11 okt 18:50manset

Mahir Mədətovun əsgərlik problemi var

Mahir Mədətovun əsgərlik problemi var
Onun adaya səfəri Müdafiə Nazirliyinə zənglə yoluna qoyulub
Millətlər Liqasında ilk iki oyunda heç-heçələrlə kifayətlənən və beləliklə, şansını çətinə salan yığma üçün Farer adalarına səfər həyati əhəmiyyət daşıyır. Komandamızın hədəflərinə çatıb-çatmayacağı ilə bağlı əsas sual bu adada cavabını tapacaq. Ya o yanlıq olmalıdı, ya bu yanlıq. Növbəti xal itkisi qalan oyunların əhəmiyyətini heçə endirəcək...
Əslində səfərin çarter reysi ilə baş tutduğunu demək olmur. Çünki yolun üçdəikisini qət edəndən sonra hava gəmisini dəyişəcəkdik. Konkret Bakıdan saat 17.30-da havaya qalxan təyyarə 5 saatlıq yolçuluğun ardından Danimarkanın paytaxtı Kopenhagendə enəcək, 1 saat sonra isə geri qayıdacaqdı. Ordan o yana Farer adalarına məxsus “Atlantic Airlines” şirkətinin nisbətən kiçik tutumlu təyyarəsi ilə gedəcəkdik. Səbəbi çox qəribədi: Torshavndakı Baqar hava limanına iritutumlu təyyarə enə bilməzdi. “Nəhəng quş”u adanın qısa eniş zolağına yalnız ixtisaslaşmış pilotlar endirə bilərdi. Deyildiyi qədər var imiş: sanki helikopterlə yerə endik...
Farer adalarına qədər 7 saatdan artıq uçuş müddətindəki müşahidələrimizi sizinlə bölüşmək istərdim. Yığma komandanı gətirən avtobus Heydər Əliyev Hava Limanına uçuşa bir saat qalmış çatdı. Yetirmələri pasport qeydiyyatına tələsən Qurban Qurbanov özü giriş qapısında brifinq keçirdi. Əslində bu Farer adalarına ezam olunan jurnalistlər üçün deyildi, çünki bizim baş məşqçiylə oyunqabağı mətbuat konfransında geniş sual-cavab etmək imkanımız olacaqdı. Sadəcə, Qurbanov mətbuat xidmətinə tapşırıq verib ki, qələm əhli oyuna qədər futbolçuları narahat etməsin. Hazırlığın ilk üç günü ilə bağlı jurnalistlərin suallarına isə baş məşqçi özü cavab verəcəyini deyib. “CBC Sport”, “Xəzər” və İTV telekanallarının kameraları qarşısında Qurban bəy ümumi fikirlərini çatdırdı, futbolçuların səylə çalışdıqlarını, qələbə istəyinin təzyiq yaratdığını bildirdi.
Hələ hava limanında olarkən duydum ki, Mahir Mədətov problemlə üzləşib. Əsgərlik problemi olan yarımmüdafiəçinin ölkədən kənara çıxmasına əngəl yaradılsa da, Müdafiə Nazirliyinə edilən zənglə məsələ yoluna qoyulub.
AZAL-ın təyyarəsində səfərə çıxanlar arasında komanda üzvləri və media nümayəndələrindən başqa şəxslər də var idi. Konkret AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov da Farer adalarına gəlib. Yeri gəlmişkən, AFFA-nın baş katibi Elxan Məmmədov komanda ilə səfərə yollanmayıb. Ancaq onun oyun saatına qədər özünü Torshavna çatdıracağı bildirilir.
Kopenhagendə bizə daha bir nəfər qoşuldu. Bu, ötən həftə “Araz”la Slovakiyaya yollanan, ÇL-dən sonra komandanı Bakıya yola salıb özü Luçeneçdə yubanan Futzal Federasiyasının əlaqələndiricisi Zaur Hacı-Məhərrəmovdu. Danimarkanın paytaxtında komandanı qarşılayanlar arasında tanış sima gözə dəydi. Belə ki, “Neftçi”dən və “Qarabağ”dan tanıdığımız ispan məşqçi Ruben Selyeş keçmiş həmkarlarını və futbolçuları qarşılamağa gəlmişdi. Hazırda fəaliyyətini Danimarkanın "Orxus" klubunda davam etdirən fiziki hazırlıq üzrə mütəxəssisin baş məşqçi Qurban Qurbanovla mehriban və səmimi görüşməsi diqqətlərdən yayınmadı. Elə futbolçular da Rubenlə selfi çəkdirmək üçün növbəyə durmuşdular.
Kopenhagendə iki saata yaxın gözlədikdən sonra Farer adalarına yollandıq və Bakı vaxtı ilə gecə saat 4-də mənzil başına çatdıq. Yol qeydlərini qələmə alanda isə saat 6.10-u göstərirdi. Ümumilikdə 12-13 saat davam edən yolçuluqdan sonra ağırlaşan göz qapaqlarımıza bir qədər dinclik verək, yerli vaxtla saat 10.00-da Farer adalarının baş məşqçisi Lars Olsenin mətbuat konfransına yollanacağıq. İki saat sonra isə yığmamızın baş məşqçisi Qurban Qurbanovla görüşəcəyik.
MİRAĞA, Bakı – Kopenhagen – Torshavn
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar