Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib » Football-plus.az
15 iy 15:41manset

Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib

Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib
Xanım həmkarımız erməni futbolçunun maraqlı görüntülərini qələmə alıb
“Qarabağ”ın Çempionlar Liqasında əla başlanğıcından sonra Avroliqa iştirakçılarımızın da azarkeşləri sevindirəcəyini düşünürdük. Hər halda, rəqiblərin Macarıstan, Lüksemburq və Malta təmsilçiləri olması buna əsas verirdi. Qorxduğumuz macarlar idi ki, “Neftçi” “Uypeşt”ə nəfəs dərməyə imkan vermədi və yekunda 3:1 hesablı qələbəyə sevindi. “Qəbələ” ilə “Keşlə” isə bir çox komponentlərdə özlərindən zəif olan komandalara uduzdular. Müvafiq olaraq 0:2 və 1:4. Cavab oyunlarında hansı hesabların qeydə alınacağı öz yerində. Bu gün üçün maraqlı olan həmin ölkələrdə təmsilçilərimiz, başqa cür desək, oyun haqda yazılanlardı.
Macarıstan mətbuatına göz gəzdirdik və demək olar, heç bir xüsusi yazıya rast gəlmədik. Bu ölkədən Bakıya heç bir jurnalist səfər etmədiyindən, saytlar ümumi məlumatla kifayətlənib. Heyətlər, oyunun hesabı və baş məşqçinin fikirləri. Yenilgi fonunda hansısa həmkarımızın “əl işi” rastımıza çıxmadı. Görünür, Macarıstanda köşə və ya müəllif yazılarına yer verilmir.
Əvəzində “cırtdan” saydığımız Lüksemburq saytlarının birində, dəqiq desək, tageblatt.lu saytında olduqca maraqlı yazı qarşımıza çıxdı. Deməli, adı çəkilən saytın xanım əməkdaşı Kristelle Dyederix oyunu Bakıya səfər etməyən Aleksandr Karapetyan və ailə üzvləri ilə birgə izləyib. Dyederix 90 dəqiqə ərzində Karapetyanın hər hərəkətinə diqqət yetirərək, gördüklərini qələmə alıb: “Proqress” dünən Azərbaycanın vittse-çempionu “Qəbələ”ni səfərdə komandanın ən sərrast futbolçusu Aleksandr Karapetyanın yoxluğunda 2:0 hesabı ilə udmağı bacardı. Hücumçu siyasi səbəblər üzündən Bakıya uçan təyyarədə yer ala bilməmişdi. Odu ki, Niderkornda qalmağa məcbur idi. Fürsətdən istifadə edib oyunu birgə izləmək şansı qazanmağım öz təşəbbüsüm idisə, buna razılıq verən “Kara”ya da təşəkkür etməliyəm.
Görüşüb otururuq. Sol ayaqqabısının bağını bağlayır, xristianlara xas əlamətlə sağ əlini iki çiyninə və alnına aparıb dua edir. Üzündəki təri siləndən sonra əsl qladiator görkəmində yerini rahatlayır. Ekranda göstərilən “No racism” (irqçiliyə yox) sözlərindən təsirləndiyini hiss etməmək mümkün deyil. Özünü saxlaya bilmir: “irqçiliyə son” deyirlər, amma siyasi münasibətlərə görə mən komandamın yanında deyiləm”. Dostlarından 4500 kilometr aralı düşən forvard olduqca əsəbi görünür. Üzündə elə bir mimika var ki, sanki hakimin start fitini meydandakılardan daha səbirsizliklə gözləyir.
“Bu gün səhər “vatsap”da uşaqlara yazmışam: ürəyim partlayır, heç cür özümə gələ bilmirəm. Bu dəqiqə sizin yanınızda olmaq istəyirəm” – içində nə hisslər keçirdiyini yaxşı anlayıram. Xanımı təsəlli verir, həyatda hər cür hadisələrə hazır olmasını məsləhət görür. Amma o idmançıdı, mübarizlik var içində. Xanımların nə demək istədiklərini anlamaz.
Yerli Azərbaycan telekanalı Qəbələyə qoşulur. Bu isə o deməkdi ki, bir neçə dəqiqə sonra hakim start fitini səsləndirəcək. “Bu dəqiqə baş məşqçi tuneldə uşaqlara son tapşırıqlarını verir. Futbolçular da səbirsizliklə gözlədikləri Avroliqa matçına çıxmağı gözləyirlər. Kənarda qalmaqdan ağır şey yoxdu. Bir var zədəli olasan, cəzan ola. Amma bu cür durumla üzləşmək...”
İlk dəqiqələrdə meydan sahiblərinin üstünlüyü nəzərə çarpır. Cinah hücumlarını, qapı qarşısına asmaları və künc zərbələrini görən Karapetyan özünü saxlaya bilmir: “Nəsə bu standart vəziyyətlər heç xoşuma gəlmir. “Qəbələ”nin futbolçularını hava toplarına yaxın buraxmaq olmaz”. Meydan sahiblərinin ən fəal oyunçularından olan Qurbanovla Adeniyinin çıxışı diqqət çəkir. Yanımdakı futbolçu da mənimlə eyni fikirdədi. Əslində “Proqres” də pis təsir bağışlamır. Sadəcə, yarımmüdafiə ilə hücum xətti arasındakı əlaqə tez itir. Eyni problem “Qəbələ”də də müşahidə olunur. “Onların ən təhlükəli futbolçusu Manu (Jozef-Monroz) topu hiss etməkdə çətinlik çəkir. Bu onun üçün minusdu. Belə davam etsə, bizim xeyrimizə olacaq”.
Xeyli vaxt əvvəl sifariş verdiyi qəlyan oyunun 20-ci dəqiqəsində hazır olur. Ofisianta narazılığını bildirən anda Sebastyan Till qapı istiqamətinə ünvanlanan ilk təhlükəli zərbənin müəllifi kimi yadda qalır. “Kara” elə qışqırıb, havaya tullanır ki, yanındakı xanımı və iki övladı sanki şoka düşürlər. 30-cu dəqiqədə bu dəfə Olivye Till rəqibin iki oyunçusundan sıyrılıb şansını boşa verir. Erməni futbolçu yenə özünü saxlaya bilmir: “Vur da, bunu vur. Əlinizə bir imkan düşür, ondan istifadə edə bilmirsiz. Amma eybi yox, 0:0 da əla nəticədi”.
Bilmirəm niyə, amma qəfil cavab oyunu haqda düşünür və düşündüklərini bizə danışır: “Gələn həftə burda yağış yağsa, əla olar. Onlar yağışlı havada oynamağa öyrəşməyiblər. Cərimə meydançalarına nə qədər çox top ötürsək, xeyrimizədi. Bacara bilməyəcəklər”. Oyun günü Qəbələdə havanın hərarəti minimum 42 dərəcə idi deyə, “Kara”nın yağışla bağlı proqnozunu anlamaqda çətinlik çəkmirəm.
Hissənin sonları yaxınlaşır. Bayaqdan neçə zəngi qulaqardına vuran futbolçu bu dəfə dəstəyi qaldırır. Ən yaxın dostlarından biridi deyə, saymazlıq etmək istəmir. Xanımı da dəstəyi qaldırmasını xahiş edir. Telefonun o başındakı ürəyini boşaldandan sonra “Kara” başlayır: “Hər şeydən xəbərim var. Oyuna canlı baxıram. Sənə deyim ki, uşaqlar pis oynamırlar. “Qəbələ”nin bir-iki epizodunu çıxsaq, ciddi heç nə yoxdu. Bura azı heç-heçə ilə qayıda bilərlər. Sadəcə, topa nəzarəti rəqibə vermək olmaz. Nisbət 67-nin 33-ə onların xeyrinədi. Görək fasilədən sonra nə olacaq”.
İkinci hissə başlayır və rəqibin ilk hücumundaca Mario Mutş kobud səhvə yol verir. Aleksandr qəzəblənir, özü də çox pis: “Lazım deyil! Bu nədi etdiyin? Bu cür axmaq səhvə görə bir qol vursalar, altından çıxa bilməyəcəyik. Təcrübəli futbolçu, nə edirsən sən? Cərimə meydançası daxilində bu cür səhvə yol vermək ölümə bərabərdi”. Dəqiqələr irəliləyir və “Proqres” oyuna nəzarəti əlinə alır. Karapetyan, elə mən özüm də mümkün qol haqda düşünürük. Və budu, Almeyda hesabı açır: “O kim idi? Almeyda? Halaldı sənə. Qol öz yerində, amma hücum nəyə desən, dəyərdi. Bu oğlan dəhşətdi”. Vurulan qola “Kara”nın azyaşlı oğlunun sevincini görməyə dəyərdi. Sanki nə baş verdiyini anlamır, amma ürəkdən sevinir. Atasının sevincinə şərik olur.
İlk qolun sevincini doyunca yaşamamışdıq ki, hakim meydan sahiblərinin qapısına haqlı penalti təyin edir. Till topu tora qovuşdurunca, azərbaycanlı şərhçinin səsi batır. Və bu an Karapetyan şərhçilik bacarığını nümayiş etdirir. Uca səslə qolun necə vurulduğunu nəql edir, ardınca bir neçə dəfə “qol, qol” qışqırmaqla ətrafdakıları da ayağa qalxmağa məcbur edir: “Bax, indi rahatlaşdım. Amma uşaqlar rahatlaşmamalıdı. Bu futbol elə insafsız oyundu ki. Hər an hər şey dəyişə bilər. Arxayınlaşmırıq, 3-cü qolun dalınca gedirik”.
Oyunun sonrakı bölümündə üstünlük rəqibin tərəfinə keçir. Bu da başadüşüləndi. Təmsilçimiz qələbə hesabını qorumaq istəyir, meydan sahibləri isə qol vurmaq arzusundadı. 22 saatlıq uçuş, 42 dərəcə isti və rəqib meydanı qəhrəman futbolçuların qələbə qazanmasına mane ola bilmir. Moldovalı hakimin final fiti “Proqres”in qələbəsini təmin edir. Karapetyanın sevincinin həddi-hüdudu yoxdu. Qarşısına çıxan hər kəsi öpüb, bağrına basır: “Biz “Borussiya” ilə “Lill”in bacarmadığını etdik. “Borussiya” Azərbaycandakı oyunda qapının toxunulmazlığını qoruya bilməmişdi. “Qəbələ” almanların qapısına yol tapmışdı, amma bizə vura bilmədilər. “Lill”i isə məğlub etmişdilər. Ötən il “Reyncers” səddini keçməyimizə sürpriz adı verənlər bu dəfə də başqa ad fikirləşərlər yəqin”.
Ayağa qalxır, sanki məşqdəymiş kimi isinmə hərəkətləri edir: “Nəyə baxırsız? Cavab oyununa hazırlaşıram”. Bəndənizin “burdan çıxıb kluba gedirsən” sualına cavabı inanılmaz, amma doğru olur: “Nə danışırsız? Dostlarım yorğun halda yol gələcək, mən əylənməyə gedəcəm? Ola bilməz. Maşına, ordan da birbaşa evə gedirəm. Kluba sabah uşaqlarla birgə getmək olar. Səhər tezdən hava limanında komandanı qarşılamalıyam”.
Sonda Malta mətbuatına da göz gəzdirdik. Baxdığımız üç yerli saytın idman bölməsində “Baltsan”ın “Keşlə” üzərində 4:1 hesablı qələbəsi sanki belə də olmalıymış kimi, yəni adi qaydada təqdim olunmuşdu. Təmsilçilərinin rəqib qapısına hansı dəqiqələrdə yol tapdığını yazıblar, bir də matçın stenoqramı, vəssalam. “Keşlə”nin çıxışı, yaxud oyunda görmədiyimiz xüsusi məqamlar haqda heç nə tapa bilmədik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar