07 in 23:58manset

Xaqani Məmmədov Rəhim Həsənovu “Qəbələ”nin oyununa göndərə bilməyib

Xaqani Məmmədov Rəhim Həsənovu “Qəbələ”nin oyununa göndərə bilməyib
“Kimisə qohumuna görə sıxışdırmaq söhbəti ola bilməz”
Adətən, mövsümün sonunda Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovla söhbətləşir, ilboyu yaranan suallara aydınlıq gətiririk. Bu dəfə də ənənəni davam etdirdik və söhbətimiz hər dəfə olduğundan daha uzun sürdü. Doğrudu, 2017/18 mövsümündə çempionluğun və ya kubokun taleyinə təsir edəcək səhvlər, hakimliklə bağlı böyük qalmaqallar olmadı. Səhvlər var idi, ancaq yanlış qərarlar kimisə “qızıl”dan və ya “ikinci cəbhə”nin qalibi adından məhrum etmədi. Bununla belə, sonradan ləğv olunan vərəqələr oldu, FİFA referisi Ömər Paşayev səhhətindəki problem üzündən yaşıl meydanlardan kənarda qaldı, iki hakim elitada debüt etdi, Fariz Yusifov karyerasını bitirdi, kubokun finalı beynəlxalq dərəcəli referilərə yox, Rauf Cabbarova tapşırıldı. Ən əsas məqamlardan biri isə Əliyar Ağayevin FİFA-nın 1-ci kateqoriyasına yüksəlməsidi. Bir sözlə, Xaqani bəyə ünvanlayacağımız yetərincə sual vardı və bunun üçün AFFA-nın binasına üz tutduq. Məmmədov bizi maraqlandıran bütün məqamlara aydınlıq gətirdi.
“Cəzalanmayan hakim olmadı”
- Öncə mövsümü dəyərləndirməyinizi istərdik.
- Özünüz də şahidi olduz ki, başa çatan “futbol ili”ndə haqlı və ya haqsız tənqidlərin sayı xeyli azaldı. İldən-ilə səhvlərin sayı aşağı düşür. Bizim hakimlər korpusu ən gənc kollektivdi. Onlar get-gedə təcrübə toplayırlar və səhvlərin də sayı azalır. Yəqin ki, bu haqda ayrıca sualınız olacaq. Ancaq qeyd edim ki, ən böyük uğurumuz Əliyar Ağayevin FİFA-nın 1-ci kateqoriyasına yüksəlməsidi. Bundan başqa, gənc hakimlərin premyer-liqada debüt etməsini vurğulayım. Rəşad Əhmədovla Vüqar Həsənlinin debütü, fikrimcə, çox yaxşı alındı. Daha bir nəfəri yoxlamalıydıq. Sadəcə, risk edə bilmədik. Çünki son tura qədər Avroliqaya kimlərin düşəcəyi bilinmirdi. Cavan hakimləri belə matçlarda riskə atmaq istəmədik. Ancaq bir-iki gənc istedad var. Bununla belə, gələn mövsüm onların hamısını elitada görə biləcəyik. İstər əsas, istərsə də köməkçi hakimlər olsun. Ömər Paşayev, Elvin Əsgərov uzun müddətdi yaşıl meydanlarda görünmürlər. Mümkündü ki, Ömər bir müddət də olmasın. Qətiyyən Paşayevi nə FİFA-dan, nə də premyer-liqadan silmirik. Sadəcə, bir müddət oyunlardan uzaq qaldı. Hər şeyə rəğmən, mövsümü yaxşı başa vurduğumuzu düşünürəm.
- Debüt edən gənc hakimlərin hər ikisi eyni səviyyədə idarəçiliklə yadda qaldılar, yoxsa onlar arasında hansısa fərq var idi?
- Təbii, Rəşadın stajı daha çoxdu. Təxminən 10 ilə yaxındı hakimlik edir. Vüqar isə 2-3 ildi bu işlə fəal məşğul olur. Hər ikisinin çıxışı məni qane etdi. Açığı, qış toplanışında bu hakimlərin hazır olduğunu, premyer-liqa oyunlarını idarə edəcəklərini bilirdik. Onların özlərinə də demişdik ki, mövsümün sonunda hər ikinizə şans veriləcək. Sadəcə, son tura qədər avrokubok zonasına kimlərin düşəcəyi bilinmədiyindən daha çox təcrübəlilərə şans verdik. Belə dəyək, cavanları “oda atmaq” istəmədik. Debüt etmək o demək deyil ki, o artıq premyer-liqanın hakimidi. 10-15 tur keçəndən sonra deyə bilərik ki, bu hakimlər elitada daim oyun idarə edəcəklər, ya yox. Hakim o liqaya alışmalıdı, həmin yarışda nüfuz qazanmalıdı. Futbolçular onları tanımalıdı. Hətta onların hər ikisinə dedim ki, tanınmış, nüfuzlu futbolçular ilk dəqiqədən sizin üzərinizə gedəcəklər. Ən əsası odu ki, həmin anda psixoloji cəhətdən sınmayın. Hər ikisi də bunun öhdəsindən gəldi. Əhmədov “Qəbələ” – “Qarabağ” qarşılaşmasında qırmızı vərəqə də göstərdi. Rəşadın özünə də demişdim ki, “Qəbələ” – “Qarabağ” matçı sənin oyunun deyil. Baxmayaraq ki, həmin görüşün nəticəsi heç nəyi həll etmirdi. Ancaq nə qədər çətin oyun olsa, hakimin səhvi daha çox üzə çıxır. Müsbət cəhətləri də oldu, mənfilər də. Çatışmazlıqların üzərində işləyəcəyik. Bir sözlə, kimlərə güvəndiksə, etimadı doğrultdular. İki-üç ildən sonra adını çəkdiyimiz hakimlərin qabaqcıllardan olacağına ümid edirik. Ancaq qətiyyən arxayınlaşmamalıdılar. Biz onlara nəticəsi o qədər də önəm daşımayan oyunları vermişdik. Lakin gərgin mübarizə şəraitində keçən matçlarda səhvləri üzə çıxa bilər. Əliyar birdən-birə Əliyar olmadı ki. 2009-cu ildə mən ona təyinat verəndə çoxları ağız büzürdü ki, bu uşağı hara göndərirsiz, hazır deyil. Bəs harda hazır olmalıdı, harda yetişməlidi? Səhv edə-edə yetişməlidi də. Düzdü, kimsə deyə bilər ki, eksperimenti bizim üzərimizdə aparmayın. Lakin bütün dünyada belədi. Gəncləri liderlə autsyaderin oyununa göndərirlər. Elitaya alışmalıdı, yerini orda möhkəmlətməlidi. Bundan başqa, birinci divizionla premyer-liqanın səviyyəsi eyni deyil. Aşağı dəstədə oyun idarə edən o qədər cavan, perspektivli hakimlərimiz var. Amma bu o demək deyil ki, onlar elitaya hazırdı. Eləcə də premyer-liqada debüt edənlər öz üzərlərində işləməlidi. Elə epizodlar var ki, çoxları görmür, amma biz bilirik. Bu cür çatışmazlıqları aradan qaldırmalıdılar. Toplanışda belə məqamlara diqqət ayıracağıq.
- Vüqar Həsənlinin oyununda 6 hakimli sistemdən yararlandız. Bu, gənc referiyə tam arxayın olmamağınızdan irəli gəlirdi?
- Ola bilər, heç buna ehtiyac yox idi. Özü ilə söhbət edəndə dedi ki, 6 hakimli sistemə alışmamışam. Aydın məsələdi ki, bunu mənə kömək üçün etdiz. Özümə güvənirəm, inanıram. Bunu demək çox cəsarətli addım idi. Ona əlavə köməkçi kimi kimləri təyin etdiyimizi bilirsiz. Onlardan biri Əliyar idi. Ağayevlə oyundan sonra söhbətimiz oldu və o dedi ki, qərarları özü verirdi, həmçinin düz qərarlarla yadda qaldı. Sadəcə, biz onu dəstəkləyirik ki, doğru addım atmısan, belə davam elə. Növbəti oyunlardan artıq onda əlavə köməkçilər olmayacaq.
- Mövsümdə cəzalanmayan hakim oldu?
- Cəzalanmayan hakim (bir qədər fikirləşir)... Olmadı. Hamısında müəyyən müddətdə, müəyyən turlarda cəza oldu. İlboyu bütün oyunları yüksək səviyyədə idarə etmək mümkün deyil. Hər yerdə belədi. O biri ölkələrə baxıram və bizdə cəzaların daha sərt olduğunu deyə bilərəm. Digər ölkələrdə bir oyunda bir neçə kobud səhvə yol verən hakim baxırsan ki, uzağı iki tur cəzalanır.
“Ədalət bərpa olunmalıydı”
- Hakim-inspektorların şişirdilmiş, yaxud da reallığa uyğun gəlməyən qiymətlər verməsi halı ilə qarşılaşdız?
- Hətta inspektorlara da şans verilir ki, onlar üçün qaranlıq qalan, şübhəli epizod varsa, baxsın və ondan sonra qiymət versin. Bu da hər yerdə var. Bilirsiz, inspektor stadionun mərkəzi tribunasında oturur. Ordan oyundankənar vəziyyətləri görə bilməz. Yaxud da o, cərimə meydançasından 60-70 metr kənarda olur. Həmin yerdən baş verən epizodu dəqiq görməsi çətindi. Sizə bir nümunə çəkim. Yığmamız “Tofiq Bəhramov”da Macarıstanla qarşılaşırdı, 0:4 hesabı ilə uduzduq. Dmitri Kramarenkoya qarşı mübahisəli epizod oldu və ondan sonra qol vurdular. Oyunun inspektoru məşhur Aleksis Ponnet idi. Bizimkilər hay-küy salanda o soruşdu ki, siz neçə metrdən epizodu görürsüz? Respublika stadionunda qaçış cığırı da var və bizimkilər cavab verdilər ki, 60-70 metrdən. Ponnet də bildirdi ki, hakim epizodun 5-6 metrliyindədi və bizdən daha yaxşı görür. Bunu ona görə dedim ki, inspektor epizodu görməyə bilər. Futbolçuların ayağı tapdalamasını nəinki inspektor, hakim özü güclə görür, bəzən səhv edir. Məhz bu üzdən inspektorlara şans verilir ki, şübhəli epizodlara baxıb, sonra qiymət versinlər. Başa çatan mövsümdə qiymətləndirmə düzgün aparılıb. Bundan başqa, biz birgə işləyirik və müzakirələri də birgə aparırıq. Odu ki, dediyiniz məsələ ilə bağlı problem olmadı.
- İnqilab Məmmədovun iki dəfə verdiyi sarı vərəqə düzgün olmadığına görə ləğv olundu. Bu həmin hakim üçün nə deməkdi?
- Təbii, hakim də insandı, o da səhv edə bilər. Vərəqələrin ləğvini İnqilab normal qəbul etdi. Biz epizodlara müxtəlif rakuslardan baxmışıq, Məmmədov özü də onları izləyib. Bir rakusdan baxırsan ki, doğrudan da qaydanı filan oyunçu pozub. Hakimin olduğu epizoddan vərəqə olduğu görünür. Lakin digər rakusdan vəziyyəti izlədikdə görürsən ki, o, ümumiyyətlə, toxunmayıb. Ləğv olunan vərəqlər haqda onu deyə bilərəm ki, ədalət bərpa olunmalıydı. İki-üç belə epizod oldu və İntizam Komitəsi haqlı qərar çıxardı. Bu hakimi ruhdan salmır. Əsas odu ki, digər orqanlar həmin səhvi aradan qaldırdı.
- Vərəqələrin ləğvi artıq bütün oyunlardakı epizodlarla bağlı müraciətlərin artmasına səbəb olmur? Yəni klublar hər vərəqələrdən şikayət edəcək...
- Hardasa sizinlə razılaşıram. Bu mövsüm elə Rusiya çempionatında Fyodor Smolova simulyasiyaya görə haqsız vərəqə vermişdilər. Növbəti oyunu buraxdı, ancaq qərarı dəyişmədilər. Vərəqələrin ləğvi dünya təcrübəsində də var. Qaydanı başqa futbolçu pozub və başqası cəzalanıbsa, ya da qayda pozuntusu yoxdusa, dəyişdirilə bilər. Lakin bu ənənəvi hal da almamalıdı. Doğrudan da çox da yaxşı hal deyil ki, tez-tez hakimin verdiyi vərəqələr ləğv olunsun. Prosedur isə belədi, klub müraciət edir ki, vərəqəyə baxılsın və xahiş edirik, düzgün qərar verilsin. Klub müraciət etməsə belə, özümüz baxıb ümumi məsələ qaldırırıq.
- Heç olub ki, klub şikayət etsin, ancaq vərəqə saxlanılsın?
- Çox olub. Yalnız real görünəndə ki, vərəqə yanlış verilib, ədalət bərpa olunmalıdı. Lakin o qədər müraciət ediblər ki, “sarı” və ya “qırmızı” düz deyil. Baxmışıq, hakimin doğru qərar verdiyini görmüşük və vərəqə qüvvədə qalıb.
“Final eksperiment yeri deyil”
- Kubokun finalının Rauf Cabbarova verilməsinin səbəblərini bilmək maraqlıdı. Düzdü, bu hakim mövsümü yaxşı keçirmişdi. Ancaq niyə FİFA referilərindən biri yox, məhz Cabbarov?
- Kimisə yoxlamaq fikrində deyildik. Final eksperiment yeri deyil. Rauf mövsümü yüksək səviyyədə keçirmişdi. Əslində İnqilab haqda da eyni sözləri deyə bilərəm. Baxmayaraq ki, az öncə qeyd etdiyiniz kimi, iki dəfə verdiyi vərəqə ləğv olunmuşdu. Ancaq adını çəkdiyim hakimlər ili yaxşı keçirmişdilər. FİFA referilərinin olmamasına gəlincə, Ömər xəstədi. Əliyar 3 dəfə kubokun finalını idarə edib. Rəhimi birdən-birə “Qəbələ”nin oyununa verməyimiz düz olmazdı. Yadınızdadısa, bundan öncəki mövsüm Həsənovun idarə etdiyi “Qarabağ” – “Qəbələ” matçında problem olmuşdu. Həsənovu mövsümün sonunda bu komandanın bir matçına təyin etmək istəyirdik. Çoxdandı Rəhim “Qəbələ”nin oyununu idarə etmir. Ancaq bunu məhz finalda etmək istəmədik. Hansısa bir çempionat matçı düşünürdük. Nəsə alınmadı, başqa təyinatlar oldu. Finala üç namizədimiz var idi: Rauf, İnqilab, Əliyar. Belə fikirləşdik ki, Cabbarov yaxşı formadadı, həlledici matçı da idarə etməyib. Fikir vermisizsə, UEFA-da heç kim təkrar final idarə etmir. Hər il fərqli hakimlər iş başında olur. Biz də dəyişiklik etmək istədik. İnqilab belə davam etsə, nə bilmək olar, bəlkə gələn il final ona tapşırıldı. Yaxud da Ömər dönəndən sonra bunu edə bilər.
- Bu təyinatdan sonra Raufun atası Gülağa müəllim sizə təşəkkür zəngi etdi?
- Yox, bizə heç kim zəng eləmədi. Biz kiməsə görə təyinat vermirik.
- Bəlkə gözləyirdiz ki, o komitədən getsin, sonra oğluna belə bir şans yaradasız?
- Qətiyyən. Bu haqda çox da dərinə getmək istəmirəm. Son iki mövsümdə Raufdakı inkişaf göz qabağında idi. İşinə daha məsuliyyətlə yanaşır. Bizə kiminsə zəngi lazım deyil. Hansısa qohumuna görə kimisə sıxışdırmaq söhbəti də ola bilməz. Bacarırsa, heç kim ona mane olmayacaq.
- Raufdan söz düşmüşkən, növbəti ildə onu FİFA referilərinin siyahısında görə bilərik?
- Namizədliyi veriləcək. Reytinqlər hesablansın, baxacağıq. Ola bilsin, FİFA-ya düşdü. Burda bir məsələ də var. Əliyar 1-ci kateqoriyaya yüksələndən sonra, ola bilər, daha bir yer alaq. AFFA rəhbərliyindən xahiş edəcəyik ki, UEFA Hakimlər Komitəsinə müraciət edilsin. Çünki artıq şans var. Əliyar yüksək səviyyəli oyunlar idarə edəndə ona əlavə köməkçi hakimlər lazım olacaq. Bu baxımdan hesab edirəm ki, daha artıq FİFA referiləri olmalıdı.
- Əliyarın uğuruna keçməzdən öncə digər FİFA referimiz Ömərlə bağlı son durumu öyrənmək istərdik. Paşayev hakimliyi davam etdirəcək, yoxsa yaşıl meydanlardan uzaqlaşır?
- İndidən bu haqda nəsə demək tezdi. Bilirsiz ki, səhhətində problem var. Tehranda, Moskvada, İstanbulda müayinə olunub. AFFA və PFL rəhbərliyi bu məsələlərdə ona çox yaxından kömək edirlər. Maddi yardım göstərirlər. Ola bilsin, Öməri Almaniyaya göndərdilər. Onun analizləri artıq Almaniyaya gedib, cavab gözləyirik. Ümid edirəm ki, heç bir problemi olmayacaq və müalicə olunub sıralarımıza qayıdacaq. Paşayev kimi hakimi itirmək bizə çox ağır olar. Bu haqda heç fikirləşmirik də. Çox güman, qayıdıb hakimliyini edəcək.
(davamı növbəti sayımızda)
FARİZ
Народ кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar