22 in 13:16manset

Qurban Qurbanov “Qarabağ”a görə narahatdı

Qurban Qurbanov “Qarabağ”a görə narahatdı
“Minimum üç-dörd legionerin transferində maraqlıyıq”
Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ” artıq üç gündü məşqlərə start verib. İlk iki gündə baş tutan çalışmalarda futbolçuların bir çoxu və ən vacibi baş məşqçi Qurban Qurbanov iştirak etmirdisə, dünən saat 17.30-dan etibarən yığma üzvləri xaric, hamı bazanın meydanında yığışıb məşqin başlama saatını gözləyirdi.
Əvvəla onu qeyd edək ki, hazırlıqda əvəzedici heyətdən cəlb edilmiş futbolçularla birgə ümumilikdə 15 futbolçu iştirak edirdi. Legionerlər – Yakub Jezniçak, Miçel, Vild-Donald Gerye, yeni transfer Filip Ozobiç və Albaniyadan yeni qayıdan Ansi Aqolli, Rahil Məmmədov və Abbas Hüseynov. Digər 8 nəfər isə əvəzedici heyətin üzvləri idi. Futbolçuların istirahətdən qayıtdıqlarını üz cizgilərindən hiss etmək çətin deyildi. Üzlərindəki ifadə “imkan olsaydı, bir az da dincələrdik” deyirdi. Maraq üçün qeyd edək ki, Ansinin hazırlıq dönəmində ilk məşqi idi və onun meydana ayaq basması çoxları üçün gözlənilməz oldu. Komanda yoldaşlarının təəccübləndiyini görən təcrübəli müdafiəçinin üzünü Miçelə tutub, ingilis dilində “elə bilirdiz getmişəm, hə” sualını verməsi maraqlı məqam kimi yadda qaldı.
Təbii, “Azərsun Arena”ya yollanmamışdan əvvəl müsahibə ilə bağlı Qurban Qurbanovla razılığımız olmuşdu. Odu ki, hazırlığın gedişində bəndənizə 20 dəqiqə vaxt ayıran çalışdırıcı çoxsaylı sualları cavablamaqdan imtina etmədi. Əsas söhbət mövzusu yığma olsa da, “Qarabağ”la bağlı məqamlara da toxunduq.
“Budəfəki DÇ-də sensasiyanın baş verə biləcəyini düşünmürəm”
- Düşünməzdim ki, belə bir gündə məşqi saat 18.00-a təyin edərsiz...
- (təəccüblənir) Biz həmişə bu vaxta salırıq. Nəsə olub? (gülür)
- Bir azdan DÇ-2018-in açılış oyunu başlayacaq.
- Hə, anladım. Əsasən havanı nəzərə alırıq. Məşqlər sərin havada daha faydalı olur. Oyuna baxmaqla bağlı problem yoxdu. İlk hissəni olmasa da, ikinci yarını izləyəcəm.
- Rusiyaya, yoxsa Səudiyyə Ərəbistanına azarkeşlik edəcəksiz?
- Yaxşı futbola (gülümsəyir). Necə deyərlər, güclü olan qalib gəlsin.
- Favoritiniz kimdi?
- Daha çox ispanların oyunlarını izləyirəm. Qalib olsalar, pis olmaz.
- Real yanaşsaq, çempion qismində kimi görürsüz?
- Əksər hallarda bu cür böyük turnirlərdə qalib adını böyük komandalar qazanır. Hansı ki, bir neçə dəfə dünya çempionu adını qazanıblar. Fikrimcə, bu il də belə olacaq. Braziliya, Argentina, Fransa, Almaniya, İspaniya... Futbol gözlənilməzliklərlə doludu. Lakin nədənsə budəfəki DÇ-də sensasiyanın baş verə biləcəyini düşünmürəm. Yəqin ki, kuboku nəhənglərdən biri qazanacaq. Ad çəkməkdə isə çətinlik çəkirəm.
“Heç kimin xətrinə dəyməsin, klublarımız daha bacarıqlı legionerlər cəlb etməlidi”
- Özünüzü necə hiss edirsiz?
- Normal.
- Yorğunluq yoxdu?
- Bir az var.
- İstirahət edə bilmədiz?
- Tam yox. Çempionat, ardınca yığmanın toplanışı. Arada bir neçə gün vaxt oldu. İndi də gördüyünüz kimi komandanın yanındayam.
- Yığma demişkən, uzunmüddətli toplanışla bağlı yekun fikirlərinizi eşitmək maraqlıdı.
- Daim hər şeydən razı qalmaq mümkün deyil. Mütləq ki, narazı qaldığın amillər də var və olacaq. Futbolçular can-başla çalışıb, meydanda ürəklə oynayırlarsa, onlardan narazı qalmağıma əsas yoxdu. Ola bilsin, bəzi texniki səhvləri oldu, bəzilərində təcrübə çatmır, səviyyədə rəqiblərdən geri qalırlar. Amma bunu faciəyə çevirməyin tərəfdarı deyiləm. Ümumilikdə toplanışdan razı qaldım. Hər məşq prosesi millini yaxşıya doğru aparır.
- Millinin istədiyiniz səviyyəyə çatması üçün nə qədər vaxt lazımdı? Ən qısa müddətdə ortaya nəsə qoymaq mümkündü?
- Klubla yığma fərqlidi. Klubda elədi ki, futbolçular ilboyu baş məşqçinin sərəncamındadı. Oyun fəlsəfəni aşılamaq üçün kifayət qədər vaxtın olur. Futbolçu da bu müddət ərzində tapşırıqları mənimsəyir. Millidə isə durum fərqlidi. İldə 3-4 dəfə bir araya gəlirsən, onda da vaxt az olur. Sualınıza belə cavab verim. İstənilən səviyyəyə çatmaq üçün hələ çox çalışmaq lazımdı. Amma vaxtımız azdı, demək olar, yoxdu.
- İndiyə qədər istənilən səviyyəyə çatmağa nə mane olub?
- Bu haqda saatlarla danışmaq olar. Belə deyim, futbolçunun səviyyəsinin artması üçün mütləq və mütləq çempionatın səviyyəsi qalxmalıdı. Klubda elədi ki, çempionat yaxşı olanda futbolçunun səviyyəsi istər-istəməz artır, təcrübə yığır. Amma millidə sanki onu buna məcbur edirsən.
- Çempionatın səviyyəsinin artmasının vacibliyi dillər əzbəri olub. Amma heç kim çıxış yolu göstərmir. Bunun üçün nə etməliyik?
- Müasir futbolun əsas tələblərindən biri oyun sayının çox olmasıdı. Futbolçu həftədə 2, bəzən 3 oyuna çıxmağa hazır olmalıdı. Bunun üçün isə çempionatda komanda sayı çox olmalıdı. Yaxşı olardı ki, premyer-liqada 14-16 komanda iştirak etsin. Lakin bu gün bunu edə bilmiriksə, başqa üsuldan yararlanmalıyıq. Heç kimin xətrinə dəyməsin, klublarımız daha bacarıqlı legionerlər cəlb etməlidi. 5-6 il əvvəl yadınızdadı? “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Sumqayıt” kimi komandalarda səviyyəli əcnəbilər top qovurdu. Həm çempionata rəng qatırdılar, həm də yerli futbolçuların səviyyəsi qalxırdı. Görün o dönəmdə nə qədər yerli futbolçu üzə çıxdı, inkişaf etdi. Onlar bunu tək istəyərək etmədilər, həm də məcbur idilər. Çempionatda səviyyəli legionerlər oynayanda, yerli futbolçu istər-istəməz “artırır”, oyun səviyyəsi qalxır. Bəli, bu gün çempionatımız maraqlı keçir, mübarizə son tura qədər davam edir. Sadəcə, klublarımızın avrokubokların qrup mərhələsinə vəsiqə qazanması bizi aldatmamalıdı. Heç bir halda rahatlaşa bilmərik. Uğurlar keçmişdə qalır, ola bilər ki, sabah həmin uğur olmasın. Ona görə də gələcəyə baxmalı, boylanmalıyıq.
“Astana”nın büdcəsi “Qarabağ”ınkından qat-qat yüksəkdi”
- Qazaxıstandaydız. Heç şübhəsiz, yerli həmkarlarınızla, futbol adamlarıyla görüşmək imkanınız oldu. Hansısa məqamlar ətrafında söhbətləşdiyiniz də gözləniləndi. Və ən əsası, Qazaxıstan millisini rəhbərlik etdiyiniz yığmaya qarşı iş başında gördüz. Qazaxıstan futbolu Azərbaycan futbolundan üstündü?
- Desəm ki, üstündülər, özümüzə hörmətsizlik etmiş olaram. Müqayisə aparmaq istəmirəm, sadəcə, eşitdiklərimi, görüb-bildiklərimi deyəcəm. Bu gün Qazaxıstanın yüksək liqasında komandaların sayı bizimkindən çoxdu. Maliyyə baxımından klublarımızı üstələyirlər. Orda klub futbolu səviyyəsində ciddi yatırımlar edilir. Eşitdiyimə görə, hər vilayətin rəhbəri həmin vilayəti təmsil edən kluba 8 milyon dollar ayırır. Təkcə bir faktı deyim: “Astana”nın büdcəsi “Qarabağ”ınkından qat-qat yüksəkdi. Həmin “Astana” son illər Avroliqanın və Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi. Belə deyim, qazax futbolunda inkişaf sürətli gedir. Yenə deyirəm, çempionatımızın səviyyəsi mütləq artmalıdı. Klublarda sabitlik olmalıdı.
- Yığma 2018-də rəhbərliyiniz altında 6 yoldaşlıq görüşü keçirdi ki, hər oyunda fərqli “11-lik”lərə şans verdiz. Millətlər Liqası ərəfəsində optimal heyəti müəyyənləşdirmək baxımından çətinlik çəkməyəcəksiz?
- Söhbət yığmadan gedirsə, asan heç nə yoxdu. Xüsusən heyəti müəyyənləşdirmək baxımından çətinlik özünü göstərir. Elə futbolçu var ki, bu toplanışda formasının zirvəsində olur. Güvənirsən, hansısa gedişləri onun üzərində qurursan. Amma növbəti hazırlıq mərhələsində həmin futbolçunın oyun səviyyəsi aşağı düşür, bir başqası parlayır. Buna baxmayaraq, hər bir məşqçi üçün təxmini heyət olur. 1-2 dəyişiklik ola bilər, ümumilikdə isə optimal heyəti özüm üçün müəyyənləşdirmişəm. Qarşıda üç ay vaxt var. Bu müddət ərzində avrokubok oyunları keçiriləcək, avqustda çempionat başlayacaq. Çox şey dəyişə bilər. Ona görə də tələsmək lazım deyil.
- Hücumçuların “dişsizliyini” görəndə, “Rauf Əliyevin yeri məlum” deyirdiz?
- Əlbəttə, çox istəyirəm ki, sərəncamımda daha bacarıqlı və təcrübəli futbolçular olsun. Bu cür yarışlarda təcrübə ciddi amil sayılır. Amma “mütləq Rauf olsun” şəklində düşünmürdüm. Raufun hansı formada olacağından xəbərsizik. Xeyli vaxtdı futbol oynamır, fərdi məşqlərlə kifayətlənir. Gələcək üçün nəzərimdə olacaq, amma bu toplanışa onu dəvət etməyim mümkünsüz idi. Hücumçuların hər birinə güvənirəm. Rəqiblərin oyun üslubuna uyğun olaraq, irəli xətdə dəyişiklik etməyimiz mümkündü.
- Slavik Alxasovla Ufuk Budakı iş başında görə bilmədik. Halbuki yığmada uzun illər solaxay müdafiəçi çatışmazlığı olub.
- Bildiyiniz kimi, Ufuk uzun müddətdən sonra yenidən yığmaya dəvət olunmuşdu. Onun zədəsi vardı və buna görə son vaxtlar hazırlığı istənilən səviyyədə deyildi. Onu millinin ab-havasında olması üçün çağırmışdıq. Belə deyim, kollektivin içində görmək istədim. Slavikin oynamamasında isə böyüdüləsi heç nə yoxdu. Onun da millidə ilk toplanışı idi, komanda ilə birgə olmasını istədim. Özləri də yaxşı başa düşür ki, hər bir futbolçuya şans verməyə çalışırıq.
- Kosovo ilə oyundan əvvələ, məsələn, avqusta daha bir yoldaşlıq görüşü salmaq olmazdı?
- Həmin vaxt “pəncərə” yoxdu. Özümüz nəsə fikirləşməli olsaq, klubların hazırlığına zərər vurmuş olarıq. Ona görə də toplanışa ehtiyac duymadıq. Yığmanın oyun təcrübəsini düşünüb deyirsizsə, bunu hansısa yolla həll edəcəyik. Problem olmayacaq.
“Kintana sabah Bakıya gələcək”
- “Qarabağ”a görə narahat deyilsiz ki?
- Narahatam. Narahatlıq həmişə var. Məndə də, sizdə də, azarkeşlərdə də. Hər il mövsümlərarası dövrdə narahatlıq olur, bu da normaldı. Bəzi futbolçular gedir, onların əvəzinə başqaları gəlir. Bacardığımız qədər futbolçularımızı qoruyub-saxlamağa çalışırıq. Lakin bəzən alınmır. İbrahim Şehiçlə Riçard Almeyda bizim üçün vacib futbolçular idi. İnanın, burdan getməklərinə məndən çox özləri üzüldülər. Bizlik bir şey yox idi. Sadəcə, karyeralarında dəyişiklik etmək istəyirdilər deyə, bu cür qərar qəbul etdilər.
- Axtarışlarınız nə yerdədi? Xoş gələcəyə ümid bəsləmək olar?
- Bütün səylərimizi səfərbər edib boşluqları doldurmağa çalışırıq. Mütləq güclənəcəyik. Ola bilsin, bu yaxınlarda hansısa transfer xəbəri eşitdiz. Amma əsas işimiz Avstriya toplanışında olacaq.
- Yerlilərin transferi Rahil Məmmədovla yekunlaşdı, yoxsa davamı olacaq?
- Bir neçə futbolçu ilə danışdıq. Amma klubları ilə müqavilələri vardı. Təəssüf ki, anlaşma əldə edə bilmədik.
- Biri Cavid İmamverdiyev...
- Xeyr, ad çəkə bilməyəcəm. Yerli futbolçularla bağlı planlarımız var. Yaxın günlərdə hansısa yeniliyin olması mümkündü.
- Neçə legioner transferi gözlənilir?
- Minimum üç-dörd legionerin transferində maraqlıyıq. Bütün mövqeləri gücləndirməliyik. Variantlarımız çoxdu, sadəcə, bəziləri ilə danışıqlarımız uzun çəkir. Kimləri ki daha çox istəyirik, onlarla razılığa gəlmək vaxt aparır.
- İcarəyə götürəcəksiz, yoxsa azad agent statusuna sahib olanlardı?
- Klubları ilə müqavilələri var. Lakin biz onları birdəfəlik almaq istəyirik.
- Məşqdə Anton Kanibolotski ilə Şahruddin Məhəmmədəliyev gözə dəymədi...
- Hər ikisi icazəlidi. İyunun 18-də gələcəklər.
- Dani Kintana ilə bağlı vəziyyət nə yerdədi? “Qarabağ”da qalmasında maraqlısız?
- Kintana sabah Bakıya gələcək. Onunla danışığımız olacaq. Razılaşsaq, komandaya qoşulacaq.
- Qarşıdakı avrokubok mövsümündə “Qarabağ”ın, eləcə də Qurban Qurbanovun hədəfi nədi?
- Bu gün üçün əsas hədəf komandanı formalaşdırmaqdı. Gedən futbolçuların boşluğunu doldurmalıyıq. Bu işi başa vurandan sonra Çempionlar Liqası haqda düşünəcəyik.
- Minimum hədəf Avroliqanın qrup mərhələsidi?
- Çalışacağıq. Bildiyiniz kimi, format dəyişikliyindən sonra çətin olacaq. Amma yenə də sona qədər mübarizə aparacağıq. İnkişaf etmək istəyiriksə, bu cür çətinliklərə sinə gərməliyik.
- Ramin Musayev qəzetimizə müsahibəsində bu açıqlamanı vermişdi: “Bu gün klublarımızın hazırlığına baxanda, heç birini qrupda görmürəm”. PFL prezidentinə haqq qazandırmaq olar?
- Dediyim kimi, bu cür narahatlıq hər il olur. Ona görə də normal qəbul etmək lazımdı. Nadir hallarda olur ki, insanlar əminliklə hansısa komandamızın qrupa düşəcəyini düşünür.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Dünən, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Dünən, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Dünən, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Dünən, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Dünən, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Dünən, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Dünən, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Dünən, 12:52 “Keşlə” üçün çıxış yolu Dünən, 12:49 Dmitri Kramarenko yığmada qaldı Dünən, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Dünən, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Dünən, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Dünən, 12:16 Türklər yığmamızı darmadağın etdi Dünən, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Dünən, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Dünən, 12:05 Dünya ulduzları Bakıya gəlir Dünən, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Dünən, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar