14 avq 19:30manset

“Neftçi” iki aya üç tərcüməçi dəyişib

“Neftçi” iki aya üç tərcüməçi dəyişib
“Elələri oldu ki, bizdən 3000 dollar maaş istədi”
Mövsümün açılış oyunu olan “Sumqayıt” – “Neftçi” qarşılaşmasında iki məqam diqqətimizi cəlb etdi. Birinci məqam açılış mərasimi ilə bağlıdı. Adətən, ilk turda meydana çıxan komandaların üzvləri himni oxumaqla yanaşı, kapitanlar dövlət bayrağını da qaldırır. Artıq neçə illərdi bu ənənə davam edir. Ancaq nəyə görəsə “Dalğa Arena”da keçirilən qarşılaşmada ikinciyə əməl olunmadı. Daha dəqiq desək, himn səslənsə də, bayraq qaldırılmadı. Bunun səbəbini bilmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Aslan bəy məsələyə belə reaksiya verdi: “Son vaxtlar müasir, qaçış zolağı olmayan, sırf futbol üçün nəzərədə tutulan arenalarda bayraq qaldırmaq üçün dəmir dirəklər qoyulmur. Biz də bunu nəzərə alıb himn səslənərkən bayrağı tabloda göstərdik. Ona görə də futbolçular üzləri tabloya tərəf dayanmışdılar”.
İkinci məqam isə oyundan sonra keçirilən mətbuat konfransı ilə bağılıdı. “Neftçi”nin baş məşqçisi Roberto Bordinə çox sual verilməsə də, onun mətbuat konfransı təxminən 20 dəqiqə çəkdi. Bunu şərtləndirən səbəb isə sual-cavabın üç dilə tərcümə olunması idi. Təsəvvür edin, sual Azərbaycan dilindən ingiliscəyə, ingiliscədən italyan dilinə tərcümə olunurdu. Cavablar da həmçinin. Bu isə yersiz vaxt itkisi deməkdi. Onu da qeyd edək ki, Bordinin tərcüməçisi “Şerif”də bir yerdə çalışdığı moldovalı gənc idi. Bu yerdə ortaya sual çıxır: Azərbaycanda italyan dilini bilən mütəxəssis yoxdu ki, “Neftçi” rəhbərliyi Moldovadan tərcüməçi dəvət edir?
“Ağ-qaralar”ın mətbuat katibi Rüstəm Allahverdiyev bizimlə söhbətdə məsələyə belə aydınlıq gətirdi: “Bordin “Neftçi” ilə müqavilə bağlayandan sonra italyan dilini bilən 3 azərbaycanlı tərcüməçi ilə əməkdaşlıq etmişik. Lakin onların heç biri nə bizi, nə medianı, nə də Bordini qane etdi. Birinci tərcüməçini Bordinin təqdimatına dəvət etmişdik. Ancaq elə sizin həmkarlarınız, əksər jurnalistlər onun işindən narazı qaldılar. Və biz də bunu nəzərə alıb başqa birisini dəvət etdik. “Uypeşt”lə oyunlarda onun da tərcüməsi ürəkaçan səviyyədə olmadığından yollarımızı ayırdıq. 3-cü mütəxəssisin fəaliyyətindən isə Bordin narazı qaldı. Həmin tərcüməçi məşqlərdə baş məşqçinin fikirlərini futbolçulara düzgün çatdıra bilmirdi ki, bu da ümumi işin gedişinə mane olurdu. İtalyan dilində futbol terminləri çoxdu. Bizim dəvət etdiklərimiz isə çox vaxt həmin sözləri düzgün tərcümə edə bilmirdilər. Belədə məcbur olub Bordinin “Şerif”də tərcüməçisi olmuş şəxsi dəvət etdik”.
Rüstəm bəy onu da bildirdi ki, italyan dilini bilən azərbaycanlılar çox əməkhaqqı tələb ediblər: “Əməkdaşlıq etmək istədiyimiz elə tərcüməçilər oldu ki, bizdən 3000 dollar maaş istədi. Yəqin siz də razılaşarsız ki, Azərbaycan üçün bu çox böyük puldu. Bundan başqa, əvvəlki tərcüməçilərin dönəmində baş məşqçi də tərcümələrdən narazı idi. Bordin mətbuatda gedən müsahibələri ilə tanış olduqdan sonra fikirlərinin təhrif olunduğunu, bəzi cümlələrin konteksdən çıxarıldığını bildirirdi. Bu isə əvvəl-axır kluba problem yarada bilərdi. Bütün bunları nəzərə alıb, məşqçimizin Moldovadan tanıdığı və işinə bələd olduğu tərcüməçini dəvət etdik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar