03 apr 00:30manset

Butragenyo Romada Asif Əsgərovla zarafat edib

Butragenyo Romada Asif Əsgərovla zarafat edib
“Qarabağ” rəsmisi bu dəfə büroya üzv seçildi
Martın 25-27-si aralığında Romada qələbəlik idi. Avropa Klublar Birliyinin (ECA) Baş Assambleyası ilə bağlı FİFA və UEFA prezidentləri ilə yanaşı, bir çox ünlü klubların rəhbərləri İtaliyanın paytaxtına səfər etmişdi. Assambleyada iki həmyerlimiz – “Neftçi”nin prezidenti Kamran Quliyevlə “Qarabağ”ın baş meneceri Asif Əsgərov da iştirak edirdi. Toplantını xüsusilə Asif bəy, dolayı yolla Azərbaycan futbolu üçün düşərli hesab etmək olar. Belə ki, ötən ilin oktyabrında işçi qrupuna üzv seçilən Əsgərov bu dəfə üç nəfərdən biri kimi uyğun işçi qrupundakı büroya üzv seçildi. Bu isə Avropada aparıcı futbol ölkəsi kimi tanınmayan Azərbaycan adına sevindirici haldı. İstər futbolumuzun daim diqqət mərkəzində olması, istərsə də azərbaycanlı klub rəsmisinin daim tanınanlarla bir masa arxasında əyləşib təcrübə toplaması ciddi fayda verə bilər.
Asif Əsgərov artıq vətəndədi. Üçgünlük Roma səfəri haqda ətraflı məlumat almaq üçün dünən “Qarabağ” rəsmisi ilə əlaqə saxladıq.
- Martın 25-i və 27-də iki ayrı tədbirdə iştirak etdiz. Ümumi məlumatlara sahibik. Bir az detallara varaq.
- Martın 25-də ECA-nın işçi qruplarının iclasında iştirak etməli oldum. Beş işçi qrup var ki, onlardan biri Yarışların Keçirilməsi qrupudu. Bildiyiniz kimi, ötən il həmin qrupa üzv seçilmişdim. Bu dəfə həmin işçi qruplarda yer alanlar arasından büro üzvləri seçilməliydi. Orda üç nəfər yer alır ki, biri “Real”ın idman direktoru Emilio Butragenyo, digəri “Brügge”nin baş meneceri Vinsen Mannaertdi. Üçüncü üzv isə mən seçildim. İşçi qrupuna “Roma”nın baş direktoru Umberto Qandini rəhbərlik edir. Uşaq futbolu, maliyyə sahəsinə nəzarət, yarışların keçirilməsi – bu qruplar futbolun müxtəlif sahələri ilə bağlı təkliflərini irəli sürür, müəyyən fikir mübadiləsi aparılır.
- Sizin təmsil etdiyiniz qrupun əsas fəaliyyəti nədən ibarətdi? Yəni yarışların keçirilməsi dedikdə nələr nəzərdə tutulur?
- Klubların sayı, oyunların başlama tarixləri, vaxtları... 2018-21 təqvimi artıq təsdiqlənib, öncəki iclasda məhz bu məsələ müzakirə olunmuşdu. Bildiyiniz kimi, Avroliqa iştirakçılarının sayı 64-ə qədər artırıldı. Bu kimi məsələlər ECA-nın iclaslarında müzakirə olunur və tövsiyə kimi UEFA-ya göndərilir. Budəfəki iclasdan sonra məlum oldu ki, ECA ayrıca bir qurum kimi UEFA-nın tərkib hissəsinə çevrilə bilər. Hər halda, cənab Canni İnfantino ilə Aleksander Çeferinin çıxışlarından belə məlum oldu ki, ECA-nın klublar adına verdiyi qərarlar UEFA üçün prioritet olacaq.
- Büroya üzv niyə məhz azərbaycanlı Asif Əsgərov seçildi? Burda həlledici rolu “Qarabağ”ın avrokuboklardakı uğuru oynadı, yoxsa xarici dil bilməyiniz, yaxud işləməyə hədsiz istəkli olmağınız?
- Dil biliyi vacibdi, amma həlledici rol oynamır. Çünki işçi qruplarda yer alanların hamısı ingilis dilini bilir. Üzvlər arasında “Yuventus”, “Mançester Siti”, “Borussiya” rəsmiləri də var. Belələrinin ingilis dilini bilməməsi mümkün deyil. Belə deyim, sədrin tövsiyəsinə əsasən bir neçə nəfər kimi mənim də namizədliyim irəli sürüldü. Öz xoşu ilə istəyənlər də namizədliyini verə bilirdi. Gizli səsvermə nəticəsində büroya üzvlər seçildi.
- Neçə namizəd var idi?
- Ümumilikdə beş nəfər idik.
- Üzərinizə düşən konkret iş nədən ibarət olacaq?
- Dediyim kimi, 2018-21-ci illərin təqvimi təsdiqlənib. Bundan sonra əsas müzakirələr 2021-24-cü illər üçün aparılacaq. Klublara sərf edəcək, heç kimin narazı qalmayacağı şərtlər altında tövsiyələr hazırlamalıyıq.
- Asif Əsgərov olaraq sizin özünüzün də təkliflər paketiniz olmalıdı, yoxsa üzvlər birlikdə “baş sındırır”?
- Avropa Birliyinə üzv olan və olmayan ölkələr arasında təşkilati işlərdə müəyyən fərqlər var. 2018-21-ci illərin oyun cədvəllərinə baxsaz, görərsiz ki, əvvəl müşahidə etdiyiniz ikihəftəlik aralar indi yoxdu. Məsələn, əvvəl Azərbaycan çempionu Çempionlar Liqasına 2-ci mərhələdən başlayırdısa, bundan sonra 1-ci mərhələdən start götürməlidi. Oyun sayı çoxalır deyə aradakı fasilələr avtomatik yoxa çıxır. Oyun sayı çoxaldıqca, təqvim sıxlaşdıqca, təşkilati məsələlərdə ortaya müəyyən problemlərin çıxması, çətinliklərin yaranması normaldı. Tutaq ki, cümə günü püşkatma olur və 4 gündən sonra komandalar meydana çıxmalıdı. Qısa vaxt ərzində səfər planlarının hazırlanması, vizaların təmin olunması, baş məşqçilərin proqramına uyğun işlərin qurulması - bu və digər məsələlərin müzakirəsi, çıxış yollarının tapılması, yekunda UEFA-ya müraciət olunması sırf yer aldığım işçi qrupun üzərinə düşür.
- Onsuz da “Qarabağ”dakı təşkilati işlərə görə başınızı qaşımağa vaxt olmurdu. Bu tərəfdən də ECA-dakı işlər. Çatdırmaq mümkün olacaq?
- Belə baxanda, eyni işdi. Hətta faydalıdı deyərdim. Çox arzulayardım ki, işçi qruplarda bir yox, bir neçə azərbaycanlı təmsil olunsun. Daha bir sevindirici məqam Azərbaycanın ölkə futbol reytinqinə görə 4-cü yarımbölmədən 3-cü yarımbölməyə yüksəlməsidi. İldə iki dəfə Baş Assambleyanın iclasları baş tutur. Bundan sonra həmin assambleyada ölkəmizin iki səsvermə hüququ olacaq. “Qarabağ”la “Neftçi” əsas, “Qəbələ” isə assosiativ üzvdü. Ən böyük istəyim odu ki, bütün klublarımız heç olmasa, assosiativ üzv olsunlar. Başqa ölkələrə baxırsan, 8-9 komanda ilə təmsil olunurlar. Məhz ordakı iclaslarda dünya futbolunda baş verən yeniliklər, hadisələr barədə daha dolğun məlumat alırlar, digər klublarla əlaqələr genişlənir. Bu gün Avropa futbolunun təcrübəsindən yararlanmaq üçün çalışıb belə iclaslara, görüşlərə çox getmək lazımdı. Məsəl var, uduzmaqdan qorxub oynamayan qalib gələ bilməz. Ona görə uduzmaqdan, seçilməməkdən qorxmaq lazım deyil. Yüksək yerlərdə təmsil olunmaq üçün səy göstərmək lazımdı.
- Assambleyada iştirak edənlər arasında Canni İnfantino, Aleksander Çeferindən başqa PSJ-nin prezidenti Nasser Əl-Xelayfi, “Barselona”nın başqanı Xosep Bartomeu kimi ünlülər də iştirak edirdi. Onlarla söhbətiniz ümumi mövzuları əhatə edirdi, yoxsa Azərbaycan futbolu, “Qarabağ” haqda da danışdız?
- Bildiyiniz kimi, assambleyada “Neftçi”nin prezidenti Kamran Quliyevlə birgə idik. Məsələn, Əl-Xelayfi müsəlman olduğumuza görə yaxınlaşıb, təxminən 5-10 dəqiqə bizimlə ayrıca söhbət etdi. “Qatar Foundation”ın başında duran adamdı, son illər dünya futbolunda kifayət qədər tanınan simadı. Azərbaycan futbolu ilə maraqlandı, hansı klubları təmsil etdiyimizi soruşdu. Bartomeu kənardan bəlkə də olduqca sərt, ünsiyyətə maraqlı olmayan adam təsiri bağışlayır. Amma həddən artıq sadəliyi ilə seçilən biridi. Daim gülümsəyirdi, bəzən bizimlə zarafatlarından da qalmırdı. Bu cür insanlar qazanılan uğurların qarşılığında sadəliklərini itirmirlər, “mənəm-mənəmlikdən” uzaq olurlar. Uğurları kənara qoyub, nöqsanları aradan qaldırmaq haqda düşünürlər. Biz də futbol ailəsinin üzvü olaraq bu cür təcrübədən yararlanmalıyıq, daim öz üzərimizdə işləməliyik... Büroya üzv seçilən dünya şöhrətli Butragenyo, dediyim kimi, “Real”ın idman direktorudu. Onunla tanışlığımız bir müddət əvvəli əhatə edir. Bildiyiniz kimi, “Atletiko” ilə səfər oyunu günü “Qarabağ” “Real”ın təlim-məşq bazasında səhər məşqini etmişdi. Ümumi yazışmalarımız olmuşdu, amma göstərdikləri qonaqpərvərliyə görə üzbəüz minnətdarlıq edə bilməmişdim. Bu dəfə onu görəndə, etdikləri yaxşılığa görə bir daha təşəkkür etdim. Adama “təşəkkür edirəm” deyirəm, o isə mənimlə zarafat edərək deyir ki, “imkanımız olsaydı, sizə əlavə futbolçu da verərdik, təki “Atletiko”nu udun, xallar alın”. Bu da Madrid təmsilçilərinin arasındakı intriqaya görədi. “Atletiko”nu hər iki oyunda büdrətməyimiz “Real”lıların ürəyincə olubmuş. Bununla yanaşı, Qurban Qurbanova salamlarını və təşəkkürünü göndərdi.
- Görüşdüyünüz şəxslər Azərbaycan çempionatında niyə belə az - 8 komandanın mübarizə aparması ilə maraqlanmırdılar?
- Artıq ölkəmizi kifayət qədər tanıyırlar. Ona görə də futbolumuza ümumi konteksdən yanaşırlar. Bunun özü nəyə desən, dəyər. 5-6 il əvvəl bu cür toplantılarda iştirak edəndə “Qarabağ”ın neçə dəfə ölkə çempionu olduğunu, köklü tarixə malik olduğunu deyərək klubu tanıdırdıqsa, indi buna ehtiyac yoxdu. Çempionlar Liqasındakı iştirak olduqca ciddi reklam oldu. Hətta deyərdim ki, ardıcıl 3 il Avroliqanın qrup mərhələsində çıxış etməyimiz “Qarabağ”ı bu qədər tanıtmamışdı, tanınmağına bu qədər təsir etməmişdi. Şükürlər olsun, Avropanın futbol ailəsinə qoşulmuşuq. Buna baxmayaraq, daha çox işləməliyik, daha çox təcrübə toplamalıyıq. Hələ yolun başlanğıcındayıq. Qazandıqlarımız qazana biləcəklərimizin yanında dəryada damladı. Sadəliyimizi itirmədən, savadımızı artırmağa çalışmalı, öz sahəmizdə faydalı olmağı düşünməliyik.
HƏBİB
best price on generic cialis
cialis generic
247 overnight pharmacy buy cialis usa
<a href="http://cialisgrudj.com/">generic cialis online</a>
cialis commercial actors 2016
http://cialisgrudj.com/
cialis 25 mg vs viagra 100mg

<a href="http://deadrely.ugu.pl/liqimusah/microsoft-windows-7-ultimate-sp1-oem
-2018-x86-italy.html#">microsoft windows 7 ultimate sp1 oem 2018 x86 italy</a> directshow codec pack 1.10.2 bitdefender pro edition 8.3 keyboard
<a href="http://lichooli.ugu.pl/xafulykin/splinter-cell-double-agent-pc-french
-doors.html#">splinter cell double agent pc french doors</a> pro pinball fantastic journey full version download heroes of might and magic 5 bonus disc 1.6 enable console commands

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar