11 in 23:42manset

Rəşad Sadıqov toplanışa yekun vurdu

Rəşad Sadıqov toplanışa yekun vurdu
“Yığmaya qayıtmağımın vacib olduğunu düşünmürəm”
Çempionat başa çatandan sonra azarkeşlər futbolsuz qalmadı. Əsas yığma üç yoldaşlıq görüşündə qüvvəsini sınadısa, Rəşad Sadıqovun rəhbərlik etdiyi U-20 və U-21 yığmalarının beş görüşünə baxmaq imkanımız oldu. U-20 gürcülərlə (1:2) makedoniyalılara uduzdu (0:1), ikinci rəqiblə daha bir oyun isə 1:1 hesabıyla bitdi. Gənclər millimiz isə səfərdə Qazaxıstanla heç-heçə (1:1) oynadıqdan sonra evdə Macarıstan U-21-nin müqavimətini qıra bilmədi – 3:3.
Təbii, sevindirici məqamlar yox deyil. Məsələn, yığmaların bir oyun xaric, digərlərində rəqib qapılarına yol tapması və çoxsaylı qol imkanları yaxalaması. Macarlarla qarşılaşmada 2 qol vurub məğlubiyyətdən xilas olması və s. Amma çatışmazlıqlar da yox deyildi. Hesabı açandan sonra nəticəni qoruyub saxlaya bilməmək, qol fürsətlərini sağa-sola xərcləmək, qələbə qazanmamaq, bəzi anlarda fiziki baxımdan axsamaq...
Bu və başqa mövzular ətrafında söhbətləşmək üçün hazırda ölkə xaricində olan Rəşad Sadıqovla əlaqə saxladıq.
- Başlayaq iki toplanışda sizi razı salan məqamlardan.
- Uşaqlarda gördüyüm hədsiz çalışmaq, oynamaq istəyini xüsusi qeyd etməliyəm. Sanki mövsümün sonu deyilmiş kimi həvəsli təsir bağışlayırdılar. Verdiyimiz tapşırıqları diqqətlə dinləyir, bilmədiklərini soruşur və ən əsası, meydanda yerinə yetirməyə çalışırdılar. Bundan başqa, özünəinamı qeyd etmək istəyirəm. Rəqiblərin adından, təcrübəsindən qətiyyən çəkinmirdilər. Bir çox amillər saymaq olar. Amma buna o qədər də ehtiyac görmürəm. Əsas odu ki, baş məşqçi kimi hər iki yığmanın toplanışından razı qaldım.
- İş olan yerdə nöqsanlar da yox deyil...
- Yaradılan şərait, futbolçuların davranışı və toplanışlarla bağlı nədənsə narazı qaldığımı deyə bilmərəm. Əsasən oyun epizodlarında bəzi məqamlardan narazı qalırdım ki, bunu faciəyə çevirməyin tərəfdarı deyiləm. Zamanla yoluna qoyulacaq, qoyacağıq. Əmin olun ki, U-21 bundan da yaxşı oynaya bilər.
- Toplanışlarda ölkə xaricində top qovan futbolçular da iştirak edirdi. Onlar daxili çempionatda çıxış edən həmkarlarından əsasən nə ilə fərqlənirdilər?
- Mənim üçün futbolçunun adı, harda oynaması, hansı ölkədə böyüməsi önəmli deyil. Diqqət yetirdiyim əsas məsələ futbolçunun tələblərimizi yerinə yetirməsidi. Fərqi yoxdu, Azərbaycanda oynayır, ya xaricdə. Əlbəttə, ayrı-ayrı futbolçularla bağlı müəyyən fikirlərim var. Baş məşqçi kimi bilirəm ki, kim nədə üstündü, kim harda “axsayır”. Amma legioner - yerli ayrı-seçkiliyi etmirəm. Hamısı azərbaycanlı balalarıdı, özümüzündü. Futbolçu ağılla oynamalı, meydanda can qoymalıdı. Əsas budu.
- Gürcüstan, Makedoniya və Qazaxıstan – bu rəqiblərlə oyunlarda qol vursaq da, qələbə hesabını qoruya bilmədik. Bu nə ilə bağlıdı, fiziki yorğunluq olur, yoxsa psixoloji amildi?
- Məsələyə hərtərəfli baxaq. Bu gün məni sevindirən cəhət yığmamızın qol vurmaq bacarığına sahib olmasıdı. Makedoniya ilə oyun istisna olmaqla, digər görüşlərdə rəqib qapıçıları məyus etməyi bacardılar. Halbuki illərdi deyirik ki, yığmalarda qol vurmaq problemi var... Qolları fərdi səhvlərdən sonra buraxdıq. Bu isə biz məşqçilərə faydalıdı. Çünki belə yoldaşlıq görüşlərində hansı futbolçunun hansı məqamda səhvə yol verdiyini, verə biləcəyini görürük. Və qarşıdakı toplanışlarda bunun üzərində işləyəcəyik. Fiziki yorğunluqdan, psixoloji gərginlikdən söhbət gedə bilməz. Dediyim kimi, fərdi səhvlərə yol verməməliyik. Futbolçu futbolu hesaba fikir vermədən oynamalıdı. Hətta qol vurmusansa belə, yenə hücum etməli, növbəti dəfə sevinməyin yollarını axtarmalısan.
- Qol vurmaq dediz. Amma bu baxımdan da ciddi nöqsanlar gördük. Ələ düşən imkanların sağa-sola xərclənməsi, hücumların qurulmasındakı problemlər. Bu nədən qaynaqlanır? Məşqçilər vaxtında lazım olanları öyrətməyib, yoxsa çətinlik futbolçuların qavramasında, tapşırığı həyata keçirməsindədi?
- Əks-hücuma çıxmaq, cərimə meydançası daxilində ötürmələrdən sonra qol vurmaq, son nöqtəni qoymaq futbolun ən çətin elementidi. Bir də baxırsan ki, dünyaca ünlü komandaların oyunlarında 5-10 real qol şansı boşa verilir. Yaxud hücum qura bilmirlər. Bu hər yerdə var, eləcə də bizdə. Ona görə də bunun üzərində çox işləməliyik. Həm də futbolçuların 19-21 yaşları var. Gəncdilər, təcrübələri çatmır. Yaşları artdıqca daha da soyuqqanlı olacaqlar, bilmədiklərini öyrənəcəklər.
- Növbəti toplanışlarla bağlı planlar necədi?
- Bildiyiniz kimi, bu təlim-məşq toplanışından sonra işim xeyli yüngülləşdi. Çünki bütün diqqətimi U-21-ə yönəldəcəm. Qarşıdakı seçmə mərhələ oyunlarından sonra U-20 avtomatik U-21-ə çevriləcək. Budəfəki toplanış da məhz qarşıdakı aylara hesablanmışdı. Kimin hansı durumda olduğunu canlı görmək istəyirdim. Yaşı U-21-də oynamağa imkan verməyənlər vidalaşacaq. Onların yerinə indi U-20-də çıxış edənlər cəlb olunacaq. Toplanışı isə noyabra planlaşdırmışıq. Fürsətdən istifadə edib yoldaşlıq görüşləri də keçirəcəyik. Lakin bu gün üçün dəqiq planlar bəlli deyil.
- Qarşıdakı hazırlıq mərhələsində ölkə xaricində top qovan sürpriz adlarla rastlaşmağımız mümkündü, yoxsa olanların hamısını üzə çıxarmısız?
- Yeni adlar olacaq, mütləq olacaq. Hazırda onları diqqətdə saxlayırıq. Gələcəkdə xidmətlərindən yararlanmaq fikrindəyik. Eləsi oldu ki, zədə səbəbindən iştirak edə bilmədi. Hansısa futbolçuya ağır mövsümdən sonra dincəlmək imkanı yaratdıq. 2-3 futbolçunu gözaltı etmişik. Amma bununla kifayətlənmirik. Axtarışlarımız davam edir, edəcək.
- Əsas yığma Millətlər Liqasına hazırlaşır. Maraqlıdı, sentyabrdan etibarən U-21-in üzvlərinin Qurban Qurbanovun sərəncamında olması mümkündü? Yoxsa həm Qurbanov, həm də siz gələcəklə bağlı konkret heyətinizi qurmusuz?
- Açığı, Qurban müəllimlə aramızda belə söhbət olmayıb. Hətta belə bir fikri olsa da, hansısa futbolçunun əsas milliyə qoşulmasında problem olmayacaq. Bu bizim üçün sevindirici hal sayılacaq. Bu dəqiqə üçün belə söhbət yoxdu.
- Əsas yığma demişkən, Qazaxıstan və Latviya ilə oyunları, yəqin ki, izləmisiz. Və həmin matçlarda müdafiə xəttindəki kobud səhvlər sizin də diqqətinizdən qaçmış deyil. Maraqlıdı, Rəşad Sadıqovun ürəyindən Millətlər Liqasında yığmaya kömək etmək istəyi keçir?
- Qazaxıstanla görüşə baxdım, amma Latviya ilə oyuna yox. Yoldaydıq deyə izləyə bilmədik. Amma deyilənə görə, uşaqlar yaxşı oynayıblar. Bu özünü yekun nəticədə də göstərir. Hiss olunurdu ki, futbolçular 0:3 hesdablı yenilgidən lazım olan nəticəni çıxara biliblər. O ki qaldı sualınıza, Qurban müəllimlə bu haqda söhbətimiz olmayıb. Müsahibələrinin birində bu məsələylə bağlı nəsə qeyd etmişdi deyə, sonradan ortaya çoxsaylı suallar çıxdı. Halbuki “lazım olsa” ifadəsini işlətmişdi. Yəni fövqəladə hadisə baş verəcəyi halda xidmətimə ehtiyac duya biləcəyini demək istəmişdi. Bu gün Qurban Qurbanov buna ehtiyac duymur. Heç mən özüm də yığmaya qayıtmağımın vacib olduğunu düşünmürəm. Ola bilsin, müdafiədə müəyyən nöqsanlar var, nəsə alınmır. Zamanla düzələcək, orda qlobal problem yoxdu.
HƏBİB
Люди кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar