17 fev 13:17manset, gundem

PFL-dən Bəhmən Həsənova cavab gəldi

PFL-dən Bəhmən Həsənova cavab gəldi
Aslan Şahgəldiyev: “Dedim gəl göstər, göstərə bilmədi”

Birinci divizionun 15-ci turunda “Rəvan”ın səfərdə “Zaqatala”ya məğlub olduğunu (1:3) bilirsiz. Həmin oyun haqda qəzetimizin ötən sayına açıqlama verən “sarı-qırmızılar”ın baş məşqçisi Bəhmən Həsənov maraqlı fikir səsləndirmişdi: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər. Sanki biz heç hücum etməmişik. Əslində 2 dəfə oyunçularımız təkbətək qalıb. Hansı komanda qalib gəlibsə, onların epizodlarını yerləşdirirlər. MOİK – “Səbail” matçının kadrlarına baxıram. Fikirləşdim ki, deyəsən, MOİK heç oyuna gəlməyibmiş. Ümumiyyətlə, epizod qoymamışdılar. Hətta “Qarabağ” kimi komandaya qarşı oynasan belə, ən azı 5 dəfə hücum edirsən. Mən onlardan incik deyiləm. Əksinə, qoy “Şəmkir”in, “Səbail”in, “Zaqatala”nın hücumlarının hamısını versinlər. Mənim üçün təhlil etmək daha asan olur”.
Əslində sırf “Zaqatala” – “Rəvan” oyununun PFL-də yerləşdirilən icmalında epizodlar heç də birtərəfli qaydada yerləşdirilməyib. Belə ki, qolları nəzərə almasaq, meydan sahiblərinin 5, qonaqların isə 4 həmləsi icmalda yer alıb. Təbii, bu baxımdan çalışdırıcının həmin fikirləri səsləndirməsini anlamaq çətindi. Bəlkə də Həsənov rəngləri daha da tündləşdirib, komandasının uğursuz nəticəsini PFL-in “birtərəfli yanaşması” ilə ört-basdır etməyə çalışıb. Hər halda, Bəhmən bəyin dediklərinə təşkilatçı qurumdan da münasibət öyrənməyi lazım bildik. PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə danışdıq: “Həmin açıqlama ilə tanışam. Düzü, o fikirlərdən sonra oyunun icmalını izlədim. Qolları nəzərə almasaq, “Zaqatala”nın 5, “Rəvan”ın isə 4 hücumu var. Bəlkə də montaj zamanı hansısa epizod gözdən qaça bilər. Amma bu o demək deyil ki, udan tərəfin hücumları qoyulur. Bir məqamı da qeyd edim. Mümkündü ki, oyunda hesab böyük olsun. Tutaq ki, 6:0. Biz ancaq qolları qoyuruq. Nəyə görə? Çünki istəmirik ki, çox yüklənsin, icmal çox böyük olsun. Qolun birini 1 dəqiqədən hesablayanda 6 dəqiqə edir. İcmalın da öz vaxtı var. Hər hücumu da qoymaq olmur axı. Yenə deyirəm, hansısa epizodun montajyorun gözündən qaçması mümkündü. Ancaq sırf həmin oyunun icmalında meydan sahibləri ilə qonaqların hücumlarının sayında bir fərq var. Qollar da ki, qoyulmalıdı. Premyer-liqa klublarından birinin rəsmisi də belə bir etiraz etmişdi. Ad çəkmək istəmirəm, demişdi ki, bizim hücumları qoymursuz. Mən də ona söylədim ki, hansı hücumları deyirsənsə, gəl bir yerdə baxaq, göstər. Göstərə bilmədi. Təbii, hücum edən, qalib gələn tərəfin də hansısa hücumunun nəzərdən qaçması mümkündü. Montaj edən adam oyuna 90 dəqiqə baxmayıb axı. Kaseti qoyur, yığa-yığa epizodları toplayır. Qolların vaxtını tapmaq asandı, çünki dəqiqəsi qeyd olunur. Ancaq təhlükəli vəziyyətləri yığa-yığa baxır. Hər oyuna oturub 90 dəqiqə baxsa, görün icmalı vermək üçün nə qədər vaxt aparır. Lakin bu qərəz-filan demək deyil. Bilirsiz, bu nəyə oxşayır? Bəzən azarkeşlər şərhçini qınayır ki, bizim qolda az qışqırırsan, rəqibin qolunda çox”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Mil-Muğan”ın da hədəfi premyer-liqadı 17:14Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır 17:11Tərəflərin xeyrinə və əleyhinə olan məqamlar 17:09Rəşad Sadıqov əcnəbi hakimlərə ehtiyac duyulduğunu gizlətmədi 17:06Zərərçəkmiş şəxs də “Futbol+”ə üz tutdu 17:04Günay Məmmədzadə ölkə çempionu oldu 17:02Teleyayın hüququnu Az.TV-yə Saleh Məmmədov verib 17:00Stadionlar oyunları qəbul etməyə hazırdı 16:57Qəbələdə yenə 2:0 və çempionatda lider dəyişikliyi (yenilənir) 16:23Vidadi Əhmədov 25 il əvvələ qayıtdı 12:17Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib 12:14AZAL mərakeşli futbolçu ilə anlaşdı 12:12Mirbağır İsayev niyə PRO kurslarına qatılmayıb? 12:11Mütəxəssislər prinsipial oyuna proqnoz verdi 12:09Bütün oxlar Fariz Yusifovu göstərir 12:07Fineonu soyan xanımlardan biri ələ keçdi 12:04“Sərbəstlər” Dünya Kubokuna iki qələbə ilə başladı 12:01“CBC Sport” Həndbol Federasiyasından inciyib 11:58Divizionda yeni ildə ilk istefa: “Şəmkir” Əliyevlə vidalaşdı 11:5415 qol vuruldu, qovulan olmadı 13:55Karpol klublarımızın superliqada oynamasına razıdı? 13:53“Mil-Muğan” səfərdə sevindi 13:51Şeydayev seçimini əsaslandırdı 13:49Kamran Quliyev: “Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi” 13:45“Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim” 13:42Sabiqlər mərkəzi oyuna Fariz Yusifovu “təyin etdi” 13:33“Qəbələ” “Qarabağ”la oyun ərəfəsində azarkeşləri coşdurdu 13:29SSRİ-nin tanınmış veteranları İlham Əliyevə açıq məktub göndərdi 13:27Ermənistana sığınan Şahin Mirzəyev “Caspian Ultras”ın üzvüdü 13:25Günay Məmmədzadə vahid lider oldu 13:22Bilet satışında artım var 13:20PFL-dən Bəhmən Həsənova cavab gəldi 13:17Hakimlər Komitəsi üçün çıxış yolu: yenə otellərə yığın! 13:14“Neftçi” “Sumqayıt”ın seriyasını qırdı 16:37Nizami Hacıyev Prosineçkiyə səsləndi 16:34Tərlan Əhmədov yenə “İnter”ə bata bilmədi 16:30Bəhmən Həsənov: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər” 16:27Heç-heçəsiz tur və 2000 şəmkirli 16:26“Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram” 16:21AFFA rəhbərliyi Almeyda ilə görüşməyə tələsmir 15:46“Toplantıda iştirakı əlavə vaxt itkisi saydıq” 15:45Əliyarla Zeynal “Qəbələ”yə yenidən əsas verdi 15:42PFL-in qəribə standartları... 15:41Mahmud Qurbanov Şeydayevin uğurlu olacağını düşünür 15:39Karateyə 3 milyon lazımdı 15:37İslamiada üçün “İncə” və “Cəsur” 15:33“Azərbaycan klubları və “Volero” yarışın səviyyəsini qaldıracaq” 15:32Çox, çox, çox maraqlı! 14:03Kamran Quliyev “Sumqayıt”ın əvəzedicilərinə görə narahatdı 15:30Şeydayevin yeni komandasında yarımmüdafiəçilər “at oynadır” 15:26Şəhriyar və Teymur yenə “Qran-pri” seriyasında çıxış edəcək 15:24Zirədə dramatik sonluq və yenə şübhəli hakim qərarları 15:21“Kəpəz” Gəncədə də uduzdu 15:17Samir Abasov şübhəsi olanlara mesaj göndərdi 15:14“Xəmsə” rəhbərliklə görüşə qatılmayıb 15:11Ufuk Budak debütünü qolla qeyd etdi 15:08Fransadan üç medalla 15:04 Bütün xəbərlər
Ən çox oxunanlar