06 in 10:51manset

Elşən Qəmbərov illərdi gizli saxladıqlarını “Futbol+”ə danışdı

Elşən Qəmbərov illərdi gizli saxladıqlarını “Futbol+”ə danışdı
“Məndən sonra da “Neftçi”də kimsə futbolkanı yerə çırpdı, amma onu qovmadılar”
- Bilirsən, Böyükağa Abbasovun 40 məclisində kimi gördüm?
- Kimi?
- Elşən Qəmbərovu...
- Yaxşı da... Bakıdadı?
- Hə, ABŞ-dan yeni gəlib.
- Bilmirsən hardadı? Kimin vasitəsilə tapa bilərəm onu?
- Nömrəsi məndə var, özündən aldım ki, müsahibə götürəsən...
...qəzetimizin sadiq oxucusu olan yoldaşlardan biri ilə qısa dialoqdan sonra Qəmbərovla danışmaq şansını əldən verməyim, sadəcə, mümkünsüz idi. Nömrəni alıb, Elşənə zəng vurdum:
- Salam, qardaş. Necəsən? Həbibdi, “Futbol+” qəzetindən.
- Salam, dostum, salam. Yaxşıyam, Bakıdayam, qonaq gəlmişəm. İyunun 20-nə qədər burdayam.
- Müsahibə götürmək istəyirdim, vaxtın var?
- Gəl, bu söhbəti telefonda etməyək. Üzbəüz görüşüb, söhbətləşək, dərdləşək. Həm də bu gün heç cür vaxtım yoxdu. Yeri və vaxtı təyin edib, sabah görüşək.
Və beləcə, şənbə günü Bakıxanov qəsəbəsindəki “Kazbeki” restoranında görüşürük. Özüdü, bir də yanında vaxtilə peşəkar futbolla məşğul olmuş qardaşı Saleh. Diktofonu işə salmamışdan əvvəl bir xeyli ordan-burdan danışır, vaxtilə çiyin-çiyinə futbol oynadığı komanda yoldaşlarının hazırkı durumu ilə maraqlanır. “Futbol+”in oxucu sayı ilə maraqlanır və qəfil yadına düşən bir xatirəni nəql edir: “Yadına gəlmir, hansı mövsüm idi. Bilirsiz ki, işlək ayağım sağ idi, buna görə də əsasən sağ cinahda oynayırdım. “Turan”la oyunda Ağasəlim Mircavadov nə fikirləşdisə, mənə əks cinahda oynayacağımı dedi. Açığı, çox təəssüfləndim. “Turan”ın yaxşı vaxtlardı idi deyə, heç vaxt çıxış etmədiyim mövqedə çətinlik çəkəcəyimi düşünürdüm. Amma pis-yaxşı oynadım. Səhər baxdım ki, “Futbol+”in qiymətləndirməsində əməkdaşınız mənə ən yaxşı qiymət verib. Hətta reportajda da yad mövqedə oynadığımı qeyd edib, fəallığımı ön plana çəkmişdi”.
Təxminən 20 dəqiqəlik “ürək boşaltmaq” prosesindən sonra müsahibəyə keçid alırıq.
“Səndən bir xahişim olacaq...”
- Sonuncu dəfə müsahibə verməyin yadına gəlir?
- Düzü, Azərbaycanda yadıma gəlmir. Yəqin ki, təxminən 10 il əvvəl olub. 2009-un yayında ABŞ-a yollanmamışdan əvvəl hansısa saytın əməkdaşına danışmışdın. Amma amerikalı və özbəkistanlı həmkarlarınızla görüşmüşəm. Təxminən 2-3 il əvvəl idi.
- Bakıya tez-tez gəlib-gedirsən?
- 2-3 ildən bir olur. Axırıncı dəfə 2016-da gəlmişdim.
- İşlərin necə gedir? Nə işlə məşğulsan orda?
- Allaha şükür, hər şey qaydasındadı. Narahat olduğum, narazı qaldığım elə bir şey yoxdu. “Çernomorets Bruklin” komandası var, orda məşqçi işləyirəm. Ümumi götürəndə 5-17 yaş aralığında uşaqlardı. Amma mənim əsas komandalarım 9 və 13 yaşlılardı. Müxtəlif çempionatlarda oynayan uşaqlardı.
- Ukraynalıların klubudu?
- Bəli, amma məşqçilərin hərəsi bir ölkədəndi. İspaniyadan, Türkiyədən, Rusiyadan olan mütəxəssislər çalışır. Çoxu vaxtilə mənim kimi futbol oynayanlardı.
- Sponsor kimdi?
- Sponsor deyəndə ki... Klub özü-özünü dolandırır. Uşaqlara pullu məşqlər keçilir və onun qarşılığında məşqçilərin maaşı verilir. Üstəlik, Bruklin rəhbərliyi də hərdən komək edir.
- Maşallah, formadasan, demək olar, dəyişməmisən. Olmaya özün də top dalınca qaçırsan?
- (gülür) Hərdən olur. Həvəskarlar arasında Latın Amerikası liqası var, orda oynayıram. Həftədə bir dəfə meydana çıxırıq. Həmin liqada 800-ə yaxın futbolçu oynayır. Həvəskar liqa olmasına baxmayaraq, mükafat fondu var. Və buna görə də oyunlar intriqalı olur. Baxırsan ki, bəzi komandaların heyətində 20-25 yaşlı cavanlar yer alır. Çempionatın səviyyəsi yaxşıdı.
- Bizimkilərdən kim var oralarda? Kiminlə daim əlaqədəsən?
- Aron Zərbəliyev var, o da vaxtilə peşəkar futbolla məşğul olub, zədəyə görə karyerasını erkən başa vurdu. Bruklində yaşayır, o da “My Way” klubunda işləyir. Fərid Ordiyev var, həmkarınızdı. O da Bruklindədi, bütün günü bir yerdəyik. Üzünə demək olmasın, yaxşı oğlandı (gülür). Sonra... Əmir Əliyevi tanıyırsız?
- Ad tanış gəlir, amma xatırlaya bilmirəm.
- Səhv etmirəmsə, o vaxt “Bakı”ya baxışa gəlmişdi. İndi 37-38 yaşı var. Vaxtilə “Yuventus”un əvəzedicilərinə baxışa çağırmışdılar onu, amma orda çox qalmadı. Əslən azərbaycanlıdı, amma ABŞ-da anadan olub, böyüyüb. Maşallah, azərbaycanlı uşaqlar çoxdu orda.
- Bəlalı yerimiz – darıxmaq...
- Düzünü desəm, ancaq atam-anam, qardaşım üçün darıxıram. Yəni ailə üzvlərim üçün. Vaxtilə birgə oynadığım uşaqları axtarıram, tapım, onlarla da görüşəcəm. Zaur Tağızadədi, İqor Getman, Vadim Vasilyev, Ədahim Niftəliyev, Dmitri Kramarenko, İlham Yadullayev, Zaur İsmayılov, Tərlan Əhmədov, Qurban Qurbanov, Rəşad Sadıqov... Vaxt edib, hamısı ilə görüşmək istəyirəm. Bruklində olanda Rəşad Sadıqova zəng vurmuşdum, dərhal tanıdı. Dedi, Bakıya gələn kimi xəbər elə, görüşək. Səndən bir xahişim olacaq, adlarını çəkdiklərimdən kimlərin nömrəsi varsa, mənə verərsən, tapım onları. İki il əvvəl gələndə heç kimi tapa bilmədim, heç olmasa, indi görüşüm.
“Məni ən çox yandıran nə oldu, bilirsən?”
- Adlarını çəkdiklərinin heç biri ilə əlaqən yoxdu, deməli...
- (məyus halda dodağını dişləyir) Yox, heç kimlə... Səhər çıxıb, axşam yorğun gəlirəm evə. İnanın, heç vaxt olmur. Həftəiçi məşqlərdi, həftəsonları da oyunlar... Yeri gəlmişkən, eşitdim, Emin Ağayev Azərbaycanda işləyəcək.
- Elədi, “Səbail”də Aftandil Hacıyevin köməkçisi təyin olundu.
- Aftandıl, maşallah, cavan uşaq idi o vaxt. Halal olsun, işləsinlər də... Bilmirsən, Emin indi burdadı?
- Moskvada olmalıdı.
- Nə vaxt gələcəyini öyrənmək olar?
- Çox güman, ayın sonuna qədər gələr.
- Mən gedənə kimi gəlsəydi, görərdim onu. Hamısı üçün darıxmışam. Oturub, keçmiş günləri yada salardıq.
- Ailədə, nəsildə yolunu davam etdirən var?
- Allah hamıya qismət eləsin, məndə iki qızdı. Böyüyün 18, kiçiyin 4 yaşı var. Qardaşım Saleh o vaxt “Kəpəz”dəydi, yığmaya də dəvət alırdı. Vaxtilə İslam Kərimovun rəhbərliyi altında İrana getmişdilər. Sonra zədə aldı, iki dəfə əməliyyat etdirdik, heç cür düzəlmədi. Yolumu davam etdirməli olan o idi, o da yarımçıq qaldı.
- Ağasəlim Mircavadovla görüşməmisən?
- Yox, görüşməmişəm. Amma görüşsəm, Allahın salamını verərəm (dərindən “ah” çəkib, mövzunu dəyişməyimi xahiş edir. Mən də öz növbəmdə sözə davam etməsini xahiş edirəm)... Mən o vaxt futbolkanı yerə çırpdım, az qala vətən xaini çıxardılar məni. Bazaya gəldim, İqor Getman dedi ki, Elşən, o hərəkətə görə səni komandadan uzaqlaşdırırlar. Heç kim başa salmadı, tənbeh etmədi. Qapını göstərdilər, sanki kimlərsə fürsət gözləyirdi.
- Hələ də unuda bilmirsən, hə?
- Necə unuda bilərəm? O vaxt 32-33 yaşım vardı və həmin vaxta qədər heç bir məşqçi məni əvəzetmədən meydana buraxıb, yenidən əvəzləməmişdi. İstər-istəməz pisimə gəldi. Halbuki oyuna pis qoşulmamışdım, hesab 1:1 olanda meydana daxil olmuş, bir-iki dəfə cinahdan reyd etmişdim... Yeri gəlmişkən, məndən sonra da “Neftçi”də kimsə futbolkanı yerə çırpdı, amma onu qovmadılar.
- 6-7 il əvvəl Rail Məlikovun etdiyinizi nəzərdə tutursan yəqin...
- Vallah, kimliyi dəqiq yadımda deyil. Amma dost-tanış mənə dedi ki, “Neftçi”də belə hadisə baş verdi, amma həmin futbolçunu saxladılar. Məni çox sıxışdırırdılar. Naci Şensoyun vaxtında səfərdə “Tural”la oynayırdıq, sol cinaha “atdılar” məni. Məni ən çox yandıran nə oldu, bilirsən?
- Nə?
- O vaxt klub prezidenti Rövnəq Abdullayev idi. Sizə deyim ki, o məni çox istəyirdi. Ancaq bəzi qüvvələr etdiyim hərəkəti elə təqdim etdilər ki, o kişinin mənə olan münasibəti tam dəyişdi.
“Hücumçu var idi, 10 oyunda qol vura bilmirdi, ona söz deyən yox idi e”
- Kim idi aranı qatan? Mircavadov?
- Heç kimin adını çəkməyəcəm. Bunu doğru saymıram. Sadəcə, soruşursuz, mən də ürəyinizdə qalmasın deyə ümumi cavab verirəm. Mənə qarşı çox haqsızlıq edilirdi, çox. Futbolçu var idi, penaltini qaçırırdı, kimsə öz qapısına top vururdu, bir başqası boş qapını nişan ala bilmirdi... Onlara söz deyilmirdi. Amma Elşən ayağını səhv qoyan kimi səs-küy qopurdu. Tək futbolkanı yerə çırpmaq söhbəti deyildi axı.
- Yadıma gəlir, yığmaya az-az dəvət almağın da səni narahat edirdi. Halbuki legioner həyatı yaşayırdın, Özbəkistanda heç də pis oynamırdın.
- Heç onu demirəm. Əlbəttə, az dəvət olunurdum. 15 ildən artıq müddətdə vur-tut 12 oyunda millinin formasını geydim. Slovakiya ilə oyunda meydana start “11-lik”də çıxmışdım. İlk hissədə yaxşı oynadım, hətta topu müdafiədən götürüb uzun məsafə qət etdim və həmin əks-hücum sonrası qapıçı vurduğum topu çətinliklə dəf etdi. O epizoddan sonra çox ümidləndim, düşünürdüm ki, ikinci hissədə daha yaxşı oynayacam. Fasilədə Əhməd Ələsgərov məni əvəzlədi. Məşqçilər mənə güvənmirdi, güvənmək istəmirdilər. Vallah, hücumçu var idi, 10 oyunda qol vura bilmirdi. Ay kişi, ona söz deyən yox idi e. Amma mən ötürmə verirdim, qol vururdum, 10 oyundan 1-də nəsə alınmayanda, “aha, Elşən zəifdi, əvəzləmək lazımdı, ehtiyatda qalmalıdı” deyirdilər.
- Etiraf edək ki, Özbəkistan karyeran – istər Səmərqənd “Dinamo”su olsun, istərsə də “Novbahor” – burdakından daha parlaq alınırdı.
- Səni inandırım, Özbəkistanda mənə elə münasibət göstərirdilər, bəzən təəccüblənirdim ki, mən Azərbaycandayam, yoxsa Özbəkistanda. Əllərinin içində gəzdirirdilər məni, güvənirdilər, ürək-dirək verirdilər. Ona görə də oyunum alınırdı, daim əsas heyətdə yer alırdım. İndi rəhbərliyim altında oynayan 13-15 yaşlı uşaqlar var. Hansısa səhv edəndə, çağırıb başa salıram, nəyisə öyrədirəm, düzgün istiqamət göstərirəm. Sabah böyüklərlə işləsəm, yenə belə edəcəm. İnsanı “sındırmağa”, kənara atmağa nə var?
- Azərbaycanı üzləşdiyin haqsızlıqlara görə tərk etdin?
- 2009-da tərk etdim Azərbaycanı, 37 yaşım vardı. Artıq peşəkar futbol oynamayacağımı dəqiqləşdirmişdim. Düzü, istəsəydim, daha 1-2 il oynaya bilərdim. Amma istəmirdim, sanki gördüklərimdən iyrənmişdim. Allaha and olsun, bu gün ABŞ-da 20-25 yaşlı gənclərə qarşı oynayıram. Futbolla məşğul olduğum dönəmdə çəkim 69 kq idi, indi 69,5-di. Həmin bədəndi, həmin orqanizmdi. 47 yaşım var e (gülür). Orda məşqçi var, Covanni Severezi. Mənə deyir ki, 2-3 il tez gəlsəydin, səni problemsiz “Nyu York Kosmos”a götürərdim.
- Amma vətəni tərk etməyinin səbəbini demədin.
- Bruklində Özbəkistandan tanıdığım, əslən tacik olan dostum yaşayırdı – Olim Tellayev. “Dinamo”da bir yerdə oynamışdıq. O məni çoxdan ABŞ-a çağırırdı, ancaq getmirdim. 2009-da, nəhayət, razılaşdım. O vaxtdan orda qaldım.
- Məşqçilik kateqoriyan var?
- Akademiya uşaqları ilə işləmək üçün tələb olunan lisenziyam var. İndi istəyirəm, kateqoriya kurslarına qatılım. Şükürlər olsun, işimdən çox razıyam. “Çernomorets Bruklin” rəhbərliyi sağ olsun, mənə hər cür dəstək oldular, bu günə kimi də olurlar.
“Yadından çıxmasın, Zaykanın nömrəsini götürəcəm səndən”
- Neçə ildi klubda işləyirsən?
- 7 ildi. Demək olar ki, gedəndən. Mənə məşqçi yox, klubun təsisçilərindən biri gözüylə baxırlar. Güvənirlər, məsləhətləşirlər.
- Azərbaycan futbolunda başverənləri izləyirsən?
- Əsasən yığma və “Qarabağ” oynayanda baxıram. Çox izləməyə vaxtım yoxdu, inan. Fərid sağ olsun, bütün məlumatları mənə çatdırır (gülür).
- Premyer-liqada neçə komandanın mübarizə apardığını bilirsən?
- Səhv etmirəmsə, 8 olmalıdı. Çempion “Qarabağ” oldu, “Neftçi” “bürünc” aldı. 2-ci pilləni kimin tutduğunu bilmirəm.
- “Qəbələ”... Kubokun sahibi kim oldu?
- Kim?
- “Keşlə”, sənin bildiyin “İnter”.
- Nə yaxşı oldu? Böyük komandaların hamısına mükafat çatdı. İddialılardan kimsə kənarda qalanda ürəyim ağrıyır. Dostum Zaur İsmayılov da ordadı da. Yadından çıxmasın, Zaykanın nömrəsini götürəcəm səndən.
(davamı növbəti sayımızda)
HƏBİB
Люди кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar