04 may 23:30manset
Yunis Hüseynov ayaqyolu ilə bağlı sualı eşidib özündən çıxdı
Yunis Hüseynov ayaqyolu ilə bağlı sualı eşidib özündən çıxdı
“Neçə ildi aşağı dəstədən premyer-liqaya komanda yüksəlmir, niyə indi biz elitanı tərk etməliyik?”
“Kəpəz”in elita ilə vidalaşacağı gözlənilirdi. Sadəcə, məsələnin rəsmiləşməsi qalmışdı ki, bu da 25-ci turda “Qəbələ”ylə oyunda baş verdi. “Səbail”lə “Keşlə”nin qələbə qazanması qərb təmsilçisinin premyer-liqa ilə vidalaşmasına şərait yaratdı. Vidalaşdı deyəndə ki, gəncəlilərin növbəti mövsüm elitada, yoxsa birinci divizionda mübarizə aparacağı hələ bilinmir. Reqlamentə görə komanda aşağı dəstəyə yuvarlanmalıdı. Amma bura Azərbaycandı və artıq neçə illərdi birinci divizionun qalibi premyer-liqaya yüksələ bilmir.
Qərar açıqlanmasa da, mütəxəssislər və futbol biliciləri “Kəpəz”in növbəti mövsümdə də elitada çıxış edəcəyini deyir. Hətta uğursuz mövsüm keçirən komandanın baş məşqçisi və futbolçuları da bunun tərəfdarıdı. Halbuki kim danışsa da, onlar susmalıdı. Çünki “Kəpəz”in sonuncu pillənin daimi sakininə çevrilməsinə onlar şərait yaradıb.
Şahin Diniyevin gedişindən sonra baş baş məşqçi postuna yiyələnən Yunis Hüseynov həmin vaxt iddialı açıqlamalar verər, elə hey çempionatın ikinci yarısını gözləməyi məsləhət görərdi. İndi sakitləşib, taleyi ilə barışıb. Amma “Kəpəz”in elitada qalmalı olduğunu çəkinmədən iddia edir. Müsahibənin “canı” bu sual olsa da, başqa məqamlara da toxunduq.
- Yunis müəllim, 10 dəqiqə vaxtınızı alacam. Olar?
- 10 dəqiqədən çox olmayacaqsa, olar.
- Komandada vəziyyət necədi?
- Normaldı, şükür. İki gündü Gəncədəyik, yaxşı məşq edirik, “Sumqayıt”la oyuna hazırlaşırıq.
- Niyə məşq edirsiz?
- Başa düşmədim.
- Deyirəm, niyə məşq edirsiz? Onsuz da elitanı tərk edəcəyiniz dəqiqləşib. Məşqsiz-filansız yola verin, getsin də...
- Düzdü, reqlamentə görə premyer-liqanı tərk etməliyik.
- Tərk etməlisiz, yoxsa tərk etmisiz?
- Hə də, etmişik. Amma mən ümid edirəm ki, “Kəpəz”i premyer-liqada saxlayacaqlar. Hazırda Gəncədəki stadionda ciddi işlər gedir. Yəqin şəkilləri görmüsüz, xəbərləri oxumusuz. Əlavə meydanlar salınır, baza əsaslı təmir olunur. Deməyim odu ki, Gəncədə futbola maraq həddən artıq çoxdu. Bunlara görə də “Kəpəz”in elitada qalacağına ümidim var.
- Niyə qalmalıdı ki?
- Mən də sizə sual verirəm, niyə qalmamalıdı?
- Sonuncu pilləni tutub deyə, birinci diviziona yuvarlanmalıdı.
- Bilirəm e. Bu məsələdə mən sizinlə razıyam. Amma neçə ildi aşağı dəstədən premyer-liqaya komanda yüksəlmir, düzdü? Niyə indi biz elitanı tərk etməliyik?
- Əsasnamənin şərti nə deyirsə, odu.
- Əsasnamə həmişə olub. Dünən tərtib olunmayıb ki. Ancaq reallıq başqa cür olub.
- Bu, işin başqa tərəfidi. Mənə maraqlı olan “Kəpəz”in baş məşqçisinin hansı əsasla “premyer-liqada qalmalıyıq” deməsidi.
- “Kəpəz” premyer-liqada qalsa, yaxşı olar.
- 3 ildi premyer-liqadadı da. Nə yaxşı olub ki?
- Ölkə futbolunun inkifaşını istəyiriksə, regionlarda böyük futbol olmalıdı. Gəncədəki oyunlara nə qədər azarkeş gəldiyini bilirsiz, görmüsüz. “Kəpəz” elitada olanda uşaqların, gənclərin bu oyuna marağı artır, onlar da nə vaxtsa bu formanı geymək üçün daha səylə çalışır. Özünüz də bilirsiz ki, Gəncədə həmişə yaxşı futbolçular yetişib.
- Yetişib sözü keçmiş zamanı əhatə edir. O qaldı sizin dövrdə. Faktiki bu gün yetişmir.
- Biz də bunun üzərində işləyirik də. Ona görə deyirəm Gəncədə böyük futbol olmalıdı ki, son illər görülən işlər yarımçıq qalmasın. Meydanlar salınır, özüm tez-tez aşağı yaş qruplarının məşqçiləri ilə görüşürəm. Bütün bunları şəhərimizin futbolu üçün edirik.
- Bu dəqiqə sərəncamınızda Tural Rzayevdən başqa gəncəli futbolçu var? Bir qismi legionerlərdi, qalanları da Bakıdan, ordan-burdan gələnlər.
- Bacarıqlı uşaqlar var. Əvəzedici heyətdəki bəzi futbolçuları gözaltı etmişik. Qarşıdakı 3 turda onları əsas komandaya cəlb edib, imkan daxilində oynamaq şansı yaradacam.
- “Kəpəz” elitada qalsa, birinci divizionun çempionunun haqqı tapdanacaq. Fərqindəsiz?
- Mən demirəm ki, aşağı dəstədən komanda gəlməsin. Gəlsin, niyə gəlməsin ki? Mənim istəyim elitadakı komandaların sayının artmasıdı. “Kəpəz” qalsın, ikisi də aşağıdan yüksəlsin. Birinci divizonda mübarizə aparan komandaların məşqçi və futbolçuları elə fikirləşməsin ki, Yunis Hüseynov onların premyer-liqada olmasının əleyhinədi. Qətiyyən belə deyil. Elitada olmaq hər birinin haqqıdı. Bildiyimə görə, “Xəzər” hazırdı, gəlmək istəyir. Bir komandaya da imkan yaradılsın, premyer-liqada 10 komanda olsun. Lap 12 olsun, 14 olsun, təki komanda sayı çoxalsın.
- 10-cu komanda yoxdu axı. Hardan tapıb-çıxarsınlar? “Kəpəz” qalsa, “Xəzər” də yüksəlsə, say olur 9.
- 9 olsun da, burda pis nə var?
- “Kəpəz”ə görə say baxımından analoqu olmayan çempionat keçirilsin? Hər həftə bir komanda istirahət etsin, hə?
- Əlbəttə. Guya belə şey olmayıb?
- “Araz Naxçıvan”ın çempionatdan çəkilməsindən sonrakı prosesi nəzərdə tutursuzsa, olub. Amma mövsümə 9 komanda ilə start vermək...
- Faktiki olub da. Yəni 9 komandalı çempiont təşkil etmək olar. Burda heç bir problem, qəbahət yoxdu. Bir də ki mən “Kəpəz” qalmalıdı” demirəm. Sadəcə, Gəncədəki şəraiti, futbol sevgisini nəzərə alıb, arzumu, ümidimi dilə gətirirəm. Qərarı AFFA rəsmiləri verəcək.
- Bayaqdan Gəncədə futbola olan maraqdan danışırsız. Amma 25 min azarkeş tutumu olan stadionun düz-əməlli ayaqyolusu yoxdu. Budu futbol sevgisi, futbola diqqət?
- (sərt tonda danışır) İndi təmir gedir də, bəs mən sənə nə deyirəm? Sən məni bayaqdan qızışdırırsan, sualların da təxribat xarakterlidi. Ayaqyolu yoxdu? Sabah “Sumqayıt”la oyundu, Gəncəyə gəl, mən sənə görülən işləri göstərim. Şəxsən səni Gəncəyə dəvət edirəm, gəl, hansı işlər görüldüyünü gözlərinlə gör. Stadionun hər yerində yenidənqurma işləri aparılır.
- Elitada qalmaqdan başlayıb, gedib ayaqyoluna çıxdıq. Əsas mövzu qaldı qıraqda. “Kəpəz” niyə sonuncu pillədədi?
- “Kəpəz” sonuncu pilləyə layiq komanda deyil. Bunu bir mütəxəssis kimi iddia edirəm. Tək mən demirəm, kənardan da eşidirəm. Yəni sərgilədiyimiz futbol turnir cədvəlindəki mövqeyimizlə uzlaşmır. Sadəcə, nəticələrimiz yaxşı deyil. Belə deyim, oyun var idi, nəticə əldə edə bilmirdik. Bizim əsas rəqiblərimiz “Səbail”lə “Keşlə” idi. Onlar da yerlərində oturmadılar, heyətlərini gücləndirdilər. Sizi inandırım, bu komanda elitada qalsa, bundan qat-qat yaxşı olacaq.
- Razılaşaq ki, ən azı “Səbail”i geridə qoymalıydız.
- “Səbail”ə nə olub ki? “Sumqayıt”ı Sumqayıtda udan komandadı.
- “Səbail” büdcədə “Kəpəz”dən geri qalır...
- Məncə, onların büdcəsi bizimkindən çoxdu. Onu dəqiq bilmirəm, açığı. Bir komandanın büdcəsi azdısa, bu o demək deyil ki, bütün rəqibləri onu udmalıdı. Düzgün yanaşma deyil.
- Komandanın uğurunda ya büdcə rol oynayır, ya da baş məşqçinin bacarığı. Məsələn, pul olan yerdə nəticə yoxdusa, deməli, baş məşqçinin bacarığı istənilən səviyyədə deyil.
- Yenə deyirəm, düzgün yanaşma deyil. Sual verim?
- Buyurun.
- Mənə elə futbolçu göstər ki, bütün çempionatı eyni səviyyədə keçirsin.
- Mən demirəm ki, “Kəpəz” bütün oyunlardan qalib ayrılmalı idi. Amma qış fasiləsindən sonra 11 oyunda cəmi 1 qələbə qazanmısızsa, bu, faktiki uğursuzluq deməkdi.
- Razıyam, 1 qələbə qazanmışıq. Bunu hamı bilir. Ancaq elə oyunlar olub ki, qələbəyə layiq oynamışıq.
- Bəs niyə uduzmusuz?
- Bəxtsizlik, təcrübəsizlik ucbatından uduzmuşuq.
- “Qarabağ”la oyundan sonra...
- (sözümü kəsir) Mən indi iclasa girirəm. Sən 10 dəqiqə demişdin. İmkanın varsa, sonuncu sual ver, sağollaşaq.
- “Qarabağ”la oyundan sonrakı mətbuat konfransında “mən söz vermişəm ki, sonuncu pillədən çıxacağıq” demişdiz.
- Mən elə demişəm?
- Hə, vallah.
- Demişəmsə, onda gözləyək də.
- Nəyi gözləyək?
- Çempionatın başa çatmasına hələ 3 tur var (gülür). Yaxşı-yaxşı, sağ ol, iclasa girirəm.
HƏBİB
generic cialis pill online generic cialis
cialis 30 day sample tadalafil
buy viagra without prescription Viagra 5mg
can i buy viagra over the counter Viagra generico
prix de cialis http://cialisonl.com/
sildenafil pharmacy http://viagravonline.com/
cialis canada on line online cialis
where do you buy cialis cialis from canada
rx cialis para comprar http://cialisky.com/
cheapest order pharmacy viagra
viagra without a prior doctor prescription
pill splitter for viagra
generic viagra without a doctor prescription
where to buy viagra for the brain
viag
ra without a doctor prescription
viagra pilletjes
viagra without doctor
where to buy viagra
Buy Legal Steroids
Buy Best Legal Steroids
How To Buy Legal Steroids
Buy Steroids Online
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:
Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar