20 sen 22:07manset

“Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub

“Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub
Premyer-liqanın 4-cü turuna təkcə hakim səhvləri damğa vurmadı. “Bayıl Arena”da gerçəkləşən görüşün nəticəsinin ləğv olunması da diqqəti çəkən olaylardan idi. Xatırladaq ki, “Səbail” – “Zirə” qarşılaşmasında qalib müəyyənləşməsə də (1:1), 3 xalı qazanan tərəf meydan sahibləri oldu. “Zirə”nin matç üçün təqdim etdiyi iştirak ərizəsində səhvə yol verilmişdi. Belə ki, protokolda 1998 təvəllüdlü və daha gənc bir futbolçunun adı göstərilməmişdi. Bu isə Əsasnaməyə ziddi. Srağagün keçirilən AFFA-nın İntizam Komitəsinin iclasında matçla bağlı gözlənilən qərar açıqlandı. Nəticə ləğv olundu, “Zirə”yə texniki məğlubiyyət verildi. Maraqlıdı ki, "qartallar"ın limitə uyğun gələn futbolçusu - 2000 təvəllüdlü Hüseyn Əhmədovun adı matçın protokoluna daxil edilməsə də, ilk 45 dəqiqədə ehtiyat oyunçular skamyasında oturub. Lakin sonradan məsələ məlum olub və gənc futbolçu ikinci yarıda artıq həmin yerdə olmayıb.
Mexaniki səhv olsa belə, bunun əziyyətini klub çəkdi. Belə ki, nəticədə “Zirə” 1 xalından oldu. Onu da qeyd edək ki, “Səbail” – “Zirə” matçında qonaqlara aid protokolu klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə doldurub. O özü də səhvə yol verdiyini etiraf edib.
Ancaq məsələnin başqa tərəfi də var. Məlum olduğu kimi, oyundan öncə 4-cü hakimə futbolçuların lisenziyası təqdim olunur. Ədalət təmsilçisi bir-bir oyunçuları yoxlayıb, meydana buraxır. “Bayıl Arena”dakı matçda 4-cü hakim Əliyar Ağayev olub. Düzdü, ona Hüseyn Əhmədovun da lisenziyası təqdim edilib. Belə çıxır, Ağayev protokolla lisenziyanı uyğunlaşdırmayıb. Əks halda, adı protokolda olmayan futbolçunun lisenziyası olsa belə, çox güman, meydana daxil olmasına icazə verilməyəcəkdi. Belədə səhv aradan qaldırılacaq, dolayı yolla “Zirə” texniki məğlubiyyətdən xilas olacaqdı.
Dünən FİFA referisi ilə əlaqə saxlamaq istəsək də, cəhdimiz uğursuz alındı. Ağayev bu gün “Latsio” – “Apollon” oyununda olacaq və bunun üçün İtaliyaya yollanıb. Odu ki, prosedurla bağlı PFL-in Texniki İdman Departamentinin rəhbəri Nihad Ağayevlə danışdıq: “Əslində 4-cü hakim futbolçuları yoxlayıb, texniki zonaya buraxır. Ancaq nəticəyə görə o, məsuliyyət daşımır. Limit pozulsa belə, hakimin borcu deyil ki, xəbərdarlıq etsin. Düzdü, deyə bilər. Ancaq məsuliyyət protokolu dolduran klub nümayəndəsinindi. Əsas protokoldu. Səhvə yol verilibsə, oyunun 1-ci saniyəsi keçsə belə, texniki məğlubiyyət qaçılmazdı. Doğrudu, hakim futbolçuları yoxlayarkən səhvə yol verib. Lisenziyası olan, lakin adı protokolda olmayan futbolçunu ehtiyat oyunçular skamyasına buraxmaq onun yanlışıdı. Buna görə hakimə xəbərdalıq olunub ki, diqqətli ol. Çünki həm lisenziya, həm də protokol hakimə təqdim olunur və o bir-bir yoxlayır. Ancaq dediyim kimi, əsas məsuliyyət klub nümayəndəsinin üzərindədi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar