05 sen 21:58manset

Karyerasını bitirən Rəşad Sadiqov məşqçi işləməyəcək

Karyerasını bitirən Rəşad Sadiqov məşqçi işləməyəcək
“O adam məşqçi kimi Azərbaycan futboluna ləkə idi”
Vaxtilə ölkənin aparıcı futbolçularından sayılan Rəşad Sadiqov da futbolçu karyerasını başa vurdu. Təxminən 20 il milli çempionatlarda top dalınca qaçan yarımmüdafiəçi mümkün olan bütün titulları qazandı. Sonuncu dəfə başa çatan mövsümdə “Neftçi”ylə “bürünc” aldı və getdi.
Əslində daha bir mövsüm oynaya bilərdi. Amma hansısa səbəblərə görə uzaqlaşmaq qərarına gəldi. Noyabrda 35 yaşını tamamlayacaq Rəşadla dünənki vida müsahibəsində geriyə boylanıb bir çox suallara cavab tapmaq istədik.
“Azərbaycanlı futbolçunun qazana biləcəyi bütün titullara yiyələndim”
- Futbolla bağlı hansısa planların var?
- Futbolçu karyeramı başa vurduğumu bilirsiz. Hələ ki ev, ailə işləri ilə məşğulam. Həm də dincəlirəm, illərin yorğunluğunu çıxarıram.
- Hansısa klubdan təklif olsaydı, necə?
- Olsaydı deyəndə ki, təkliflər var idi. Sadəcə, özüm istəmədim.
- “Sabah”?
- “Sabah”dan başqa da bir variant var idi. Açığı, özüm istəmədim.
- Yorğunluqla bağlıdı, yoxsa Azərbaycan futbolundan iyrəndin?
- Açıq danışmağı sevən adamam. Bu gün 35 yaşım var. Ailə qayğıları artıb, maşallah, uşaqlar böyüyüb. Baxıram ki, futbolla ailə ikisi bir arada əmələ gəlmir. İstər-istəməz ikisindən biri arxa plana keçir, nisbətən az diqqət ayırmalı oluram. Ailəni atmaq olmur, futbolu da onun kimi. Ordan çörək qazanıramsa, canımı verməliyəm. Müqavilə bağladığım kluba hörmətsizlik etmək mənlik deyil. Ona görə də futboldan uzaqlaşmaq qərarına gəldim.
- Gələcəklə bağlı planın nədi?
- Görək də, necə olacaq. Düzü, hələ tam qərara gəlməmişəm.
- Məşqçilik?
- Yox, mənlik deyil. İşləyə bilmərəm.
- Niyə?
- Məşqçilik çox çətin sənətdi. İllərdi futbolun içindəyəm. Bu müddət ərzində məşqçilərin nə əziyyətlər çəkdiyini görmüşəm. İxtiyarında azı 20 futbolçu olur, hərəsi bir xasiyyətdə, tərbiyədə. Hər birinin nazı ilə oynamalısan, yola gətirməlisən. 20-25 futbolçunun arasından 11 nəfəri əsas heyətə salırsan, başqaları kənarda qalır. Biri məşqçinin dalınca danışır, o biri haqqının tapdandığını deyir. Beşini eşitməsən də, birini eşidirsən. Arxamca kiminsə danışmasını istəmərəm. Ya da kimsə ona qarşı haqsızlıq etdiyimi düşünsün. Belə şeylər də mənlik deyil.
- Bəs necə olacaq?
- Hansısa klubda iş olsa, işləyə bilərəm. Funksioner, menecer kimi. Allaha şükür, futbolda kifayət qədər təcrübəm var. Amma məşqçi işi mənlik deyil.
- Keçmişə baxanda futbolu seçdiyinə görə peşmanlıq hissi keçirmirsən ki?
- Xeyr, əksinə fəxr edirəm, qürur duyuram. Şükürlər olsun, futbolumu oynamışam, lazım olan hər şeyi əldə etmişəm. Canım sağlamdı. Buna görə valideynlərimə və rəhmətlik futbolçu qardaşıma (vaxtilə “Neftçi”, “Şəfa”, “Gənclərbirliyi” kimi komandaların şərəfini qorumuş Səbuhi Sadiqov – H.) borcluyam. Bu yerlərə gəlib çatmağımda Səbuhinin böyük rolu olub. Ümid edirəm ki, hər biri haqqını halal edər. Azərbaycanlı futbolçunun qazana biləcəyi bütün titullara yiyələndim. İki dəfə çempion oldum, səhv etmirəmsə, beş dəfə ölkə kubokunu başımın üzərinə qaldırdım, “Birlik kuboku”nu Bakıya gətirdik. Bütün bunlarla yanaşı, üç dəfə Avroliqanın qrupunda çıxış etdim. Məncə, pis göstərici deyil.
“Evdə bəzən nəsə xarab olur, düzəltmək əvəzinə vurub dağıdıram”
- Medallar hardadı?
- Hamısı evdədi. “Qızıl”, “gümüş”, “bürünc”, üstəgəl kubok – hamısı bir yerdə 20-yə yaxındı. Uşaqlarımdadı, tez-tez baxırlar, danışırlar. Evə qonaq gələn kimi, gətirib öz medalları kimi təqdim edirlər, boyunlarından asırlar (gülür).
- Futbolçu olmasaydın, hansı sahədə uğur qazana bilərdin?
- İnanırsız, hər dəfə bu sualı öz-özümə verirəm, amma cavab tapa bilmirəm. Açığı, özümü başqa sahədə görməmişəm.
- Məsələn, ev, yaxud maşın ustası ola bilməzdin?
- İnanmıram. Evdə bəzən nəsə xarab olur, düzəltmək əvəzinə vurub dağıdıram. Nə yalan deyim, başım çıxmır. 6-7 yaşımdan futbola bağlı olmuşam deyə, başqa heç nə haqda düşünməmişəm. Bəlkə də başqa sahəyə həvəs göstərsəydim, nələrisə bacarardım. Amma bu gün futboldan başqa nədəsə uğur qazana biləcəyimi düşünmürəm.
- Bədxərc olmusan, yoxsa yığımcıl?
- Heç birindən. Xəsis olmamışam, bu dəqiqdi. İstənilən futbolçudan da soruşa bilərsiz. Allaha şükür, geyinmişəm də, gəzmişəm də, bahalı maşınlarım da olub. Ailə-uşaqlarım nədənsə korluq çəkməyib. Amma qədərində. Həddimi, imkanımı bilmişəm. Nəyisə edəndə gələcəyi düşünmüşəm. Bu günlə yaşayan adam olmamışam. Oynadığım komandalardakı cavanlara da məsləhət görürdüm ki, bu günlə yaşamayın, sabahı düşünün. Futbol bu gün var, sabah yoxdu. Ona görə də ehtiyatlı davranmalısan. Adam olub, 5 manat qazanan kimi bahalı maşın, əyləncə dalınca qaçıb. Bir də ayılıb ki, heç nə yoxdu. Tərifləmək olmasın, mən elə şeylərdən uzaq olmuşam. Təsəvvür edin, 2008-ci ilə qədər maşınım yox idi. “Neftçi”də oynayırdım, amma avtobusdan, metrodan istifadə edirdim. Rəhmətlik qardaşımla borc edib maşın almışdıq, onunla gedib-gəlirdik. İlk maşını 25 yaşımda aldım. İnsan ilk növbədə mənzil haqda düşünməlidi. Ondan sonra hansısa kiçik biznes qurmaq olar. Hə, bütün bunları edəndən sonra cibində pul qalarsa, bahalı maşın alıb, dəbdəbəli yerlərdə dincələ bilərsən. Bir sözlə, nə yığan olmuşam, nə dağıdan. Həddimi bilmişəm, övladlarımın gələcəyini düşünmüşəm.
- Peşəkar karyeran ərzində 10-a yaxın, bəlkə də daha çox məşqçi ilə işləmisən. Yetişməyində, bu yerə gəlib çıxmağında kimin rolunu unutmursan?
- Uşaqlıqda təkan verən məşqçilərim Buzovnada İlham Qurbanovla Vaqif Hidayətov olub. Ən çətin günlərdə mənə Qurban Qurbanov dəstək oldu. Xatırlayırsızsa, 2008-ci ildə Hans-Yürgen Gede bizi “Neftçi”dən uzaqlaşdıranda Qurbanov sahib çıxdı. “Qarabağ”a götürdü, biz də bacardığımızın ən yaxşısını etməyə çalışdıq. Ümid edirəm ki, etdiyi yaxşılığın qarşılığını verdik. Neçə il ardıcıl Avroliqanın pley-offuna yüksəldik, komandada özünəinam formalaşdırdıq. Ötən ilin bu vaxtları da çətin dönəm idi. “Zirə”dən ayrılandan sonra futbolu atmaq haqda düşünürdüm. Tərlan Əhmədov sağ olsun, “Neftçi”yə dəvət etdi. Əl-ələ verib, komandanı 7-ci pillədən 3-cü sıraya qaldırdıq, Avroliqaya vəsiqə qazandıq. Belə deyim, ötən mövsüm ikinci cavanlığımı yaşadım.
- Bəs pis mənada unuda bilməyəcəyin məşqçi?
- Onun adı heç vaxt yadımdan çıxmaz – Hans-Yürgen Gede. O təkcə mənə yox, neçə-neçə futbolçuya haqsızlıq etdi. Yadınızda olar, Rəşad Sadıqovu, Elnur Allahverdiyevi, Ruslan Abbasovu, Aleksandr Çertoqanovu, Georgi Adamiyanı heç bir səbəb göstərmədən “Neftçi”dən uzaqlaşdırdı. O cür komandanı məhv etdi, sonda özü də getdi. O adam məşqçi kimi Azərbaycan futboluna ləkə idi. Gül kimi komandanı parça-parça etdi. Onun etdiyi haqsızlıqdan başqa bir şey deyildi. “Nitra” və “Vasluy”la oyunlardan sonra idi. Hər iki rəqibin qapısına yol tapmışdım, formada idim. Heç kimi tanımır, gələn kimi məni əvəzedici heyətə göndərdi. Halbuki bir-birimizi tanımırdıq da.
- Hələ də həmin qərarın səbəbi qaranlıq qalıb. Deyilənə görə, Gede təcrübəli futbolçuların “torba əməliyyatı”ndan ehtiyatlanırmış...
- Mənim və Rəşad Sadıqovun oynadığı komandalarda heç kim kiməsə “torba tikdiyimizi” deyə bilməz. Yaxud Adamiya olsun, ya bir başqası. Roman Qriqorçuk, Kazbek Tuayev, Allah rəhmət eləsin, Böyükağa Hacıyev, Tərlan Əhmədov kimi mütəxəssislərlə işləmişəm. Heç biri haqqımda o sözü deyə bilməz. “Rəşad filan vaxt torba tikib” deyən məşqçi olsa, o adam nə istəsə, edərəm. Yəni özümə o dərəcədə əminəm. Orda “torba” söhbəti-filan yox idi. Sadəcə, Gede qorxaq idi, ona görə də güclü futbolçuları uzaqlaşdırdı. Bir də ki, o vaxt mənim 25 yaşım var idi, futbolda təzə-təzə nəsə etməyə başlayırdım. O adam bunu planlı şəkildə etdi. Əvvəldən hazırlanmış plan idi, həyata keçdi.
- Kim tərəfindən?
- Onu deyə bilmərəm.
“Kimə desəydin, gülərdilər”
- Milli çempionatlar tarixində ilk oyunun yadındadı?
- 1999-cu il ildə 16 yaşım var idi. “Qarabağ”da Elşad Əhmədovun rəhbərliyi altında “Neftçi”yə qarşı oyuna çıxmışdım. Çox adam Elşad müəllimi qınayırdı. Sağ olsun, arxamda durdu, dəstək verdi.
- Karyeranda unudulmaz oyun hansıdı?
- (fikirləşir) “İnter”lə səfərdəki oyun.
- Qol vurduğuna görə? APOEL ilə matçı deyəcəyini düşünürdüm...
- APOEL ilə görüşün də öz ləzzəti vardı. Amma “İnter”lə oyun tam başqaydı. Vurduğum qol bir qırağa. Öz aramızdı, həmin “İnter”in oyunlarını televizorda izləyirdik. Kimin ağlına gələrdi ki, “Neftçi” o cür İtaliya nəhəngi ilə Milanda heç-heçə edəcək. Kimə desəydin, gülərdilər. Amma biz bunu bacardıq. Həm də qollu heç-heçə ilə. Rəqibdən çəkinmədik, sona qədər mübarizə apardıq, başabaş futbol oynadıq. “Qəbələ”nin heyətində “Lill”i Bakıda udduğumuz qarşılaşmanı da unutmaq olmaz. Keçmişə baxıb xatırlaya biləcəyim belə oyunlar çoxdu.
- İllərdi küsülü qaldığın məşqçi, yaxud futbolçu var?
- Elə bir futbolçu yoxdu ki, danışmayım, küsülü olum. Meydanda çox şey ola bilər, amma kənarda öpüşüb-görüşmüşük. Ailədə necə, futbolda da elə. Hər birini özümə qardaş bilmişəm.
- Ayxan Abbasovla necə?
- Dediyim kimi, heç kimlə küsülü deyiləm. Onunla da ötən mövsüm “Neftçi”ylə “Zirə”nin oyunlarında üz-üzə gəlmişik, problem olmayıb. Məşqçilərdən yalnız Gedenin haqsızlığını unutmayacam.
- Nə vaxtsa klub seçimində yanıldığını sonradan hiss etmisən?
- Yadıma gəlmir. Hara getmişəmsə, harda oynamışamsa, uğurlu olub. “Neftçi”, “Qarabağ”, “Qəbələ”...
- Bu cür baxımlı karyeraya sahib olasan və ölkənin əsas yığmasında 20 oyun keçirəsən. Buna səbəb nə idi?
- Səbəb yox, səbəbkar var idi – Berti Foqts. “Qarabağ”da oynadığım 3 ildə olduqca yaxşı formadaydım. Hər il avrokuboklarda pley-offa yüksəlirdik. Nə qədər eksperiment etsə də, mənə dəvət göndərmirdi. Mətbuatda yazılırdı, jurnalistlər özündən soruşurdu, mütəxəssislər təklif edirdi, amma xeyri olmurdu. Bəzən dəvət göndərirdi, onda da oynatmırdı. Yığmada çalışdığı 6 ildə mənə güvənsəydi, indi yığmadakı oyun sayı 40-50 idi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar