10 avq 13:49manset

“Qaçqın klublar” Yaşar Seyidova müraciət etməyib

“Qaçqın klublar” Yaşar Seyidova müraciət etməyib
“Çatışmazlıq olsaydı, “Qəbələ” bizim bazada məşq etməzdi”
Son illərdə ölkədə stadionların sayı durmadan artsa da, nədənsə hər dəfə avrokubok mövsümü yetişəndə və yaxud premyer-liqanın startında avrokubok təmsilçilərimiz, elita klublarımız stadion problemi ilə üzləşirlər. Bu il də istisana olmadı. Birdən-birə 3 premyer-liqa klubu – “Neftçi”, “Zirə” və “Sumqayıt” arenalarında aparılan təmir işləri səbəbindən “qaçqın həyatı” yaşamağa məcburdu. Məsələnin diqqəti çəkən tərəfi odu ki, hər üç klub müvəqqəti də olsa, eyni məkana – “Dalğa Arena”ya sığınmağı lazım bilib. Bu isə heç şübhəsiz, Mərdəkandakı stadionun yüklənməsi deməkdi.
Ötən sayımıza açıqlama verən AFFA-nın infrasruktur üzrə direktoru Kamran Əliyev də meydanın yüklənəcəyindən ehtiyat etdiyini gizlətməyib: “Yüklənmənin olacağı sirr deyil. Qeyd etdiyiniz üç komandadan başqa, sentyabrın əvvəlində U-21 iki rəsmi görüşünü burda keçirəcək. Üstəgəl, əsas yığmanın təlim-məşq toplanışı. Ot örtüyü üçün ağır dönəm olacaq”. Kamran bəy ot örtüyünə təhlükə yaranacağı halda, komandalardan başqa stadionların xidmətindən yararlanmağı xahiş edəcəklərini də vurğulayıb. Onun sözlərindən belə çıxır ki, “qaçqın komandalar”ın stadionları hazır olana kimi ev oyunlarını “Dalğa Arena”da keçirəcəkləri belə, hələ 100 faiz həll olunmuş məsələ deyil. Hər şey ot örtüyünün durumuna bağlıdı.
Bakıda bu qədər stadion olduğu halda, yuxarıda qeyd etdiyimiz kimi, hər üç klubun Mərdəkana üz tutması bir qədər absurddu. Tutaq ki, “Bayıl Arena”nın örtüyü süni olduğundan stadion problemi ilə üzləşənlər ordan yan qaçırlar. Bakı Olimpiya Stadionu (BOS) millinin qarşıdakı oyunlarına görə qapısını heç kimin üzünə açmır. BOS-un ehtiyat meydanı isə PFL tərəfindən qəbul olunmayıb. Bəs “Bakı”nın Biləcəridəki təlim-məşq bazasına nə gəlib? Axı bir neçə il öncəyə qədər həmin arena çempionat oyunlarına qucaq açırdı.
“Zolaqlılar”ın vitse-prezidenti Yaşar Seyidov bizimlə söhbətdə həm ot örtüyünün, həm də paltardəyişmə otaqlarının normal vəziyyətdə olduğunu bildirdi: “Bu gün “Bakı” premyer-liqada, divizionda çıxış etməsə də, var qüvvəmizlə çalışırıq ki, stadionumuzu normal vəziyyətdə saxlayaq. Ot örtüyü o biri arenalardan heç də pis deyil. Paltardəyişmə otaqlarının vəziyyəti üzrəkaçan səviyyədədi. Çatışmazlıq olasaydı, “Qəbələ” bizim bazada məşq etməzdi. Artıq iki ilə yaxındı ölkənin ən iddialı komandalarından biri paytaxtda olduğu müddətdə bizim stadionda hazırlıq keçir. Açığı, bu günə kimi heç bir klub stadiondan yararlanmaqla bağlı bizə müraciət etməyib. Müraciət olunsa, onlara hər cür şərait yarada bilərik. Bir çatışmazlıq ortaya çıxarsa, qısa vaxtda onu da həll etməyə gücümüz çatar. Stadion problemi ilə üzləşən klublar bizim arenaya niyə maraq göstərmir? Çox çətin sual oldu. Mən nə deyə bilərəm? Bunu onların özlərindən soruşsaz yaxşıdı. Arenamızın xidmətinə ehtiyac duyularsa, böyük məmnuniyyətlə həmin kluba kömək edərik”.
“Neftçi” və Zirə” Bakını təmsil etdiyindən hər iki klubun “Dalğa Arena”ya üz tutmasını hardasa anlayışla qəbul etmək olar. Mərdəkanla Zirə, denək olar ki, qonşu qəsəbələrdi. “Ağ-qaralar” isə ölkənin ən köklü klubu olduğundan Bakıətrafı kəndlərdə və qəsəbələrdə yetərincə azarkeşi var. Bəs “Sumqayıt”a nə gəlib ki, Biləcərini qoyub, şəhərdən təxminən 80 km aralıda yerləşən stadionun xidmətindən istifadə etməyə qərar verib? Heç şübhəsiz, “kimyaçılar” “Kapital Bank Arena” hazır olana kimi rəqibləri “Bakı”nın bazasında qəbul etsə, azarkeş problemi ilə üzləşməz. Sumqayıtlılar şəhərdən təxminən 20 dəqiqəlik məsafədə yerləşən stadiona gələrək sevimli komandalarını lazımınca dəstəkləyərlər. Lakin nədənsə rəhbərlik fərqli addım atmağı lazım bilib. Komandanı və azarkeşləri dağa-daşa salıb.
Kuluarlarda gəzən söz-söhbətlərə inansaq, “Sumqayıt”ın Mərdəkan variantına üstünlük verməsinin arxasında AFFA amili durur. Heç kimə sirr deyil ki, “Dalğa Arena” assosiasiyanın balansındadı və onun xidmətindən yararlanan klublar quruma icarə pulu ödəyir. “Gənclik şəhəri” təmsilçisinin də AFFA-ya yaxın olduğunu nəzərə alsaq, qərarın hardan qaynaqlandığını başa düşmək olar. “Kimyaçılar”ın rəhbərliyi icarə üçün nəzərdə tutulan vəsaitin kənara yox, çətiri altında olduğu qurumun “cibinə” getməsində maraqlıdı. Böyük ehtimalla, məhz bu səbəbdən “ağ-göylər” oktyabra qədər Sumqayıtla Mərdəkan arasında qalacaq.
Məsələ ilə bağlı “gənclik şəhəri” təmsilçisinin rəhbərliyinin də fikrini öyrənməyi lazım bildik. Bu məqsədlə klubun idman direktoru Zamiq Hüseynovu aradıq: “Özünüz də bilirsiz ki, stadionumuz hazır olana kimi ev oyunlarını “Mehdi Hüseynzadə”də keçirmək istəyirdik. Lakin PFL arenanı təftiş etdikdən sonra buna razılıq vermədi. Vaxt az olduğundan “Dalğa Arena”nı sifariş vermək məqsədəuyğun sayıldı. Onu da nəzərə alın ki, “Bakı”nın təlim-məşq bazasında işıqlandırma sistemi yoxdu. Havaların isti keçidiyini nəzərə alsaq, oyunların günün sərin vaxtı, daha dəqiq desəm, axşam saatlarında keçirilməsi məqsədəuyğundu. Deyə bilərsiz ki, “Mehdi Hüesynzadə”də işıqlandırma yoxdu, belə olan halda niyə orda oynamaq istəyirdiz? Düzdü, yoxdu, ancaq bir məqamı nəzərə alın ki, bu komandanın təmsil etdiyi şəhərin arenasıdı. Bu məsələdə nəyisə güzəşt etmək, hansısa çatışmazlığa göz yummaq olardı. Ancaq bəlli səbəbdən kənarda oynamaq məcburiyyətindəyiksə, onda şəraiti daha yüksək olanı seçmək daha düzgün variantdı. Bu məsələdə baş məşqçimizin də fikrini öyrəndik. Nəyə görə futbolçulara əziyyət verək?”
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:31 Balayevli “Tobol”dan ardıcıl ikinci qələbə 14-03-2019, 23:12 "Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi 14-03-2019, 23:10 Klublar Komitəsi PFL-ə məktub göndərəcək 14-03-2019, 23:08 Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı 14-03-2019, 23:07 “CBC Sport”un iclasında günahkarlara irad bildirilib 14-03-2019, 23:06 “Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi 14-03-2019, 23:04 Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu 14-03-2019, 23:01 Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı 14-03-2019, 22:56 İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu 14-03-2019, 22:55 Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı 14-03-2019, 22:53 “Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər 14-03-2019, 22:50 Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı 14-03-2019, 22:49 Litva 23 futbolçu ilə gəlir 14-03-2019, 22:47 EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır 14-03-2019, 22:41 “Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi 14-03-2019, 22:40 “Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək 14-03-2019, 22:38 Tur sabah başlayıb 10 gün sonra bitəcək 14-03-2019, 22:37 U-19 ADBTİA ilə bacarmadı 14-03-2019, 22:36 Ağatahir Əzimov hamıdan narazıdı 14-03-2019, 22:34 Mustivar Kuba ilə oyuna çağırıldı 14-03-2019, 22:32 Aqolli vida müsahibəsini verib, bəndənizdən şübhələndi 13-03-2019, 12:58 Turun statistikası 13-03-2019, 12:55 Turun məşqçisi 13-03-2019, 12:55 Turdan məqamlar 13-03-2019, 12:52 Yığmanın heyəti açıqlandı 13-03-2019, 12:50 İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı 13-03-2019, 12:48 Nikola Yurçevçin siyahısında kimlər yer alacaq? 13-03-2019, 12:46 “Zirə” – “Keşlə” matçını PFL yayınlayacaq 13-03-2019, 12:45 “Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı 13-03-2019, 12:41 Rövşən Əhmədov oğlunun idarə etdiyi oyunu izləməyib 13-03-2019, 12:40 “Qəbələ”nin məşqçisinə “Tərəqqi” medalı verildi 13-03-2019, 12:39 İlk “3-lük”də dəyişiklik 13-03-2019, 12:37 AÇ üçün 14 nəfərlik heyət 13-03-2019, 12:36 Medvedev Hüseynov qardaşlarını qabaqladı 13-03-2019, 12:34 Turnirdə ikinci məğlubiyyət 13-03-2019, 12:32 “Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi Bütün xəbərlər
Ən çox oxunanlar