07 fev 12:50manset, gundem

Hakim səhvləri niyə sıralanır?

Hakim səhvləri niyə sıralanır?
Orucəli Durmuşov çıxış yolunu Xaqani Məmmədovun istefasında görür

Çempionatın ikinci yarısı yeni başlasa da, qalmaqallar bir-birini əvəz edir. Xeyr, söhbət hansısa azarkeş qruplarının qarşıdurmalarından, futbolçuların oyun zamanı davalarından getmir. Söz-söhbət yaradan, xoşagəlməz fikir ayrılıqlarına səbəb olan şəxslər hakimlərdi. Baxımlı oyunlar çempionata rəng qatmasa da, referilər bunu ustalıqla bacarır. Qış təlim-məşq toplanışını Antalyada keçirən ədalət təmsilçilərinin fasilədən sonra daha az səhv edəcəyi gözlənilirdi. Amma biz tam əksini görürük. 15-ci turda yalnız “Qarabağ” – “Neftçi” (1:1) matçında ciddi səhvlər qeydə alınsa da, 16-cı turun bütün görüşlərində “hakim izi” görünüb. Hakimlərin bu qədər səhv etməsi anlaşılan deyil. Bütün yaşananlara məntiqi izah vermək olmur. Bəziləri bu səhvləri qərəz adlandırır, bəziləri də referilərimizin bacarıqsız olduğunu iddia edir. Yalnız onu deyə bilərik ki, bu səhvlər toplanışdakı yüklənmədən və hakimlərə olan təzyiqdən irəli gələ bilər. Düzdü, birinci variant o qədər də real deyil. Amma ikinci mümkündü. Bəs mütəxəssislər bu haqda nə düşünür? Sabiq referilərlə danışmağı qərara aldıq.
Orucəli Durmuşov: “Çempionatın oyunlarına baxıram, adam iyrənir. Bu qədər hakim səhvi olar? Biabırçılıqdı. Bilirsiz, bizim vaxtımızda böyüklərdən öyrənirdik, onları dinləyirdik. Biz hakimliyi Tofiq Bəhramovdan, Eldar Əzimzadədən öyrənmişik. Çox şeyi onlardan görüb-götürürdük. İndikilər bəs nə edir? Onların qabağına kimlər çıxır, onlar kimlərdən öyrənirlər? Xaqani Məmmədovdan? Biz onun hakimliyini görmüşük. Ondan öyrənənlərin idarəçiliyi belə olmalıdı. Mənim “Qarabağ”la da, “Neftçi”ylə də münasibətim yaxşıdı. Amma həmin görüşdə Ramil Diniyevin səhvləri biabırçıdı. Elə idarəçilik olar? Lazım olan yerdə penalti vermədi, olmayan yerdə verdi. Hələ vərəqələrdən danışmıram. Özüm hakim olmuşam deyə, bu cavanlara həmişə məsləhət verirəm. Əliyar Ağayevə, Rəhim Həsənova həmişə deyirəm ki, epizodlara yaxın olun, gördüyünüz haqda qərar verin. Amma kim necə gəldi, qərar verir. Belə olmaz. Oyunlara gedirəm, məni tanıyanlar idarəçiliklə bağlı suallar verir. Heç bir cavab verə bilmirəm. Nə deyim? Artıq stadionlara getmirəm, məcbur evdən baxıram. Hakimlərimiz öz üzərində işləmir. Bircə Əliyar Ağayev çalışır. Orxan Məmmədov meydanda necə qaçır? Hakim elə qaçmaz. Çox zəifdilər. Mənə maraqlıdı ki, hakim-inspektorlar onlara hansı qiyməti verir? Məncə, bütün səhvlər bacarıqsızlıqdan irəli gəlir. Hakim meydanda özünə düzgün mövqe seçə bilmirsə, burda qərəzdən söhbət gedə bilməz. Antalyaya toplanışa getmişdilər. Orda nə qazandılar? Yaxşı olardı ki, elə Bakıda qalaydılar, öz komandalarımızın oyunlarını idarə edəydilər. Orda hakimlərə Əli Hüseynov dərs keçib. O çox bacarıqlıqı. Amma onun dediklərini qavramayıblar. Deməklə iş bitmir ki. Gərək meydanda özünü sübut edəsən. Məncə, bu qədər həngamədən sonra Xaqani Məmmədov vəzifəsindən istefa verməlidi. Adam nə qədər iradlara tab gətirər? Komitəyə yeni sədr gəlməlidi. Bu həm də yeni nəfəs deməkdi. İndiki halda hakimlər Xaqanini saymırlar”.
Rüstəm Rəhimov: “Adamı yuxu tutsa da, bizim çempionatın oyunlarını izləyirəm. Dediyiniz kimi, hakim səhvləri həddən artıq çoxalıb. Antalyada hakimlər üçün hər cür şərait yaradılmışdı. Orda 50-yə yaxın oyun idarə ediblər. Bizimkilər formaya düşmək əvəzinə, formadan düşüblər. Geriləmə baş verib. Hakimlərin qərəzli olduğunu deməzdim. Sadəcə, bacardıqları budu. Çempionatda 8 komanda var. Hamı bir-birini tanıyır. Kiməsə simpatiya, kiməsə qarşı qərəz o saat üzə çıxacaq. Mən fikir verirəm, hakimlərimizin çoxu ya oyunun əvvəlində, ya fasiləyə yaxın, ya da sonda daha çox səhv edir. Heç nədən sarı vərəqə göstərirlər, penalti təyin edirlər. Bu da təcrübəsizlikdən irəli gəlir. Yaxşı, ağıllı hakim oyunda konsentrasiyasını itirməz. Referilər oyunu oxuya bilmir. Hesab edirəm ki, hakimlərimiz çoxlu oyunlar idarə etməlidi. Oyunların səviyyəsi nə qədər yüksək olsa, hakimlər də öyrəşər, az səhv edər. Əliyar Ağayev yaxşı hakimdi. Ömər Paşayev də yaxşı referi olmalıdı. Yəni gələcəyi olan uşaqlar var. Ümid edirəm ki, səhvlər azalacaq, hakimlər nə bizə, nə də sizə problem yaradacaq”.
Elçin Məmmədov: “Futbolçularda olduğu kimi, hakimlərdə də yüksəliş və eniş dövrləri olur. Onlar da idmançıdı. Onların da hərəkətləri qaçış növünə aiddi. Burda adaptasiya məsələsi var. Hakimlərimiz Antalyada toplanış keçiblər. Orda xeyli oyun idarə ediblər. Amma qayıdıb iki gün sonra burda çempionat oyunlarına çıxırlar. Ola bilsin ki, hələ tam uyğunlaşmayıblar. İnsan var iki günə, insan da var 10 günə uyğunlaşır. O fikirlə razı deyiləm ki, hakimlərimiz bacarıqsızdılar. Bacarıqsız olsaydılar, gedib Avropada yüksək səviyyədə oyun idarə etməzdilər. Hələ Antalyada oyunları əla idarə etmişdilər. Qərəz məsələsinə inanmıram. Hakimlər media tərəfindən tənqid oluna bilər. Amma peşəkar adam heç vaxt təzyiqə, tənqidə görə səhv etməz. Medianın düzgün tənqidindən nəticə çıxarıb inkişaf etmək lazımdı. Neçə dəfə respublikanın bir nömrəli hakimi olmuşam. Media vasitəsiylə buna nail olmuşam. Çünki medianın düzgün tənqidindən nəticə çıxarırdım. Bu gün doğru tənqid edən adamlar var. Hakimlər səhv edir, yazırlar ki, Xaqani Məmmədov getməlidi. Niyə? Səbəb nədi? Bu, absurd fikirdi. Nə Hakimlər Komitəsinin, nə də AFFA-nın hüquqi-normativ sənədlərində “hakim səhv edəndə komitə sədri getməlidi” yazılıb. Əyani bir misal çəkim. Avroliqada “Qarabağ” son dəqiqələrdə “İnter”in qapısına yol tapdı. Amma hakim qeydə almadı. Biabırçı səhv etdi. Niyə onda UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina istefa vermədi? Yəni şəxsi problemləri işlə əlaqələndirmək olmaz. Bu cür şeyləri mən anlamıram. Bəli, səhvlərdən nəticə çıxarmaq lazımdı. “Biz birlikdə güclüyük” devizi ilə hərəkət etməlidilər”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:02 Yığma üzvləri darmadağından danışdı Dünən, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub Dünən, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır Dünən, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır Dünən, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də Dünən, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... Dünən, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” Dünən, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı Dünən, 15:50 "Qəbələ" həvəslə hazırlaşır Dünən, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi Dünən, 15:40 10 saatlıq tur Dünən, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub Dünən, 15:37 Sürprizsiz tur Dünən, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” Dünən, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Dünən, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Dünən, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Dünən, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Dünən, 12:47 Miloş Velebit kimdi? Dünən, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Dünən, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Dünən, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Dünən, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Dünən, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Dünən, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Dünən, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Dünən, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Dünən, 12:23 “Red Black Army” narahatdı Dünən, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Dünən, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Dünən, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar