30 apr 14:30manset

Toğrul Əsgərov Avropa çempionatını buraxacaq

Toğrul Əsgərov Avropa çempionatını buraxacaq
Firdovsi Umudov legionerləri tədricən “təmizləməyi” düşünür
Aprelin 30-dan mayın 6-dək Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək güləş yığmalarımızın heyəti bəllidi. Bir neçə gün əvvəl yunan-Roma güləşi millimizin heyəti açıqlanmışdısa, dünən daha iki komandamızın hansı güləşçilərlə şimala yollanacağına aydınlıq gəldi. Açıq məşqdə əvvəlcə Güləş Federasiyasının (AGF) 1-ci vitse-prezidenti Firdovsi Umudov “sərbəstlər”in heyətini açıqladı. Kaspiyskdə Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtuzəli Müslimov (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaq.
Bir qədər sonra Umudov brifinqdə suallarımızı cavabladı:
- Avropa çempionatındakı heyət məlumdu. Nəyə əsasən bu güləşçilərə güvənmisiz?
- Ölkə çempionatından sonra komandamızı İran və Ukraynada beynəlxalq turnirdə yoxladıq. Həmçinin Dünya Kubokunda da əsas heyətlə iştirak etdik. Ancaq Şərif Şərifov, Murtuzəli Müslimov və Nurməhəmməd Hacıyev zədəli olduqlarından Amerikaya yollana bilmədilər. Bu yarışların nəticələrinə əsasən AÇ üçün heyəti müəyyənləşdirdik. Gənc güləşçilərə də şans verəcəyik. Mircəlal Həsənzadə, Coşqun Əzimov, Nurməhəmməd Hacıyev və Murtuzəli Müslimovun adını qeyd edə bilərəm. Gənclərlə yanaşı, təcrübəli güləşçilərimiz də mübarizə aparacaq. Heyətdə dünya və Avropada yetərincə medal qazanan idmançılar var. Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Cəmaləddin Məhəmmədov və Georgi Edişeraşvilinin yenə sözünü deyəcəklərinə inanırıq.
- Gənclərin hansı nəticələri sizi qane edir?
- Onların çıxıb xarakter göstərmələri, medal uğrunda mübarizə aparmaları bizi qane edəcək. Gəncləri gələcəkdə böyüklər arasında istər dünya çempionatında, istərsə də Olimpiya Oyunlarında yoxlamağı düşünürük. Dünya Kubokunda da gənc güləşçilərimiz vardı. Lakin onlar xarakter göstərə bilmədilər. Bu üzdən Avropa çempionatına yollanan heyətə daxil edilməyiblər.
- Dünya Kubokundan sonra qısa interval oldu. Tam forma yığmağa imkan tapdızmı?
- Dünya Kubokuna gedəndən bir gün sonra idmançılarımız özlərini yaxşı hiss edirdi. Gəldikdən sonra bərpa və hazırlıq getdi. Təlim-məşq toplanışımız yüksək səviyyədə davam edir.
- Hacı Əliyev 61 kq-da qarşısıalınmaz idi. Lakin 65 kq-a hələ uyğunlaşmadığını görürük. Onun problemi nədi?
- Dünya Kubokunda və başqa beynəlxalq turnirlərdə 2 kq artıq çəki ilə çıxış etməyə icazə var. Bunun da rolu var. Hacı, inşallah, Avropa çempionatında özünü yaxşı tərəfdən göstərəcək. Sözsüz ki, güclü rəqibləri var. Əliyev də dünyada tanınmış, yüksək reytinqli güləşçidi. Hazırlıq proseslərinə əsasən deyə bilərəm ki, Hacı Avropa çempionatında uğurlu çıxış edəcək.
- Coşqun Əzimov Dünya Kubokunda 70 kq-da yaxşı nəticə göstərdi. Bu dəfə yuxarı – 74 kq-da qüvvəsini sınayacaq. Çəki dəyişikliyinin səbəbi nədi?
- Onun Dünya Kubokunda 2 kq artıq çəkisi vardı. Dediyim kimi, buna icazə verilir. Coşqunun əsl çəkisi 75 kq-dı və bu üzdən 74 kq-da çıxış etməsini məqsədəuyğun saydıq.
- Bildirmişdiz ki, Avropa çempionatında Toğrul Əsgərov da çıxış edə bilər. Onun hazırlıq durumu nə yerdədi?
- O, hələ tam hazır deyil. Ancaq məşq prosesləri davam edir. Aparıcı güləşçilərimizin hamısı hazırlıqda iştirak edir. Toğrulu qarşıdakı turnirlərdə yoxlamağa çalışacağıq.
- Toğrul psixoloji, yoxsa fiziki cəhətdən hazır deyil?
- Sadəcə, formasını tam bərpa edə bilməyib. Çəki məsələsi də var. 70 və 74 kq arasında qalmışıq. Yarışlara bir müddət ara verib. Fiziki və psixoloji cəhətdən də tam hazır deyil. İnşallah, gələcəkdə bu çatışmazlıqlar aradan qalxacaq.
- Siyasi məsələlərə görə bir sıra komandalar Rusiyadakı yarışdan imtina edib. Lakin əsas rəqiblərimiz iştirak edəcək. Bunu nəzərə alaraq, nəyə ümid edirsiz?
- Ukraynanın AÇ-yə qatılmaqdan imtina etdiyi deyilirdi. Ancaq ötən həftə onların da Kaspiyskə yollanacağını eşitdik. Hər zaman demişəm ki, zəif rəqib yoxdu. Biz özümüz də hansısa komandalar üçün güclü rəqibik. Dünya Kuboku və ötənilki yarışlar da bunu göstərdi. Yetərincə güclü idmançılarımız var. Hamısından medal gözləyirik.
- Yarışın Rusiyada keçirilməsi həm hakim, həm də azarkeş təzyiqi ilə nəticələnə bilər. Buna psixoloji cəhətdən hazırsız?
- Sözsüz. Bütün yarışlarda olduğu kimi, buna da hazırıq. Proqnoz verməyi xoşlamıram. Sürprizlər gözlənilir. Yunan-Roma və qadın güləşində də gənclərə üstünlük verilib. Yaxşı nəticələr gözləyirik.
- “Klassiklər”in heyəti tam yerlilərdən qurulub. Bəs “sərbəstlər”də nə vaxt bu hala şahidlik edəcəyik?
- Proseslərin gedişi buna doğrudu. Tədricən yerli gənc güləşçilərə üstünlük veririk. Bizdə həmişə ağır çəki problemi olub. Bu da yavaş-yavaş həllini tapacaq. Bir-iki il vaxt lazımdı ki, heyəti milliləşdirək. Məqsədimiz də budu.
Daha sonra qadın güləşi yığmamızın AÇ üçün heyəti açıqlandı. Baş məşqçi Aslan Ağayev Kaspiyskdə Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyevaya (76 kq) şans verəcək. Mütəxəssis ayaqüstü bunları dedi:
- Əvvəlcə heyət seçiminizi izah etməyinizi istərdik…
- Hər yarış kimi, Avropa çempionatının da hazırlığına 6 ay öncədən başlamışıq. Bu hazırlıqlar nədən ibarətdi? Həm təlim-məşq toplanışlarından, həm də yarışqabağı turnirlərdən. Bu turnirlərdə seçimlərimizi etmişik. Yarış 10 çəki üzrə keçiriləcək. Amma biz 9 idmançı ilə qatılacağıq. Ümid edirik ki, bu çempionatda da uğurlu nəticələr əldə edəcəyik. Vətənə ən azı bir dəst medalla dönməliyik.
- Toplanışda Mariya Stadniki görmədik. O, Ukraynada hazırlıq keçir?
- Son toplanışı Ukraynada keçirmişdik. Bu yarış ərəfəsində ona sınaqçı rəqib olmadığından rəhbərliklə məsləhət bildik ki, Stadnik məşqçisi ilə birgə hazırlığını Qazaxıstan komandası ilə keçsin. Sabah (bu gün) Stadnik burda olacaq.
- Gənclər arasında iki dünya çempionumuz Türkan Nəsirova və Leyla Qurbanovanın heyətdə olmamasının səbəbi nədi?
- Leylanın ciddi zədəsi var. Türkana gəlincə, Stadnik ondan güclü olduğu üçün 48 kq-da Mariyanı AÇ-yə aparmağı məsləhət bildik.
- Stadnikdən başqa kimlərdən medal gözləyirsiz?
- Güvəndiyim idmançılar çoxdu. Bir dəst medal deyirik. İnşallah, daha çox olar. Qadınların güləşində gözlənilməzliklər çox olur. Ümid edirəm ki, bu bizə qismət olacaq.
- Qadın güləşində fiziki hazırlıq daha çox ön plana çıxır. Bizim güləşçilərin bu baxımdan durumu nə yerdədi?
- Bizdə fiziki hazırlıq normaldı. Amma sürətdə tam istənilən səviyyədə deyilik.
- Hansı ölkələrin yığmaları əsas rəqiblər olacaq?
- 3-4 il əvvəl Ukraynanı, Yaponiyanı fikirləşirdiksə, bu gün bütün dünya güləşir. Hətta Özbəkistanın komandası da artıq rəqabət aparır. Odu ki, qadın güləşi dünyanın hər yerində inkişafdadı.
- Avropa çempionatının Rusiyada keçirilməsi bu ölkənin sərbəst güləşçiləri üçün üstünlükdü. Qadın güləşində meydan amili onlara üstünlük verirmi?
- Bəli. Rusiya da, Belarus da yaxşı komandadı. Həmçinin Ukrayna, İsveç, Almaniya da güclüdü. Bunlar bizə əsas rəqib olan komandalardı.
SƏRXAN
generic cialis at walmart <a href="http://cialisky.com/">cialis canada</a>
cialis name brand cheap cialis 5mg
cialis flussig http://cialisky.com/

<a href="http://funcnalha.ugu.pl/nubapuq/the-sims-3-late-night-no-cd-crack-mac
.html#">the sims 3 late night no cd crack mac</a> exe output for php v1.4.1 incl. serial number nero 9 ultimate genuine serial activation code
<a href="http://provelcen.ugu.pl/gequtago/net-framework-40-3019-offline-instal
ler-free-download.html#">net framework 4.0 3019 offline installer free download</a> gta san andreas cheats xbox 360 controller list 1click dvd converter 2.1.4.6 keygen download

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar