12 fev 16:03manset

İslam Həmrəyliyi Oyunlarına qatılacaq yığmaların adı “Futbol+”də!

İslam Həmrəyliyi Oyunlarına qatılacaq yığmaların adı “Futbol+”də!
Vahabzadə heyəti Prosineçkiylə məsləhətləşərək formalaşdıracaq

Mayda Bakıda təşkil olunacaq 4-cü İslam Həmrəyliyi Oyunlarına qatılacaq yığmaya Yaşar Vahabzadənin rəhbərlik edəcəyini xəbər vermişik. Onu da bildirmişdik ki, İslamiadada 8 ölkənin U-23 millisi əsas mükafat uğrunda mübarizə aparacaq. Qayadalar görə hər komandada yaşı 23 keçmiş 3 futbolçu da meydana çıxa bilər. İlkin mərhələdə komandalar hər birində 4 komanda olmaqla 2 qrupa bölünəcək. Qrup matçları isə “AZAL Arena” və “Bayıl Arena”da təşkil olunacaq. Qrupda ilk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq ki, həmin qarşılaşmalara “Dalğa Arena” qucaq açacaq. Təşkilatçılar final oyununa marağın böyük olacağını nəzərə alaraq, həmin görüşün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə qərar verib.
Yarışın startına 3 aydan da az vaxt qalıb. Bu üzdən mayda yığmanı meydana çıxardacaq baş məşqçidən turnirlə bağlı hansı planlarının olduğunu öyrənməyi lazım bildik. Yaşar bəy bunları söylədi: “Bildiyiniz kimi, İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələr Bakıya U-23 komandası ilə gələcək. Biz də bunu nəzərə alıb ötən seçmə mərhələdən sonra yaşına görə U-21 millisində çıxışını başa vurmuş bəzi oyunçulara dəvət göndərəcəyik. Yəni 1994-95 doğumlu futbolçular heyətdə daha çox olacaq. Yaşlı futbolçulara gəlincə, hər şey əsas millinin baş məşqçisi Robert Prosineçki ilə görüşümdən sonra aydınlaşacaq. Ola bilsin, Prosineçki yığmaya dəvət alan, ancaq daim meydana çıxmayan futbolçuların xidmətindən yararlanmağımı istədi. Bəlkə də daha təcrübəliləri məsləhət bildi. Ona görə də indidən bu haqda dəqiq məlumat verə bilməyəcəm. Onu da nəzərə almaq lazımdı ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Prosineçkinin rəhbərlik etdiyi komanda iyunun 10-da Şimali İrlandiyayla üz-üzə gələcək. Bundan əvvəl isə, yəni mayda millinin təlim-məşq toplanışı nəzərdə tutulub. Elə etmək lazımdı ki, turnirə görə əsas yığmanın da planları pozulmasın”.
Yuxarıda qeyd etdiyimiz kimi, 4-cü İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisindən başqa daha 7 komanda “qızıl” uğunda mübarizə aparacaq. Əməliyyat Komitəsi hələ ki yarışa qatılacaq yığmaların adlarını ictimaiyyətə açıqlamayıb. Elə gənclər və idman naziri Azad Rəhimov da son mətbuat konfransında jurnalistlərin bu məsələ ilə bağlı sualını cavabsız qoyub. Ancaq etibarlı mənbədən aldığımız bilgiyə görə, mayda hansı ölkələrin Bakıya təşrif buyurcağı təşkilatçılara bəllidi. Mənbəmiz hətta meydan sahiblərindən başqa turnirdə iştirak edəcək qalan 6 yığmanın da adını bizə söylədi. Bunlar Kamerun, Türkiyə, Əlcəzair, Oman, Fələstin və Birləşmiş Ərəb Əmirlikləridi. Sonuncu iştirakçının kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar