24 iy 23:09manset

Ceyhun Sultanov Tərlan Əhmədovun ittihamlarıyla razılaşmadı

Ceyhun Sultanov Tərlan Əhmədovun ittihamlarıyla razılaşmadı
"Elə bil leşyeyənlər kimi pusquda dayanmışdılar"
Bugünlərdə apasport.az saytına müsahibə verən “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov “ağ-qaralar”ın rəhbərliyinin ünvanına müxtəlif ittihamlar səsləndirib. Tərlan bəy xüsusilə klubun idman direktoru Ceyhun Sultanov haqda mənfi fikirlər səsləndirərək onu baş məşqçinin işinə müdaxilədə, yarıtmaz transfer siyasətində suçlayıb. Sabiq çalışdırıcı həmçinin Sultanov tərəfindən yaxın ətrafının bilərəkdən “vurulmasını”, idman direktorunun 100 faiz mükafat almasını da xüsusi vurğulayıb.
Əhmədovun söylədiklərinə münasibət öyrənmək üçün Ceyhun bəyi aradıq. İdman direktoru ünvanına səslənən ittihamların heç biri ilə razılaşmadı və Tərlan bəyin söylədiklərinə belə cavab verdi.
- Yəqin ki, Tərlan Əhmədovun müsahibəsi ilə tanışsız. Müsahibədə səslənən fikirlərə münasibət bildirmənizi istərdik.
- Onun söylədiklərini oxumuşam. Əvvəlcə mükafat məsələsinə toxunmaq istərdim. Klubda çalışan hər kəs kimi, mənim də mükafat almaq hüququm var. İndi mən Tərlan müəllimə sual vermək istəyirəm: hansısa məşqçinin müqaviləsində mükafatla bağlı bənd var? Orda konkret yazılıb ki, sənə hər uğurlu oyuna görə nə qədər mükafat veriləcək? Əlbəttə, yox. Ancaq mənim müqaviləmdə belə bənd var. Heç kimdən oğurluq etmirəm, kiminsə cibinə girmirəm. Klubda baş menecer də, mətbuat katibi də mükafat ala bilər. O nə sözdü deyir ki, Ceyhun Sultanov niyə 100 faiz mükafat alır? Sənin pulunu alıram? Klubla anlaşanda müqavilə şərtlərindən biri də o idi ki, mükafatım 100 faiz olacaq. Dörd il “Sumqayıt”da da eyni şərtlər altında çalışmışam. Bu günə kimi başda Samir Abasov olmaqla, bir nəfər deməyib ki, niyə Sultanov 100 faiz mükafat alır? Özünə hörmət edən məşqçi o sözü dilinə gətirməməlidi.
- Tərlan Əhmədov “sükan arxasında” ola-ola, Samir Abasova “Neftçi”də işləməyi təklif etmisiz? Sabiq çalışdırcı bu məqamı da xüsusi vurğulayıb.
- Bir şeyə ki, əlin çatmır, dolayı yollarla ona nail olmağın qeyri-mümkündü. İndi yüz dənə söz deyə bilər: mənim dalımca belə edirdilər, məni çıxarmaq üçün müxtəlif üsullara əl atırdılar və sair. İşlədiyin dönəmdə bunu bilirdinsə və özünə hörmət edən məşqçiydinsə, otaqlarımız yanaşı idi, gələrdin sözünü deyərdin. Deyərdin ki, ay Ceyhun, niyə mənə hörmətsizlik edirsiz, mən burda ola-ola, niyə başqa məşqçi dəvət edirsiz? Gəlib deyərdi də. Nə oldu hər şey bir məğlubiyyətdən sonra ortaya çıxdı? Elə bil leşyeyənlər kimi pusquda dayanmışdlar, büdrəməyimiz gözləyirdilər ki, üstümüzə tökülsünlər. Hələ büdrəmişik ortaya çıxıb özlərini qəhrəman kimi ictimaiyyətə sırımağa çalışırlar, görün yıxılsaq, necə olacaq? “Mən hələ ilk oyundan sonra “Neftçi”nin mərhələ keçməyəcəyini bilirdim” deyir. Bilirdinsə, onda danışardın, niyə cavab oyununu gözləyirdin?
- Tərlan bəy transfer siyasətinizi də tənqid edib. Xüsusilə Darionun keçidini yanlış addım adlandırıb...
- Bəyəm biz braziliyalını onun vaxtında transfer etdik ki? Hər məşqçinin futbola öz baxışı var. O bəyənmirsə, bu o demək deyil ki, Dario pis futbolçudu. Tural Axundov isə Əhmədovun da transfer siyahısına daxil idi. İstəsəz, həmin siyahını sizə də göndərə bilərəm.
- “Pərviz Əhmədov mənə yaxın olduğu üçün “vuruldu”. Asif Səfərovla AZAL-da 11 il bir yerdə çalışmışıq, akademiyaya gətirdim. Çox gözəl təklifləri var idi, bura gəldi. Onu da çıxardılar. Qapıçı məşqçisi Namiq Bəşirovu uzaqlaşdırdılar. Köməkçim Mehman Babayevi hərdən göndərirdim rəqiblərin məşqlərini izləməyə. Bir gün eşitdim ki, çıxarmaq istəyirlər. Səbəbini soruşdum, dedilər ki, məşqlərə gəlmir. Dedim ki, o mənə tabe olan şəxsdi, iş üçün göndərirəm. Deyirlər ki, biz hər şeyi bilməliyik. Buna görə mübahisəmiz düşdü. Mənə aid olan işə niyə qarışmalısan?” - bu fikilər də Əhmədova məxsusdu. Doğrudanmı, onun kadrlarını səbəbsiz olaraq işdən çıxardız?
- Akademiyada çalışan - fərqi yoxdu, məşqçidi və ya əlaqələndirici - mütləq kateqoriyaya sahib olmalıdı. Bu mənim yox, UEFA və FİFA-nın qoyduğu qaydadı. Lisenziyası olmayan şəxs akademiyada necə işləyə bilər? Asifə də, Namiqə də demişəm ki, sizinlə işləməyə hazırıq. Təəssüf ki, lisenziyanız olmadığından bunu edə bilmirik.
- Tərlan bəyin köməkçisi Mehman Babayevin də kateqoriyası yox idi?
- Onun var idi. Onu işdən çıxarmamışıq ki! Mehman Tərlan müəllimin köməkçisi kimi çalışıb. Biz Asifi, Namiqi uzaqlaşdırmışıq. O da qeyd etdiyim səbəbə görə. Pərvizə gəlincə, onun barəsində çox danışmaq istəmirəm. Hamı bilir ki, Pərvizlə yollarımızı niyə ayırdıq. Ümumiyyətlə, mən nə futbolçu karyeramda, nə də funksioner kimi belə şeylər görmüşdüm. “Qara işlər” üçün köməkçi-məşqçi nə deməkdi, mənə çatmır. Tərlan müəllim həmişə “Mehman mənim qara işlərimi görür” söyləyirdi. Futbolda “qara iş” nə ola bilər ki?! Mehmana “Neftçi”də çalışan məşqçi kimi hörmətim var. Ancaq onun haqda Tərlan müəllim belə fikirlər sələndirirsə, mənim nəsə deməyim artıqdı. Futbolda “sağ əl” yox, “işləyən məşqçi” deyimi var. Fürsətdən istifadə edib mediaya səslənirəm. Hər gün müsahibə, açıqlama vermək fikrim yoxdu. Sözümü bir dəfə deyirəm. Özümü sübut etməyə, təmizə çıxarmağa, çox danışmağa ehtiyac duymuram. İstəyirəm ki, bu məsələyə birdəfəlik nöqtə qoyulsun. Belə qarayaxmalarla bağlı bir də danışmayacam. Çünki reaksiya göstərdikdə həmin insanlar özlərini qiymətli bir persona bilirlər.
- Əhmədovdan öncə Kamal Quliyev də klub rəhbərliyindən narazılığını dilə gətirmişdi. Onun “rəhbərliyin yanımda gizli işləri var” söyləməsi də cəmiyyətdə az əks-səda doğurmadı...
- Yenə deyirəm, az müddətdə “Neftçi”də elə şeylərlə qarşılaşdım ki... Təsəvvür edin ki, biri gəlib otaqda bunun arxasınca danışır, bu gedəndən sonra o biri gəlib, bir başqasının arxasınca gileylənir, üçüncü gəlib, əvvəlki ikisi haqda ətraflı məlumat verib, özünü gözə soxmağa çalışır. İş qalmışdı bir tərəfdə, hamı dedi-qodu ilə məşğul idi. Kamal Quliyev futbolçu kimi hamı tərəfindən sevilib. Amma işə gəlincə... O akademiyanın seleksiyaçı-məşqçisi idi. Ona dedim ki, çalışdığın dönəmdə akademiyaya neçə uşaq tapıb gətirmisən? Bir futbolçu üzə çıxarıb, kluba verməyibsə, hansı işdən danışmaq olar?
Seleksiyaçı-məşqçi deyər ki, məni ezam edin bölgələrə. Gəzim-dolaşım, istedadlı uşaq tapıb kluba gətirim. Ancaq öz komandalarımızın məşqini izləmək adı ilə ofisdən çıxıb, şəxsi işlərinin arxasınca düşmək artıq kluba və rəhbərliyə hörmətsizlikdi. Hansı seleksiyadan danışaq ki, aşağı yaş qruplarımızın istedadlı uşaqları ya başqa klublara satılıb, ya da sərbəst buraxılıb. Hanı akademiya? Biz dəvət etdiyimiz məşqçilər işləri ilə nəyə qadir olduqlarını sübut ediblər. Onların ala gözlərinə, qara qaşlarına aşıiq olub kluba dəvət etməmişik. Hamısının qarşısına müəyyən şərtlər qoyulub. Kim bacaracaqsa, işini davam etdirəcək, kim bacarmayacaqsa, vidalaşacağıq. Bəzilərinin dediyi kimi qohumlarımızı, dostlarımızı başımıza yığıb ailə təsərrüfatı açmamaışıq burda. Heç kimə də havayı maaş verilməyəcək. Hər kəs layiq olduğunu alacaq. İndi hamı deyir ki, “Neftçi”ni filankəsin ahı tutdu. Boş verin belə axmaq söhbətləri. Kim işləyəcəksə, yanımızda olacaq, işləməyəcəksə gedəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:31 Balayevli “Tobol”dan ardıcıl ikinci qələbə 14-03-2019, 23:12 "Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi 14-03-2019, 23:10 Klublar Komitəsi PFL-ə məktub göndərəcək 14-03-2019, 23:08 Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı 14-03-2019, 23:07 “CBC Sport”un iclasında günahkarlara irad bildirilib 14-03-2019, 23:06 “Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi 14-03-2019, 23:04 Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu 14-03-2019, 23:01 Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı 14-03-2019, 22:56 İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu 14-03-2019, 22:55 Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı 14-03-2019, 22:53 “Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər 14-03-2019, 22:50 Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı 14-03-2019, 22:49 Litva 23 futbolçu ilə gəlir 14-03-2019, 22:47 EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır 14-03-2019, 22:41 “Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi 14-03-2019, 22:40 “Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək 14-03-2019, 22:38 Tur sabah başlayıb 10 gün sonra bitəcək 14-03-2019, 22:37 U-19 ADBTİA ilə bacarmadı 14-03-2019, 22:36 Ağatahir Əzimov hamıdan narazıdı 14-03-2019, 22:34 Mustivar Kuba ilə oyuna çağırıldı 14-03-2019, 22:32 Aqolli vida müsahibəsini verib, bəndənizdən şübhələndi 13-03-2019, 12:58 Turun statistikası 13-03-2019, 12:55 Turun məşqçisi 13-03-2019, 12:55 Turdan məqamlar 13-03-2019, 12:52 Yığmanın heyəti açıqlandı 13-03-2019, 12:50 İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı 13-03-2019, 12:48 Nikola Yurçevçin siyahısında kimlər yer alacaq? 13-03-2019, 12:46 “Zirə” – “Keşlə” matçını PFL yayınlayacaq 13-03-2019, 12:45 “Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı 13-03-2019, 12:41 Rövşən Əhmədov oğlunun idarə etdiyi oyunu izləməyib 13-03-2019, 12:40 “Qəbələ”nin məşqçisinə “Tərəqqi” medalı verildi 13-03-2019, 12:39 İlk “3-lük”də dəyişiklik 13-03-2019, 12:37 AÇ üçün 14 nəfərlik heyət 13-03-2019, 12:36 Medvedev Hüseynov qardaşlarını qabaqladı 13-03-2019, 12:34 Turnirdə ikinci məğlubiyyət 13-03-2019, 12:32 “Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi Bütün xəbərlər
Ən çox oxunanlar