04 apr 18:02manset

“...Həmişə Şəhriyara kömək etmişəm, edirəm və edəcəm də”

“...Həmişə Şəhriyara kömək etmişəm, edirəm və edəcəm də”
Mahir Məmmədov çatışmazlığı etiraf etdi, jurnalistləri Şəmkirə çağırdı
Şəhriyar Məmmədyarovun şahmat tacına İddiaçıların Turnirindəki çıxışını ətraflı işıqlandırdıq. Mütəxəssislərin və jurnalistlərin mövqeyini də ortaya qoyduq. Nikbin və bədbin fikirlərlə üzləşdik. Bəs görəsən, Şahmat Federasiyası yığmamızın liderinin çıxışını necə dəyərləndirir? Bu məqsədlə dünən qurumun vitse-prezidenti Mahir Məmmədovla danışdıq.
- Şəhriyarın Berlindəki çıxışını necə dəyərləndirirsiz?
- Bu yarışda ilk dəfə təmsil olunmurduq. Kazanda Məmmədyarovla yanaşı, Teymur Rəcəbov mübarizə aparmışdı. Teymur Londonda keçirilən analoji yarışda da çıxış etmişdi. Ancaq heç vaxt bu turnirdə birinci yeri tutmağa bu qədər yaxın olmamışdıq. Kazandakı yarış yadımdadı. Şahmatçılarımız çox yaxşı formadaydı. Hər ikisi finaladək irəliləyə bilərdi. Ancaq elə oldu ki, hər ikisini müxtəlif üsullarla 1/4 finalda uduzdurdular. Belə deyək, bəxtləri gətirmədi. Amma burda Şəhriyar təkbaşına, cəngavər kimi döyüşdü. Bu idmandı və idmanda hər şey olur. Son partiyanı udsaydı və Fabiano Karuana büdrəsəydi, həmyerlimiz Maqnus Karlsenlə tac uğrunda mübarizə aparmaq hüququna yiyələnəcəkdi. Levon Aronyan, demək olar ki, hamıya xal bağışladı. Amma Şəhriyarla hər iki oyun heç-heçə bitdi. Həmin görüşlərdən heç olmasa, birində Məmmədyarov daha cürətli oynasaydı, qalib gələ bilərdi. Şəhriyarın hazırlıq səviyyəsi yüksək idi. Hiss olunurdu ki, çox böyük iş görülüb və yaxşı hazırlıq keçib. Həm debüt, həm fiziki hazırlıq, həm də gücü balanslı bölmək baxımından şahmatçımız tam formada idi. Ümidvaram ki, Məmmədyarovun bundan sonra da tac uğrunda yarışmaq şansı olacaq.
- Sizcə, Aronyan Karuanaya bilərəkdən uduzdu?
- Azərbaycan və Ermənistan şahmatçıları arasındakı oyunlar məlum səbəblərdən prinsipial xarakter daşıyır. Ancaq Levonun bilə-bilə Fabianoya uduzması fikrini qəbul etmirəm. Aronyan mübariz şahmatçıdı. Onun sırf karyerasına nəzər salıb, belə şey gözləmirəm.
- Şahmatçının hazırlıq prosesinə və məşqçilərinə çəkilən xərcləri onun sponsorları, yoxsa AŞF qarşılamışdı?
- Şəhriyarın şahmat tacı uğrunda yürüşü hamının diqqət mərkəzində olmalıdı. İddiaçıların Turnirinin qalibi olsaydı, ona yardım məqsədiylə ayrıca qərargah yaradılmalıydı. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə Harri Kasparov üçün belə şərait yaratmışdı. Bütün qurumlar maliyyə yardımı göstərirdi. Şəhriyarın özünə həm AŞF, həm də AGİN tərəfindən yardım göstərilib. O maddi çətinliklə üzləşməyib.
- Bəs özəl şirkətlərin şahmatçımızı yetərincə qiymətləndirdiyini düşünürsüz?
- Şəxsən mən sabiq biznesmen və indiki dövlət qulluqçusu kimi həmişə Şəhriyara kömək etmişəm, edirəm və edəcəm də. Fikrimcə, elə qapı ola bilməz ki, Məmmədyarov müraciət etsin, amma ordan “yox” cavabı alsın. Mən bunu təsəvvür edə bilmirəm. Şəhriyara azarkeşlik ölkədə yüksək səviyyədə idi. Bundan sonra da bu dəstəyin artacağını düşünürəm.
- İddiaçıların Turnirinin mətbuatda işıqlandırılmasından razı qaldız?
- Yox. Mən bundan çox narazıyam. Mətbuat orqanları ancaq nəticələri, statistik məqamları qeyd etdi. Maraqlı faktlar və müsahibələrə yer verilmədi. Şahmatın incəliklərini bilən jurnalistlər, demək olar ki, yoxdu. Səthi bilənlər isə çox azdı. Jurnalistlərin işindən çox narazıyam. Aprelin 18-də “Shamkirchess” turnirinin açılışı olacaq. Şəhriyar və Teymurla yanaşı, son vaxtlar yüksəlişdə olan Rauf Məmmədov da Vüqar Həşimovun Memorialında iştirak edəcək. Dünyanın ən güclü şahmatçısı Maqnus Karlsen dəvətimizi qəbul edib. İddiaçıların Turnirinin iştirakçılarından Sergey Karyakin, Vladimir Kramnik və Dinq Liren bura gələcək. Çox yüksək səviyyəli turnir olacaq. Jurnalistləri Şəmkirə dəvət edirəm. Onlar yarış boyunca orda qala, Şəmkirin qonaqpərvərliyini hiss edə, maraqlı materiallar hazırlaya bilərlər. Şahmatın nəticələrini yazmaqla işi yekunlaşdırmamalıdılar. Oyunları açmaq lazımdı.
- Etiraf edək ki, bu gün ölkə mediasının maddi durumu o səviyyədə deyil ki, əməkdaşını yarışı işıqlandırmaq üçün müxtəlif yerlərə ezam etsin. Məsələn, jurnalist Berlinə gedə bilsəydi...
- Almaniyadakı səfirimiz Ramin Səfərovla Berlində olarkən orda telekanallarımızın əməkdaşları bizə yaxınlaşdı. Böyük məmnuniyyətlə onlara müsahibə verdik. Demək olmazdı ki, orda jurnalistimiz yox idi. Mən özüm dəfələrlə müxtəlif yarışlara media nümayəndələrinin səfərinə yardım göstərmişəm və bundan sonra da bu praktikanı davam etdirməyə hazıram. Sadəcə, jurnalistlər daha çox diqqəti futbola ayırıb. Zlatan İbrahimoviçin qollarından saatlarla yazmağa hazırdılar, amma Şəhriyarın kombinasiyalarından yox.
- Bildiyimizə görə, hazırda AŞF-nin mətbuat katibi yoxdu...
- Düzdü, ştatda bu vəzifə boşdu. Ancaq Sənan Şəfizadəni press-attaşe kimi qəbul edə bilərsiz.
- Jurnalistlərə irad bildirdiz. Ancaq AŞF-nin saytının və “feysbuk” səhifəsinin olmaması da heç bir məntiqə sığmır...
- Sizin fikrinizlə razıyam. Saytda böyük problem var.
- Ermənistanda şahmat ayrıca fənn kimi tədris olunur. Bizdə isə bu, bəzi məktəblərdə pilot layihə kimi tətbiq olunur. Ölkədə şahmat bumu yaşandığı vaxtda bu idman növünün bütün məktəblərdə tədris olunmasını istərdizmi?
- Əlbəttə, lazımdı. İlk növbədə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi bu addımı atdı və bütün məktəblərdə şahmat tədris olunmağa başlandı. Bu mövzunun dərindən işlənilməsinə ehtiyac var.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar