02 may 12:39manset

“Formula-1” ajiotajı: qala da bilər, ölə də

“Formula-1” ajiotajı: qala da bilər, ölə də
Arif Rəhimov maliyyə şərtlərini yumşaltmaq istəyir
Ölkəmizdə daha bir “Formula-1” yarışı geridə qaldı. “Qran-pri”nin maraqlı və gözlənilməz anlarla yadda qaldığı dəqiqdi. Ancaq məsələnin digər tərəfinə, yarışın ölkəmizə, xalqımıza nə verdiyinə baxaq. İş bu yerə çatanda müsbət fikirlərin sayı azalır. Bu dəfə yarışın apreldə keçirilməsi paytaxt sakinlərinə ciddi problem yaratdı. Çünki əvvəlki iki yarış iyunda baş tutmuşdu və o zaman şəhərdə sıxlıq müşahidə olunmurdu. Təhsil ocaqlarında dərs ili başa çatmış, insanların bir qismi dincəlmək üçün bölgələrə və ölkə xaricinə yollanmışdı. Belədə mərkəzi küçələrin “Formula-1” üçün bağlanması o qədər də böyük tıxac yaratmırdı. Amma bu dəfə belə olmadı.
Digər tərəfdən bu yarışa çəkilən xərcin böyük olması xalqın narazılığını daha da artırır. Xüsusən “Bakı Şəhər Halqası”nın icraçı direktoru Arif Rəhimovun “RaceFans” saytına müsahibəsində səsləndirdiyi fikirlərdən sonra “Formula-1” bizim haramıza yaraşır” düşünənlərin sayı artıb. Rəhimov portala təşkilatçıların “F-1” yarışlarının keçirilməsi hüququna görə qiymətin azaldılmasına nail olmaq istədiklərini deyib. Azərbaycan “Qran-pri”sinin promouterləri iyunadək “Formula-1”in sahibi olan “Liberty Media” ilə danışıqlarda müqavilənin uzadılıb-uzadılmayacağı haqda qərara gəlməlidi. Çünki hazırkı 5 illik müqavilə 2020-ci ildə bitir. Azərbaycan “Qran-pri”sinin dəyəri isə başqa promouterlərin ödənişindən təxminən 2 dəfə bahadı. Arif Rəhimov bildirib ki, münasib yolla məsələnin həllinə çalışırlar: “Əlbəttə, müqavilənin uzadılmasının mümkünlüyü haqda danışıqlar apararkən məbləğ müzakirə edilən aspektlərdən yalnız biridi. Bir tərəfdən biz yarışın gələcəkdə də keçirilməsini istəyirik, digər tərəfdən isə başa düşürük ki, ödəməli olduğumuzdan çox ödəyirik. Ona görə də münasib həll yolu tapmağa çalışırıq. Düşünürəm ki, bu layihə təkcə bizim üçün yox, həm də “F-1” üçün maraqlı idi. Azarkeşlər yarışı çox bəyəndi. İldən-ilə bizə başqa ölkələrdən daha çox tamaşaçı gəlir. Bu isə çox şeydən xəbər verir. Bakının “F-1” təqviminə daxil olmasını insanlar rəğbətlə qarşılayır və biz bu “Qran-pri”ni keçirdiyimizə görə şadıq”.
Məsələylə bağlı BŞH rəsmiləriylə danışmaq cəhdlərimiz fayda vermədi. Bu üzdən bu sahə üzrə mütəxəssis, “f-1.az” saytının baş redaktoru Rəhim Əliyevlə söhbətləşdik. O, əvvəlcə son “Qran-pri”ni şərh etdi: “Hətta ötənilkindən də maraqlı yarış keçdi. Çünki 2017-də Daniel Rikkyardo uzunmüddətli liderlikdən sonra finişi birinci keçdisə, bu dəfə yarışın qalibi son 3 dövrədə liderliyə yüksəldi. Sona qədər gərgin mübarizə getdi. Bu il Azərbaycan “Qran-pri”si apreldə keçirildiyindən hava küləkli idi. Bu da pilotlara problem yaradır. Belədə mühəndislər maşının asfalta yatma qüvvəsini artırır. Bu isə uzun düzlükdə bolidin sürətini azaldır. Pilotlar daha sürətli sürməyi sevir. Bu üzdən bolidin belə sazlanmasını xoşlamırlar. Hava soyuq olduğundan tribunada azarkeşlər də üşüyür. Bizim üçün hərtərəfli əlverişli məqam yarışın yayda keçirilməsidi. Bizim yarışa münasibətə gəlincə, hamı yarışdan razı idi. Əlimdə rəsmi rəqəmlər olmasa da, məncə, bu il “Qran-pri”yə daha çox bilet satılmışdı”.
Rəhim bəy “F-1”in maliyyə tərəfi haqda isə bunları dedi: “Söhbət təkcə bizdən getmir. FOM-un (Formula One Management – xatırladaq ki, “Liberty Media” şirkətinə qədər “Formula-1” bu qurumun nəzarətində idi – red.) əvvəlki rəhbəri Berni Ekklstoun əsl biznesmen idi. O, ölkələrlə müqavilə bağlayanda istədiyi şərtləri diqtə edə bilirdi. Bu üzdən onun rəhbərliyi dövründə yüksək məbləğə müqavilələr imzalanırdı. Bu problemlə başqa ölkələr də üzləşib. Arif bəy bu danışıqlarda əvvəldən iştirak edib. O zaman “Formula-1”i ölkəmizə gətirməyin eşqi ilə qarşı tərəfin təklifiylə razılaşıb. Bu, 1 milyonluq anlaşma da ola bilər, 10 milyonluq da. Müqavilənin dəyərini bilmirəm. 3-cü yarışı keçirdikdən sonra artıq bu layihənin həmin qiymətə dəyib-dəymədini fikirləşmək olar. Böyük Britaniya “Qran-pri”sinin 2027-yədək müqaviləsi var idi. Amma şərt var idi ki, anlaşmanı poza bilərlər. Onlar əvvəlki anlaşmanın şərtlərini dəyişmək istəyir. Ekklstoun hətta öz ölkəsinə də “Qran-pri”ni baha qiymətə satırdı. Yeni rəhbərlik də əvvəlki qiymətləri sabit saxlamaq istəyir. Amma indi bütün “Qran-pri” təşkilatçıları yeni müqaviləni xeyli az məbləğə imzalamaq istəyir. Arif bəy də indidən danışıqları başlamaq fikrindədi. Ancaq yeni anlaşma 2020-dən sonraya şamil edilə bilər. O ki qaldı konsert proqramlarına, buna başqa ölkələrdə də rast gəlmək olar. Bu dəbi 2000-ci illərin əvvəllərində salıblar. “F-1”in tanınmadığı ölkələrdə yarış keçirilirsə, azarkeşi cəlb etməyin ən asan yolu şou-biznesdi. Hətta ABŞ “Qran-pri”sində belə bundan istifadə olunur. Artıq indidən bəllidi ki, oktyabrda Amerikadakı yarış zamanı Britni Spirsin, noyabrda isə BƏƏ-də “Weekend” qrupunun konserti təşkil olunacaq. Şou məsələsi bütün yarışlarda var.
İdmanla bağlı gəlirləri “Formula-1”lə ölçmək düzgün deyil. Məsələn, azarkeş gəlir, oteldə qalır, taksidən istifadə edir, kafeyə gedir, haranısa gəzir və s. Müxtəlif yerlərə pul xərcləyir. Bunu dəqiq hesablamaq çətindi. Ancaq PWC şirkətinin hesabatına görə “Formula-1”in ölkəmizdə keçirildiyi ilk 2 ildə turizmdən əldə olunan gəlir səhv etmirəmsə, 270 min dolar olub. Komandalar turistlərdən daha çox xərc çəkir. Çünki onların nə qədər işçisi var və bahalı otellərdə qalırlar, yemək xərcləri də çoxdu. Azarkeşləri qoyaq kənara. Elə təkcə 20 komandanın bura gəlməsindən nə qədər maddi mənfəət əldə olunur”.
SƏRXAN
Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

<a href="http://stagerac.ugu.pl/xejaqa/adobe-dreamweaver-cs5-serial-key-genera
tor.html#">adobe dreamweaver cs5 serial key generator</a> gom media player latest offcial version motorola mobile phonetools deluxe free download
<a href="http://siezazce.ugu.pl/samad/windows-xp-professional-sp3-pl-download-
microsoft.html#">windows xp professional sp3 pl download microsoft</a> convertxtodvd 4 serial gratis download atomix virtual dj effects download free full version crack

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar