16 avq 18:53manset

“Qarabağ” bir gecədə 8 milyon avro itirdi

“Qarabağ” bir gecədə 8 milyon avro itirdi
Çempionlar Liqasının üçüncü mərhələsində BATE səddini aşa bilməyən “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək. Təəssüf ki, ağdamlılar qitənin ən mötəbər klub turnirinin qrupuna ardıcıl ikinci dəfə vəsiqə qazanmamaqla bizi məyus etdi. Düzdü, BATE-ni keçəcəyi halda “köhlən atlar”ı pley-offda PSV kimi adlı-sanlı rəqib gözləyirdi. Ancaq kim bilir, bəlkə də ağdamlılar daha bir möcüzəni reallaşdıra, eyndhovenliləri də sıradan çıxara bilərdi...
Artıq “qatar gedib”. Qurban Qurbanov demişkən, irəli baxmaq, heç olmasa, Avroliqanın pley-offunda qarşılaşacağımız rəqibi məyus etməklə qrupa vəsiqə qazanmaq lazımdı. Belarus klubuna “ilişərək” ÇL-də mübarizəni dayandıran ağdamlılar bütün dünyanın diqqətlə izlədiyi turniri tək etməklə yanaşı, maddi planda da xeyli geri düşdü. Təkcə bir fakta nəzər salmaq kifayətdi: “Qarabağ” ÇL-in pley-offuna adlayacağı təqdirə artıq orda uduzub-uduzmamasından asılı olmayaraq 5 milyon avro, üstəlik Avroliqanın qrupuna vəsiqə qazanacaqdı ki, bu da əlavə 2,92 milyon avro bonus deməkdi. Yəni Borisovdakı bir üzüntülü gecədə 8 milyon avroya və ya 16 milyon manata yaxın pul itirildi.
Ümumiyyətlə, “köhlən atlar”ın 2018/19 avrokubok mövsümündə indiyə kimi qazancı 1 milyon 440 min avro təşkil edib. Çempionlar Liqasında 1-2-ci mərhələlərdə qalib gələn ağdamlılara qitə futbol qurumu tərəfindən uyğun olaraq 280 və 380 min avro ödəniləcək. 3-cü mərhələdə uduzan çempionlara bu mərhələdə iştirak üçün nəzərdə tutulan 480 min avro ödənilmir. Yəni indiki halda ÇL-in 3-cü mərhələsində iki oyunun nəticəsinə əsasən BATE-yə uduzan “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində iştiraka görə daha 300 min avro qazanacaq. Bu isə ümumilikdə 960 min avro deməkdi. Bundan başqa, ÇL-in qrupuna düşmək imkanını əldən verən ağdamlılar AL-in qrupunda oynaya bilməsə belə, UEFA-dan bonus kimi əlavə 260 min avro alacaq. Beləliklə, rəqəmləri üst-üstə gələndə belə aydın olur ki, Azərbaycan çempionu Allah etməsin, növbəti iki oyunda uduzsa, mövsümü 1 milyon 220 min avro ilə bitirəcək. Müqayisə üçün xatırladaq ki, “Qarabağ” ÇL-in qrupuna düşsəydi, təsnifat mərhələlərində iştiraka görə mükafat almayacaq, ancaq birbaşa 15,25 milyon avronun sahibi olacaqdı (qrupdakı mümkün heç-heçə və qələbələrin gətirəcəyi pul da öz yerində). Bu qədər pulun əldən getməsinə görə təəssüflənmək əvəzinə, gəlin hadisələrin uğurlu axarını, yəni ağdamlıların AL-in qrupuna düşməsini proqnozlaşdıraq.
Son ölkə çempionu Avropa Liqasında uğurlu nəticə qazanarsa, büdcəsini bir qədər də zənginləşdirmək imkanına malik olacaq. Ağdamlılar qitənin ikinci dərəcəli klub turnirinin qrupuna düşəcəyi halda 2 milyon 920 min avro əldə edəcək. Bu da o deməkdi ki, “Qarabağ” “Şerif” – “Valyur” cütünün qalibini mübarizədən kənarlaşdırsa, qrupdakı görüşlərə qədər artıq 3 milyon 580 min avro (yuxarıda artıq 660 min avronun qazanıldığını xatırlatdıq), manatın bugünkü məzənnəsi ilə 7 milyon 160 min manat qazanmış olacaq.
Ancaq bu da son deyil. Qrupda uğurlu çıxış klub büdcəsinə əlavə maliyyə axını təmin edə bilər. Belə ki, qrup mərhələsində hər qələbəyə görə 570 min avro, heç-heçəyə görə 190 min avro veriləcək. Qrup qalibləri əlavə 1 milyon avro, ikinci yerin sahibləri isə 500 min avro əldə edəcək.
Qrupdan pley-off mərhələsinə yüksələcək klublar üçün ödənişlərə gəlincə, 1/16 finalçılar 500 min avro, 1/8 finalçılar 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçı 4,5 milyon avro alacaq. Qalibə isə 8,5 milyon avro ödəniləcək.
Göründüyü kimi, Avroliqada irəliləmək, deməli, həm də pul qazanmaq imkanı “Qarabağ”ın öz əlindədi. Bu köhnə həqiqətdi ki, pul heç vaxt artıqlıq etmir. İndiki Azərbaycan reallıqlarını nəzərə alanda isə demək olar ki, UEFA-dan gələcək pul “Qarabağ”a hava-su kimi lazımdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar