19 mar 22:09manset

Böyükağa Hacıyev haqda bilmədikləriniz...

Böyükağa Hacıyev haqda bilmədikləriniz...
Böyükağa Hacıyev təkcə qazandığı uğurlara görə sevilmirdi. Onu adamlara sevdirən həm də savadı, danışıq qabiliyyəti, atmacaları, şirin zarafatları idi. Jurnalistlər öz aramızda ona “çörək ağacı” deyirdik. Qəzetə manşet lazım olanda ilk ağla gələn şəxs Hacıyev idi. Heç kimdən qorxmaz, çəkinməz, düşündüyünü dilinə gətirərdi.
Artıq neçə gündü mətbuatda Böyükağa Hacıyevin müsahibələrində işlətdiyi maraqlı açıqlamalar dərc olunur. Amma ayrı-ayrı şəxslərlə yaşadığı maraqlı əhvalatlar var ki, onları nəinki siz, bəzilərini heç mən özüm də bilmirdim. Rəhmətliyə yaxın olmuş, vaxtilə onunla çalışmış bir neçə şəxsə tribuna verdik.
“Dedi, oyunun diski tapılmasa, istefa verib gedirəm”
Onun Yaşar Seyidovla qarşılıqlı “atışmaları”, zarafatları dillər əzbəridi. Xüsusilə bu iki şəxsə yaxın olanlar yaşananlardan xəbərdardı. Hacıyevin Seyidovun başına açmadığı oyun qalmamışdı. Öz dilindən eşidin:
- Allah Böyükağa müəllimə qəni-qəni rəhmət eləsin. Yaxşı insanı, futbol mütəxəssisini itirdik. Azərbaycan futbolu adına böyük itkidi. Özünə olmasa da, hər yerdə deyirdim ki, futbol savadı var, işləməyi bacaran adamdı. Rəhmətliklə münasibətim hamıya bəllidi. Biz onunla Xəzər dənizi kimiydik. Bəzən sakit, bəzən dalğalı. Bütün bunlara baxmayaraq, hər zaman xoş münasibətimiz olub. Özü də bilirdi ki, indi istəməyim, xətrini çox istəyirəm. Böyükağa müəllimlə bağlı o qədər xatirələrim var ki, ucu-bucağı yoxdu. Danışmağa başlasam, dayanmayacam. Böyükağa Hacıyevlə işləmisənsə, mütləq xatirələr, sərgüzəştlər, maraqlı əhvalatların şahidisən. Tək məndə yox, çox adamda belədi.
- Deməli, “Bakı” “Daçiya” ilə oynayırdı. İlk görüş xatırlayırsızsa, Bakıda baş tutmuşdu. Bakıdakı oyundan sonra moldavanları hava limanına yola salanda məlum oldu ki, texniki səhv üzündən 7 futbolçuları Azərbaycanı tərk edə bilməz. Bir neçə gün burda qalmalıdılar. Dərhal məsələni qabartdım, yuxarı instansiyaların köməyi sayəsində yoluna qoya bildim. Gecəni Bakıda qalıb, səhər uçmalıydılar. Onları otelə gətirib, məskunlaşmalarını, qidalanmalarını, bir sözlə, bütün işlərini təşkil etdim. Ertəsi də hava limanına aparıb yola saldım. Etdiyim yaxşılıq yadlarında qalmışdı. Cavab oyunu üçün Moldovaya gedib otelə yerləşəndə, baxdım ki, iki nəfər məni axtarır. Tanış olduq və məlum oldu ki, onları “Daçiya”nın prezidenti göndərib. Biri sürücü idi, o biri mühafizəçi. Dedilər ki, burda olduğunuz müddətdə ikimiz qulluğunuzda durmalıyıq, tapşırıq belədi. Nə qədər imtina etsəm də, xeyri olmadı. Axşam sağollaşdıq, səhər otelin qarşısında olacaqlarını bildirdilər. Səhər ikinci mərtəbədə dayanıb eyvandan baxıram. Üzr istəyirəm, üzümü qırxırdım. Baxıram ki, bu iki nəfər dayanıb, Böyükağa Hacıyev də onların yanında. Rəhmətlik yavaş-yavaş onlara yaxınlaşıb, kimi gözlədiklərini soruşdu. Mənim adımı eşidən kimi başladı ki, bəs Yaşar Seyidov kimdi, klubda ondan da vəzifəli şəxslər var-filan. Mən də Böyükağa müəllimin dediklərini eşidirəm. Qayıtdım ki, Böyükağa müəllim, nə olub, nə məsələdi? Pərt halda üzünü moldavanlara tutub dedi ki, “Bakı”da bir nəfər söz sahibi var, o da Yaşar Seyidovdu. O de, özü də eyvanda dayanıb bizə baxır. Ondan sonra başladı, nə başladı. Sizin gözlədiyiniz Seyidov odu, ona qulluq etmək lazımdı, onsuz bir günümüz olmasın, Azərbaycan futbolunda sözünü demiş adamdı, nə bilim, daha nələr. Düşdüm aşağı, məni görüb soruşur, necə dedim onlara? Dedim, yaxşı dedin, amma ondan qabaq nə deyirdin? And-aman elədi ki, sənin qulaqların səhv eşidib.
- “Bakı”da işləyən vaxtlar idi, “Gənclərbirliyi”ni udmuşuq. Oyundan sonra futbolçularla matçı təhlil edir. İndiyə kimi yadımdadı, ilk 20 dəqiqədə 2 qol vurmuşduq. Diski qoyub ki, əvvəldən oyuna baxsın, qolları təhlil etsin, ekranda ancaq tribunanı görüb. Gözləyib-gözləyib, qollar da vurulub, baxıb ki, kamera bir nöqtəni çəkir. Başına döndüyüm operator cavan idi, tribunada iki qız görüb, obyektivi çevirib onlara tərəf, xeyli müddət elə qalıb. Başı qarışıb qızlara, oyunu çəkmək yaddan çıxıb. Bir də gördüm, Böyükağa müəllim məni çağırır. Məni görən kimi başladı narazılıq etməyə. Nə illah elədim, operatorun səhvini başa sala bilmədim. Tutduğundan buraxmırdı, zorla boynuma qoyurdu ki, mənə qarşı təxribatdı, komandamın vurduğu qolları bilə-bilə çəkməyə qoymamısız. Dedi, oyunun diski tapılmasa, istefa verib gedirəm. Güc-bəla ilə AFFA-dan xahiş edib, diski tapıb gətirdik. Ondan sonra sakitləşdi. Sizi inandırım, istefa vermək qərarı ciddiydi. O qədər həssas adam idi ki…
- Yadıma düşümüşkən birini də danışım. Yaxın keçmişin söhbətidi. Jurnalist Böyükağa müəllimdən müsahibə götürüb, söhbət əsnasında mənimlə indiki münasibətləri haqda da sual verib. Rəhmətlik də deyib ki, Yaşar kimdi e, “Bakı” dağıldı, Yaşar da bazada quqqulu kimi oturub, keşik çəkir və s. Müsahibədə haqqımda olmazın sözləri deməsi azmış kimi, jurnalistlə sağollaşandan sonra mənə zəng vurub ki, bəs müsahibə vermişəm, səninlə bağlı sualları da cavablamışam, səni göyə qaldırmışam, arada bir az zarafat etmişəm. Səhər müsahibəni oxudum, dəhşətə gəldim. Zəng vurub soruşuram ki, o nə sözlərdi demisən? Deyir, “Bakı” yoxdu, sən də kölgəyə çəkilmisən, özüm elə dedim ki, o ifadə manşetə çıxsın, hamı oxusun, anti-reklamın özü də reklamdı-filan. Sizi inandırım, deməyə söz tapmadım.
Saatlarla danışmaq olar. O cür insanı itirdik. Onsuz da gec-tez hamımız ora gedəcəyik. Allah rəhmət eləsin...”.
“Özünə dedim ki, sən Moskvaya yox, elə bil Avstraliyaya gedib-qayıtdın”
Tahir Süleymanov da uzun müddət Böyükağa Hacıyevlə çiyin-çiyinə çalışmış şəxslərdəndi. Rəhmətə gedən gün Süleymanovun göz yaşlarına sahib ola bilmədiyini çoxları gördü. Heç şübhəsiz, onun da deyəcəkləri, xatirələri var:
- Allah Böyükağa Hacıyevə rəhmət eləsin. Qəlbimdə xüsusi yeri var idi, bundan sonra da olacaq. İş yoldaşı olmaqdan başqa, həm də yaxşı insan idi. Qazandığımız uğurlarda komandadakı, klubdakı daxili ab-havanın xüsusi rolu vardı. Bunun da əsas səbəblərindən biri Hacıyevin ciddi olmaqla yanaşı, həm də zarafatı sevməsi, atmosferi yaxşılaşdıra bilmək bacarığının olmasıydı. Xəstəxanaya düşən günə qədər mütəmadi əlaqə saxlayar, danışardıq. Nədənsə narazılığı olanda, nəsə xoşuna gəlməyəndə, zəng vurub ürəyini boşaldırdı. Mən də onu səbrlə dinləyib, təsəlli verirdim. Allah ona rəhmət eləsin. Hamımızın son mənzili oradı. Ümid edirəm ki, o dünyada nə vaxtsa Böyükağa Hacıyevlə qarşılaşacam. Azərbaycan futbolu adı kimi böyük bir insanı itirdi.
- 2013-ün yazıdı, 3-cü çempionluğa doğru gedirik. Mövsümün başa çatmasına da 4-5 tur qalıb. Otağıma gəldi, oturub ordan-burdan söhbət edirdik. Dedim, Böyükağa müəllim, nəhayət, “qızıl dubl”un vaxtıdı. Bu dəfə bacarmalıyıq. Özünəməxsus səs tonunda sual verdi ki, “qızıl dubl” etsək, vitse-prezident kimi nə edəcəksən? Mən də otağımdakı qlobusu göstərib dedim, qlobusu fırlat, barmağın hansı ölkənin üstündə dayansa, ora ikinəfərlik səyahət bileti təşkil edəcəm. Rəhmətlik də söz altında qalan deyildi. Qayıtdı ki, elə olmaz, bəlkə barmağım Antarktidanın üstünə düşdü, ya da Avstraliyanın. Nə işim var orda? Dedim, yaxşı, onda özün ölkə, şəhər adı söylə. Dedi, Moskvaya ikinəfərlik bilet səndə. Razılaşdıq. Elə də oldu, mövsümün sonunda “Neftçi” “qızıl dubl”a imza atdı. Bir müddət keçəndən sonra klubun Maliyyə Departamentindən 3000 manatdan çox borcumun olduğunu bildirdilər. Bildim nə söhbətdi, amma o qədər borc olmamalıydı. Soruşdum, səbəb kimi Böyükağa Hacıyevin Moskvaya səfərini göstərdilər. Moskvaya gedib-gəlmək 3000 manat olmamalıydı axı. Çeklərə baxdım, rəhmətlik Moskvaya “biznes-klass”da uçub, hava limanından otelə bahalı xidməti avtomobil sifariş edib, ən yaxşı oteldə qalıb. Hamısını da mənim adıma yazdırıb. Qayıdandan sonra özünə dedim ki, sən Moskvaya yox, elə bil Avstraliyaya gedib-qayıtdın. Belə bir münasibət vardı aramızda.
- Ağır oyunlarımızdan birindən əvvəl Erik Ramosun əhvalının yerində olmadığını gördüm. Maraqlandım, soruşdum, məlum oldu ki, fasilə dönəmində Paraqvaya gedib qayıdanda biletində problem yaranıb, nəticədə 1000-1500 manat artıq xərci çıxıb. Psixoloji problemi olmasın deyə həmin məbləği cibimizdən ödəyəcəyimizi söylədik. Sağ olsunlar, həmin oyunda qalib gəldilər. Ramos otağıma gəlib, həmin pul məsələsini danışırıq, bu an Böyükağa Hacıyev otağa daxil oldu. Soruşdu ki, nə məsələdi, dedim, belə-belə. Böyükağa müəllim qayıtdı ki, Tahir müəllim, səni yük altında qoya bilmirəm, hansı məbləğdisə, tam yarısını mən öz cibimdən verəcəm... Belə jestləri də var idi rəhmətliyin.
“Ağ vərəqə “komanda sabah udmasa, vay halına” yazıb, qapının altından otağına sürüşdürdüm”
Güloğlan Cabbarov.... Sadıq Sadıqovun prezidentliyi dönəmində “Neftçi”də çalışanlar, komandayla birgə xarici səfərlərdə olan jurnalistlər sabiq idman direktoru ilə baş məşqçinin münasibətlərindən xəbərdardı. Cabbarovla rəhmətliyin arasındakı zarafatlar, məzəli əhvalatlar da çoxlarının yadındadı.
- Böyükağa Hacıyev Azərbaycan futbolunun inkişafında, onun dünyada tanınmasında müstəsna xidmətləri olmuş məşqçilərdən idi. O təkcə güclü məşqçi deyildi. Həm də jurnalistlər üçün maraqlı həmsöhbət, yaxınları üçün maraqlı persona, azarkeşlər üçün sevimli mütəxəssis idi. Çətin ki, bundan sonra kimsə onun yerini versin. Nəticə qazanmaq olar, amma sırf Böyükağa Hacıyevin xüsusiyyətlərini daşımaq – inanmıram. Böyükağa müəllimlə bəzən ciddi, bəzən zarafatcıl olurduq. Hər şeyin yerini bilirdik. Nə olur-olsun, mən də, Sadıq Sadıqov da, Tahir Süleymanov da onun xətrini əziz tuturduq. O qədər maraqlı əhvalatlarımız olub...
- Xaricdən yeni qayıtmışdım. Sadıq müəllim zəng vurdu ki, komanda Qəbələyə yollandı, sən də dayanma, birbaşa ora get. Çempion olmaq üçün bizə 1 xal lazım idi. Yorğun-arğın, birtəhər gedib Qəbələyə çatdım. “Neftçi” də “Qafqaz Resort”da qalırdı. Otelə çatan kimi Böyükağa müəllimi soruşdum, dedilər, yatıb. Hamıya tapşırdım ki, mənim gəldiyimi səhər heç kim ona deməsin. Gecə ağ vərəqə “komanda sabah udmasa, vay halına” yazıb, qapının altından otağına sürüşdürdüm. Səhər vərəqə yazdıqlarımı oxuyub, dərhal Tahir Süleymanovdan soruşub ki, o nə vaxt gəldi ki? Tahir müəllim də “o kimdi” soruşub. Deyib, o da, o, Güloğlan... Bilirdi ki, mənim qədər onunla zarafat edən ikinci şəxs yoxdu. Rəhmətlik hər dəfə mənimlə söhbət edəndə eyni sualı verirdi: “Güloğlan, görəsən, bizim klub kimi klub var”? Danışa-danışa, gülə-gülə bir də baxırdıq ki, çemionuq. Allah rəhmət eləsin, qəbri nurla dolsun...
HƏBİB
purchase cbd oil gummies online cbd gummies for sale
best cbd gummies for sale cbd gummies wholesale

cbd gummies online using paypal largest wholesale cbd gummies
reviews best cbd gummies reviews best cbd gummies

Иван, вот проект о котором вы спрашивали

госуслуги личный кабинет войти для юридических лиц

Какая прелестная новость я так ждал ее

скачать программу

kamagra oral jelly amazon
kamagra vs kamagra gold
kamagra 100mg chewable
kamagra shop erfahrungen 2016
kamagra 100mg tablets india price

kamagra tablets 100mg reviews
kamagra oral jelly india manufacturer
kamagra oral jelly for sale in usa il
kamagra 100mg tablets india
kamagra 100mg tablets india

kamagra oral jelly for sale in usa
kamagra oral
kamagra novi sad
the kamagra store
kamagra oral jelly for sale in usa illegally

kamagra jelly amazon
kamagra 100mg chewables ajanta
kamagra 100 sildenafil citrate chewable tablets 100 mg
kamagra 100mg chewables ajanta
kamagra 100 chewable tablet einnahme

kamagra oral jelly amazon
buy kamagra 100 mg
kamagra oral jelly india price
kamagra 100mg
kamagra oral jelly review forum

cialis generico online espaГ±a
generic cialis online
cialis coupon walgreens
generic cialis
cialis 20 mg manufacturer coupon
http://cialispaxl.com/
cialis daily use 5mg dosage

extra super cialis does it work
buy generic cialis
cialis professional vs brand cialis
cialis
cialis tablet filmomhuld 10mg
http://cialisgrudj.com/
brand cialis means in hindi

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar