13 fev 18:23manset

“Neftçi”nin avtobusunun yeni dizaynının müəllifi Hənifəyevdi

“Neftçi”nin avtobusunun yeni dizaynının müəllifi Hənifəyevdi
Mehman Rəsulov: “Vəsait məsələnin önəmli tərəfi deyil”

Cari mövsümün ilk yarısında yaxşı çıxış etməyən “Neftçi” fasilədə tam yeniləndi desək, yanılmarıq. Səviyyəli futbolçuları heyətinə qatan komandanın oyununda da inkişaf var. Hər halda, son turda “İnter Arena”da “bankirlər” üzərində qazanılan inamlı qələbə (3:1) bunu deməyə əsasə verir. Dəyişən yalnız “Neftçi”nin heyəti və oyunu deyil. Komandanı daşıyan avtobus da dəyişikliyə məruz qalıb. Ötən sayımızda xəbər vermişdik ki, “ağ-qaralar”ın avtobusu fərqli və diqqəti çəkən dizaynla bəzədilib. Ölkənin ən köklü və titullu klubuna məxsus avtobusun üzərinə komandanın adı yazılıb. Amma bu dəfə fərqli formada. Belə ki, hər zaman yenilikləri və kreativliyi ilə seçilən klub əməkdaşları “Neftçi” sözündə klubda oynamış, amma artıq karyerasını başa vurmuş futbolçuların ad və soyadları qeyd olunub. Onların sayı isə təxminən 400-ə yaxındı. Bir sözlə, klub tarixi də özü ilə daşıyır.
“Neftçi”nin yeni dizaynlı avtobusunun fotosu sosial şəbəkələrin də trendinə çevrilib. Hər kəs bu addıma görə klub rəhbərliyinə təşəkkür edir. Biz isə bu ideyanın kimdən gəldiyini, dizaynın hazırlanması üçün nə qədər vəsait xərcləndiyini öyrənmək üçün klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. O, ideyanın klubun azarkeşlərlə əlaqələndiricisinə məxsus olduğunu bildirdi: “Bu ideya Kənan Hənifəyevə məxsusdu. Hansı ki, hazırda klubda azarkeşlərlə əlaqələndirici postunda çalışır. O, ideyanı rəhbərliyə təklif etdi. Rəhbərlik də bu ideyaya dəstək verdi, onu xoş qarşıladı və bunun reallaşmasına icazə verdi. Məncə, həm yaxşı görünür, həm də tarixi özümüzlə daşıyırıq”.
Rəsulov “Neftçi” yazısında adları qeyd olunan futbolçuların ad və soyadları haqda bunları dedi: “Burda “Neftçi”də oynamış və karyerasını bitirmiş futbolçuların adları yer alıb. Onların sayı 400-ə yaxındı. Biz bütün adları tapmışıq və yazmışıq. Xeyr, elə bilməsinlər ki, avtobusun üzərində yalnız müstəqillik dövründə klubumuzda oynamış və futbolla vidalaşmış oyunçular yer alıb. Orda olan adlar klub yaranandan bəri oynamış və karyeralarını bitirmiş insanlardı. Əvvəl “Nefçi”də çıxış etmiş, amma indi karyerasını başqa klubda davam etdirən futbolçuların adları orda qeyd olunmayıb”.
Klub rəsmisi dizayn ışinə xərclənən vəsaiti isə açıqlamaq istəmədi: “Vəsait məsələnin önəmli tərəfi deyil. Bir çox klubların avtobuslarında neçəyə başa gəlibsə, bizdə də elə. Çox böyük məbləğ deyil. Bu, maşınların dizaynında istifadə olunan adi vinildi. Əsas sevindirici məqam bu məsələnin ictimailəşməsi, media, azarkeşlər və veteranlarımız tərəfindən isti qarşılanmasıdı. Bu dizayn hər kəs tərəfindən bəyənildi. Tariximizə hörmətlə yanaşmalıyıq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ”nin 8 oyunluq qələbə seriyası qırıldı 17:44Çempionat darmadağınla başladı 17:44Biro Jade təcrübəli futzalçılara güvənir 17:42İddialılar darmadağına sevindi 17:40Elita klubları statistikaya maraq göstərmir 17:38“İmarət” Qəbələdən xoş təəssüratla ayrılmayıb 17:37Vəli Qasımovun səsi çıxdı: “mənimlə it kimi davrandılar” 17:35Elbrus Məmmədov Ukraynada çox şey öyrənib 17:31“Şəmkir”in prezidenti Kvaratsxeliyanı gözləyir 17:28“Mehdi Hüseynzadə”nin girişinə dirəklər basdırılır 17:26Diviziona yeni komanda gəlir 17:24Fariz Yusifov derbi üçün köməkçilərini özü seçib 17:22Samir Məsimov AZAL-da oynayacaq 17:20“Telekom” bacarmadı, ümid “Azərreyl”ədi 17:18Mariya Stadnik ABŞ kazinosunda pul udub 17:13Şaban Donatın oğulları yığmamıza kömək edib 17:12Şəhriyar şərikli liderdi 17:10Kamran derbidə də olmayacaq 17:08Fariz Yusifovdan maraqlı açıqlamalar 22:25“Bütün bunlar vəhdət halına gələndə nəticə özünü çox gözlətmir” 14:51TURUN SİTATI 14:48“Turan Tovuz”la “Səbail”in qərb səfəri 14:45Şaban Şirdanov: “Əslində “Turan Tovuz” uduzmalıydı” 14:43Rəşad Sadiqov “Qarabağ” üzərində qələbənin sirrini söylədi 14:42“Qarabağ”lılar məyus olsalar da, ruhdan düşməyiblər 14:40Rüsvayçılıq: yığma məşqçilərindən Qəbələyə gedən olmayıb 14:38Jurnalistlərin çoxluğu Qəbələdə problem yaradıb 14:33Futbol bayramı baş tutdu! 14:31Şəhriyar “Qran-pri”də yenilgisiz irəliləyir 14:27“Telekom” yenə Polşadan qələbəylə qayıdacaqmı? 14:26Avropa çempionatı İslamiadaya qurban veriləcək 14:19Azərbaycan “Qran-pri”si üçün akkreditasiya başladı 14:14Liderlər “nəhsə düşmədi” 14:10Qəhrəman Əliyev “Bakı”ya qayıtdı 14:06“Mil-Muğan”ın da hədəfi premyer-liqadı 17:14Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır 17:11Tərəflərin xeyrinə və əleyhinə olan məqamlar 17:09Rəşad Sadıqov əcnəbi hakimlərə ehtiyac duyulduğunu gizlətmədi 17:06Zərərçəkmiş şəxs də “Futbol+”ə üz tutdu 17:04Günay Məmmədzadə ölkə çempionu oldu 17:02Teleyayın hüququnu Az.TV-yə Saleh Məmmədov verib 17:00Stadionlar oyunları qəbul etməyə hazırdı 16:57Qəbələdə yenə 2:0 və çempionatda lider dəyişikliyi (yenilənir) 16:23Vidadi Əhmədov 25 il əvvələ qayıtdı 12:17Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib 12:14AZAL mərakeşli futbolçu ilə anlaşdı 12:12Mirbağır İsayev niyə PRO kurslarına qatılmayıb? 12:11Mütəxəssislər prinsipial oyuna proqnoz verdi 12:09Bütün oxlar Fariz Yusifovu göstərir 12:07Fineonu soyan xanımlardan biri ələ keçdi 12:04“Sərbəstlər” Dünya Kubokuna iki qələbə ilə başladı 12:01“CBC Sport” Həndbol Federasiyasından inciyib 11:58Divizionda yeni ildə ilk istefa: “Şəmkir” Əliyevlə vidalaşdı 11:5415 qol vuruldu, qovulan olmadı 13:55Karpol klublarımızın superliqada oynamasına razıdı? 13:53“Mil-Muğan” səfərdə sevindi 13:51Şeydayev seçimini əsaslandırdı 13:49 Bütün xəbərlər
Ən çox oxunanlar