26 sen 23:24manset

Təmkin “Qarabağ”ın futbolçusundan üzr istəyib

Təmkin “Qarabağ”ın futbolçusundan üzr istəyib
“Hacının yerində kim olsaydı, vuracaqdım”
Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” – “Qəbələ” oyunu təkcə meydan sahiblərinin əsas rəqiblərindən birini darmadağın etməsi ilə yadda qalmadı. Abdulla Zubirin dubl etməsi, Araz Abdullayevin cərimə zərbəsindən baxımlı qola imza atması, Con Delarjın çempionatda qol hesabını açması – bütün bunlar hər nə qədər maraqlı məqam kimi yadda qalsa da, son saniyələrdə meydanda yaşananlar gərginliyin kuliminasiya nöqtəsi idi. Təmkin Xəlilzadənin Hacıağa Hacılını təpiklə vurduğuna görə meydandan qovulması, Ürfan Abbasovun Yakub Jezniçaka əl-qol atması, yaşca özündən çox-çox böyük Ansi Aqollini itələməsi matça damğa vurdu.
Dünən İntizam Komitəsi yaşananlarla bağlı qərar çıxardı və məlum oldu ki, Təmkin etdiyi hərəkətə görə növbəti iki çempionat oyununda meydana çıxa bilməyəcək. Qərar açıqlanandan bir neçə dəqiqə sonra Xəlilzadə ilə əlaqə saxlayıb, həm “Qəbələ”nin düşdüyü vəziyyətə, həm də özünün əməlinə aydınlıq gətirməsini xahiş etdik.
- Əsas rəqibə 1:4 hesabı ilə uduzmaq, bu azmış kimi, qırmızı vərəqə alıb meydanı final fitindən əvvəl tərk etmək. Əhvalının yerində olmadığını müəyyən etmək çətin deyil.
- Əlbəttə, çox üzgünəm. Bir şey də var ki, olacağa çarə yoxdu. Zamanı geri qaytarmaq olmur. Ona görə də irəli boylanmalıyıq. Başqa çıxış yolumuz yoxdu.
- “Qəbələ”nin üzləşdiyi durum nədi belə? 5 oyundan sonra cəmi 4 xal. Adamın inanmağı gəlmir...
- Bu sualı tez-tez mənə verirlər. Konkret nəsə demək çətindi. “Qarabağ”la oyunu çıxıram, razıyam, istədiyimiz kimi oynaya bilmədik. Amma əvvəlki görüşlərdə çox yaxşı futbol nümayiş etdirirdik, çox sayda qol imkanları yaradıb reallaşdıra bilmirdik. “Neftçi” və “Sumqayıt”la matçları yada salmaq kifayətdi. Udmalı olduğumuz oyunlar idi, heç nədən 5 xal itirmişdik.
- “Qarabağ”la görüşdə nə baş verdi? Məntiqlə, iki gün əvvəl Lissabondan ağır oyundan qayıdan rəqibiniz əziyyət çəkməliydi. Amma əksi yaşandı.
- Özünüz də gördüz ki, matça pis başlamadıq. Yəni rəqibdən heç də geri qalmırdıq. Amma 30-cu dəqiqədə heç nədən buraxdığımız qoldan sonra nisbətən ruh düşkünlüyü yarandı. Fasilədə özümüzə gəlib oyunun axarını dəyişmək haqda düşünürdük ki, ilk hissənin son saniyələrində rəqib bu dəfə cərimə zərbəsindən sonra fərqləndi. Etiraf edirəm, 0:2-dən sonra vəziyyəti dəyişməyin çətin olduğunu bilirdik. Amma yenə də nəsə etməyə çalışırdıq. Növbəti iki qolu da əks-hücumlardan sonra buraxdıq. Qısası, ilk yarıda buraxılan toplardan sonra toparlana bilmədik.
- Lider “Neftçi”dən 9 xal geri qalırsız. Düzdü, hələ nəsə demək tezdi. Amma hadisələrin axarı çempionluq yarışından erkən qopacağınızı göstərir.
- İndiyə kimi bir dəfə də çempionluq sözünü dilimə gətirməmişəm. Qarşımıza “konkret çempion olmalısız” tələbi də qoyulmayıb. Sadəcə, özümüz bir idmançı kimi hər oyuna qalib gəlmək üçün çıxırıq. İstək varsa, yaxşı oynayırsansa, nəticə də gəlir. Sadəcə, mövsümün əvvəlidi, ya nədisə, hələ ki alınmır. Digər tərəfdən, ruhdan düşməyə ehtiyac duymuram. Dediyiniz kimi, arada 9 xal fərq var. Qarşıda bizi 23 oyun gözləyir. Ötən mövsümü unutmayaq. 5 turdan sonra “Neftçi”ylə “Keşlə”nin hansı durumda olduğu, yəqin ki, yadınızdadı. Hətta qış fasiləsinə yollananda da vəziyyətləri yaxşı deyildi. Amma yanvardan sonra toparlandılar, rəqiblərə başağrı yaratdılar. “Keşlə” kuboku qazandı, “Neftçi” mövsümü “bürünc”lə başa vurdu. Ona görə də indidən nəsə demək çətindi.
- Narahat deyilsiz?
- Narahatlıq istər-istəməz var. 5 oyunda 4 xal toplamışıqsa, rahat ola bilmərik. Demək istəyirəm ki, hər şey öz əlimizdədi.
- Çoxları uğursuzluğun səbəbkarı kimi Sənan Qurbanovu göstərir. Şərait var, maaşlarınız verilir, heyətdəki futbolçuların adı da çempionatımız üçün kifayət qədər normaldı. Buna görə də baş məşqçinin bacarıqsız olduğunu iddia edirlər.
- “Qəbələ”nin bu durumda olmasının baş məşqçi ilə heç bir əlaqəsi yoxdu. Sənan Qurbanov günahı özündə görə bilər. Baş məşqçidi, elə deməlidi. Amma onluq heç nə yoxdu. Məşqlərini keçir, tapşırıqlarını verir. Meydanda qələbə qazanmalı olan bizlərik. Komanda qol vura bilmirsə, baş məşqçinin günahı yoxdu. Görəcəksiz, Sənan Qurbanov bu komandanı lazım olan yerlərə çıxaracaq.
- İntizam Komitəsinin qərarından xəbərdarsan?
- Siz zəng etməmişdən bir neçə dəqiqə əvvəl oxudum.
- Yəqin ki, 3-4 yox, 2 oyunluq cəzalandığını biləndə sevindin.
- Sevinməyinə sevindim. Bilirdim ki, azı 2 oyunluq cəza veriləcək. Açığı, maksimum 3 oyun gözləyirdim. Şükürlər olsun ki, insaflı davrandılar.
- Bəs sən niyə Hacıağaya qarşı insaflı davranmadın?
- Hacı (Hacıağa Hacılını nəzərdə tutur – H.) oyunboyu ayağıma çox zərbə vurdu. İkinci yarıda bizim texniki zonanın qarşısında iki nəfərdən sıyrıldım, Hacını da keçirdim, diziylə baldırıma vurdu. İnanırsız, hələ də həmin yerdə ağrılar var. Tez-tez vururdu deyə, ona qarşı çox əsəbi idim. Belə deyim, əlindən yığmışdım, həmin epizodda “partladım”.
- Səmimi de, o an Hacıağanın yerində təcrübəli futbolçulardan biri, məsələn, Rəşad Sadıqov, Maksim Medvedev, yaxud Ruslan Abışov olsaydı, eyni addımı atardın?
- Hacının yerində kim olsaydı, yəni oyun ərzində məni 4-5 dəfə vursaydı, adına baxmayacaqdım, vuracaqdım. O mənim balaca qardaşımdı, ötən mövsüm “Qəbələ”də bir yerdə oynamışıq. Yəni burda adlıq bir şey yoxdu.
- Həmin an yığmanın baş məşqçisi Qurban Qurbanovun gözünün qarşısında olduğunu düşünmədin?
- İnanırsız, o an heç nə yada düşmür. Düzdü, deyirlər ki, peşəkarsan, səbirli olmalısan. Bunu başa düşürəm. Amma biz də insanıq. Dözürsən, dözürsən, bəzən özünü ələ ala bilmirsən, gözünə heç nə görünmür. Kənardan baxmaq, qiymət vermək asandı. Ancaq o an bizi heç kim başa düşmür. Yaşadığımız stress, əsəb, yorğunluq... Bunu deməklə özümə bəraət qazandırmıram. Sadəcə, bilərəkdən etmədiyimi, əsəbdən özümdən çıxdığımı demək istəyirəm. Səhv etdiyimin fərqindəyəm. Qəzetiniz vasitəsi ilə jurnalistlərə, azarkeşlərə, futbolsevərlərə söz verirəm ki, bu hal bir də təkrarlanmayacaq.
- Çempionatın növbəti iki oyununu kənardan izləyəcəksən, üstəgəl, etdiyin hərəkət. Necə düşünürsən, Qurban Qurbanov səni yığmanın oktyabrdakı toplanışına dəvət edəcək?
- Əlimi millidən üzməmişəm və hər zaman dəvət gözləmişəm. Bu gün də gözləyirəm. Razıyam, Qurban müəllim nizam-intizam tərəfdarıdı, bunu hamı bilir. Ümid edirəm ki, baş məşqçi məni başa düşəcək. Özü də futbolçu olub, həmin anları yaşayıb. Bir səhvdi oldu. Həm də yığmayla klub fərqli anlayışlardı. Klubda 2 oyunu buraxıb növbəti 21 görüşdə komandaya kömək edə bilirsənsə, millidə cəmi 4 matçımız qalıb. Uğur qazanmaq üçün hamımız meydanda can qoymalıyıq.
- “Qəbələ”nin meneceri Zaur Əzizov qəzetimizə açıqlamasında “Təmkin artıq ikinci dəfədi meydandan qovulur. Bununla bağlı ölçü götürüləcək. Əmin olun ki, yol verdiyi xəta cəzasız qalmayacaq” deyib. Bu haqda sənə də deyilib?
- Açığı, mənə hüç nə deyilməyib. Cəza gözləyirəm, normaldı. Ola bilsin, bir müddət əsas komandanın məşqlərinə buraxılmaram, yaxud pul cəriməsi kəsilər. Çox güman, pul cəriməsi olacaq. Qeyri-adi heç nə yoxdu, hər yerdə belədi.
- Oyundan sonra Hacıağa ilə görüşüb danışdın?
- Görüşməyinə görüşmədim. Amma telefon danışığımız oldu və böyük qardaş kimi üzrxahlıq elədim. Özü də futbolçudu, başa düşür ki, futbolda belə hallar olur.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar