10 iy 17:55manset

Ruslan Abışov nə “Uypeşt”dən, nə də “Sevilya”dan çəkinir

Ruslan Abışov nə “Uypeşt”dən, nə də “Sevilya”dan çəkinir
“Çox istərdim “Bakcell Arena”da oynayaq”
Mövsüm başa çatar-çatmaz Tərlan Əhmədovu yola salan “Neftçi” rəhbərliyi uğur qazanmağın tək yolunu əcnəbi mütəxəssislə güclənməkdə gördü. Və çox keçmədən bu niyyətlə ötən mövsüm “Şerif”i Avroliqanın qrupuna daşımış Roberto Bordinlə müqavilə imzalandı. İtalyan mütəxəsssisin gəlişindən sonra transferlər sıralanmağa başladı. Odu ki, 10-a yaxın yerli və əcnəbi futbolçu “Neftçi”ylə müqavilə bağladı.
Baş məşqçisi və futbolçularının əksəriyyəti yenilənən komandanın yeni mövsümdə necə təsir bağışlayacağı maraqla gözlənilir. Lakin bir faktı – “ağ-qaralar”ın 4 yoldaşlıq görüşünün hamısında qalib gəldiyini düşünəndə, gələcəyə ümidlə baxmaq olur. Bir məqam da var ki, sınaq matçları aldadıcı olur. Yəni hazırlığın əsl qiymətini avrokubok matçları verir. Həmin oyunlar isə iyulun 12-si və 19-da “Uypeşt”lə baş tutacaq. “Neftçi” necə görünəcək, mərhələni kim adlayacaq, Bordin nəyi dəyişib – bu sualların cavabına iki görüşün yekununda aydınlıq gələcək. İndiki məqamda isə bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq. Təbii ki, komandanın təcrübəli kapitanı Ruslan Abışovla söhbətdə.
- Türkiyə toplanışından sonra, yəqin ki, müəyyən yorğunluq var...
- İstirahətdən sonrakı məşq prosesləri həmişə ağır olur. Bu da başadüşüləndi. Bəli, ağır məşqlərdən sonra müəyyən yorğunluq var idi. Lakin hazırda özümü gümrah hiss etdiyimi deməliyəm. Bütün diqqətimizi “Uypeşt”lə oyunlara ayırmışıq.
- Yeni baş məşqçi və yeni futbolçular. Komandada ümumi ab-hava necədi?
- Dediyiniz kimi, baş məşqçimiz yenidi. O da bacardığı qədər bizə nələrisə başa salmağa, öyrətməyə çalışır. Biz də öz növbəmizdə Bordinə diqqətlə qulaq asır, tələb və istəklərini yerinə yetirməyə çalışırıq. Deyərdim ki, daxildəki ab-hava ürəkaçandı. Nədənsə gileylənməyə, narazılıq etməyə haqqımız yoxdu.
- Yeni transferlərin “Neftçi”yə uyğunlaşma prosesinin başa çatdığını demək olar, yoxsa hələ də həmin prosesi keçməkdədilər?
- Yenilərdən Tural Axundovla Rəşad Eyyubov özümüzkülərdi. Onların nəyəsə uyğunlaşmasına ehtiyac yoxdu. Baqali Dabo ilə Dario Federiko da “azərbaycanlılardı”. Artıq neçə illərdi ölkəmizdə top qovurlar, hər şeydən xəbərdardılar. Onların da nədəsə çətinlik çəkdiklərinə inanmıram. Yalnız digər üç nəfərin – Slavko Braliç, Qoran Paratski və Kvame Karikarinin müəyyən çətinliyi ola bilər ki, onlar da hamıya qaynayıb-qarışır, deyib-gülürlər. Biz yerli futbolçular da həmin oyunçuların komandaya daha tez uyğunlaşması üçün onlarla ünsiyyət qurur, bilmədiklərini başa salırıq. Fikrimcə, ciddi problem olmayacaq.
- Qeyd etdiyin kimi, yaxından tanımadığımız üç legioner var. Maraqlıdı, kapitan kimi onların səviyyəsini necə qiymətləndirirsən? Səncə, “Neftçi”ni yüksək zirvələrə daşıya biləcək gücdədilər?
- Hər biri bacarıqlı, istəkli, belə deyim, “Neftçi”yə kömək edə biləcək gücdə futbolçulardı. Hansı kluba gəldiklərinin fərqindədilər. Məncə, azarkeşlərin də dəstəyi sayəsində ən qısa zamanda hər kəsin sevgisini qazanacaqlar. Sadəcə, uyğunlaşma prosesini tez başa vurmalıdılar.
- Bordin məşqlərdə əsasən nəyə üstünlük verir? Oyun fəlsəfəsi necədi?
- Hücum futbolunun tərəfdarıdı. Topla müdafiədən hücuma tez çıxmağımızı və topa daha çox nəzarət etməyimizi istəyir. Bir sözlə, müasir futbolun incəliklərini tələb edir.
- İtalyan mütəxəssis və hücum futbolu? Bir az təəccüblüdü sanki...
- Hücum futbolu o demək deyil ki, 90 dəqiqə irəlidə “oturmalıyıq”. Əlbəttə, ilk növbədə intizamlı oyunun tərəfdarıdı. Daha çox topla davranmağımızı və rəqibi daim təzyiq altında saxlamağımızı istəyir. Əlbəttə, fiziki hazırlığa da xüsusi önəm verir.
- İtalyanlar deyib-gülən, zarafat edən, kefikök adamlar olur. Bordin istisna deyil ki?
- Xeyr, qətiyyən. Tipik italyandı. Dediyiniz keyfiyyətlər onda var. Futbolçularla səmimi olmağı xoşlayır. Amma aradakı ciddiliyi itirmədən. Belə deyim, sərt üzü də var, deyib-gülməyi də xoşlayır.
- Qarşıdan “Uypeşt”lə vacib oyunlar gəlir. Azarkeşlər sizdən nə gözləsin?
- Bilirəm ki, hər kəs yenilənmiş “Neftçi”ni iş başında görmək istəyir. Açıq desəm, bu, özüm üçün də maraqlıdı. Yoldaşlıq oyunları öz yerində, amma rəsmi görüşlərin həyəcanı, ab-havası başqadı. Müasir futbolda “asan yem” kimi baxacağın rəqib yoxdu. Bildiyiniz kimi, “Uypeşt” köklü klubdu, təcrübələri var. Məqsədimiz ilk oyunda sərfəli nəticə qazanmaqdı. Bunu bacarsaq, cavab görüşündə işimiz rahat olar. Hər şey özümüzdən asılıdı. Yaxşı hazırlıq keçmişik, qalır işin psixoloji tərəfi. Matça lazımınca köklənməli, qələbə qazanmalıyıq. İnşallah, bunu bacarıb, azarkeşlərimizi sevindirəcəyik.
- “Uypeşt”i təhlil etmək imkanınız olub?
- Düzü, bu vaxta qədər əsas diqqəti öz oyunumuza ayırmışdıq. Qarşıda 3-4 gün zamanımız var. Bu müddətdə komanda şəklində yəqin ki, oyunlarına baxıb, təhlillər aparacağıq. Lakin özüm internet qaynaqlarında “Uypeşt”in müəyyən oyunlarını izləmişəm, məlumatlar toplamışam. Oyun saatına qədər baş məşqçimiz də rəqibin güclü və zəif cəhətləri barədə öz məlumatlarını, tapşırıqlarını verəcək.
- İkinci mərhələdəki rəqibin “Sevilya” olacağını nəzərə alsaq, hədəfiniz nədi?
- Bu dəqiqə əsas məqsədimiz “Uypeşt” səddini adlamaqdı. Yalnız və yalnız buna köklənmişik. Bacarsaq, Avropanın tanınmış komandalarından biri olan “Sevilya” ilə qarşılaşacağıq. Amma yenə də sona qədər mübarizə aparıb, növbəti mərhələyə adlamaq haqda düşünəcəyik.
- Yəqin ki, “Sevilya”nın adını eşidəndə təəssüfləndiz...
- Təəssüfləndiz deməzdim. Əksinə, bu cür komandalara qarşı oynamaq, İspaniyada çox sayda azarkeşin qarşısına çıxmaq xüsusi hissdi. Bir futbolçu kimi “Sevilya”nın adını eşidəndə sevindim. Sadəcə, bu oyunun ikinci mərhələyə təsadüf etməsi üzücü oldu. Əsas “Uypeşt”i keçək, qalanı öz əlimizdədi. Bu dəqiqə məğlubedilməz komanda yoxdu. Hazırda davam edən dünya çempionatında nələrin baş verdiyini görürsüz. Ona görə də qorxub-çəkinməyə ehtiyac yoxdu. Sadəcə, istəmək, sona qədər döyüşmək lazımdı.
- Türkiyə toplanışında qazandığınız ardıcıl dörd qələbənin futbolçuları arxayınlaşdıra biləcəyindən ehtiyatlanmırsan?
- Xeyr, qətiyyən. Əksinə, bu qələbələr psixoloji baxımdan bizə çox lazım idi. Artıq futbolçularda qələbə əzmi formalaşıb. Hamı başa düşür ki, qalib gəlmək öz əlimizdədi. Makedoniya “Şkupi”si yetərincə ciddi rəqibdi. Onları məğlub edə bildiksə, deməli, istənilən rəqibə qarşı oynayıb, lazım olan nəticəni qazanmaq olar. Yoldaşlıq oyunlarındakı nəticələrin aldadıcı ola biləcəyi ehtimalını da yaddan çıxarmırıq.
- Maraqlıdı ki, “Neftçi” rəqibini “Bakcell Arena”da yox, “Dalğa”da qəbul edəcək. Üstəlik, növbəti mərhələyə adlasaz, “Sevilya” kimi ünlü rəqib də Mərdəkanda meydana çıxmağa məcburdu. Bu məqam sizi narahat etmir?
- Əlbəttə, “Bakcell Arena”da oynamaq bizə rahatdı. Həm meydana alışmışıq, həm də azarkeşlərin dəstəyini daha yaxşı hiss edə bilirik. Orda oynamağımız rəqiblər üçün də təhlükəlidi. Çox istərdim “Bakcell Arena”da oynayaq. Lakin orda təmir işləri gedir, edə biləcəyimiz bir şey yoxdu. Eybi yox, çalışıb lazım olan qələbələri “Dalğa”da qazanmalıyıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar