05 fev 12:59manset

Telman Salahovun şərəfinə turnir keçirildi

Telman Salahovun şərəfinə turnir keçirildi
Yubilyar həyat yolunu “Futbol+”ə vərəqlədi
Dünən Sumqayıt Olimpiya Kompleksində SSRİ idman ustası, əməkdar məşqçi, veteran futbolçu Telman Salahovun 80 illik yubileyinə həsr olunmuş turnirə yekun vuruldu. Sumqayıt Gənclər və İdman İdarəsi, Şimal Regional Futbol Federasiyasının (ŞRFF) birgə təşkil etdiyi yarışda “gənclik şəhəri”nin təmsilçiləri ilə yanaşı, Bakıdan və Qusardan 11 komanda iştirak edib. ŞRFF-nın prezidenti Abdulla Məmmədovdan aldığımız bilgiyə görə, turnirdə 2004 doğumlu uşaqlardan formalaşmış 12 komandanın iştirak edəcəyi gözlənilirdi. Lakin havaların kəskin soyuması səbəbindən Şamaxı komandası Sumqayıta gələ bilməyib. İki gün davam edən yarışın finalında “Təhsil”lə İOUGİM üz-üzə gəldi. İlk hissə birincilərin minimal hesablı qələbəsi ilə başa çatsa da, fasilədən sonra Teymur Abdullayevin rəhbərlik etdiyi İOUGİM dönüş etməyi bacardı və rəqib torunu 4 dəfə silkələdi. Turnirin üçüncüsü isə “Sumqayıt”ı məğlub edən paytaxtın “Təhsil” komandası oldu. Yarışın sonunda mükafatçılara kubok və medallarla yanaşı, xatirə hədiyyələri də təqdim olundu. Xeyli azarkeşin izlədiyi final qarşılaşmasından sonra yubilyarla söhbətləşmək imkanı əldə etdik.
- Əvvəlcə sizi yubiley münasibəti ilə təbrik edirik.
- Çox sağ olun. “Futbol+”in özəlliyi ondadı ki, heç vaxt veteran futbolçuları unutmursuz, onların şad və pis günlərində yanında olursuz. Bizim nəslin bir çox nümayəndələri kimi mən də daim mətbuatı, xüsusən qəzet və jurnalları daim izləyir, son məlumatları əldə etməyə çalışıram. Bu gün ölkə idmanını sizdən operativ işıqlandıran yoxdu. Səhv etmirəmsə, bu il sizin qəzetin də 20 yaşı tamam olacaq. Çox demirəm, qəzetinizə ən azı mənim yaşımın iki misli qədər ömür arzulayıram.
- Gəlin etiraf edək ki, hər adama yubileyi ilə bağlı xatirə turnirini canlı izləmək qismət olmur. Təşkilatçılığı bəyəndiz?
- Bilirsiz bu nə deməkdi? İnsan üçün bundan böyük xoşbəxtlik yoxdu. Tək kəlmə ilə ifadə etsək, mükəmməl. Bu günə kimi çox yubileylər qeyd etmişəm. Ancaq heç vaxt bugünkü kimi sevinməmişəm. Siz hələ turnirin açılışını görərdiz. Müxtəlif şəhər və rayonları təmsil edən 11 komanda, dolu tribunalar... Səmimi-qəlbdən deyirəm, çox şad oldum, təsirləndim. Sumqayıt ictimaiyyətinin tanınmış nümayəndələri, idmançılar, “Sumqayıt” Futbol Akademiyasının rəhbərliyi, bir sözlə, gənc şəhərimizin sayılıb-seçilən şəxsləri hamısı açılışda iştirak etdilər.
- Özünüz də vurğuladız ki, çox yubileylər qeyd etsəz də, 80 yaş xüsusi oldu. Bütün bunları görəndə hansı hissləri keçirdiz?
- Bir daha əmin oldum ki, boş yerə həyatımın çox hissəsini futbola həsr etməmişəm. İki gündü bu turniri izləyirəm. Oyunlara baxdıqca, həyatım kino lenti kimi gözümün önündən gəlib keçir. Gəncədə, məhləmizdə birgə top qovduğum uşaqları, ustalardan ibarət komandalarda çıxış etdiyim illəri, məşqçilik karyeramı, bir sözlə, hər şeyi xatırladım. Bu gün 80 yaşım var. Bəzən fikirləşirdim ki, ola bilsin, gəncliyimdə özümə səhv yol seçdim, yanlış qərar verdim. Ancaq bu gün bir daha başa düşdüm ki, düzgün seçim etmişəm. Şablon olsa da, təkrarlayacam: yenidən dünyaya gəlsəm, yenə futbolçu olardım. Dövlətimiz tərəfindən göstərilən qayğı, “Tərəqqi” medalına layiq görülməyim, təqaüdlə təmin olunmağım bir daha sübut edir ki, çəkdiyim əziyyətin bəhrəsini görmüşəm. İnsana xoşbəxt olmaq üçün nə lazımdı? Ailə, ev-eşik və diqqət. Bunların hamısını görmüşəm. İnsan üçün bundan böyük xoşbəxtlik olmaz ki...
- Dövlət tərəfindən söz düşmüşkən, bu gün AFFA-nın baş katibi Elxan Məmmədov yubileyinizlə əlaqədar sizinlə görüşdü. Ad gününüzü təbrik etdi.
- İnanın, çox sevindim. Söhbət burda Elxan müəllimin məni təbrik etməyindən getmir. Sadəcə, bu yaşda insan görəndə ki, onu unutmurlar, bundan həvəslənir, yaşamaq eşqi artır. Elxan müəllim görüş zamanı bildirdi ki, AFFA prezidenti Rövnəq Abdullayev də mənimlə görüşmək istəyirmiş. Sadəcə, işləri ilə bağlı alınmayıb. Onun adından da məni təbrik etdi.
- Baş katibin sizə millinin 80 nömrəli formasını hədiyyə etməsinin arxasında bilirsiz nə durur?
- Yox, necə bəyəm? Müasir zamanda bəlkə bunun arxasında başqa məna var?
- Siz həyəcanlanmayın, Telman müəllim. Elxan müəllim demək istəyib ki, siz hələ də meydana çıxmaq iqtidarındasız. Yəni ölkə futbolunun hələ də sizə ehtiyacı var.
- Məni lap qorxutduz (gülür). Yaşımın çox olmasına baxmayaraq, mən həmişə ölkəmizə kömək etməyə hazıram. Şərt o deyil ki, meydana çıxım. Sabah ehtiyac olsa, lap işğal altında olan torpaqlarımızı qaytarmaq üçün döyüşə də getməyə hazıram. Düzdü, 10-15 il əvvəl daha gümrah idim. İndi bir qədər zəifləmişəm. Buna baxmayaraq, dövlətimizin suverenliyi, gənclərimizin xoşbəxt gələcyi üçün daim hazıram.
- Final qarşılaması zamanı kənardan sizə diqqət yetirirdim. Bəzən hisslərinizi cilovlaya bilmirdiz. Meydandakı uşaqlar hücum edəndə siz də həyəcanlanır, səhvlər zamanı dilxor olurduz.
- Futbol elə bir xəstəlikdi ki, bu yaşa baxmır. Yaşın 50, 60 və ya 80 olmasının fərqi yoxdu. Tribunada oturub oyunu izləyirsənsə, düz oyuna əl çalıb, səhvə görə dilxor olacaqsan. Bu bilirsiz nəyə bənzəyir? Həyatında heç vaxt maşın sürməyən adamın yanında sürücü nə etsə də, sərnişin narahat olmayacaq. Çünki o bilimir ki, nə düzdü, nə səhv. Ancaq daim avtomobil idarə edən şəxs sərnişin olarkən sükan arxasında olandan heç də az həyəcan keçirmir. Axı o da bilir ki, harda sürəti qaldırmaq olar, harda əyləci basmaq.
- Sizin uşaqlığınız necə keçib? Müasir gəncliklə sizin dövrün gəncliyi arasında çox fərq var?
- Yerlə göy qədər. Məhlədə bir topun olması bizim üçün həyat demək idi. Bilirsən, bizim uşaqlıq illərimiz çox ağır keçib. Bir topumuz olanda sanki bütün dünyanı bizə verirdilər. Uşaqlığım xalq artısti Arif Qazıyev, güləş üzrə dünya və Avropa çempionu Aydın İbrahimov və bir çox başqa tanınmış isimlərlə birgə keçib. Bizim tək məşğuliyyətimiz futbol idi. Çünki başımızı qatmağa başqa bir şey yox idi. Ümumiyyətlə, mənə elə gəlir, futbolçu ilk növbədə məhlə futbolunda “bişməlidi”, ondan sonra məşqçinin rəhbərliyi altında çıxış edə bilər. Məhlə futbolunda uşaq bərkiyir, texnikasını, düşüncəsini mükəmməlləşdirir. Qazıyevlə həm bir sinifdə oxumuşuq, həm də bir parta arxasında əyləşmişik. Hətta rəqsə də bir yerdə getmişik. Sizə bir sirr açmaq istəyirəm. Məktəbi yüksək qiymətlərlə bitirdim. Ancaq sənədlərimi Neft Texnikumuna verdim ki, ordan “Neftçi”yə düşüm. Yəni futbola sevgim o dərəcədə idi ki, buna görə ali məktəbə yox, texnikuma daxil oldum.
- Bildiyim qədər siz Sumqayıtda ilk SSRİ idman ustası adı alan şəxsiz.
- Bəli. İlk dəfə 1962-ci ildə bu adı almağa yaxın oldum. Gəncə “Dinamo”sunun şərəfini qoruyanda SSRİ kubokunda 1/4 finala qədər irəliləmişdik. Yarımfinala adlayacağımız halda bu ada layiq görüləcəkdik. Ancaq bu mərhələdə Orexova-Zuyev komandasına məğlub olduq. Buna qədər 6 komandanı mübarizədən kənarlaşdırmışdıq. Bir il sonra yenə alınmadı. Nəhayət, 1967-ci ildə “Polad” SSRİ çempionatının A dəstəsinə vəsiqə qazanada mənə bu adı verdilər. Həmin il ”Dinamo” da güclülər dəstəsinə vəsiqə qazandı.
- Siz həm də “Mehdi Hüseynzadə” adına Sumqayıt şəhər stadionunda ilk qolun müəllifisiz.
- Bəli, 1966-cı ilin yayında stadionun açılış oyununda Frunzeni təmsil edən komanda ilə qarşılaşırdıq. Oyun 1:0 hesabı ilə bizim xeyrimizə başa çatdı. Yeganə qolun müəllifi də mən oldum. Mən tək adını qeyd etdiyiniz arenada ilk qolun müəllifi olmamışam. 1954-cü ildə Mingəçevir stadionunun açılışı münasibəti ilə Gəncə komandası ilə şəhərin yerli komandası arasında yoldaşlıq matçı təşkil olunmuşdu. Həmin oyunda da bir qol vuruldu ki, o da mənim adımla bağlıdı. Bundan başqa, Sumqayıtdakı “İnşaatçı” stadionu, Bakıdakı “Spartak” arenasında da vurulan ilk qolda mənim imzam var. Odu ki, mən də bir çox “ilklər”ə imza atmışam.
- Yetirmələriniz arasında dünya və Avropa, ölkə çempionu olanlar var. Yubileyinizlə əlaqədar onlardan kimlər sizi yada saldı, təbrik etdi?
- Demək olar ki, hamısı. Arif Əsədov, Nazim Süleymanov zəng vurub yubileyimi təbrik etdilər. SSRİ çempionatı dövründə Sumqayıt “Xəzər”inin şərəfini qoruyan, hazırda ölkə xaricində olan Kamran İlyasov, Sankt-Peterburqda yaşayan Əzizağa Əlişanov məni unutmayıblar, telefonla yubileyimi təbrik ediblər. Məşqçi üçün bundan gözəl nə ola bilər?! Məni unutmurlarsa, dəyərləndirirlərsə, deməli, hələ yaşamağa dəyər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar