27 mar 18:05manset

İrəli, Şah, Azərbaycan uğrunda...

İrəli, Şah, Azərbaycan uğrunda...
Dünya şahmat tacı uğrunda görüş heç də əlçatmaz deyil!
Almaniyanın paytaxtı Berlində keçirilən dünya şahmat tacına İddiaçıların Turnirində finişə bir addım qalıb. Yarış dramatik sonluğun astanasındadı. Son turda nələr baş verə bilər, nələr... Amma gəlin xronoloji ardıcıllığa xələl gətirməyək. Görək istirahət etdiyimiz bu günlərdə geridə qalan daha 3 turda hansı nəticələr qeydə alınıb.
Martın 23-də 11-ci turun oyunları keçirilib. Şəhriyar Məmmədyarov (2809) qara fiqurlarla Uesli Sonun (ABŞ, 2799) müqavimətini qırmağa çalışıb. Tərəflər fiqurları tez dəyişdiyindən qələbə üçün resurs qalmayıb. Belədə 41-ci gedişdə heç-heçə ən münasib nəticə olub. Həmyerlimizin əsas rəqibi Fabiano Karuana (ABŞ, 2784) liderliyini möhkəmləndirmək şansını əldən verib. İtalyan əsilli qrossmeyster “ağlar”la oynasa da, Vladimir Kramniki (Rusiya, 2800) məğlub edə bilməyib. Turnirin “sülh elçisi” Dinq Liren (Çin, 2769) “ağlar”la Aleksandr Qrişuku (Rusiya, 2767) üstələməyə çox yaxın olub. Ancaq 27-ci gedişdən səhvləri sıralayan çinli şahmatçı yenə heç-heçəyə razılaşıb. Sergey Karyakin (Rusiya, 2763) isə “qaralar”la turnirin fiaskosu Levon Aronyanu (Ermənistan, 2794) xalsız qoymaqla titul şanslarını bir qədər də artırıb.
Ertəsi gün 12-ci turun görüşləri baş tutub. Məmmədyarov “ağlar”la Dinqi sınağa çəkib. 21-ci gedişdə heç-heçə imkanı olsa da, Şəhriyar mübarizəni davam etdirmək qərarına gəlib. Ancaq 30-cu gedişdən sonra vəziyyət qəlizləşib. Tədricən üstünlüyü artıran Liren 2-ci vəziri qazandıqdan sonra partiyanın taleyi həll olunub. Beləliklə, 43-cü gedişdə yığmamızın lideri turnirdə ilk məğlubiyyətinə üzülübsə, Liren ilk qələbəsini bayram edib. Oyundan sonra keçirilən mətbuat konfransında həmyerlimiz bunları deyib: “Heç-heçə etmək imkanım vardı. Ancaq vəziyyəti düzgün təhlil etmədim. Üstün olduğumu zənn edirdim və belədə daha aqressiv oynamağa çalışdım. İndi titul şanslarım haqda heç nə fikirləşmirəm”.
Dinqin fikirləri isə belə olub: “Bu gün fərqli oynadım. Bəzi məqamlarda Şəhriyarın üstünlüyü var idi. Ancaq səhvlər şahmatın bir parçasıdı. Bu yarışda çempion olmağı qarşıma hədəf qoymamışam. Sadəcə, ən yaxşı oyunumu göstərməyə çalışıram”.
Bu tur vəziyyət bir qədər mürəkkəbləşib. Buna səbəb Karyakinin “ağlar”la Karuananı üstələməsi olub. Belədə Sergey də iddiasını ortaya qoyub. Kramnik – So, Qrişuk – Aronyan oyunları “sülh”lə yekunlaşıb.
Bazar günü turnirdə sonuncu istirahət günü olub. Dünən isə 13-cü tur geridə qalıb. Məmmədyarov “ağlar”la Qrişuka qarşı oynayıb. İlk 30 gedişdən sonra görüşün heç-heçə başa çatacağı gözlənilirdi. Çünki real vəziyyət bunu deyirdi. Ancaq Rusiya təmsilçisi 34-cü gedişdə həlledici səhvə yol verib. Bəlkə də seytnota düşməsinin də buna təsiri olub. Bu səhvi bağışlamayan Şəhriyar təzyiqi artırıb və 39-cu gedişdə Aleksandr “ağ bayraq qaldırıb”.
Mətbuat konfransında rusiyalı şahmatçının səsləndirdiyi fikirləri dinləyək: “Hər ikimiz qələbəyə oynadıq. Çünki heç-heçə fonunda çempionluq şanslarımı itirəcəkdim. Açılışdan sonra üstünlük yox idi. Əslində heç-heçə edə bilərdim. Ancaq bu, mənim üçün elə məğlubiyyətə bərabər idi”.
İndi isə şahmatçımıza qulaq verək: “Dinqə uduzduqdan sonra yalnız qələbə haqda düşünürdüm. Aleksandr da bunu bilirdi. Fikrimcə, Qrişuk mənimlə müqayisədə daha çox risk etdi. Lirenə uduzduqdan sonra otağıma getdim və sadəcə, istirahət etdim. Şahmatla məşğul olmadım. Dinqə məğlubiyyət mənim üçün faciəyə bərabər idi. Dünən mənim üçün ağır gün oldu. Çünki sonuncu dəfə ağ fiqurlarla 8 ay əvvəl uduzmuşdum. Və ən həlledici məqamda Lirenə uduzdum. Hamıyla heç-heçə edən Dinqə uduzmaq... Bu gün səhər saat 7-də yuxudan durmuşam. Mənim üçün də bu gün məğlubiyyət ciddi bir şey ifadə etməyəcəkdi. Ancaq mən cəhd etdim və uğur tərəfimdə oldu. Sabah da qalib gəlməyə çalışacam”.
Təəssüf ki, dünən Karuana da ağ fiqurlarla Aronyanı üstələyib. Dinq – Kramnik, So – Karyakin partiyalarında xal bölgüsü reallaşıb.
Xal durumu: Karuana - 8, MƏMMƏDYAROV, Karyakin – 7,5, Dinq – 7, Qrişuk - 6,5, Kramnik – 6, So - 5,5, Aronyan – 4.
Bu gün sonuncu - 14-ci turun görüşləri baş tutacaq: Qrişuk - Karuana, Aronyan – So, Kramnik - MƏMMƏDYAROV, Karyakin – Dinq.
Beləliklə, son tur ərəfəsində 1-ci yerin taleyi baxımından mümkün 10 variantın hamısına baxaq.
1-ci variant. Karuana Qrişuka qalib gələcəyi halda, heç bir əlavə hesablamaya ehtiyac yoxdu. Belədə 9 xala malik amerikalı əlçatmaz olacaq.
2-ci variant. Məmmədyarov qalib gəlir, Karuana uduzur, Karyakin isə heç-heçə edir. Bu halda 8,5 xal yığan Şah turniri vahid lider kimi bitirir.
3-cü variant. Karuana heç-heçə edir, Məmmədyarov və Karyakin qalib gəlir. Bu halda üç şahmatçının 8,5 xalı olur. Xallar bərabər olarsa, ilk növbədə şəxsi görüşlər əsas götürülür. Həmyerlimiz Karuana və Karyakinlə duellərdə 2,5 xal yığıb və avtomatik turnirin qalibi olacaq, çünki rusiyalının əsas rəqiblərlə duellərdə 2, amerikalının isə 1,5 xalı var.
4-cü variant. Karuana uduzacağı, Karyakin və Məmmədyarov heç-heçə edəcəyi halda da təxminən belə durum yaranacaq. Belədə üçünün də 8 xalı olacaq və Şəhriyar 1-ci yeri tutacaq.
5-ci variant. Karuana və Karyakin uduzur, Məmmədyarov heç-heçə edir. Belədə artıq Karuana, Məmmədyarov və Dinqin 8 xalı olacaq. Burda isə çinli şahmatçı üç nəfər arasındakı şəxsi görüşlərdə toplanan xala (2,5) görə həm Fabianonu (2), həm də Şəhriyarı (1,5 xal) qabaqlayacaq.
6-cı variant. Karuana heç-heçə edir, Şəhriyar qalib gəlir, Karyakin də Dinqlə xal bölgüsünə razılaşır. Belədə Karuana ilə Məmmədyarovun 8,5 xalı olacaq. Bunlar arasındakı iki duel heç-heçə bitib. İkinci əlavə göstərici – qələbə sayı – da bərabər olacaq (hərəyə 4 qələbə). Məhz bu halda üçüncü əlavə göstərici – Zonneborn-Berger əmsalı işə düşür. Bu əmsalın söykəndiyi ideya çox sadə və məntiqlidi: bərabər xala malik iki iştirakçıdan hansı daha güclü rəqibləri məğlub edibsə, o da qalib sayılır. Karuana dörd qələbədən ikisini autsayder Levon Aronyan üzərində qazanıb. O, erməni ilə yanaşı, turnir cədvəlinin aşağılarında qərarlaşan So ilə Kramniki də məğlub edib. Məmmədyarovun Karyakin və Qrişuk üzərində dəyərli qələbələri var. Son turda Kramniki də məğub edəcəyi halda, bu rəqib üzərində də iki qələbə qazanmış olur. Belədə Şah Zonneborn-Berger əmsalında Fabianonu qabaqlayır. Hər iki şahmatçının 8,5 xalı olsa da, vəziyyət dəyişmir və həmyerlimiz tac uğrunda Karlsenlə görüşmək hüququ qazanır.
7-ci variant. Karuana uduzur, Karyakin və Məmmədyarov qələbə qazanır. Nəticədə son iki şahmatçı 8,5 xal yığır ki, şəxsi görüşlərdə Sergeydən üstün olan (1 qələbə, 1 heç-heçə) həmyerlimiz 1-ci yeri tutur.
8-9-cu variantlar. Burda Karuana və Karyakin eyni xal toplayır, Şah 1-ci yerə iddiasını itirir. Karuana heç-heçə edəcəyi, Karyakin qalib gələcəyi, Şəhriyar isə bunu bacarmayacağı halda, amerikalı ilə rusun 8,5 xalı olacaq. Belədə Karyakin şəxsi görüşlərin nəticəsinə əsasən Karuananı qabaqlayacaq. Karuana və Məmmədyarov uduzsa, Karyakin isə heç-heçə etsə, bu halda da amerikalı ilə rusiyalının xalı eyni – 8 olacaq və məlum səbəbdən Karlsenin önünə Karyakin çıxacaq.
10-cu variant. Karuana, Karyakin və Məmmədyarov uduzsa, amerikalı ilə Dinqin xalı 8 olacaq. Onlar bir-biri ilə iki dəfə heç-heçə edib, ancaq belədə qələbə sayına (4:2) görə amerikalı 1-ci yeri tutacaq.
Gördüyümüz kimi, Şəhriyarı 10 variantdan 5-i qane edir ki, bunlardan da dördü məhz Kramnik üzərində qələbə sayəsində mümkündü. İrəli, Şah, Azərbaycan səndən xoş soraq gözləyir!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar