05 fev 12:44manset, gundem

Alı Alıyev klub funksionerlərini yarıtmaz idarəçilikdə qınadı

Alı Alıyev klub funksionerlərini yarıtmaz idarəçilikdə qınadı
“İşi iş bilənə yox, “day-day”ı olanlara, qohum əqrəbaya veririk”

Son günlər ölkə futbolunda ən çox müzakirə olunan mövzulardan biri də “İnter”in sponsorsuz qalması və klubun AFFA-nın himayəsinə keçməsidi. Paytaxt klubunun var olmasında, yaşamasında, təbii ki, əvəzsiz xidmətləri olanlardan biri də sabiq icraçı direktor Alı Alıyevdi. 1994-cü ildən futbolun içində olan Alı bəy “Xəzər Universiteti”nin yaradıcısı olub. 2003/04 mövsümündə “tələbələr” premyer-liqada 4-cü yeri tutub və elə çempionat başa çatan kimi Azərbaycan Beynəlxalq Bankı (ABB) komandanı himayəsinə götürüb. İntertoto Kubokunda “Xəzər Universiteti" adı altında oynadıqdan sonra komandanın adı dəyişdirildi və “İnter" qoyuldu. “Xəzər Universiteti"nin bütün işçiləri “İnter"ə keçdi. Alıyev isə klubda icraçı direktor kimi qaldı. O, həmin vaxt klubda bütün sənədləşmə işlərinə baxırdı. Funksioner bakılılarda 2007-ci ilin iyununa kimi çalışıb, sonra isə postundan azad olunub. Bu üzdən son günlər klubun başına gələnlər haqda onun da fikirlərini öyrənməyi lazım bildik. Alı bəy “İnter”in sponsorusuz qaldığına hədsiz üzüldüyünü bildirdi: “Komanda yanvarda Antalyada toplanışda olub. Heç gözləməzdim ki, belə bir anda “İnter”in başına bu cür iş gələr. Komanda ilə yaxından maraqlanıram. Klubun sponsorsuz qalması mənə çox pis təsir etdi. Həqiqətən də şok yaşadım. Çünki “İnter”in uğurlar qazanmasında, onun klub kimi formalaşmasında mənim qədər əziyyət çəkən ikinci adam yoxdu. Lap “Xəzər Universiteti”nin vaxtından tutmuş, “İnter”in ən gözəl dönəmlərinə kimi o klubda çalışmışam, zəhmət çəkmişəm, tər tökmüşəm. Yalnız onu deyə bilərəm ki, “İnter” Azərbaycanın ilk peşəkar futbol klubu olub. Həmin vaxt əsası qoyulan ənənə indi də davam etməkdədi. Orda hər şey peşkarcasına idi. Futbolçudan tutmuş, sıravi işçisinə qədər hamı öz işini peşəkarcasına görürdü. Klubun indiki halına çox yanıram. Axı “İnter” maliyyəsiz qalacaq bir klub deyildi. O vaxt hər şeyimiz var idi, indi də olmalıydı, klub yaxşı yaşamalı, ölkə futboluna xidmət etməliydi”.
Alıyevin sözlərinə görə, “İnter”lə yanaşı digər klublarımızın da sponsorsuz qalmasına səbəb işin peşəkar səviyyədə qurulmamasıdı: “Klubun AFFA-nın əlinə keçməsinin əleyhinə deyiləm. Yazıq assosiasiya nə qədər kluba yardım edib, dağılmağa qoymayıb. Klublarda iş doğru aparılmır. Vəziyyət o yerə çatıb ki, bütün klubların sponsorları çəkiləcək kənara, hamısı keçəcək AFFA-nın əlinə. Özü də 6-7 klubla çempionat keçirəcəklər. Belə olmamalıdı. Hər klubun özünün sahibi, sponsoru olmalıdı. Biz çörəyi çörəkçiyə vermirik. İşi iş bilənə yox, “day-day”ı olanlara, qohum əqrəbaya veririk. Heç kim peşəkarcasına işləmir, düşünmür. Klubun sonu necə olacaq, bilmir. Təsəvvür edin, adam işlədiyi yerin sonunun necə olacağından xəbərsizdi. Hamı maaşı, bonusu gözləyir. İş, uğur heç kimin vecinə deyil. Ona görə də klublar bu günlərə qalır”.
Sabiq icraçı direktor deyir ki, klubu qorumaq üçün büdcəyə qənaət olunmalıdı: “Mənim vaxtımda komanda üçün forma sifariş edirdik. Həmin şirkət onu bizə baha satmaq istəyirdi. Amma mən əlavə yollar, tanışlar tapırdım ki, onu ucuz alım. Çünki istəmirdim klubun büdcəsindən çox pul çıxsın. 5-10 faiz endirimlə geyimlər alırdıq. İşlədiyin yerin büdcəsini talamaq lazım deyil. Büdcəyə qənaət olunmalıdı. Georgi Nikolov ölməyib, yaşayır. İnanmırsızsa, ondan da soruşun. Elə olub ki, “İnter”in illik büdcəsinə 130 min dollar qənaət etmişəm. Bunu necə etmişəm, necə bacarmışamsa, özləri bilir. Niyə indi Rauf Məmmədova zəng etmirsən, niyə məndən sonra çalışan Rüstəmi aramırsan? Qardaş, klubda çalışmaq sənəd imzalamaq və maaş paylamaq deyil. Mən ADBTİA-nı bitirmişəm. İdman işini yaxşı bildiyim üçün iki komanda yaratmağa müvəffəq olmuşam – “İnter” və “Simurq”. Kasıb klubda da işləmişəm, varlıda da. Amma insanlıq hər zaman yadda qalır. Ölkə futboluna xidmət etmək lazımdı. Klublarda çalışanlar çapıb-talamaqla məşğul olmamalıdılar. Kluba hamı gəlir gətirməlidi. “İnter” yeni-yeni ayağa qalxmaq istəyəndə, “Qarabağ” oxşar vəziyyətlə üzləşmişdi. Həmin vaxt onlar fəal tərpəndilər, vəziyyəti düzəltdilər. Yəni bank rəhbərliyinə ümid verən nəsə olsaydı, indi klub bu vəziyyətə düşməzdi. ABB imtina edibsə, deməli, “İnter”də düzgün iş görən adam yoxdu. İnsanlar özlərinə sual verməlidi ki, kluba nə xeyir verirəm? Qənaət etmirlər, rəhbərliyi yaxşı işlərlə inandıra bilmirlər, nəticədə də maliyyəsiz, sponsorsuz qalırlar”.
Alıyevin “İnter”in AFFA-nın himayəsinə keçməsinə münasibəti belə oldu: “Bu işə pis baxmıram. AFFA-nın canı yanıb, kluba sahib çıxıb. Mən onları alqışlayıram. Heç nə etmədən klubun dağılmasını gözləməli deyildi ki? Orda heç olmasa 30-40 azərbaycanlı ailəsinə çörək aparır. İndi ən böyük arzum odu ki, klub yaşasın. AFFA da bunun üçün çalışacaq. “İnter”ə mütləq sponsor tapılmalıdı. Ad-sanı, yaxşı bazası, kollektivi olan bir klub yaşamalıdı. Orda çalışanlar bunu düşünməli, yollar axtarmalıdı. Hər kəs işinə peşəkar yanaşmalı, vicdanla işləməlidi. Düşünürəm ki, alternativ yollar, bu kluba pul ayırmaq istəyənlər tapılar”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar