26 apr 01:22manset

Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya

Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya
“Bütün bunlar boş şeydi”
“Qarabağ” ardıcıl 5-ci dəfə ölkə çempionu oldu. Bu həm də Qurban Qurbanovun 5-ci çempionluğudu. 2013/14 mövsümündən “köhlən atlar”la titul macərasına başlayan çalışdırıcı çempionluq sayında uzun illər ölkədə liderlik edən Ağasəlim Mircavadova çatdı. Hərçənd 70 yaşlı mütəxəssis fərqli komandalarla qızıl medal qazanıb. Mircavadov “Qarabağ” (1993), “Şəmkir” (1999/2000, 2000/01), “Neftçi” (2004/05) və “Xəzər Lənkəran”la (2006/07) çempionluq sevinci yaşayıb.
Maraqlıdı, Ağasəlim bəy daha gənc həmkarının onu haqlamasına necə reaksiya verir? Artıq Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərən təcrübəli mütəxəssis bunları dedi: “Bütün bunlar boş şeydi. Liderliyi əldən verdiyim üçün məyus olmuram. Mənim üçün bütün çempionluqlarım dəyərlidi. Çalışdığım bütün klublarda vicdanla işləmişəm. Müxtəlif klublarda uğur qazanmaq çətin olur. İndiki halda “Qarabağ”ı, klub rəhbərliyini və Qurbanı təbrik edirəm. İndi Qurbanovu daha çox yığma düşündürür. Ona millidə uğurlar arzulayıram. İnşallah, “Qarabağ” yenidən Çempionlar Liqasına vəsiqə qazanar. O ki qaldı mənə, “Şəmkir” və “Neftçi” ilə qazandığım 2 çempionluq daha ağır olub. Çünki “qızıl oyun” hesabına titul əldə etmişik. “Şəmkir”lə Sumqayıtda “Neftçi”ni, flaqmanla isə Gəncədə “Xəzər Lənkəran”ı üstələyərək, çempionluq sevinci yaşamışam. “Qarabağ”la çempion olanda müharibə gedirdi. Ağdamda titul qazana bilmədik. Orda sonuncu oyunumuz kubokun yarımfinalı çərçivəsində “Turan”la oldu. Rüstəm Rəhimovun hakimlik etdiyi görüşdə tovuzlulara minimal hesabla qalib gəldik. Bu, Ağdamda keçirdiyimiz son qarşılaşma idi. Komanda harda gəldi məskunlaşırdı. Amma o zaman rəhbərlik və futbolçular əsl peşəkarlıq nümayiş etdirdi. Nəticədə çətin şəraitdə çempion olduq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar