AFFA idman jurnalistlərini çağırır » Football-plus.az
20 iy 13:51manset

AFFA idman jurnalistlərini çağırır

AFFA idman jurnalistlərini çağırır
Getməyə dəyərmi?
Son vaxtlar AFFA ilə idman jurnalistləri arasında münasibətlər sərinləşib. Bunu da şərtləndirən bir çox səbəblər var. Onlardan da ən başlıcası isə assosiasiya rəhbərliyinin mətbuata gözlənilməz biganəliyidi. Artıq neçə aydı ki, AFFA yanında Media Komitəsinin fəaliyyəti dondurulub. Daha doğrusu, baş katib Elxan Məmmədov apreldə qurumun fəaliyyətinin yeni formatda davam etdiriləci ilə bağlı müzakirələrin olacağını desə də, sözünü tutmadı. İndi də AFFA idman jurnalistlərini iyulun 20-də Bakı Olimpiya Stadionuna çağırıb ki, gəlin, həm futbol oynayaq, həm də bayramlaşaq. Bəs görəsən, media AFFA-nın son vaxtlar yürütdüyü siyəsətə necə münasibət göstərir? Bu suala aydınlıq gətirmək üçün idman mediasının üzdə olan simalarından bəzilərinə üç sual ümvanladıq.
1. AFFA-nın idman mediasına münasibətində sizi razı salan və salmayan məqamlar hasılardı?
2. AFFA-nın sabiq mətbuat katibi Mikayıl Nərimanoğlu daha səmərəli işləyirdi, yoxsa hazırda bu postu tutan Firuz Abdulla?
3. AFFA-nın fəaliyyətindən narazı qalan bəzi media qurumları iyulun 20-də keçiriləcək tədbiri boykot etmək niyyətindədi. Bəs siz necə, tədbrə qatılacaqsız?

Vüsal Mahmudov, futbolinfo.az saytının baş redaktoru:
1. Qətiyyən razı deyiləm. Onlara üzüyola korlar, lallar lazımdı. AFFA mətbuata təbliğat vasitəsi kimi baxmır, bizi ianəyə möhtac qrup gözündə görür.
2. Firuz Abdulla Mikayıl Nərimanoğlunun kadrıdı, AFFA-ya da o gətirib. Nərimanoğlunun necə yola salındığını gördük, ümid edirik, Firuz bəy fərqli olacaq. Amma o, işi ilə hələ ki sələfinə rəhmət oxutdurur.
3. Dostlarla hər həftə futbol oynayırıq, AFFA-nın tədbirinə qatılıb, kiminsə media layihəsi adı altında pul silməsinə vasitəçi olmaq istəmirəm. Konfetə aldananları axtarsınlar.
Vüqar Zeynalov, azerisport.com saytının direktoru:
1. Biz nəyə görə ancaq AFFA-dan inciyirik? Başqa federasiyalar və futbol klublarına baxanda assosiasiya yenə nəsə edir, medianı yaddan çıxarmır. Heç kim heç nə etmir, medianı yada salmır. Bu gün idman, futbol jurnalistikası, demək olar ki, heç kimə lazım deyil.
2. Mikayıl Nərimanoğlu neçə illər işlədi, ancaq Firuz Abdulla heç bir il deyil bu postdadı. Fikrimcə, indiki halda onları müqayisə etmək düzgün deyil. Özümə gəlincə, hansısa məsələ ilə bağlı hər ikisinə müraciət edəndə istədiyim məlumatı, xəbəri almışam. Mənə görə hər ikisi mətbuat xidmətinin rəhbəri kimi işlərini normal görüblər və görürlər.
3. Özüm futbol oynamağıdımdan iyulun 20-də keçiriləcək tədbirə qatılmayacam. Ancaq saytımızın nümayəndəsi orda olacaq. Bildiyimə görə, Ruslan Mikayıllı tədbirdə iştirak edəcək.
Aydın Bağırov, qol.az saytının baş redaktoru:
1. Saytımızın AFFA ilə münasibətləri ümumən heç vaxt yaxşı olmayıb. Arada həmişə soyuqluq olub və indi də var. Mən bunu təbii qəbul edirəm. Çünki federasiyanın işinə daha çox tənqidi mövqedən yanaşmışıq və yanaşmaqdayıq. Amma obyektiv danışsaq, ölkədə media ilə münasibəti yaxşı səviyyədə quran idman qurumları arasında AFFA-nı fərqləndirmək istərdim. Hər halda, müəyyən istisnalarla federasiya daim mediaya açıq bir qurum olub. Bir çox klub və idman qurumundan fərqli AFFA rəhbərliyi tənqidlərə dözümlü və təmkinli mövqe sərgiləyib. Belə deyim, assosiasiyanın fəaliyyətindən nə razıyam, nə də narazı.
2. Mikayıl müəllim AFFA-da işlədiyi zaman media ilə münasibətləri normal səviyyədə qurub. Düzdü, ola bilər, həmkarlarım arasında onun fəaliyyətindən narazı qalanlar da olsun. Bir nəfər hamını razı sala bilməz, o cümlədən də hamı eyni adamdan razı ola bilməz. Firuz Abdullaya gəlincə, AFFA-nın media siyasətinə birbaşa cavabdeh bir şəxs kimi o da işini normal səviyyədə qurub. Hər halda, özü də peşəkar jurnalistdi və mediaya açıq insandı. Bu mənada, güman etmirəm ki, jurnalistlər onunla işgüzar münasibətdə hansısa çətiniklə üzləşsin.
3. Dediyiniz tədbir və boykot haqda ilk dəfə eşidirəm. Kim və niyə boykot edir - bu haqda məlumatım olmadığına görə hansısa fikir bildirməyim də doğru olmaz.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar