“Şahdağ” rəsmiləri Elxan Məmmədovla görüşüb » Football-plus.az
10 avq 13:11manset

“Şahdağ” rəsmiləri Elxan Məmmədovla görüşüb

“Şahdağ” rəsmiləri Elxan Məmmədovla görüşüb
Kamran Əlibabayev: “Bir il Region Liqasında oynamaqla cəzamızı çəkdik”
Ötən mövsüm Region Liqasında çıxış edən “Şahdağ” rəhbərliyi böyük həvəslə 2018/19 mövsünü gözləyirdi. Qusar klubunun rəsmiləri inanırdılar ki, birillik fasilədən sonra yenidən birinci divizionda mübarizə aparacaqlar. Ancaq onların arzusu reallaşmadı və komanda diviziona buraxılmadı. Əldə etdiymiz məlumata görə, ötən həftə “Şahdağ”ın nümayəndələri AFFA-ya baş çəkərək, baş katib Elxan Məmmədovla görüşüblər.
Həmin görüşdə nələrin müzakirə olunduğunu bilmək üçün qusarlıların baş məşqçisi Kamran Əlibabayevi aradıq: “Azərbaycanda olmadığımdan Elxan müəllimlə görüşdə iştirak etməmişəm. Ancaq orda nələrin müzakirə olunduğundan xəbərim var. Baş katib “Şahdağ”ın daha bir il Region Liqasında oynamasını istəyib. Gələn yay bu məsələyə yenidən baxılacaq. Elxan müəllim onu da bildirib ki, komandanın aşağı dəstəyə buraxılmamasının səbəbi ötən illərdə yaşanan xoşagəlməz olaylardı. Onun dedikləri ilə razıyam. Cinayət varsa, cəza da olmalıdı. Ancaq bu cəzanın müddəti nə vaxt bitəcək? Bu haqda konkret heç kim heç nə demir. Bir il Region Liqasında oynamaqla cəzamızı çəkdik. Qusara böyük futbol yaraşır”.
Kamran bəy son vaxtlar klubda görülən işlər, stadionda aparılan təmir haqda da məlumat verdi: “Son bir ildə “Şahdağ”da çox şey dəyişib. Klubun nəzdində yeni qruplar yaradılıb. Klubun 5 yaş qrupu bu il AFFA-nın bayrağı altında keçirilən çempionatlarda iştirak edəcək. Bütün qruplar forma və inventarla təmin olunub. Stadionumuzda aparılan təmir işləri də davam edir. “Şahdağ”ın sponsoru olan AZENCO şirkəti komandanın inkişafı üçün əlindən gələni etməyə çalışır. Birinci divizionda çıxış etməyimizə icazə verildəydi, büdcəmiz də artırılacaqdı. Sponsor da komandanın peşəkar liqada çıxış etməsində maraqlıdı. Təəssüf ki, daha bir il itirməli olacağıq”.
Söhbətin sonunda Əlibabayev aşağı dəstədə tətbiq olunacaq yeni limitə də münasibət bildirdi: “Yeni qaydalara əsasən 20-21 yaşda özünü göstərə bilməyən futbolçular artıq butslarını mismardan asmalıdılar. Dünyanın heç bir yerində belə qanun yoxdu. Əksər oyunçular 23 yaşdan sonra parlamağa başlayırlar. Deyirlər ki, bunu gənclərin inkişafı üçün edirik. Tutaq ki, bu addımı atmaqla müxtəlif yaş qrupları üzrə yığmalarda oynayacaq iki-üç futbolçu tapıldı. Bə əsas milli? Arada yaranacaq boşluğu necə “sığortalayacaqlar”? Məcburi sevgi olmadığı kimi, limitlə də oyunçu yetişdirmək mümkün deyil. Həmin gəncin istedadı varsa, özü-özünə yol tapacaq. Limitə görə əsas heyətdə yer alanlar bir müddətdən sonra gözdən itirlər. Son illər premyer-liqada limit tətbiq olunub. Həmin limitə görə elita klubunda oynayan futbolçulardan neçəsi üst səviyyəyə qalxıb, kimlər milliyə dəvət alıb? Beləsi varsa da, istedadına görə irəli addımlayıb. Özümüz-özümüzü aldatmayaq. AFFA rəhbərliyi hər dəfə bir layihə ortaya atıb yenilik etmək istəyir. Onları da başa düşürəm, istəyirlər ki, nəsə etsinlər. Ancaq limitlə futbolçu yetişdirmək mümkün deyil. Hər kəs öz gücünə həyatda özünə yer etməlidi, o cümlədən futbolda. Daha hansısa güzəşt sayəsində yox”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar