08 avq 22:10manset

“Qəbələ”nin mövqeyini İK üzvlərindən Elxan Məmmədov gizlədib

“Qəbələ”nin mövqeyini İK üzvlərindən Elxan Məmmədov gizlədib
Zaur Əzizov: “AFFA rəhbərliyi yeni konsepsiya ilə bağlı mövqeyimizi hələ maydan bilirdi”
“Qəbələ”nin əvəzedici heyətinin birinci divizionda çıxış etməyəcəyi artıq dəqiqləşib. Bununla bağlı klub rəhbərliyi PFL-ə rəsmi məktub ünvanlayıb. Ötən sayımızda “qırmızı-qaralar”ın vitse-prezidenti Fariz Nəcəfovun məsələ ilə bağlı fikirlərini sizlərə təqdim etmişdik. Qısaca xatırladaq ki, Fariz bəy “ikincilər”in diviziondan imtinasını artıq maliyyə xərci olmaqla yanaşı, perspektiv baxımından kluba heç nə verməyəcəyi ilə əlaqələndirib.
Yaşananlarla bağlı Məşqçilər Komitəsinin və eyni zamanda İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun da mövqeyini öyrənib sizlərə çatdırmışdıq. Onunla söhbət zamanı məlum olmuşdu ki, sən demə, şimallıların rəhbərliyi əvəzedci komandanın çempionatda iştirak etməyəcəyini İK-nın toplantısından bir neçə gün öncə AFFA rəhbərliyinin diqqətinə çatdırıb. Ancaq ortada rəsmi sənəd olmadığından heç kim onların fikrini ciddiyə almayıb. Həmin iclasda isə “Qəbələ”ni Zaur Əzizov təmsil edib və “qara xəbər”i də assosiasiya rəsmilərinə çatdıran o olub.
Bu dəfə Zaur bəylə əlaqə saxlayıb, həmin görüşün detalları barədə məlumat almağı lazım bildik: “İcraiyyə Komitəsinin toplantısından bir neçə gün öncə AFFA-nın inzibati binasında Klublar Komitəsinin iclası keçirildi. Toplantıda birinci divizionun məsələsi müzakirə olunurdu. Xatırlayırsızsa, mayda da bu məsələ gündəmə gəlmişdi. Əksər klublar yeniliyə qarşı çıxdığından qərar qəbul olunmadı. Bu dəfə isə artıq AFFA hazırladığı yeni konsepsiyanı klublara təqdim edirdi, bəzi detallar barədə fikir mübadiləsi aparıldı. Yəni mayda keçirilən iclasdan sonra klub olaraq bizim fikrimizi öyrənmədən qərar qəbul etmişdilər. İclasın gedişində “Qəbələ”nin əvəzedici heyətinin divizionda çıxış etməyəcəyini bildirmədim. Çünki buna ehtiyac da yox idi. İstəmədim ki, gündəmə çıxarılan məsələnin müzakirəsinə mane olum. İclas başa çatandan sonra isə həm AFFA-nın baş katibi Elxan Məmmədova, həm də İK-nın üzvü Vaqif Sadıqova klubumuzun mövqeyini çatdırdım”.
Zaur bəy bizimlə söhbətdə rəsmi sənəd təqdim etməmələrinə də münasibət bildirdi: “Birincisi, bizi iclasa dəvət edəndə bilmirdik ki, onların fikri nədi. Cibimizdə ərizə gəzdirəsi deyilik ki? İkincisi, etiraz etmək necə olur? AFFA rəhbərliyi yeni konsepsiya ilə bağlı mövqeyimizi hələ maydan bilirdi. Həmin vaxt da əvəzedici komandanın divizionda çıxışına etiraz etmişdik. Toplantı başa çatandan sonra baş katiblə bir daha söhbət etdik. Durumumuzu ona izah etdim. Yay fasiləsində əksər futbolçularımızı başqa klublara icarəyə vermişik. Büdcəni tərtib edəndə “ikincilər”in divizionda çıxışını nəzərə almamışıq. Belə çıxır ki, biz bir neçə günün içində komandanın məskunlaşması üçün akademiyanın binasında daha bir mərtəbə inşa etməliyik, icarəyə verdiyimiz oyunçuları qaytarmalıyıq, təsdiqlənmiş smetanı dəyişməliyik. Özünüz də başa düşürsüz ki, bu qısa vaxtda həll olunası məsələlər deyil. Bütün bunları Elxan müəllimin diqqətinə çatdırdım. O da bizi başa düşdüyünü bildirdi”.
Məsələ ilə bağlı tərəfləri dinlədikcə, ortaya çox mətləblər çıxır. Əzizovla söhbətdən belə məlum oldu ki, İK-nın iyulun 24-də keçirilən iclasından öncə Elxan Məmmədov “Qəbələ”nin əvəzedici heyətinin divizionda iştirak etməyəcəyini bilib. Lakin nədənsə İK üzvlərinə bu haqda məlumat verməyib. Başverənlərdən xəbərsiz olan ölkə futbolunun ağsaqqaları isə yeni qərarın qəbul olunmasına əl qaldırmaqla özlərini yüngülsaqqal ediblər. Baş katib yarıtmaz fəaliyyəti ilə İcraiyyə Komitəsini də, loru dillə desək, artıq urvatdan salıb. Bundan sonra hansısa klub İK-nın qərarını vecinə almasa, təəccüblənməyə dəyməz. Elxan bəyin “özfəaliyyəti”nin sonu belə də olmalıydı. Məşhur filmdə deyildiyi kimi: partkomu Şirzad olanın...
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:31 Balayevli “Tobol”dan ardıcıl ikinci qələbə 14-03-2019, 23:12 "Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi 14-03-2019, 23:10 Klublar Komitəsi PFL-ə məktub göndərəcək 14-03-2019, 23:08 Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı 14-03-2019, 23:07 “CBC Sport”un iclasında günahkarlara irad bildirilib 14-03-2019, 23:06 “Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi 14-03-2019, 23:04 Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu 14-03-2019, 23:01 Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı 14-03-2019, 22:56 İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu 14-03-2019, 22:55 Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı 14-03-2019, 22:53 “Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər 14-03-2019, 22:50 Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı 14-03-2019, 22:49 Litva 23 futbolçu ilə gəlir 14-03-2019, 22:47 EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır 14-03-2019, 22:41 “Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi 14-03-2019, 22:40 “Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək 14-03-2019, 22:38 Tur sabah başlayıb 10 gün sonra bitəcək 14-03-2019, 22:37 U-19 ADBTİA ilə bacarmadı 14-03-2019, 22:36 Ağatahir Əzimov hamıdan narazıdı 14-03-2019, 22:34 Mustivar Kuba ilə oyuna çağırıldı 14-03-2019, 22:32 Aqolli vida müsahibəsini verib, bəndənizdən şübhələndi 13-03-2019, 12:58 Turun statistikası 13-03-2019, 12:55 Turun məşqçisi 13-03-2019, 12:55 Turdan məqamlar 13-03-2019, 12:52 Yığmanın heyəti açıqlandı 13-03-2019, 12:50 İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı 13-03-2019, 12:48 Nikola Yurçevçin siyahısında kimlər yer alacaq? 13-03-2019, 12:46 “Zirə” – “Keşlə” matçını PFL yayınlayacaq 13-03-2019, 12:45 “Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı 13-03-2019, 12:41 Rövşən Əhmədov oğlunun idarə etdiyi oyunu izləməyib 13-03-2019, 12:40 “Qəbələ”nin məşqçisinə “Tərəqqi” medalı verildi 13-03-2019, 12:39 İlk “3-lük”də dəyişiklik 13-03-2019, 12:37 AÇ üçün 14 nəfərlik heyət 13-03-2019, 12:36 Medvedev Hüseynov qardaşlarını qabaqladı 13-03-2019, 12:34 Turnirdə ikinci məğlubiyyət 13-03-2019, 12:32 “Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi Bütün xəbərlər
Ən çox oxunanlar