12 fev 16:04manset

Martda “Mehdi Hüseynzadə”də təmir başlayır

Martda “Mehdi Hüseynzadə”də təmir başlayır
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu birvaxtlar ölkənin ən məşhur, ən böyük tələbat olan iki arenasından biri idi desək, yanılmarıq. Ötən il 50 illik yubileyini qeyd edən stadion son vaxtlar baxımsızlıq səbəbindən miskin duruma düşüb. Ot örtüyü bostanlığı xatırladan, tribunaları sökülüb dağılan, işıqlandırma sistemi isə, ümumiyyətlə, tarixin yaddaşına köçən arenanın dəfələrlə əsaslı təmir olunacağı haqda söz-söhbət yayılsa da, bu yöndə heç bir irəliləyiş yox idi. Ancaq bugünlərdə əldə etdiyimiz məlumata görə, nəhayət, şəhər rəhbərliyi “tilsimi qırıb” və “Mehdi Hüseynzadə”yə əl gəzdirmək fikrinə düşüb. Yayılan məlumata görə, martın 1-dən stadionda təmir işlərinə start veriləcək. Bununla bağlı arenanın rəhbərliyinə və orda fəaliyyət göstərən idman bölmələrinə xəbərdarlıq olunub.
Məsələyə aydınlıq gətirmək üçün stadionun direktoru Nadir Quliyevlə əlaqə saxladıq. Nadir bəy söylənilənləri təsdiq etdi: “Bugünlərdə icra başçısının müavini və bir neçə şəxs stadiona gəlib baxış keçirdilər. Söhbət əsnasında bildirdilər ki, martdan təmir işlərinə başlanılacaq. Belə başa düşdüm ki, idman kompleksi, demək olar ki, yenidən qurulacaq. Arenaya baş çəkən qonaqlardan stadionun tutumu və meydana hansı örtüyün salınacağı ilə maraqlandım. Bildirdilər ki, hazırda bir neçə layihəni gözdən keçirirlər. Yaxın 10 gündə bununla bağlı yekun qərar veriləcək. Meydanın örtüyü isə əvvəlki kimi təbii ot olacaq”.
Ümid edirik ki, bu dəfə yayılan informasiya reallığa çevriləcək. Vaxtilə ölkənin sayılıb-seçilən stadionunun darvazaları yenidən azarkeşlərin üzünə açılacaq, tribunalarda anşlaq yaşanacaq.
Xatırladaq ki, “Mehdi Hüseynzadə” bir çox tarixi qarşılaşmalara qucaq açıb. Belə ki, müstəqilliyin ilk illərində qitəmiqyaslı yarışlara qatılan təmsilçilərimiz beynəlxalq oyunlarını məhz Sumqayıt şəhər stadionunda keçiriblər. Ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edən “Turan” 1993-cü ildə UEFA kubokununn ilkin təsnifat mərhələsinin cavab oyununda "Fənərbaxça”nı bu arenada qəbul etmişdi. 1995-ci ildə "Kəpəz” UEFA kubokunda "Austriya” (0:4), "Neftçi” isə Kuboklar Kuboku çərçivəsində APOEL (0:0) ilə “Mehdi Hüseynzadə”də üz-üzə gəlib. 1994-cü ilin iyununda Azərbaycanla Türkiyənin olimpiya yığmaları da məhz Sumqayıtda qarşılaşmışdı - 1:2.
Ümumiyətlə, həmin oyundan başqa, U-21 uzun illər beynəlxalq görüşlərini “gənclik şəhəri”nin əsas stadionunda keçirib. Əsas milli ilə yanaşı, aşağı yaş qrupları üzrə yığmalar, eyni zamanda müxtəlif vaxtlarda "Qarabağ”, "Xəzər Lənkəran”, "MKT-Araz” kimi elita təmsilçiləri əfsanəvi partizanın adını daşıyan stadionun xidmətindən yararlanıblar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar