01 mar 15:46manset

Vaqif Qasımovun Tərlan Əhmədova yazığı gəlir

Vaqif Qasımovun Tərlan Əhmədova yazığı gəlir
“Yükdaşıyan təyyarələrin hamısı yanbayan dayanıb”

AZAL ən yaxşı günlərini Vaqif Qasımovun dönəmində yaşayıb desək, kimsə qınamaz. “Təyyarəçilər”in medallar uğrunda mübarizə apardığı, Avroliqaya qatıldığı dövrdə klubun prezidenti Qasımov idi. Lakin sonradan nə baş verdisə, klubda rəhbər posta “AZAL Silkway”in başqanı Zaur Axundov keçdi. Buna baxmayaraq, Vaqif bəy hələ də klubda çalışır. Artıq neçə ildi ki, vitse-prezidentlərdən biridi. Amma əvvəlki qədər fəallıq nümayiş etdirmir. Öncəki illərdə daim üzdə olar, açıqlamalar verər, oyunlar zamanı çılğınlıq nümayiş etdirərdi. Sanki büdcənin azalması Qasımovun əhvalına da təsir edib. Qısası, komandanın keçmişi, bu günü və sabahı ilə bağlı danışmaq üçün budəfəki müsahibimiz Vaqif Qasımovdu. Ağlındakıları çəkinmədən dilə gətirməsi ilə seçilən təcrübəli mütəxəssis yenə açıq danışdı.
- Necəsiz, vəziyyətiniz necədi?
- Əşi, necə olacaq? Gördüyünüz kimi.
- Səsiniz birtəhər gəlir. Səhhətinizdə problem var?
- Səhhətim, şükürlər olsun, yaxşıdı. AZAL-a görə deyirəm. Hansı çətinliklərlə üz-üzə qaldığımızı görmürsüz? Görək də...
- Oyunlarda o qədər də gözə dəymirsiz. AZAL uduzanda Vaqif Qasımovun səsi aləmi bürüyərdi...
- Niyə dəymirəm, dəyirəm. Ola bilsin, görmürsüz, fikir vermirsiz. Ev oyunlarının hamısında stadionda oluram. Bəzən səfər qarşılaşmalarını da canlı izləyirəm. Uduzmağa gəlincə, bu imkanla artığını etmək mümkün deyil. Ona görə də səsim çıxmır. Əvvəlki illərlə indikini bir tutmayın. Arada yerdən göyə qədər fərq var.
- Yəni vitse-prezident postunda qalırsız.
- Əlbəttə. Hazırda tələbələr arasında ölkə birinciliyi keçirilir. Həm premyer-liqanı izləyirəm, həm də tələbələrin çempionatını.
- Premyer-liqa necə görünür?
- Komandaların sayı azalıb, o cümlədən iddialıların. Əvvəlki rəqabət yoxdu. Mənim gözümdə çempionatın səviyyəsi düşüb. Çempionluğa oynayan iki komanda qalıb. Onların də pulu var deyə, nəsə etməyə çalışırlar. Başqaları da bu günlə yaşayır.
- Çempionatın səviyyəsi düşsəydi, “Qarabağ”la “Qəbələ” ardıcıl bir neçə il Avroliqanın qrup mərhələsinə qədər irəliləyərdi?
- Dedim axı, iki komanda çempionluğa oynayır. Həmin komandalar da “Qarabağ”la “Qəbələ”di. Allah bol eləsin, imkanları var, xaricdən məşqçi və futbolçular gətirib irəli gedirlər. Siz başqalarına baxın, 3-5 manatla başlarını qatırlar. Sabah nə olacağı bilinmir. Həm də ki çempionatın səviyyəsi iki komanda ilə ölçülmür axı. Bəs qalanlar?
- Öz aramızdı, yüksəködənişli əcnəbi məşqçi və futbolçuları o vaxt “Bakı”, “İnter”, “Xəzər Lənkəran” da gətirirdi. Bəs onda niyə qrupa qədər yüksələ bilmirdilər?
- Uğur birdən-birə əldə olunmur. Bunun üçün zamana ehtiyac var. “Bakı” ilə “Xəzər Lənkəran”ı gördüz də. Bir müddət xərclədilər, sonda pul tükəndi. Ona görə də işləri planlı qurmaq lazım idi. “Qarabağ” bir neçə il pley-offdan qayıtdı və həmin dönəmlərdə böyük təcrübə topladılar. “Qəbələ” də həmçinin. Fikir verirsizsə, neçə illərdi inkişaf etmək yönündə böyük işlər görürlər. Yəni Avroliqanın qrupuna vəsiqə klubda görülən işlərin və yığılan təcrübənin nəticəsidi. Çempionatın səviyyəsi iki klubun parlaq çıxışı ilə ölçülmür axı.
- AZAL niyə bu gündədi?
- Maliyyə, maliyyə... Başqa nə olacaq ki?
- Pul yoxdu?
- Yoxdu da, nə edək? İndi bütün sahələrdə böhran yaşanır. Bir sponsorumuz var – “AZAL Silkway”. Odu ki, bir nəfərin əlinə baxırıq. Şirkətin vəziyyəti də əvvəlki illərlə müqayisədə yaxşı deyil. İmkan olsaydı, komandaya da yaxşı baxardılar. Neftin qiymətinin artması ilə, məncə, vəziyyət də düzələcək.
- Həqiqətənmi təyyarə biletlərindən, uçuşlardan əldə olunan vəsaitdən AZAL-a bir qəpik də ayrılmır? Ən azı klub o boyda aviaşirkərin adını daşıyır, reklam edir.
- Biletin, uçuşun bizə bir qram da aidiyyatı yoxdu. Klub sırf “Silkway”dən asılıdı. Bizim şirkətin qazancı da yükdaşımadan gəlir. Maraqlanın, görün mal gətirən var. Varsa da, barmaqla sayıla biləcək qədər azdı. Statistik göstəricilərə nəzər salsaz, mal dalınca gedənlərin əvvəlki illərlə müqayisədə nə qədər azaldığını görərsiz. Yükdaşıyan təyyarələrin hamısı yanbayan dayanıb. Çünki sifariş yoxdu. Sponsor pul qazanmayadan sonra kluba nə xərcləsin?!
- AZAL-ın illik büdcəsi nə qədərdi?
- Futbolçuların əməkhaqqı büdcəsi 150 min manatı keçmir. Bəzi komandaların bir futbolçuya verdiyi məbləğdi. Bunu siz məndən yaxşı bilirsiz.
- “Silkway”in gücü çatmırsa, başqa sponsor tapmaq olmaz?
- Bununla bağlı çox yerə müraciət olunub. Nə bilim, nəsə alınmır.
- O cür baza, stadion var, baş məşqçi bacarıqlıdı, bir az vəsait ayırmaqla daha səviyyəli futbolçular gətirib avrokuboklar uğrunda mübarizə aparmaq olar. Üstəlik, avrokuboklarda çıxış etmiş komandadı, ənənələri var.
- Bunları siz bilirsiz, mən bilirəm. Amma kimisə məcbur etmək olmur axı. Hələ prezident olduğum dönəmlərdə bəzi şirkətlərlə danışıq aparmışdım, guya nəsə olacaqdı. Söz verdilər, amma sonra xəbər çıxmadı.
- Siz prezident olan dövrdə klubun ümumi büdcəsi nə qədər idi?
- İddialılardan geri qalırdıq, amma ümumilikdə pis deyildi. Ortabablardan saymaq olardı.
- 5 milyon olardı?
- Yox e, nə 5 milyon? Futbolçulara ortalama illik 60-70, uzağı 80 min maaş verirdik. İki-üç nəfər istisna var idi ki, onlar 100 mindən artıq alırdı. Halbuki digər 5-6 komanda 100 mindən az maaş vermirdi. AZAL-da heç vaxt 200-300 min əməkhaqqı olmayıb. Heç 5 milyonun yarısı da yox idi.
- Bəs nə qədər idi?
- İllik ümumi budcə 2 milyonu keçmirdi.
- Deyirsiz indiki maaş büdcəsi 150 min manatı keçmir. Bəs Vaqif Cavadov, Samir Məsimov, Rəşad Abdullayev, Sadio Tounkara, Mehdi Taouil pulsuz oynamağa gəlib?
- Əşi, 500-600 manata oynayırlar da. Guya nəyə gəliblər? Nə var ki, nə də verək? Öz aramızdı, Vaqif 500 manatlıq futbolçudu, ya da o pula razılıq verər? Sadəcə, formada qalmaq, milliyə düşmək üçün oynamağa məcburdu. Eyni sözləri bir neçəsi haqda da deyə bilərəm. Kənarda klubsuz qalmaqdansa, AZAL-da oynamaq yaxşıdı. Yenə sağ olsunlar, gəlib kömək edirlər.
- Tərlan Əhmədovu görəndə yazığınız gəlir? Bu qədər əziyyət çəkir, ortada heç nə yoxdu.
- Əlbəttə, yazığım gəlir. Özümü onun yerinə qoyuram. Bu dəqiqə onun işləyən, diqqətini futbola ayırıb nəticə verən vaxtıdı. Yazıq bilmir hansı problemin dalınca qaçsın, necə etsin ki, narazılıq olmasın. Vallah, o uşaqlarla komanda yaradıb saxlayan elə Tərlandı. Başqası olsaydı, bəlkə dözməzdi, çoxdan qaçıb getmişdi. “Qəbələ” kimi rəqibə səfərdə bir top fərqi ilə uduzduq. Sizi inandırım, heç nədə geri qalmadıq. Hətta qol vurmaq imkanlarımız da oldu. “Sumqayıt”la oyunu göz önünə gətirin, rəqibin fərli-başlı imkanı olmadı. Bir dəfə əllərinə şans düşdü, onu da qola çevirdilər. Yetimin Allahı da olmalıdı. Bəzən bəxtsizlik də işimizi çətinə salır. Tərlanın əlacı olsa, bu gün özü də çıxıb oynayar. Təəssüf ki, o da mümkün deyil.
- Sonu necə olacaq? Nə düşünürsüz, nə gözləyirsiz?
- Hamı ümidini ölkədə vəziyyətin yaxşılaşmasına dikib. Belədə sponsorun da maddi durumu düzələr, kluba əvvəlki kimi kömək edər.
- Bu gedişlə premyer-liqada qalmaq mümkün olacaq? Yaxın izləyicilərinizdən “Kəpəz” 9 oyunun 7-ni Gəncədə keçirəcək, “Neftçi” güclənmiş heyətlə xal ehtiyatını artıracaq. AZAL nəyə ümid edir?
- Baş məşqçinin bacarığına və heyətdə olan futbolçuların təcrübəsinə. 9 tur az deyil. Görək başımıza nə iş gələcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar