11 iy 11:00manset

“Qarabağ”ın səfər oyunu canlı yayınlanmayacaq!

“Qarabağ”ın səfər oyunu canlı yayınlanmayacaq!
Çempion dünən Avstriyadan Sloveniyaya yollandı
Çempionlar Liqasının püşkatmasından sonra “Qarabağ”ın planlarında müəyyən dəyişiklik oldu. Əslində klub rəsmiləri buna hazır idi. Yəni ilk oyun səfərdə keçirilsəydi, ağdamlılar vətənə qayıtmayacaqdı. Avstriyadan birbaşa həmin ölkəyə yollanacaqdılar. Lakin ən sərfəli variant iyulun 4-də baş tutan Kiyev “Dinamo”su ilə matçdan sonra Bakıya qayıtmaq və hazırlığı paytaxtda davam etdirmək idi.
Odu ki, son 5 ilin çempionu Tirol bölgəsinin Kössen qəsəbəsini tərk etməyi lazım bilməyib. Yalnız dünən günorta saatlarında “Sonneck” otelindən ayrılan ağdamlılar Lyublyanaya yollanıb. “Qarabağ”ın qaldığı yerdən Sloveniyanın paytaxtına məsafə təxminən 340 kilometr təşkil etdiyindən, təyyarəyə ehtiyac duyulmayıb. Komanda üzvləri 5 saatlıq məsafəni avtobusla qət etməyi məqsədəuyğun sayıb. Belədə Qurban Qurbanov yetirmələrini yalnız axşam məşqində iş başında görüb ki, kollektiv canını yüngül çalışma ilə qurtarıb.
Artıq oyunöncəsi planlar da məlumdu. Belə ki, bu gün Bakı vaxtı ilə saat 21.15-də Qurban Qurbanov mətbuat konfransından jurnalistlərin suallarını cavablayacaq. İlk 15 dəqiqəsi media mənsubları üçün açıq olacaq məşq isə 21.30-da start götürəcək. Komandada zədəli futbolçuların olmaması baş məşqçini sevindirməyə bilməz. Yalnız dünya çempionatında zədələnən Hannes Tur Halldorssonun durumu ürəkaçan deyil ki, təcrübəli qapıçı hazırda müalicəsini vətənində davam etdirir. Sabah əsas heyətdə meydana çıxacağı inandırıcı deyil. Oyun günü matçı izləmək üçün Sloveniyaya gələcək. Ardınca komanda ilə birgə Bakıya qayıdacaq. Belədə Qurbanov “çərçivə”ni braziliyalı əlcək sahibi Vaqner Da Silvaya tapşırmalı olacaq.
Hazırda ən aktual sual oyunun canlı yayınlanıb-yayınlanmayacağıdı. Hər il “Qarabağ”ın səfər görüşləri zamanı məlum problem ortaya çıxsa da, klubun sponsoru olan “Azərsun” öz vəsaiti hesabına qarşılaşmanın efirə daşınmasına nail ola bilirdi. Lakin budəfəki durum bir qədər fərqlidi. Hər halda, “köhlən atlar”ın mətbuat katibi Nurlan İbrahimov bizimlə söhbətdə belə dedi: “Rusiyada dünya çempionatının davam etməsi yerli telekanalların işini çətinə salıb. Görünən budu ki, “Olimpiya” – “Qarabağ” oyunu dünya çempionatının yarımfinal matçı ilə üst-üstə düşdüyündən, onlar ikinci varianta üstünlük verməyi məqsədəuyğun sayırlar. Bu gün axşama qədər dəqiq bilinəcək. Amma çox güman, canlı yayın olmayacaq. Yerli telekanallar çəkiliş aparmayandan sonra Azərbaycan telekanallarının matçı göstərməsi, istəsək də, mümkün deyil”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar