13 sen 23:14manset

“Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt”

“Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt”
Ruslan Qurbanov əməli haqda danışmaq istəmədi
Malta ilə oyunda adının “23-lük”dən kənarda qalmasına çoxları təəccüblənmişdi. Sentyabrın 7-də əsas heyətdə meydana çıxan birinin üç gün sonra lazımsıza çevrilməsinin kökündə, heç şübhəsiz, nəsə vardı. Qurban Qurbanova mövzü ilə bağlı sual ünvanlasaq da, lazım olan cavabı ala bilmədik. “Öz qərarımdı” deyib, keçdi. Odu ki, dünən 27 yaşı tamam olan səbəbkarın özüylə söhbətdə əsl səbəbi üzə çıxarmağa çalışdıq. Müsahibənin canı məlum məsələ olsa da, başqa suallara da cavab tapmaq istədik.
- Öncə ad gününü təbrik edir, cansağlığı, firavan həyat arzulayırıq.
- Diqqətinizə görə təşəkkür edirəm. Çox xoş oldu.
- Düzünü de, ad günü ab-havası var?
- Bir tərəfdən hə, digər tərəfdən yox. Kefim ona görə yaxşıdı ki, bu cür gündə ailəm, övladım yanımdadı, canımız sağlamdı, sakit ölkədə yaşayırıq. Maltadan qələbə ilə qayıtsaydıq, lap yaxşı olardı. Düzü, itirilən xallara görə üzgünəm. Açığı, təm-təraqlı ad günü keçirməyin tərəfdarı deyiləm.
- İtirilən xallar demişkən, iki heç-heçədən sonra qrupda birincilik mübarizəsinin böyük ölçüdə bitdiyini demək olar?
- Xeyr, qətiyyən. Əksinə, əsl mübarizə bundan sonra olacaq. Kosovo ilə aramızda böyük uçurum yoxdu. Cəmi 2 xal fərqdi, onu da aradan qaldırmaq öz əlimizdədi. Heç kim deyə bilməz ki, Kosovo Malta, yaxud Farer adaları ilə səfər görüşlərində xallar itirməyəcək. Üstəlik, Kosovo ilə səfər oyunumuz qalıb. Hər şey öz əlimizdədi. Qalib olmaq istəyiriksə, bundan sonra diqqətli olmalı, qollar vurmalı, qələbələr qazanmalıyıq.
- Ardıcıl qələbələri arzulayırsan. Amma həmin Kosovonu Bakıda uda bilmədiz. Həmçinin zəif gördüyümüz Maltanı. Guya 1-2 aya nə dəyişəcək ki?
- Çox şey dəyişə bilər, dəyişəcək də. İlk növbədə çempionatın qızğın vaxtı olacaq və bir çox futbolçular oyun təcrübəsini artıracaq. Digər tərəfdən, bu oyunlarda xallar itirməyimiz məsuliyyətimizi daha da artıracaq, daha diqqətli olmağa məcbur edəcək. Açığı, oyunlar başlamamış 6 xal haqda düşünürdük. Amma Kosovoyla heç-heçədən sonra 4 xalın da pis olmayacağı qənaətində idik. Alınmadı. İnşallah, növbəti 4 oyunda azarkeşlərimizi sevindirərik.
- Alınmadı deyirsən. Niyə alınmadı? Kim, nə mane oldu?
- Günahkar özümüzük. Hər birimiz daha artığını etməyə qadirik, amma imkanlarımızdan aşağı səviyyədə oynadıq.
- İmkanlarınız daxilində oynamağınıza nə mane olur? Nəyiniz çatmır? Şərait yoxdu, pul yoxdu, evsiz qalmısız, yoxsa nə?
- Əlbəttə, düz deyirsiz. Hər şeyimiz var, heç bir problem yoxdu (xeyli düşündükdən sonra). Nə deyəcəyimi bilmirəm. Öz oyunumuzu göstərə bilmədik.
- Sənə elə gəlmir ki, yığma ustalıq baxımından Kosovodan geri qalır, Malta ilə aşağı-yuxarı eyni səviyyədədi.
- Razıyam, Kosovonun futbolçuları yaxşı çempionatlarda oynayırlar, bacarıqları var. Bunu qəbul etməliyik. Amma onlardan geri qaldığımızı deməzdim. Geri qalsaydıq, bizi məğlub edərdilər, yaxud ikinci hissədə 3-4 real qol imkanı yaxalaya bilməzdik. Malta ilə səfər görüşündə isə rəqib futbol oynamağımıza mane olurdu. Fikir verdizsə, əsas diqqəti müdafiəyə ayırıb dağıdıcılıqla məşğul idilər. Ona görə də hücum qurmaqda, rəqibin cərimə meydançasına daxil olmaqda çətinlik çəkirdi. Son bir neçə gündə gözlənilməz nəticələr qeydə alınıb. Bu o demək deyil ki, kimsə kimdənsə zəifdi, ya güclüdü. Ona qalsa, bir neçə il əvvəl Maltanı Bakıda iki dəfə məğlub etmişik. Eyni səviyyədə olsaydıq, bunu bacarmazdıq. Futboldu, bəzən alınmayanda alınmır.
- Maraqlıdı, Malta ilə görüşdən sonra Qurban Qurbanov sizə nə dedi?
- Paltardəyişmə otağında olan söhbətləri açıqlamaq istəmirəm. Fikrimcə, bu, komandadaxili işdi. Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt.
- Keçək əsas suala. Malta ilə qarşılaşmada “23-lük”dən kənarda qalmağına. Halbuki üç gün əvvəl ilk “11-lik”də yer almışdın.
- Baş məşqçi bununla bağlı mənə nəsə demədi. Açığı, mən də soruşmadım. Amma hörmətlə yanaşdım. Bəli, Kosovo ilə görüşdə çox zəif oynadım. Bilirəm ki, ümidləri doğrultmadım. Halbuki nə dərəcədə istəkli idim. Bəlkə də həmin istək məni “yandırdı”. Malta ilə görüşdə kənarda qaldığımı biləndə çox üzüldüm. Ancaq bunu normal qarşıladım. Qərara hörmət etməkdən başqa çarəm yox idi.
- Səbəb zəif oynamağın idi?
- Məncə, hə.
- Amma “azerisport”da əsl səbəb göstərilib. Kosovoyla oyundan əvvəl meydanda telefonla tribunaları çəkib, dərhal “instaqram”da yerləşdirməyinin baş məşqçinin xoşuna gəlmədi yazılıb.
- Bu haqda danışmaq istəmirəm. Xahiş edirəm, düz başa düşün. Millinin daxilində olanların orda qalmasını istəyirəm. Bir daha deyirəm, baş məşqçinin qərarına hörmətlə yanaşıram.
- Səncə, növbəti toplanışlara dəvət alacaqsan?
- Bu, özümə gəlməyim üçün ciddi siqnal idi.
- “Səbail”də özünü necə hiss edirsən? Əvvəlki Ruslanı görmürük.
- Belə deməzdim. Əslində çox çalışıram, qaçıram, mübarizə aparıram. Sadəcə, ən ciddi problemim qol vurmaqla bağlıdı. Oyunların videoyazısına baxıram, üç matçda beş real qol şansını boşa vermişəm. Bunun bir adı var - bəxtsizlik. Halbuki elə vaxtlar olub ki, gözləmədiyim halda qol vurmuşam. Ya da çəkdiyim əziyyət qolla tamamlanıb. İndi qol vurmaq üçün alışıb-yanıram, top qapıya girmək istəmir. Bir qol vursam, davamı gələcək.
- “Səbail”in qarşısında hansı hədəf durur?
- Oyundan-oyuna “artırmaq”, komanda kimi formalaşmaq. İlk növbədə yaxşı kollektiv olmalıyıq. İlk mərhələni uğurla adlayandan sonra Avroliqa uğrunda mübarizə aparacağıq. Bir məqam dəqiqdi ki, hər oyuna qələbə qazanmaq üçün çıxacağıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar