06 in 19:50manset

Ozobiç Almeyda ilə müqayisə olunmaq istəmir

“Çempionatın sonuna qədər gözlədim, dəqiq söz deyən olmadı”
Riçard Almeydanın “Qarabağ”ı tərk etməsindən sonra klub rəhbərliyi azarkeşlərin alovlanan ürəyini Filip Ozobiçin transferi ilə söndürə bildi. Xorvatiyalı yarımmüdafiəçinin yeni komandasında nə ilə yadda qalacağını zaman göstərəcək. Fakt faktlığında qalır ki, “Qəbələ”nin Avroliqadakı matçları zamanı Filipin nəyə qadir olduğunun canlı görmüşük. Yəni qısa zamanda yeni komandasına uyğunlaşa bilsə, “köhlən atlar”ın orta xəttində canlanma hiss olunacaq. Riçarddan fərqli, sürətlidi, uzaqdan dəqiq zərbələr endirməyi bacarır.
Düzdü, Ozobiç son mövsümdə elə də parlaq oyun sərgiləmədi. Aldığı zədəyə görə çempionatın müəyyən bölümünü müalicəsinə sərf etdi. Kubokun finalında isə Roman Qriqorçuk onu ehtiyatda saxlamaqla çoxlarını təəccübləndirdi. Dünən “Qarabağ”ın ilk əcnəbi transferi ilə söhbətdə bu və başqa məqamlara aydınlıq gətirməyə çalışdıq.
- Xorvatiyadasan, yoxsa başqa ölkədə dincəlirsən?
- Yox-yox, Xorvatiyadayam, ailəmin, yaxınlarımın yanında. Açığı, istirahət etmək pis olmazdı. Amma vaxt yoxdu. İki həftə zamanım var, onu da yaxınlarımdan kənarda keçirmək istəmirəm.
- Belə çıxır ki, “Qarabağ” səninlə 3 illik anlaşmanın əldə olunması haqda xəbər yayanda Bakıda deyildin.
- Bu haqda söhbətimiz oldu, şərtlərlə tanış olandan sonra razılıq verdim.
- Məlum məsələ haqda mətbuatda hələ çempionatın sonlarına yaxın xəbər yayılmışdı. Danışıqlara çoxdan başlamışdız?
- Ola bilsin, “Qarabağ”ın belə bir planı vardı. Amma mənimlə kubokun final görüşündən sonra əlaqə saxladılar. Gələcək planlarım haqda soruşdular, mən də “Qəbələ” ilə başa çatan müqaviləni yeniləmək istəmədiyimi dedim. Telefonda iki gün davam edən danışıqlardan sonra razılıq verdim. Çünki mayın 28-dəki oyundan sonra dərhal Xorvatiyaya gəlmişdim.
- “Qarabağ”ın formasını geymək yəqin ki, çoxdankı arzun idi...
- Mənim üçün qəbul olunmuş qayda var: hansı komandanın çörəyini yeyirsənsə, ailəni dolandırmaq üçün pul qazanırsansa, həmin komandanın uğur qazanması üçün canını verməlisən. Əlbəttə, “Qarabağ”ın Çempionlar Liqasının qrupuna vəsiqə qazanması fantastik göstərici idi. Lakin həmin vaxt “Qarabağ”da oynamağı yox, “Qəbələ” ilə titul qazanmağı arzulayırdım. Arzulamaqla iş bitmir, gərək realist olasan.
- Necə düşünürsən, sənin oyun üslubun Qurban Qurbanovun futbol fəlsəfəsinə uyğundu? Yəni “Qəbələ”dəki Filipi “Qarabağ”da görə biləcəyik?
- “Qarabağ” yaxşı təşkilatlanmış komandadı. Kombinasiyalı oyuna üstünlük verirlər. Ən xoşuma gələn cəhəti futbolçuların topa daha çox sahib olması, texnikalı oyun göstərməsidi. Fikrimcə, bu da mənə uyğundu. Necə olacağını zaman göstərəcək. Amma mənə elə gəlir ki, yeni komandama uyğunlaşmaq uzun zaman almayacaq. Çünki yaxşı tanıdığım komandaya gəlmişəm.
- Azarkeşlərin səndən gözləntiləri böyükdü. Belə deyim, səni Riçard Almeydanın davamçısı gözündə görürlər. Alınacaq?
- Bilirsiz, mən belə müqayisələrin, yaxud bənzətmələrin tərəfdarı deyiləm. Hər futbolçunun öz müsbət və mənfi keyfiyyətləri var. Qısa deyim, mən “Qarabağ”a özümü ən yaxşı tərəfdən göstərib, komandanın uğur qazanmasına kömək etmək üçün gəlmişəm.
- “19”u geyəcəksən, yoxsa Almeydanın qoyub getdiyi “20”ni?
- İndidən bu haqda nəsə deyə bilmərəm. Çünki seçim etməmişəm.
- Yeri gəlmişkən, “10” da boşdu...
- Bakıya gedəndən sonra bu haqda bir şey fikirləşərik. Mənim üçün nömrənin ciddi önəmi yoxdu. Futbolu biz futbolçular oynayırıq, nömrələr yox. Ona görə də hansı nömrə boş olsa, götürəcəm.
- “Qəbələ” ilə “Qarabağ”ın maliyyə şərtlərinə nəzər salsaq, maaş məsələsində arada böyük fərq var?
- Nədən istəyirsiz danışaq, bircə maaş söhbətinə toxunmayaq. Açığı, bu haqda fikir bildirməyi xoşlamıram. Çünki klubla futbolçu arasında olan məsələdi. Xahiş edirəm, düzgün başa düşün. Məncə, siz də nə qədər qazandığınızı açıqlamaq istəməzsiz. Mən “Qarabağ”a fayda vermək üçün gəlmişəm. Pul qazanmaq sonrakı işdi.
- “Qarabağ”dan başqa təkliflər vardı?
- Başqa ölkələrdən bir-iki klubdan zəng vurmuşdular, amma tələsmək istəmirdim. Kubokun finalından sonra “Qarabağ”dan təklif alanda razılıq verdim.
- Niyə məhz “Qarabağ”?
- Çünki risk etmək istəmədim. Bəli, karyeramı Avropada, yaxud Asiyada da davam etdirə bilərdim. Lakin heç kim zəmanət verə bilməzdi ki, ordakı çıxışım necə alınacaq. Nə qədər də olmasa, ilk dəfə üz tutduğum ölkədi, mühitdən xəbərdar deyiləm, məni orda nələrin gözləyəcəyini bilmirəm. Azərbaycan isə mənə doğmadı. İki ildi burdayam və geridə qalan vaxt ərzində nəyin necə olduğunu öyrənmişəm. Belə deyim, “Qarabağ”a uyğunlaşacağıma daha çox əmin idim. Sırf pulu düşünsəydim, başqa addım atardım. Amma bu gün məni yaxşı futbol oynamaq, avrokuboklarda layiqincə çıxış etmək maraqlandırır.
- Qurban Qurbanov, yaxud Rəşad Sadıqovla söhbətin oldu?
- Xeyr. Klubdan əlaqə saxlamışdılar, “Qarabağ” rəsmisi ilə danışığımız oldu.
- “Qəbələ” kuboku qazansaydı, Roman Qriqorçuk da Qazaxıstana üz tutmasaydı, orda qalacaqdın, yoxsa bölgə təmsilçisindən ayrılacağını qətiləşdirmişdin?
- Klub rəsmiləri ilə qışda söhbətimiz olmuşdu. Mən onlara şərtlərimi desəm də, rəhbərlikdən cavab gəlməmişdi. Bəlkə də büdcənin necə olacağını bilmirdilər deyə yeni müqavilə şərtləri ilə bağlı danışmaq istəməmişdilər. Çempionatın sonuna qədər gözlədim, dəqiq söz deyən olmadı.
- “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı açıqlamasında qeyd edib ki, Ozobiçin qalmasını istərdik, lakin o fərqli seçim etdi...
- Burda mənlik bir şey yoxdu. Çünki əvvəlki söhbətimizdə mən öz şərtlərimi demişdim. Onlar isə gözləmə mövqeyindəydilər. Mənim də gözləməyə vaxtım yox idi. Ona görə də “Qarabağ”ı seçdim.
- 2016/17 mövsümünü əla keçirmişdin. Avroliqadakı mükəmməl çıxışın, üstəgəl, çempionatda Rauf Əliyevlə birgə bombardir olmağın yaddaşlardan silinməyib. Lakin eyni sözləri başa çatan mövsüm haqda demək mümkün deyil. Nə baş verdi?
- Dediklərinizlə razıyam. Öncəki mövsümü daha uğurlu keçirmişdim və bunun sayəsində ötən ilin yanvarında Xorvatiya millisinə cəlb olunmuşdum. Ancaq bu dəfə zədə mənə çox mane oldu. Müalicə olunmaq, bərpa dövrünü keçib güc yığmaq – bunlar müəyyən zaman aldı. Ona görə də çempionatın müəyyən bölümündə “axsadım”.
- Artıq tam sağaldığını demək olar?
- Heç bir problem yoxdu. Tam gücümlə “Qarabağ”a kömək edə biləcəm. Vacib olan təlim-məşq toplanışında yaxşı hazırlıq keçmək və lazım olan gücü yığmaqdı.
- Maraqlıdı, “Qarabağ”a keçmək mövzusunda Qriqorçukla söhbətin olmuşdu?
- Xeyr. Çünki bu mümkün deyil. Dediyim kimi, təklifi kubokun final oyunundan sonra aldım. O vaxt artıq hamı istirahətdə idi.
- Yeri gəlmişkən, finalda nə baş vermişdi? Ehtiyatda qalmağının səbəbi nə idi?
- Final qarşılaşmasına 100 faiz hazır idim. Baş məşqçi güvənsəydi, ilk dəqiqələrdən bacardığımın ən yaxşısını edəcəkdim. Lakin baş məşqçi fərqli qərar qəbul etdi ki, buna hörmətlə yanaşdım. Mən tərəfdən heç bir problem yox idi.
- “Qarabağ”lı futbolçulardan kimlərləsə əvvəldən münasibətin var idi?
- İbrahim Şehiçlə bir neçə dəfə söhbətləşmişdik, çünki təxminən eyni dildə danışırıq. Lakin Şehiç artıq “Qarabağ”da deyil. Hə, bir də Ansi Aqolli ilə çətin də olsa, bir-birimizi başa düşürük. “Qarabağ”da serb fizioterapevt var, Riki. Onunla yaxşı tanışam.
HƏBİB
Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar