23 fev 17:31manset, gundem

Elbrus Məmmədov Ukraynada çox şey öyrənib

Elbrus Məmmədov Ukraynada çox şey öyrənib
“Bəzən düşünürdüm ki, yəqin bunlar bizi kəsmək niyyətindədilər”

Fevralın 6-da PRO kateqoriyasına malik yerli mütəxəssilərin siyahısına daha ikisi əlavə olundu. Söhbət “Sumqayıt” və “Neftçi”nin əvəzedici komandalarının baş məşqçiləri Elbrus Məmmədovla Samir Əliyevdən gedir. Hər iki mütəxəssis iki il boyunca Ukraynada təşkil olunan kurslara qatılmaqla məşqçilikdə nəzəri cəhətdən ən uca zirvəyə çatmaq üçün dəridən-qabıqdan çıxdılar. Və yekunda hər ikisi son imtahanlardan üzüağ çıxmaqla istəklərinə çatdılar. Yenicə PRO-ya sahib çıxan Elbrus bəylə dünən elə stadionda, “Sumqayıt”ın U-19-nun çempionat oyununu izləyərkən görüşdük. Birgə matçı izlədikdən sonra çay süfrəsi arxasında həm Ukraynadakı 2 illik təhsildən söhbət açdıq, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.
- Öncə PRO kateqoriyası almağınız münasibətiylə sizi təbrik edirik. Buraxılış imtahanı necə keçdi?
- Təbrikə görə minnətdaram.İkiillik kursların ardından imtahandan uğurla keçmək çox xoşdu. Bildiyiniz kimi, Ukraynada təşkil olunan kurslara mənimlə yanaşı, “Neftçi”nin əvəzedicilərinin baş məşqçisi Samir Əliyev də qatılmışdı. Deyərdim ki, hər ikimiz böyük məktəb keçdik. Orda öyrəndiklərimizi bu gün rəhbərlik etdiyim komandanın məşqlərində tətbiq etməyə çalışıram. İnanıram ki, yaxın vaxtlarda mənimsədiklərim bəhrə verəcək.
- Azərbaycanda kurslara qatılan məşqçilər imtahanların çətinliyindən gileylənirlər. Onların sözlərinə görə, ən sərt sorğu-sual bizdə olur. Ukraynada təhsil alan biri kimi bu fikirlərə münasibətinizi bilmək istərdik.
- Belə fikir səsləndirmək, sadəcə, absurddu. Məşqçi kursları təşkil olunan bütün ölkələrdə seminarlar UEFA-dan göndərilən proqram üzrə keçirilir. Odu ki, bizimkilərin “burda çətindi, başqa yerdə asan” söyləməsi düzgün deyil. Bəlkə də bu fikirləri söyləyənlər keçirilən dərsləri yaxşı mənimsəməyiblər və ya imtahana həyəcanlı giriblər ki, bu üzdən də kəsliblər. Özlərinə haqq qazandırmaq üçün də ictimaiyyətə belə açıqlamalar verirlər. Hansı sahədə və hansı yaşda olmasından asılı olmayaraq, imtahan verən şəxsdə həmişə həyəcan olur. Biz 5 gündə 3 çətin sınaqdan keçməli olduq. Samir də, mən də çox narahat idik. Yalnız imtahan ərəfəsində kimlərsə tərəfindən tapşırılan şəxslər sınaq zamanı həyəcan keçirmir. Biz əvvəlcə şifahi, ardınca təcrübədən müəllimlərin qarşısında hesabat verdik. Sonda isə diplom işinin müdafiəsi oldu. Bizim imtahanlar zamanı zalda 4 kamera çəkiliş aparırdı. Onlardan ikisi Ukrayna Futbol Federasiyası, ikisi isə UEFA tərəfindən quraşdırlmışdı. Qitə futbol qurumunu imtahanda Polşadan olan iki mütəxəssis təmsil edirdi.Onlaran biri - Peter Maranda bizimlə birgə Türkiyə və İsveçrədə keçirilən seminarda iştirak edib, o birisini isə birinci dəfə görürdüm. Hər iki mütəxəssis rus dilini bildiyindən UEFA imtahana onları göndərməyi lazım bilmişdi. Hər üç imtahanda onlar o qədər əlavə suallar verdilər ki... Bəzən düşünürdüm ki, yəqin bunlar bizi kəsmək niyyətindədilər. Şükür Allaha ki, yenə deyirəm, sınaqdan üzüağ çıxa bildik.
- Bəzən deyirlər ki, bu kurslar UEFA-nın əlavə pul qazanması üçün düşünülmüş layihədi. Hətta Mirça Luçesku müsahiblərinin birində demişdi ki, ilk dəfə mənim rəhbərlik etdiyim komanda çempion olanda heç bir kateqoriyam yox idi. Siz necə düşünürsüz, təcrübə vacibdi, yoxsa kateqoriya?
(müsahibə tam halda qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar