14 fev 15:26manset

Şeydayevin yeni komandasında yarımmüdafiəçilər “at oynadır”

Şeydayevin yeni komandasında yarımmüdafiəçilər “at oynadır”
“Jilina”nın düşərgəsində legionerlərin sayı 13-ə çatdı

Ötən yay “Trabzonspor”la anlaşan, ancaq mövsümün ilk yarısında Qaradəniz təmsilçisinin heyətində özünü göstərə bilməyən Ramil Şeydayevin karyerasını Slovakiyada davam etdirəcəyini ötən sayımızda xəbər vermişdik. Millinin forvardı icarə əsasında “Jilina”nın şərəfini qoruyacaq. Yığmanın forvardının yeni klubunun baş məşqçisi Adrian Qula soydaşımızla bağlı mətbuata açıqlama verib: “Ramil Şeydayev “Trabzonspor”da, demək olar ki, meydana çıxmırdı. Buna baxmayaraq, müəyyən müddət idi onunla maraqlanır, diqqətdə saxlayırdıq. Onu Türkiyə klubundan ilyarımlıq icarəyə götürmüşük. Sankt-Peterburq təmsilçisi “Zenit”in yetirməsiylə bağlı qərarı komandamızın fəlsəfəsinə əsasən vermişik. Çünki “Jilina” əsasən gənc və perspektivli oyunçulara üstünlük verir. Hücumçunun komandamıza tez qoşulmasına da şadıq. Onunla işbirliyini səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Slovakiya çempionatının lideri olan “Jilina” fasilədən sonra, daha konkret desək, fevralın 18-də “Senitsa”nın qonağı olacaq.
“Bordo-mavilər”i “sarı-yaşıllar”a dəyişən millinin üzvü də yeni komandası ilə bağlı klubun saytına açıqlama verib. O “Jilina”ya keçməmişdən öncə “Trabzonspor”un slovakiyalı futbolçuları ilə danışdığını bildirib: “Çox şadam ki, bundan sonra “Jilina”nın şərəfini qoruyacam. Bu mənim üçün yaxşı seçimdi. Bura gəlməmişdən öncə “Trabzonspor”un slovakiyalı futbolçuları Yan Dyuritsa və Matuş Bero ilə də danışdım. Onlar mənə dedilər ki, “Jilina” Slovakiyada böyük klubdu. Burda müntəzəm oynayacağımı düşünürəm”.
Yerli çempionatda inamlı çıxış sayəsində avrokubokda uğurlu nəticə qazanacaqlarına inam ifadə edən millinin futbolçusu ilk təəssüratlarından da razı qalıb. O bildirib ki, artıq komandada meydana çıxmaq şansını səbirsizliklə gözləyir.
Qeyd edək ki, “Jilina” 17 turdan sonra 44 xalla turnir cədvəlinə başçılıq edir. Bu arada onu da xatırladaq ki, “sarı-yaşıllar” geridə qalan 17 turda 52 dəfə rəqibləri meydanın mərkəzinə dəvət edib. Öz qapısında isə 11 qol görüb. UEFA reytinqində hazırda 187-ci pillədə qərarlaşan Qulanın komandasının ən məhsuldar oyunçusu, qəribə də olsa, yarımmüdafiəçidi. Bu, 19 oyuna 14 qol vuran slovakiyalı Filip Holovskidi. 28 yaşlı orta sahə oyunçusu bu qollardan 7-ni çempionat, 7-ni isə kubok qarşılaşmalarında vurub. Mihael Şvarka isə bombardirlərin sıralamasında ikinci yerdədi. Onun hesabında 5-i çempionat qarşılaşması olmaqla, ümumilikdə 10 qol var. Onu da bildirək ki, Şeydayevin yeni komandasının düşərgəsində ondan başqa hazırda 12 legioner var. Argentina, Qambiya, Kolumbiya, Kamerun, Moldova və Almaniyanın 1, Çexiya, Nigeriya, Bosniya və Hersoqovinanın isə 2 futbolçusu “Jilina”nın uğurları üçün tər tökür. Legionerlərin arasında nigeriyalı Yusuf Otobonja məhsuldarlığı ilə seçilir. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə 4 dəfə ölkə çempionatında, bir o qədər də kubok qarşılaşmasında adını tabloya yazdırmağı bacarıb.
İnanaq ki, “Trabzonspor”da yetərincə oyun təcrübəsi qazanmayan Ramil Şərqi Avropa ölkəsində özünü sübut edib, tənqidçiləri susdurmağı bacaracaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23“Atam həmişə mənə deyirdi ki, kişi olmalısan, mavi yox” 20:23 Bütün xəbərlər
Ən çox oxunanlar