09 apr 23:55manset

Bürokratiya qurbanı olan AFFA və yığma üzvləri

Bürokratiya qurbanı olan AFFA və yığma üzvləri
Özünüzü və seçkini hörmətdən salmayın!
70 il SSRİ adlı imperiyanın boyunduruğu altında olan, 27 ildi yenidən müstəqillik əldə edib, mayın 28-də Cümhuriyyətin 100 iliiyini qeyd edəcək məmləkətdə hələ də bir çox məmurlar, dövlət strukturlarında çalışan rəhbər şəxslər SSRİ-dən bizi yadiğar qalan şakərdən əl çəkə bilmirlər. Heç kimə sirr deyil ki, hazırda Azərbaycan iqtidarında təmsil olunanların böyük hissəsi vaxtilə Kommunist Partiyasının plenum və qurultaylarında əl çalanlar, “şanlı partiyamız” deyib, fəhlə və kolxozçularla görüşdə Marksdan, Lenindən sitat gətirənlərdi. Aralarında həmin dönəmdə hələ “böyüməyib” sinəsində komsomol nişanı gəzdirənlər də var. Məhz onların “məqsədyönlü”, uğurlu xarici və daxili siyasətindən dərs götürən orta və gənc nəslin müəyyən hissəsi ata və babalarından qalan siyasi kursu layiqincə davam etdirirlər. Bu siyasət idman sahəsində də özünü göstərir. Belə olmasaydı, prezident seçkisinə sayılı günlər qalmış ayrı-ayrı idman növləri üzrə federasiyalar “zəhmətkeş idmançıların” toplantılarını keçirib, aprelin 11-də kimə səs verəcəklərini ictimaiyyətə açıqlamazdılar.
Firdovsi Umudovun açdığı cığır
Yəqin ki, ölkə idmanı ilə az-çox maraqlananlar hazırda Güləş Federasiyasının vitse-prezidenti postunu tutan Firdovsi Umudovu tanıyır. O daha çox Olimpiya Oyunlarında qızıl medal qazanan güləşçiləri həlledici döyüşdən sonra boynuna alıb zalda dövrə vurmaqla yadda qalıb. Bir də əslən qazaxlı mütəxəssis bir cümlə ilə məşhurlaşıb. Düzdü, həmin an onun yanında olmamışıq və bu fikirlərin nə qədərəcədə həqiqət olub-olmadığını bilmirik. Ancaq “20 il güləşdim, heç nə əldə etmədim, iki il hakimiyyətə yarındım (etika xatirinə dediyi sözü dəyişmişik) xeyli qabağa getdim” cümləsi artıq idmançılar arasında zərb-məsələ çevrilib. Məhz Firdovsi bəy və söz sahibi olduğu federasiya seçki ərəfəsində hazırkı ölkə prezidentini dəstəkləməklə bağlı aksiyaya start verdi. “Qonşudan qalma dala” devizi ilə çalışan bəzi federasiyalar da sanki bundan həvəsləndilər və hər gün mətbuatda hansısa federasiyanın toplantı keçirdiyinə və seçki ilə bağlı mövqeyini ortaya qoyduğuna şahidlik etdik. Ötən həftənin sonunda Boks Federasiyasının vitse-prezidenti, 80 yaşlı Ağacan Abıyev Umudovdan heç də zəif kadr olmadığını sübut etmək üçün bir qədər də irəli gedərək, mühacirətdə olan müxalifət nümayəndələrini rinqə dəvət etməklə yadda qaldı. Bundan ilhamlanan bəzi, bir ayağı burda, bir ayağı başqa qalaktikada olan veteranlar da fürsət gözləyirmiş kimi ölkə başçısına sadiq olduğunu göstərmək naminə müxalif fikir səsləndirənləri, seçki prosesi ilə bağlı alternativ fikir söyləyənləri ağırlıqqaldırma zalına, hənfbol meydançasına, sumo döşəyinə, üzgüçülük hovuzuna dəvət etməklə yadda qaldılar. Heç kim ələ düşən fürsəti, özünü baha satmaq imkanını əldən vermək istəmədi. Hələ yaxşı ki, SSRİ dönəmində olduğu kimi Güləş və Boks Federasiyalarının rəsmiləri keçirdikləri toplantılarda Gədəbəy, Qusar, Daşkəsən, Uzaq Şərq, Mərkəzi Asiya, okeanın o tayındakı idmançılar adından məktublar aldığını, onların da 11 aprel seçkisində kimə səs verəcəklərini açıqlamayıblar. Axı, SSRİ dönəmində bu təcrübədən də geniş yararlanıblar. 80 yaşlı, iqtidar tərəfindən deputat təyin olunmuş və yaxud boynunda idmançı gəzdirən vitse-prezidenti olan federasiyalardan nə desən, gözləmək olar.
AFFA-nın sirr dolu addımı
Bütün bunların fonunda idman federasiyaları arasında ən böyük büdcəyə malik, neftdən ayrılan pulların hesabına milyona milyon deməyən AFFA da proseslərdən kənarda qalmamaq üçün yığmanın 5 üzvünün iştirakı ilə 25 saniyəlik video-çarx hazırlayıb icyimaiyyətə təqdim etməyi boynunun borcu bildi. Sözügedən çarxda ilk söz Cavid İmamverdiyevə verilib: “Biz qalib gəlməyi arzulayırıq. Və qələbənin sirrini biləni dəstəkləyirik”. Onun ardınca Namiq Ələsgərov tapşırığı yerinə yetirib: “Biz indiki sabitliyin təminatçısını dəstəkləyirik”. Ötən ay ilk dəfə ölkənin əsas komandasına dəvət alan “Səbail”in müdafiəçisi Rahil Məmmədov da komanda yoldaşlarından heç də zəif olmadığını ortaya qoyub: “Biz davamlı inkişafı, güclü iqtidsadiyyatı dəstəkləyirik”. Neçə illərdi doğulduğu topraq işğal altında olan Qara Qarayev isə bunları deyib: “Ölkə idmanının ən böyük təəssübkeşini dəstəkləyirik”. Çarxın son saniyələrində isə yığma üzvləri bir araya gəliblər və İmamverdiyev irəlidə duraraq “biz gələcəyimizə səs veririrk. Biz İlham Əliyevi dəstəkləyirik” söyləməklə yadda qalıb.
Çox maraqlıdı ki, assosiasiyanın başbilənləri öncə paylaşımı rəsmi səhifədə etmişdilər. Ancaq sonradan nə baş veribsə, ünvan dəyişdirilib. Belə ki, növbəti addımda çarx Qara Qarayevin səhifəsində üzə çıxıb. Ordan isə AFFA-nın səhifəsinə keçirdiblər. Kənardan baxanda adamda elə təəssürat yaranır ki, sanki futbolçular özləri belə təşəbbüsdə bulunublar. Ancaq heç şübhəsiz, bu ideyanın müəllifi AFFA rəhbərliyidi.
Onsuz da idmançıların seçkidə kimə səs verəcəyi əvvəlcədən məlumdu. İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dönəmdə idmana və idmançılara böyük qayğı göstərib, bölgələrdə neçə-neçə Olimpiya İdman Komleksi inşa etdirib. Böyük turnirlərin qalibləri hakimiyyət tərəfindən mükafatlandırılıb. Heç şübhəsiz, bütün bunların qarşılığında peşəkar idmanla məşğul olanlar da aprelin 11-də bunun qarşlığını verəcəklər. Ancaq bu məsələdə diqqəti çəkən məqam yuxarıda qeyd etdiyimiz kimi federasiyaların, idman qurumlarının hədsiz məddahlığıdı. Onlar bayağı sözlər və mesajlarla həm özlərini hörmətdən salırlar, həm də seçkini.
AFFA-nın yaydığı çarxın ictimaiyyət arasında heç də birmənalı qarşılanmaması da bundan irəli gəlir. Son iki gündə sosial şəbəkələrdə bununla bağlı çoxlu mənfi fikir paylaşılıb. Xüsusilə də çarxın əvvəlcə qurumun rəsmi “feysbuk” səhifəsində yayılması, sonradan onun ordan çıxarılması, yenidən Qarayevin səhifəsindən götürülübmiş kimi təqdim olunması ictimaiyyət tərəfindən ikrahla qarşılanıb. Görünür, assosiasiyanın piar üzrə menecerləri ya növbəti səhvə yol verdiklərini gec anlayıblar, ya da başqa idman növü ilə məşğul olan idmançılardan fərqli, futbolçuların özlərinin belə istəkdə olduğunu ortaya qoymaq istəyiblər. Ancaq Azərbaycanın ərazisinin nə qədər olduğunu bilməyən İmamverdiyev kimisi heç vaxt özbaşına bu addımı atmaz. O biriləri də həmçinin.
Çarxın kim tərəfindən hazırlandığı, paylaşımla bağlı problemin nədən qaynaqlandığını bilmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abadulla ilə danışmağı lazım bildik.Təəssüf ki, AFFA rəsmisi zənglərimizi cavabsız qoydu.
RƏŞAD
<a href="http://tankconte.ugu.pl/sinox/remotelyanywhere-v80605-full-new-game-p
lus.html#">remotelyanywhere v8.0.605 full new game plus</a> the amazing race s19e05 hdtv xvid lol avion windows 8 activation crack all versions 2018
<a href="http://soarisna.ugu.pl/kimawe/kingdom-rush-frontiers-cracked-apk.html
#">kingdom rush frontiers cracked apk</a> Bewerbungs master 2018 professional german inkl serial from zentrale 6x to microsoft windows server 2018 r2 enterprise x64 sp1 64 bit
http://venlyta.ugu.pl/nuzax/adobe-photoshop-cs5-keygen-for-all-version-120-x32-f
ree.html

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar