17 apr 15:11manset

“Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri?

“Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri?
PFL vəziyyəti dəyişmək iqtidarında deyil
İdman jurnalistlərinin zülm çəkən vaxtları vardı. Azərbaycan futbolunun “peraşki” dövründə çempionat oyunlarından reportaj hazırlamaq hər oğlanın başı üçün deyildi. Sınıq-salxaq oturacaq və masalarda oturar, yağışdan və günün istisindən qorunmayan tribunalarda yer alar, hətta media sektoru olmayan bir çox stadionlarda sıravi azarkeşlərin yanında ayaqüstə dayanıb qeydlər aparardılar. Çay nədi, boğazı yaşlamağa heç su da tapmazdılar. Hələ bu harasıdı?! İnternet olmazdı, reportajı qəzetə çatdırmaq üçün yenidən redaksiyaya qayıdar, kağız parçasında yazılanları bilgisayara köçürərdilər. Yəni jurnalistlərin şəraiti o vaxtkı futbolun günündəydi.
Lakin 2004-cü ildən başlayaraq futbola xərclənən milyonlarla medianın durumunun yaxşılaşması da eyni vaxta təsadüf etdi. İnternet də oldu, oturacaq və masalar da, hətta oyunun fasiləsində çay süfrəsi də. Ən vacibi, qələm əhli üçün xüsusi sektorlar yaradıldı. Şükürlər olsun, bu gün premyer-liqada mübarizə aparan 8 komandanın 7-nin ev oyunlarında ciddi mənada nədənsə gileylənmirik. Klub rəhbərləri jurnalistlərin rahatlığı üçün əlindən gələn şəraiti yaratmağa çalışır.
Yeganə istisna “Kəpəz”, başqa sözlə desək, Gəncə şəhər stadionudu. Elmar Vəliyev kimi icra başçısının qərbin paytaxtının gözəlləşməsi, ad çıxarması üçün hansı işlər gördüyünü şəhərdə yaşayanlar və yolunu ordan salanlar yaxşı bilir. Maşallah, yollar genişləndirilir, parklar salınır, ticarət mərkəzləri inşa olunur. Zarafat deyil, Gəncəni 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” elan etmişdilər. İndi də qitəmiqyaslı daha bir ad qazanmaq iddiasına düşüblər. Başçı rəhbərlik etdiyi şəhərin 2019-cu ildə “Avropanın İdman Şəhəri” titulunu qazanması üçün Gəncənin namizədliyini irəli sürüb. Əla, lap yaxşı. Ölkəmizin, şəhərlərimizin əcnəbilərin gözündəki uğuru, reklamı hər bir azərbaycanlı üçün qürurdu, fəxrdi.
Amma park salmaqla, bina tikməklə ad çıxarmaq olsaydı, nə vardı?! Həmin məntiqlə, gərək dünyada BƏƏ-yə, ABŞ-a rəqib olmasın. Söhbət gənclərdən, idmandan gedirsə, ilk növbədə həmin gənclərə və idmana yaradılan şəraitə baxmalısan. Bu gün Gəncəni təmsil edən “Kəpəz”i AFFA dolandırır, komanda üzvləri doğma şəhərdə məskunlaşa bilmir. Düz-əməlli büdcəsi yoxdu və bunun məntiqi nəticəsi də turnir cədvəlinin sonuncu pilləsidi.
Stadionu qara gündədi. Azarkeşlərin təbii ehtiyaclarını ödəməsi üçün o boyda arenada düz-əməlli ayaqyolu yoxdu. Tribunaları qəzalı vəziyyətdədi, xidməti otaqlarından cin hürkür. Şəhər və klub rəhbərlərinin yer aldığı VİP-lojanın divarlarını kif basıb, ala-bəzəkdi. Media sektoru isə faciəvi durumdadı. Vaxtilə mərkəzi tribuna sayılan sektorda jurnalistlər üçün yer ayrılıb. Stadionun ərazisindəki paslanmış dəmirləri toplayıb, tələm-tələsik masa düzəldiblər. Masadan çox məhəccərə oxşayır. Masalar o dərəcədə yüksəkdədi ki, bəstəboy jurnalist yazı yazmaq üçün ayaqüstə dayanmalıdı. Tribunanın tavanını saxlayan sütunlar künc bayraqları yaxınlığında yaşananları görməyə imkan vermir. Allah eləməsin, bir futbolçu digərini vurub öldürsə, jurnalistlər görə bilməyəcək. Adı media sektoru olsa da, tribuna əsasən özünü başçıya şirin göstərməyə çalışanlara “xidmət edir”. “Gəncə xanı” oyuna gəldisə, vay jurnalistlərin halına. Başçının fanklubu işə başlayır. Otur görüm, necə oturursan. İşlə görüm, necə işləyirsən. Öz səsləri bir yana, 90 dəqiqə boyunca şeypuru elə “qışqırdırlar” ki, evə gəlib çıxana qədər səs qulağından çəkilmir. Bir də tribunadakı səssizliyi görən Elmar Vəliyev cənablarının “nədi, niyə sakit durursuz” sualı olsa, vəssalam, qanın getdi. Bilgisayarı bağla, qulağına qulaqcıq tax, dua et ki, oyun tez başa çatsın.
Məlum problemlərin aradan qaldırılması baxımından “Kəpəz”in mətbuat katibi Azad Mustafayev də çarəsizdi, elə klubun rəhbərliyi də. Jurnalistlərin rahatlığı vaxtilə “Neftçi”nin rəsmilərini tribunadan qovan başçının çox elə vecinədi? Klub rəsmilərindən hansı biri mərkəzi tribunanı boşalda bilər ki, bəs, bura media nümayəndələri üçün nəzərdə tutulub, siz isə onlara maneə törədirsiz. Heç biri. “Xan” görər, qanlarını içər, o dəqiqə yox edər həmin adamı. Ona görə də yeganə ümid yerimiz PFL-di. Çempionatın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan qurum klubun qarşısına şərt qoysa, ən azı bundan nəticə çıxararlar. Sabah başçı nəsə soruşanda, Əsasnaməni, qayda-qanunları əsas gətirərlər. Vəliyev də başa düşər ki, “Kəpəz”lik bir şey yoxdu, Bakıdan gələn səsdi. Bölgələrdə də, maşallah, Bakının adı gur səslənir axı.
Ona görə də problemin həlli ilə bağlı suala cavab tapmaq üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevi aradıq: “Gəncədəki vəziyyətlə tanışam. Özüm orda olanda görmüşəm, dəfələrlə jurnalistlərin iradını eşitmişəm. Amma indiki məqamda edə biləcəyimiz bir şey yoxdu. Təsəvvür edin, əvvəlki durum inkidindən də bərbad idi. Nə masa var idi, nə internet şəbəkəsi, nə də elektrik. Tədricən belə problemləri aradan qaldırdıq. Bircə qalır media sektorunun həlli. Özünüz də bilirsiz ki, stadionda üstü qapalı sektor yalnız mərkəzi tribunadı. Ona görə də jurnalistlərin başqa yerdə əyləşməsinə şərait yaratmaq mümkün deyil. Üstü açıq tribunalarda işləmək bundan da ağır olar. Stadionun təmirə ehtiyacı var ki, yaxın vaxtlarda arenanın təmirə bağlanacağı gözlənilir. Cari mövsüm başa çatmaq üzrədi. Növbəti mövsümə qədər dediyiniz problemin aradan qaldırılmasına çalışacağıq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar