. Bundan sonra tennisin yayın saatını azaltdılar. Üstəlik, mənə fərqli məvacib təklif olundu. Təbii ki, əvvəl aldığımdan az. Mən də bununla razılaşa bilməzdim. Bu üzdən iş yerimdən ayrıldım. Həmin ərəfədə Moskvadan yaxşı təklif aldım və “CBC Sport”a “əlvida” dedim”.
İsmayılov “Moskvada nə işlə məşğul olacaqsız” sualına belə cavab verdi: “Bir müddət şərhçilikdən uzaqlaşmalı oldum. Burda mühasib işləyəcəm. “CBC Sport”un ömrü bu gedişlə çox uzanmayacaq. Çünki maliyyə durumları bərbaddı. Mən ordan çıxanda maaş problemi olmasa da, telekanalın böhran yaşadığını bilirdim”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar