12 apr 15:13manset

Samir Abasovu “Sumqayıt”dan qoparmaq istəyirlər

Samir Abasovu “Sumqayıt”dan qoparmaq istəyirlər
“Mövsüm başa çatandan sonra yüz faiz maaşımı rəhbərliklə müzakirə edəcəm”
Mövsümün ən uğurlu komandalarından biri "Sumqayıt"dı. Yalnız yerli oyunçulara güvənən "kimyaçılar" hazırda 3-cü pillədə qərarlaşıb, kubokda isə yarımfinala vəsiqə qazanıb. Samir Abasovun komandası premyer-liqada ardıcıl 10 oyundu uduzmur. Çempionatın 22-ci turunda səfərdə "Neftçi" ilə heç-heçə edən (2:2) "gənclik şəhəri" təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını davam etdirdi. Özü də "Neftçi" ilə görüşə hazırlıq zamanı Abasov ölkə xaricində idi. O İsveçrədə keçirilən PRO ketqoriyasının seminarlarına qatılmışdı. Bununla belə, "Sumqayıt" yenə uduzmadı və çox güman, bu komanda ölkəmizi avrokuboklarda təmsil edəcək. Təbii, bütün uğurlarda Samir bəyin əməyi danılmazdı. Dünən onunla əlaqə saxlayıb, həm İsveçrə səfərindən, həm komandasının çempionatdakı çıxışından, həm də gələcək planlarından danışdıq.
- Nyon səfəriylə bağlı təəssüratınızı bilmək istərdik.
- Bildiyiniz kimi, PRO kateqoriyası 6 moduldan ibarətdi. Və bizim Nyona səfərimiz də bunlardan biri idi. Bizdən başqa tədbirdə Finlandiya, Serbiya və Ukraynadan da məşqçilər iştirak edirdi.Onlarla tanış olduq, müəyyən mövzular ətrafında fikir mübadiləsi apardıq. Bizə mühazirə oxumaq üçün tanınmış mütəxəssislər dəvət olunmuşdu ki, onların arasında “Verder”in sabiq çalışdırıcısı Tomas Şaafı, Şimali İrlandiyanın baş məşqçisi Stiv Maklareni qeyd edə bilərəm. Orda olduğumuz 3 gündə çox məhsuldar görüşlər baş tutdu. Həm bizə, həm də o biri ölkələrdən gələn məşqçilərə müxtəlif tapşırıqlar verilmişdi. Bu tapşırıqlara görə də təqdimat keçirdik, məşq prosesini təqdim etdik. Düzdü, bir qədər çətin oldu, yorğunluq istər-istəməz özünü göstərirdi. Həddən artıq yüklənmişdik. Buna baxmayaraq, səfərlə bağlı ancaq xoş sözlər deyə bilərəm.
- Təqdimatdan söz düşmüşkən, məndə olan məlumata görə, bu missiyanı Elçin Rəhmanov həyata keçirməli imiş. Ancaq son anda fikir dəyişib və bu iş sizə tapşırılıb.
- Belə şey olmayıb. Bizə hələ Bakıda olarkən, Çempionlar Liqasının oyunu ilə bağlı tapşırıq verilmişdi. Qeyd etdiyim kimi, həm təqdimat etməli, həm də məşq keçməliydik. Hələ vətəni tərk etməmiş bu məsələ ilə bağlı müəyyən ortaq fikrə gəlmişdik. Nyona çatandan sonra da qərara alındı ki, təqdimat rus dilində olduğundan bunu mən edim, Rəşad Sadıqov isə məşqi keçsin. Hər şey plan üzrə də oldu.
- İmtahandan üzüağ çıxa bildiz?
- Bu mərhələdə qiymətləndirmə olmadı. Sadəcə, fəal olmaq, müzakirələrdə fikir söyləmək lazım idi. O biri ölkələrdən gələn qruplarla təmas qurmağımız, məşqlərdən sonra təhlillər keçirilirdi ki, onda da öz mövqeyini ortaya qoymaq, şəxsi fikirlərini bildirmək tələb olunurdu. Bizim qrup normal təsir bağışladı. Müzakirələr rus dilində aparıldığından ola bilsin, bəzi məşqçilərimiz düşündüklərini, bildiklərini tam açmadılar. Buna baxmayaraq, ümumilikdə bizdən razı qaldılar. “Mançestr Siti” – “Liverpul” oyununu Elçin Rəhmanovla Zaur Həşimov təhlil etdi.
- Başqa ölkədən gələn həmkarlarınızla əsasən hansı mövzuda fikir mübadiləsi apardız? Onlar Azərbaycan futbolu haqda nə düşünürlər?
- Fikir mübadiləsi deyəndə, təlimatçılar tərəfindən hamıya eyni suallar verilirdi. Və hamı da o sualları cavablayırdı. Onlar bizim, biz isə onların keçdiyi məşq prosesi ilə bağlı fikirlərimizi bildirdik. Onların bəzi iradları narazılıq doğurduğundan hər şeyi xırdalağına qədər başa salmağa çalışdıq. Serblərin arasında “Bakı”da top qovmuş futbolçu var idi. Düzdü, mən onu tanımadım, ancaq bizimkilərin arasında tanıyanlar oldu. Ukraynalıların arasında Şatskix, Kaliniçenko kimi vaxtilə Kiyev “Dinamo”su və “Şaxtyor”un şərəfini qoruyan tanınmış futbolçular yer almışdı. Seminarlardan və məşqlərdən sonra onlarla söhbət edir, keçmişi xatırlayıb, müasir futbol barədə danışırdıq.
- Nyonda olduğunuz müddətdə komanda “Neftçi” ilə matça hazırlaşırdı. Buna görə narahat olmurduz?
- “Qəbələ” ilə qarşılaşmadan sonra köməkçilərimə həftəlik məşq prosesini yazıb vermişdim. Heç bir narahatlıqdan söhbət gedə bilməzdi. Bəlkə də belə olması yaxşı oldu. Çünki nə qədər olmasa da, baş məşqçi olmayanda uşaqlar da bir qədər sərbəst olurlar. Üzərlərində təzyiq hiss etmirlər. Şükür Allaha ki, düşündüklərim effektli alındı. Qayıdandan sonra iclas keçirib qarşılaşma ilə bağlı fikirlərimi onlara çatdırdım və futbolçular da sağ olsunlar ki, üzümüzü ağartdılar.
- “Neftçi”ylə oyundan sonra sizə “mövsümün sonunda bu futbolçuları saxlamaq çətin olmayacaq” sualı verildi. Siz isə bu haqda rəhbərliyin düşünməli olduğunu bildirdiz. Məndə olan məlumata görə, klub rəhbərliyi ilə görüşünüzdə bu məsələ müzakirə olunub. Sizə növbəti mövsümdə büdcənin ən azı iki dəfə artırılacağı və avrokuboklara vəsiqə əldə olunacağı halda düşərgəyə ən azı 5 legionerin dəvət olunacağı vədi verilib. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Kluba yeni rəhbərlik təyin olunandan sonra aramızda görüş olub ki, bu da təbii haldı. Həmin görüşdə komandanın durumu ilə bağlı fikir mübadiləsi apardıq. Orda yeni prezidentə oyunçularla bağlı məlumat verdim, əvvəlki illərdə yaşadımız çətinlikləri yada saldım. Bildiyiniz kimi, əvvəlki mövsümlərdə çempionat başa çatar-çatmaz 10 oyunçunu yola salıb 15-ni dəvət edirdik ki, bu da istər-istəməz normal komanda kimi formalaşmağa mane olurdu. Bu dəfə prezidentdən əsas istəyim “Sumqayıt”ın onurğa sütununun qorunub saxlanması ilə bağlı oldu. Riad Rəfiyev də bilir ki, bu gün “Sumqayıt”ın şərəfini qoruyan əksər futbolçulara daha yaxşı şərtlərlə başqa klublardan təkliflər var. Nəsə etmək lazımdı ki, onları saxlayaq. Bunun da kökündə maddiyyat durur. Bu üzdən mətbuat konfransında “bunu rəhbərlik düşünməlidi” söylədim. Mənim o qədər imkanım yoxdu ki, komandanın maddi problemini həll edim. Bu cür məsələlər rəhbərliyin öhdəsinə düşür. Legioner məsələsinə gəlincə, avrokuboklara vəsiqə qazanacağımız halda bizi hansı sınaqların, çətinliklərin gözlədiyini yaxşı başa düşürük. Onların öhdəsindən gəlmək üçün isə komanda güclənməlidi. Ən yaxşı yerli futbolçuların hazırda başqa klublarla müqavilələri var. Bu üzdən kənara üz tutmaq məcburiyyətindəyik.
- Futbolçularızın təkliflər aldığını bildirdiz. Bəs Samir Abasova necə, başqa klublardan təkliflər var?
- Mətbuat hər gün məni müxtəlif klublara calaq edir. Sizə açıq deyirəm ki, belə klublar var. Mənə yaxın olan insanlara çıxıb, mənimlə danışmaq, danışıq masası arxasına oturmaq istəyirlər. Lakin mən bunun əksinəyəm və yaxınlarıma da imkan vermirəm ki, bu məsələ ilə bağlı mənə nəsə desinlər. Çünki beynimdə əlavə fikirlərin yaranmasını istəmirəm. Bu gün ancaq “Sumqayıt” üçün çalışıb, bu komanda ilə nəticə qazanmağı hədəfləmişəm. Bir əldə iki qarpız tutan insanın fikri istər-istəməz haçalanır. Bu da normal işləməyə, başverənlərə soyuq başla yanaşmağa imkan vermir.
- Ancaq bu gün premyer-liqa məşqçiləri arasında ən az maaş alan sizsiz. Bu sizi narahat etmir?
- Bunu mən də bilirəm. İlin əvvəlində və mövsümün gedişində rəhbərliklə bu haqda nə danışığım olub, nə də belə istəkdə olmuşam. Bu gün maaş barədə düşünməyə vaxtım yoxdu. Mövsüm başa çatandan sonra isə artıq yüz faiz bunu rəhbərliklə müzakirə edəcəm. Rəhbərliyimiz futbolun incəliklərindən xəbərdar olan insanlardı və yəqin ki, özləri bu haqda düşünəcək. Onlar düşünməsə, özüm bu haqda fikirləşəcəm.
- Nyonda olduğunuz müddətdə “Sumqayıt”a yeni baş menecer təyin olundu. Zamiq Hüseynovu əvvəlcədən tanıyırdız?
- Zamiq Hüseynovu tanımırdım. Ancaq təyinat reallaşandan sonra barəsində dostlardan, tanışlardan maraqlandım və hamı birağızdan yeni baş menecerimizi təriflədi, yaxşı insan olduğunu bildirdilər. Bu da mənə çox xoş oldu. Bu post bizdə boş qalmışdı və vacib vəzifələrdən biridi. Mənim özüm üçün baş menecerin olması lazım idi. Xasiyyətimə az-çox bələdsən, bilirsən ki, hər məsələyə görə prezidenti narahat etməyi xoşlamıram. Baş menecer bu işdə mənə kömək edəcək, rəhbərliklə komanda arasında vasitəçi olacaq. Rəhbərliyə də belə şəxs lazım idi.
- Yəqin özünüz də hiss edirsiz ki, son vaxtlar istər mediada, istərsə də futbol ictimaiyyəti arasında sizdən çox danışılır, çox populyar olmusuz. Bütün bunların fonunda özünüzü necə hiss edirsiz?
- Özümü heç də populyar saymıram. Hələ nə etmişəm, nə nəticə qazanmışam ki, gözüm ayağımın altını seçməsin? Populyar o adama deyirlər ki, həyatda nəsə iz qoysun. Mən hələ yolun başlanğıcındayam. Amma nə gizlədim, onu da bilirəm ki, son vaxtlar barəmdə çox danışırlar. Bu da heç şübhəsiz, “Sumqayıt”ın qazandığı nəticələrlə bağlıdı. Sabah komanda uğursuzluğa düçar olsa, məni tənqid atəşinə tutacaqlar. Buna görə də həmişə pis tərəfi fikirləşib, özümü buna hazırlayıram. İndi yazılanlara və deyilənlərə uyub özümdən razı olsam, uçuruma yuvarlanaram.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar